Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
15-05-2023, 16:08
Ukrayna əks-hücumda uğur qazanmasa Qərb tərəfdaşlarını itirəcək - General


Ukrayna əks-hücumda uğur qazanmasa Qərb tərəfdaşlarını itirəcək - General

Böyük Britaniya Baş Qərargahının keçmiş rəhbəri, general Riçard Dannat bildirib ki, Ukrayna əks-hücum əməliyyatında uğur qazanmasa Qərb tərəfdaşlarının dəstəyini itirəcək. O, bununla bağlı "Times" radiosuna danışıb. Onun sözlərinə görə, ukraynalıların doğru zamanda əks-hücuma başlaması vacibdir. "Alternativ variantda isə müharibə uzana bilər və bu da son nəticədə Putinin xeyrinə ola bilər. Belə olduğu halda Qərbin dəstəyi çox güman ki, azalacaq”.
15-05-2023, 15:31
İmran Xanın həyat yoldaşı sərbəst buraxıldı


İmran Xanın həyat yoldaşı sərbəst buraxıldı

Pakistanın Lahor şəhərinin məhkəməsi keçmiş baş nazir İmran Xanın həyat yoldaşı Büşra Bibini sərbəst buraxıb. O, girov müqabilində azad edilib. Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunur. İddialara görə, onlar “Al Qadir Trust” fondundan istifadə edərək dövlət büdcəsindən təqribən 175 milyon dollar mənimsəyiblər. İmran Xan mayın 9-da saxlanılıb, lakin 3 gün sonra azadlığa buraxılıb.
15-05-2023, 15:21
Aİ liderlərindən Türkiyə xalqına təbrik


Aİ liderlərindən Türkiyə xalqına təbrik

Avropa İttifaqı liderləri Türkiyə xalqını 14 may seçkilərində yüksək fəallığa görə təbrik ediblər. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel dünən keçirilən birinci turda seçicilərin yüksək marağı ilə əlaqədar təbrik edərək, bunun demokratiyanın qələbəsi olduğunu vurğulayıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə bildirib: “Bu, Türkiyə xalqının seçkiyə getmək və səs vermək kimi demokratik hüququndan istifadə etməkdə qərarlı olduğunun və demokratik təsisatlara dəyər verdiyinin çox açıq göstəricisidir”.
15-05-2023, 14:47
NATO-nun baş katibi vəzifəsində qalmaq fikrində deyiləm - Stoltenberq


NATO-nun baş katibi vəzifəsində qalmaq fikrində deyiləm - Stoltenberq

Səlahiyyət müddəti başa çatmaq üzrə olan NATO baş katibi Yens Stoltenberq növbəti dəfə baş katib olmasından danışıb. O, daha baş katib olmayacağını bildirib. "Müddətim başa çatır. Əgər oktyabrda mənə yeni müddət təklif olunarsa, NATO-nun baş katibi vəzifəsində qalmaq fikrində deyiləm", - deyə o qeyd edib. Xatırladaq ki, Norveçin sabiq baş naziri olan Stoltenberq NATO-nun sayca 13-cü baş katibidir. O, 2014-cü ildən bəri bu postu tutur.
15-05-2023, 14:40
İlham Əliyev gürcü spikerini qəbul etdi


İlham Əliyev gürcü spikerini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edib. Dövlətimizin başçısı Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Şalva Papuaşvilinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakının əlaqələrimizin genişlənməsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı özünün Gürcüstana səfərini, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərini məmnunluqla xatırladı və bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını qeyd etdi. Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın və Gürcüstanın üzləşdiyi problemlərə toxundu, birgə layihələrin icrasının əhəmiyyətini vurğuladı. Bu xüsusda ilk layihə kimi Bakı-Supsa neft boru kəmərinin reallaşdırıldığını diqqətə çatdırdı və bundan sonra digər layihələrin də uğurla həyata keçirildiyini dedi. Bu gün ölkələrimizin bu layihələrin icrası sayəsində enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları vurğulandı. Həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat imkanlarının artırılmasında Azərbaycanla Gürcüstanın əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyi qeyd olundu. Şalva Papuaşvili Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən şərəf hissi keçirdiklərini bildirdi. Qonaq Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafındakı rolunu vurğulayaraq, eyni zamanda, məhz onun rəhbərliyi ilə strateji layihələrin həyata keçirildiyini qeyd etdi. Gürcüstan parlamentinin sədri vurğuladı ki, vaxtilə Ulu Öndərin atdığı müdrik addımlar Azərbaycanın gələcəyi üçün böyük önəm daşıyır. O, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması işində şəxsən Azərbaycan Prezidentinin roluna görə minnətdarlığını bildirdi. Qonaq ölkələrimizin həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxundu. Bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Qara dənizin dibi ilə elektrik xəttinin çəkilişi layihəsini, həmçinin Azərbaycanla olan tərəfdaşlarla birlikdə Qara dənizin dibi ilə sualtı fiber-optik kabel xətti kimi irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd etdi. Şalva Papuaşvili Azərbaycanın və xalqımızın Gürcüstan üçün çətin dövrlərdə ölkəsinin ərazi bütövlüyünü dəstəklədiyini yüksək qiymətləndirdi. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
15-05-2023, 14:09
İşğaldan azad edilmiş ərazilərdə yeni minalar aşkarlandı


İşğaldan azad edilmiş ərazilərdə yeni minalar aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aparılan mina təmizləmə fəaliyyəti barədə həftəlik məlumat yayıb. ANAMA-dan verilən məlumata görə, mayın 8-dən 13-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 21, tank əleyhinə 30 mina və 191 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 248 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
15-05-2023, 13:30
Baydendən Türkiyə seçkilərinə münasibət


Baydendən Türkiyə seçkilərinə münasibət

ABŞ Prezidenti Co Bayden Türkiyədə keçirilən prezident və parlament seçkilərinə münasibət bildirib. Bu barədə “TRT Haber” məlumat yayıb. “Ümid edirəm, kim qazanırsa, qazansın. Dünyanın o hissəsində kifayət qədər problem var”, - deyə Bayden velosiped turu zamanı jurnalistlərlə söhbətində bildirib.
15-05-2023, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda mayın 16-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaq.
15-05-2023, 11:55
Ermənistan ərazi bütövlüyümüzü tanıyır - XİN


Ermənistan ərazi bütövlüyümüzü tanıyır - XİN

Mayın 14-də Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Brüsseldə keçirilmiş növbəti görüşdə Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Bu barədə Azərbaycan XİN-dən bildirilib. “Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir”, - məlumatda qeyd olunub.
15-05-2023, 11:34
XİN Brüssel görüşünə münasibət bildirdi


XİN Brüssel görüşünə münasibət bildirdi

"Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş növbəti görüşə dair şərhində əksini tapıb."İlk növbədə müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir. Görüş zamanı, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir. Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb. Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik. Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik", - deyə məlumatda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!