Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
20-05-2023, 12:39
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacagı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarının bəzi yerlərində sabah hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti olacaq.
20-05-2023, 12:13
Qərb Moskvanı münaqişənin həlli üçün danışıqlara məcbur edir


Qərb Moskvanı münaqişənin həlli üçün danışıqlara məcbur edir

Qərb Ukrayna ordusunun əks-hücuma keçməsi ilə Moskvanı münaqişənin həlli üçün danışıqlara məcbur etməyə çalışır. Bu barədə “Global Times” qəzeti məlumat yayıb. Ekspertlərin fikrincə, Ukraynada müharibənin uzanması Kiyev və Moskva üçün praktiki əhəmiyyət kəsb etmir. Çünki Qərb ölkələri Ukraynanı dəstəklədiyi, Rusiyanın isə nüvə silahına malik güclü dövlət olduğu üçün tərəflərdən birinin müharibədə tam qələbə qazanması mümkün görünmür və nəticədə onlar güzəştlərə getməyə məcbur olacaqlar. Həm Ukrayna, həm də Rusiya uzun müddət müharibə aparmaq potensialına malikdir. Çin uzunmüddətli perspektivdə müharibənin nizamlanması üçün ən uyğun vasitəçi ola bilər. Pekin hər iki tərəflə yaxşı münasibətləri qoruyan dövlətlərdən biridir və bu ölkənin nüfuzu ona vasitəçi kimi çıxış etməyə imkan verir.
20-05-2023, 11:46
Sosial şəbəkələrdə saxta iş təklifləri paylaşılır


Sosial şəbəkələrdə saxta iş təklifləri paylaşılır

Sosial şəbəkələrdə vətəndaşlara müxtəlif şirkətlərin adından sərfəli iş təklifləri və ölkədə fəaliyyət göstərən bankların adından saxta iş elanları paylaşılır. Vətəndaşlardan işə qəbulla əlaqədar göndərilən keçidə daxil olaraq müvafiq məbləğdə ödəniş etmələri üçün bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

20-05-2023, 11:24
Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirdi


Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirdi

“Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə görüşdə deyib. Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib. Lakin o, hansı məsələlərdə razılığa gəlindiyini açıqlamayıb. Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
20-05-2023, 11:11
Ukrayna prezidenti Yaponiyada səfərdədir


Ukrayna prezidenti Yaponiyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Xirosimada keçirilən “Böyük Yeddilik” (G7) ölkələrinin sammitində iştirak etmək üçün Yaponiyaya səfər edib. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Daha əvvəl Ukrayna dövlət başçısının sammitdə onlayn rejimdə iştirak edəcəyi gözlənilirdi. Lakin Zelenski sammitdə şəxsən iştirak etmək istəyib və Yaponiya hökuməti təklifi qəbul edib.
19-05-2023, 23:52
Zelenskini bütün tərəflərin fikirlərini eşitmək üçün dəvət etdik - Səudiyyə XİN


Zelenskini bütün tərəflərin fikirlərini eşitmək üçün dəvət etdik - Səudiyyə XİN

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Səudiyyə Ərəbistanına səfər edib. O, Ərəb Dövlətləri Liqasının sammitinə dəvət olunub. Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhan Al Saud deyib ki, təşkilatın üzvləri Ukrayna böhranı ilə bağlı “bütün fikirləri eşitmək istəyirlər”, Zelenski məhz buna görə çağrılıb. “Biz prezident Zelenskini bütün tərəflərin fikirlərini eşitmək üçün dəvət etdik. Ərəb ölkələri bu böhranın əvvəlindən bitərəf mövqe tutdular. Biz münaqişəni həll etmək üçün bir yol əldə edəcəyimizə ümid edərək iki tərəflə dialoq açmağa çalışdıq”, - o qeyd edib. Bin Fərhan Əl Səudun sözlərinə görə, Ərəb Dövlətləri Liqasının üzvü olan ərəb dövlətləri Ukraynadakı münaqişənin yalnız sülh danışıqları yolu ilə həll oluna biləcəyinə inanırlar. O əlavə edib ki, bütün tərəflərin mövqeyini öyrənmədən ərəb ölkələri vəziyyəti adekvat qiymətləndirə və münaqişənin həllində iştirak edə bilməyəcək.
19-05-2023, 23:52
Zelenskini bütün tərəflərin fikirlərini eşitmək üçün dəvət etdik - Səudiyyə XİN


Zelenskini bütün tərəflərin fikirlərini eşitmək üçün dəvət etdik - Səudiyyə XİN

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Səudiyyə Ərəbistanına səfər edib. O, Ərəb Dövlətləri Liqasının sammitinə dəvət olunub. Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhan Al Saud deyib ki, təşkilatın üzvləri Ukrayna böhranı ilə bağlı “bütün fikirləri eşitmək istəyirlər”, Zelenski məhz buna görə çağrılıb. “Biz prezident Zelenskini bütün tərəflərin fikirlərini eşitmək üçün dəvət etdik. Ərəb ölkələri bu böhranın əvvəlindən bitərəf mövqe tutdular. Biz münaqişəni həll etmək üçün bir yol əldə edəcəyimizə ümid edərək iki tərəflə dialoq açmağa çalışdıq”, - o qeyd edib. Bin Fərhan Əl Səudun sözlərinə görə, Ərəb Dövlətləri Liqasının üzvü olan ərəb dövlətləri Ukraynadakı münaqişənin yalnız sülh danışıqları yolu ilə həll oluna biləcəyinə inanırlar. O əlavə edib ki, bütün tərəflərin mövqeyini öyrənmədən ərəb ölkələri vəziyyəti adekvat qiymətləndirə və münaqişənin həllində iştirak edə bilməyəcək.
19-05-2023, 22:44
Uzun illər sonra Ermənistan Macarıstanda səfirlik açdı


Uzun illərdən sonra Ermənistan Macarıstanda səfirlik açdı

Ermənistan 11 ildənmsonra Macarıstanla diplomatik əlaqələri bərpa edib. Uzun illər sonra Ermənistanın Macarıstanda səfirliyi açılıb. Ermənistan səfiri Aşot Smbatyan öz vəzifələrini icra etməyə başlayıb.
19-05-2023, 22:05
Təhsil naziri Qaribaşvili ilə görüşdü


Təhsil naziri Qaribaşvili ilə görüşdü

Elm və təhsil naziri Emin Əmrullayevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə iki ölkə arasında ali təhsil və elm sahələrində əməkdaşlıq perspektivləri vurğulanıb. Bunu Emin Əmrullayev "Twitter" hesabında yazıb. “Mayın 19-da Gürcüstana səfər çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüş keçirdik. Görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edirdilər. Görüş zamanı Azərbaycanda gürcü dilində, Gürcüstanda isə Azərbaycan dilində tədris aparılan məktəblərin fəaliyyəti yüksək qiymətləndirildi, ümumi, ali təhsil və elm sahələrində əməkdaşlıq perspektivləri vurğulandı”, - o qeyd edib.
19-05-2023, 19:12
Ceyhun Bayramov erməni həmkarıyla danışıqlar apardı


Ceyhun Bayramov erməni həmkarıyla danışıqlar apardı

19 may 2023-cü il tarixində Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Nazirlər həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!