"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
2-07-2023, 14:33
Çikaqoda silahlı insident - 1 ölü, 3 yaralı


Çikaqoda silahlı insident - 1 ölü, 3 yaralı

ABŞ-nin Çikaqo şəhərində baş verən atışmada 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Avtomobildəki şəxslər yolun kənarında dayanan dörd nəfərə atəş açıblar. Polisin məlumatına görə, güllə yarası alan 23 yaşlı gənc ağır vəziyyətdə Çikaqo Universitetinin Tibb Mərkəzinə aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, gənc xəstəxanada keçinib. Digər üç nəfərin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, polis faktla bağlı araşdırma aparır.
2-07-2023, 14:06
Şuşada Azərbaycan Polisinin yaranmasıyla bağlı tədbir keçirildi


Şuşada Azərbaycan Polisinin yaranmasıyla bağlı tədbir keçirildi

Şuşa rayonunda Azərbaycan Polisinin yaranmasının 105 illiyi ilə əlaqədar tədbir keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə rayon ərazisindəki Şəhidlər abidəsini ziyarət ediblər, önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra polis şöbəsində davam etdirilən tədbirdə danışan çıxışçılar Azərbaycan Polisinin 105 illik fəaliyyəti haqqında ətraflı məlumat veriblər, daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndiriblər. Sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunub saxlanılmasında polis əməkdaşlarının müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara, eləcə də polis veteranlarına hədiyyə və mükafatlar təqdim olunub.



2-07-2023, 13:50
Kikboksçumuz Avropa Oyunlarını qızıl medalla başa vurdu


Kikboksçumuz Avropa Oyunlarını qızıl medalla başa vurdu

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb. Full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib. Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. Daha əvvəl karateçilər İrina Zaretska (68 kq) və Tural Ağalarzadə (67 kq) hamıdan güclü olmağı bacarıblar.
2-07-2023, 12:37
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyulun 3-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti olacaq. Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
2-07-2023, 12:19
Fransada iğtişaşlar davam edir - Merin həyat yoldaşı və uşağı yaralandı


Fransada iğtişaşlar davam edir - Merin həyat yoldaşı və uşağı yaralandı

Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edilib. Hücumda merin həyat yoldaşı və uşağının yaralandığını bildirib. Bu barədə Vinsent Janbryun twitter səhifəsində yazıb. Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar: “Sonra həyat yoldaşım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”. Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman o, özü də meriyanın binasında olub.
2-07-2023, 11:52
Kanadada baş verən tornado şəhəri süpürdü


Kanadada baş verən tornado şəhəri süpürdü

Kanadada bir kilometr eni olan tornado Didsberi şəhərini süpürüb. Tornado Didsberi şəhərindən bir çox qonşu şəhərlərə çatıb. Təbii hadisə səbəbindən ölkənin daxilində Kanada Gününün qeyd olunması ləğv edilib.
Qeyd edək ki, Kanada polisi zərərçəkənlər barədə məlumat versə də, xəsarət alanların sayı və tornadonun şiddətini açıqlamayıb.
2-07-2023, 11:10
İran İsveçə yeni səfir təyin etməyəcək


İran İsveçə yeni səfir təyin etməyəcək

İsveçdə “Qurani-Kərim”in təhqir olunmasına görə İran bu ölkəyə yeni səfir göndərməyəcək. Bu barədə IRNA Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, İran İslam Respublikasının İsveçə yeni səfirinin göndərilməsi üçün inzibati prosedurları tamamlamasına baxmayaraq, “Qurani-Kərim”in təhqir olunmasına görə Xarici İşlər Nazirliyi hələlik yeni səfiri göndərməyəcək.
Qeyd edək ki, İran İsveçdə "Qurani-Kərim"in yandırılmasını pisləyib, İsveç səfiri XİN-ə çağırılıb.
2-07-2023, 10:44
Fransada iğtişaşlarla əlaqədar yüzlərlə etirazçı saxlanıldı


Fransada iğtişaşlarla əlaqədar yüzlərlə etirazçı saxlanıldı

Fransada iğtişaşlarla əlaqədar səhər saatlarında yüzlərlə etirazçı saxlanılıb. Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen sosial şəbəkə hesabında yazıb. Nazir bütün ölkə üzrə 400-dən çox adamın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını açıqlayıb. “Axşam saatlarından indiyədək 427 nəfəri həbs edən polisin qətiyyətli tədbirləri sayəsində gecə daha sakit keçdi”, - nazirin paylaşımında bildirilir.
Qeyd edək ki, ötən gecə 45 mindən çox fransız polisi və jandarmı vəzifəsini yerinə yetirib.
2-07-2023, 10:11
Ermənistan hakimiyyəti seperatçıların “rəhbər”ini seçim qarşısında qoyub


Ermənistan hakimiyyəti seperatçıların “rəhbər”ini seçim qarşısında qoyub

Ermənistan rəsmiləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin zənglərinə cavab vermir. Bu barədə “Hetq” nəşrinin redaktoru məlumat verib. Onun sözlərinə görə, separatçı rejim ümidsizliyə qapılıb. “Əvvəllər bütün idarələrin bir-biri ilə sıx əlaqələri olub, istənilən məsələ tez həllini tapıb. İndi sadəcə zənglərə cavab vermirlər", - məlumatda deyilir. Bundan əvvəl “Hraparak” qəzeti yazır ki, Ermənistan hakimiyyəti separatçıların “rəhbəri” Arayik Harutyunyanı seçim qarşısında qoyub. O ya Bakı ilə danışıqlara başlamalı, ya da ermənilərin Qarabağdan çıxarılmasını qəbul etməlidir.
2-07-2023, 00:19
“BakıKart” mobil tətbiqi ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başladı


“BakıKart” mobil tətbiqi ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başladı

“BakıKart” mobil tətbiqi bu gündən ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başlayıb. Artıq tətbiq üzərindən səfərləri planlaşdırmaq, gediş üçün kart balansını artırmaq mümkündür. Belə ki, tətbiqdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini və şifrəni yazmaq kifayətdir. Tətbiq üzərindən, həmçinin asanlıqla marşrutları axtarmaq, təyinat yerinə ən yaxın dayanacaqları tapmaq və real vaxt rejimində avtobusları izləmək mümkündür. Qeyd edək ki, “BakıKart” mobil tətbiqi ötən ay beta versiyada təqdim olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!