Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
15-05-2023, 11:28
Prezident Ərəb Parlamentinin rəhbərini qəbul etdi


Prezident Ərəb Parlamentinin rəhbərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib. Dövlət başçısı Adel bin Əbdulrəhman əl-Asuminin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişafına çox böyük töhfə verdiyini vurğulayaraq, bu gün də bu siyasətin davam etdirildiyini bildirdi, özünün ərəb ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərinin və qarşılıqlı səfərlərin bunun əyani sübutu olduğunu dedi. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini vurğulayan dövlətimizin başçısı ərəb ölkələri ilə münasibətlərin uğurla və hərtərəfli inkişaf etdiyini dedi, ötən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmasını yüksək qiymətləndirdi və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələr qəbul olunmasının önəmini qeyd etdi. Azərbaycan Prezidenti 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı mədəni soyqırımı törətdiklərini bildirərək, həmin ərazilərdə onların İslam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verdi. Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin ölkəmizə səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq dedi: “Sizin kimi böyük dünya lideri ilə görüşməkdən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən bu tədbirlərdə iştirak etməkdən şərəf hissi duyuruq”.
Qonaq Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin və Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bəhreynin Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi. Eyni zamanda, dövlətimizin başçısı dost və qardaş ərəb ölkələrinin rəhbərlərinə də öz ehtiramını çatdırdı. Ərəb Parlamentinin Azərbaycana qardaş ölkə kimi münasibət bəslədiyini bildirən qonaq Fələstin problemi ilə bağlı göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısının Ulu Öndərin layiqli davamçısı olduğunu məmnunluqla qeyd edən qonaq Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətləri vurğuladı. O, Azərbaycanın İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən və bu dəyərlərin hökm sürdüyü bir ölkə olduğunu dedi. Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən Adel bin Əbdulrəhman əl-Asumi daha əvvəl Azərbaycana Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün gəldiyini diqqətə çatdırdı. Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini təqdir etdiklərini bildirdi, ölkəmizin Hərəkatın təsisatlanması, beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində çox ardıcıl siyasət həyata keçirdiyini məmnunluqla vurğuladı. Azərbaycan Prezidenti ölkəmizin İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirdi. Bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırladı, ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə etdi, bu cür meyilləri qınadığını dedi və bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırdı. Görüşdə Azərbaycanla İslam və ərəb dövlətləri arasında iqtisadiyyat, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi diqqətə çatdırıldı, əməkdaşlığın birgə səylərlə daha da inkişaf edəcəyinə əminlik ifadə olundu. Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi. Bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdulrəhman əl-Asumi dedi ki, müstəsna hal kimi bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyur.


14-05-2023, 18:11
Ərdoğan səsvermənin yekunuyla bağlı paylaşım etdi


Ərdoğan səsvermənin yekunuyla bağlı paylaşım etdi

"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı. İndi həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır. Nəticələr dəqiqləşənə qədər millətimizin iradəsini qorumağa davam edirik". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan twitter hesabında yazıb.
14-05-2023, 18:11
Ərdoğan səsvermənin yekunuyla bağlı paylaşım etdi


Ərdoğan səsvermənin yekunuyla bağlı paylaşım etdi

"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı. İndi həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır. Nəticələr dəqiqləşənə qədər millətimizin iradəsini qorumağa davam edirik". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan twitter hesabında yazıb.
14-05-2023, 17:28
Sabiq prezident səsverməylə bağlı sualları cavabladı


Sabiq prezident səsverməylə bağlı sualları cavabladı

Türkiyənin sabiq dövlət başçısı Abdullah Gül prezident və parlament seçkilərində səs verib. O, xanımı Hayrünnisa Gül ilə birlikdə İstanbul şəhərində yerləşən seçki məntəqələrinin birində səs verib. Səs verdikdən sonra jurnalistlərin suallarını cavablandıran sabiq dövlət başçısı A.Gül bildirib ki, demokratiyanın ən vacib anı xalqın iradəsini ortaya qoymasıdır: “Türkiyə zaman-zaman xalqın iradəsinə müraciət edib. Bu gün vətəndaşlıq vəzifəmizi bu formada icra etdik. İnşallah, nəticə xalqımız üçün xeyirli olar. Səsvermənin sakit və qarşılıqlı hörmət mühitində keçməsini arzulayıram”.
14-05-2023, 16:08
Kiyev rus vətəndaşlarının qətlində iştirak edib - Peskov


