Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
25-05-2023, 19:52
Azərbaycanın kənardan dəstəyə ehtiyacı yoxdur - İlham Əliyev


Azərbaycanın kənardan dəstəyə ehtiyacı yoxdur - İlham Əliyev

"Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulunun üç dəfədən çox artdığını vurğulayan dövlət başçısı qeyd edib: "Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir".
25-05-2023, 19:11
Ölkəmiz regionda ən iri hava yük donanmasına malikdir - Prezident


Ölkəmiz regionda ən iri hava yük donanmasına malikdir - Prezident

Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib. “Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir”, - deyə Prezident vurğulayıb.
25-05-2023, 18:45
Prezident Avrasiya İqtisadi Şurasının iclasında çıxış etdi


Prezident Avrasiya İqtisadi Şurasının iclasında çıxış etdi

Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib. İclasda qonaq qismində iştirak edən dövlət başçısı çıxışında bildirib: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”. Prezident, həmçinin bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyini vurğulayıb.
25-05-2023, 18:24
İki dövlət arasında ərazi bütövlüyünə dair razılığın olması labüddür - Putin


İki dövlət arasında ərazi bütövlüyünə dair razılığın olması labüddür - Putin

Bu gün Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdə iqtisadi inkişaf maraqlarına uyğun razılaşmalar əldə olunacağına ümid edirik. Bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya Ali İqtisadi Şurasının iclasında deyib. O vurğulayıb ki, iki dövlət arasında ərazi bütövlüyünə dair razılığın olması labüddür, digər məsələlər ikinci dərəcəlidir. Putinin sözlərinə görə, MDB ölkələri Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsində maraqlıdır. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Moskvada bir araya gələcək tərəflər sülh gündəliyini müzakirə edəcəklər.
25-05-2023, 17:36
Ukraynanı tərk edənlərin cəzalandırılmasıyla bağlı layihə hazırlanır


Ukraynanı tərk edənlərin cəzalandırılmasıyla bağlı layihə hazırlanır

Ukraynada müharibə başlayandan sonra ölkəni qeyri-qanuni tərk etmiş kişilərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi hazırlanır. Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klemenko danışıb. "Bu gün belə qaydalar və məhdudiyyətlər müəyyən edilməyib, amma düşünürəm ki, müharibə başa çatdıqdan sonra dövlət hər bir vətəndaşa müharibə zamanı etdiklərini xatırlatmaq üçün əlindən gələni edəcək. Mən sərhədi qanunsuz keçənləri nəzərdə tuturam", - o deyib. Nazirin sözlərinə görə, bu, parlament və hökumətin birgə təşəbbüsü olacaq. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
25-05-2023, 16:33
Ümumi qaz bazarının işləməsi üçün konstruktiv dialoqa hazırıq - Paşinyan


Ümumi qaz bazarının işləməsi üçün konstruktiv dialoqa hazırıq - Paşinyan

"Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində ümumi qaz bazarının işləməsi üçün konstruktiv dialoqa hazırdır". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında çıxış edərkən deyib. "Bazarın vaxtlı-vaxtında işləməsi əlverişli və qarşılıqlı faydalı ticarət şərtlərinin formalaşmasına kömək edəcək. Üzv dövlətlərin beynəlxalq bazarda enerji təhlükəsizliyinin və rəqabət qabiliyyətinin artırılmasını təmin edəcək", - deyə Ermənistanın baş naziri bildirib. Qeyd edək ki, bu gün Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.
25-05-2023, 16:21
İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasına qatıldı


İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasına qatıldı

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir. Qeyd edək ki, Ali Avrasiya İqtisadi Şurası İqtisadi Birliyə üzv dövlətlərin başçılarının daxil olduğu Avrasiya İqtisadi İttifaqının ali orqanıdır. Aİİ üzvləri Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistandır.