Kiyev rus vətəndaşlarının qətlində iştirak edib - Peskov

Kiyev Rusiya vətəndaşlarının qətlində açıq şəkildə iştirak edib. Bu sözləri Dmitri Peskov “Rossiya-1” kanalına müsahibəsində deyib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Kiyevin açıq şəkildə Rusiya vətəndaşlarının öldürülməsində iştirak etdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfi təkcə rusların öldürülməsinə sponsorluq etmir, həm də onların təşkilatçısı və ilhamvericisidir. Kreml nümayəndəsi daha sonra Ukrayna Müdafiə Nazirliyinin (GUR) Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Kiyevin “dünyada rusları öldürməyə” hazır olması barədə bəyanatını şərh edib. Peskovun sözlərinə görə, Ukrayna faktiki olaraq terroru himayə edən dövlətə çevrilib. O, söz verib ki, Rusiya hakimiyyəti öz siyasi xətlərini cızarkən bunu nəzərə alacaq. Bundan əvvəl Peskov jurnalistlərlə keçirdiyi brifinqdə Budanovun rusların öldürülməsi ilə bağlı dediklərini dəhşətli hesab edib. Rusiya Prezidentinin mətbuat katibi daha sonra qeyd edib ki, Moskva GUR rəhbərinin təhdidlərinə Avropa paytaxtlarından heç bir reaksiya eşitməyib. Qeyd edək ki, mayın 8-də Budanov rusiyalı jurnalist Daria Duqinanın qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli olması ilə bağlı ittihamlara münasibət bildirib. O, bəyan edib ki, Kiyev “Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusları öldürməyə davam edəcək”.
14-05-2023, 15:56
DİM növbəti imtahan prosesini keçirdi


DİM növbəti imtahan prosesini keçirdi

Mayın 14-də Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında növbəti imtahanlar keçirib. DİM-dən verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il mayın 14-də:
- əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
- aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçirilib. İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub. Ümumilikdə imtahanların idarə olunmasına 56 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1340 nəzarətçi-müəllim, 157 buraxılış rejimi əməkdaşı və 56 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 14328 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır. Mayın 15-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
14-05-2023, 15:38
Serbiya prezidenti istefa verəcəyini açıqladı


Serbiya prezidenti istefa verəcəyini açıqladı

Serbiya prezidenti Aleksandr Vuçiç yaxın günlərdə hakim Tərəqqi Partiyasının sədri vəzifəsini tərk edəcəyini açıqlayıb. Vuçiç istefası və digər qərarlarını mayın 27-də partiyanın növbədənkənar toplantısında rəsmən elan edəcək. “Bir neçə gündən sonra mən daha heç bir siyasi partiyanın sədri olmayacağam. Mən bunu böyük iclasda izah edəcəyəm”, - o bildirib. Xatırladaq ki, 2022-ci ilin noyabrında Aleksandar Vuçiç daha gənc namizədin lehinə partiya sədri vəzifəsindən getməyi planlaşdırdığını bildirib. O, 2012-ci ildən Tərəqqi Partiyasına rəhbərlik edir, 2017-ci ildən isə prezidentdir. 2014-2017-ci illərdə Serbiyanın baş naziri vəzifəsində çalışıb.
14-05-2023, 15:14
Qeyri sabit hava bu tarixə qədər davam edəcək


Qeyri sabit hava bu tarixə qədər davam edəcək

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-sı gündüzədək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
14-05-2023, 14:50
Səs vermək üçün yarım saat gözlədik - Binəli Yıldırım


Səs vermək üçün yarım saat gözlədik - Binəli Yıldırım

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım səsvermə prosesində iştirak edib. O, Tuzla şəhərində seçki məntəqəsinə gedərək səs verib. Seçkidən sonra jurnalistlərə açıqlama verən B.Yıldırım vətəndaşlıq borcunu yerinə yetirdiyini bildirib. "Səs verdik. Bu gün Analar Günüdür, analarımızın əllərindən öpürük. Seçkiyə maraq yüksəkdir. Səs vermək üçün yarım saat gözlədik. Həyat yoldaşımla birlikdə vətəndaşlıq borcumuzu yerinə yetirdik. Seçkilərin nəticələrinin ölkəmiz və millətimiz üçün faydalı olacağına əminik. Ölkənin sabitliyə, inam və əmin-amanlığa ehtiyacı var. Türkiyə əsrində yeni bir anlayış və yeni sıçrayışla vətənimizə, millətimizə, gənclərimizə, övladlarımıza daha yaxşı xidmətlər göstərə bilərik. Millətimizə təşəkkürümü bildirirəm".
14-05-2023, 14:19
Bahçeli də keçirilən seçkilərdə səs verdi


Bahçeli də keçirilən seçkilərdə səs verdi

Türkiyənin Milliyətçi Hərəkət Partiyasının (MHP) sədri Devlet Bahçeli ölkədə keçirilən prezident və parlament seçkilərində səs verib. MHP lideri Ankarada seçki məntəqəsinə gedərək seçim edib. Onun sözlərinə görə, seçkilərdə yüksək fəallıq müşahidə olunur. Prezidentliyə namizdlərə və siyasi partiyalara uğurlar arzuladığını deyən Bahçeli nəticələri Ankarada partiyanın mənzil-qərargahında izləyəcəyini söyləyib. Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!