25-05-2023, 15:12
Kılıçdaroğlunun qonağı olduğu veriliş izlənmə rekordu qırdı


Kılıçdaroğlunun qonağı olduğu veriliş izlənmə rekordu qırdı

Xəbər verdiyimiz kimi, Türkiyədə prezidentliyə "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu "Babala TV" internet televiziyasında Oğuzhan Uğurun "Mevzular Açık Mikrofon" proqramının qonağı olub. Aparıcı O.Uğur verilişlə bağlı təəssüratlarını bölüşüb. O qeyd edib ki, veriliş izlənilmə rekordu qırıb. Belə ki, yutubda ilk 1 saat ərzində verilişə 4 milyondan çox istifadəçi baxıb. "Bu vaxta qədər 1 saat ərzində 1.5 milyon baxış sayı ilə rekord Məmləkət Partiyasının sədri cənab Muharrem İnceyə məxsus idi. Dünən Kılıçdaroğlunun qatıldığı proqram 1 saatda 4 milyona çatdı. İndi 20 milyona yaxındır, amma yutub sayımı ilə 11 milyona yaxın. Bu, böyük rekord idi. Kılıçdaroğlu çox sakit idi. Digər qonaqlar təbii ki, çox həyəcanlı idilər. Gözlərində həyəcan görünürdü, amma Kemal bəydə əsəb pozacaq qədər sakitlik vardı. Zalda temperament qalxıb-düşəndə bu, qonaqların bədən dilinə təsir edir, amma Kılıçdaroğlu inanılmaz dərəcədə stabil idi. Möhtəşəm idi. Klıçdaroğlu sualları sakitcə cavablandırdı. Məsələn, bir çox siyasi partiya nümayəndələri bunu edə bilməmişdi. Dedi ki, mənə çoxlu sual verəcəkləri bəllidir. İnternetdə onun haqqında çoxlu suallar dolaşır. Bunun fərqində idi, komandasını təbrik edirəm, yaxşı oxuyublar. Kemal bəy gündəmdəki mövzulardan xəbərdar idi", - Uğur söyləyib. Qeyd edək ki, Kılıçdaroğlu veriliş zamanı Azərbaycanla bağlı verilən sualı da cavablandırıb.
25-05-2023, 14:14
Üçtərəfli görüşlə bağlı sənədlər Moskvada imzalanacaq - Kreml rəsmisi


Üçtərəfli görüşlə bağlı sənədlər Moskvada imzalanacaq - Kreml rəsmisi

Bu gün Moskvada keçiriləcək görüşdə Azərbaycan, Rusiya və Ermənistan arasında sənədlər imzalanacaq. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. "Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü olacaq. Bundan sonra biz Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüşün olmasını gözləyirik", - Peskov deyib. O, danışıqların yekununda sənədlərin imzalancağını diqqətə çatdırıb. Kreml rəsmisi sənədlərlə bağlı detalları açıqlamayıb. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Tərəflər Moskvada bir araya gələcəklər. Liderlərin görüşündə sülh prosesi əsas müzakirə mövzusu olacaq.
25-05-2023, 13:41
Sinan Oğan Ərdoğanı dəstəklədiyi üçün onu tənqid edənlərə cavab verdi


Sinan Oğan Ərdoğanı dəstəklədiyi üçün onu tənqid edənlərə cavab verdi

Türkiyədə ATA İttifaqının prezidentliyə namizədi olmuş Sinan Oğan ikinci tur seçkilərində AKP lideri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyinə görə onu tənqid edənlərə cavab verib. Azərbaycan əsilli siyasətçi tənqidlərə cavab olaraq instaqram hesabında paylaşım edib. "Heç kimə kin saxlamıram, amma kimin nə etdiyini də unutmuram. Bəzən çox şeylər qarşısında səssiz qalıram. Amma necə deyərlər, hər şeyin öz vaxtı var. Mən doğru vaxtı gözləyirəm. Heç bir işdən xəbərsiz olduğumu düşünməyin. Sadəcə bunlarla maraqlanmaq istəmirəm", - deyə S.Oğan vurğulayıb. Qeyd edək ki, Sinan Oğanın seçkilərin ikinci turunda AKP lideri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi siyasi müstəvidə geniş müzakirələrə səbəb olub. Ərdoğan tərəfdarları Oğanın qərarını alqışla, bəzi müxalifət nümayəndələri isə təhqirlə qarşılayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!