Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
22-07-2023, 16:41
Stoltenberq və Zelenski telefon danışığı apardı


Stoltenberq və Zelenski telefon danışığı apardı

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə NATO Baş katibi "Twitter"də bildirib.
Stoltenberqin sözlərinə görə, tərəflər Rusiyanın Qara dəniz taxıl sazişindən çıxması ilə bağlı fikir mübadiləsi aparıb. "Biz Moskvanın qidanı silah mexanizminə çevirmək cəhdini qətiyyətlə pisləyirik. Müttəfiqlər NATO Sammitindən sonra Ukraynanın yanındadırlar, Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır", - Stoltenberq vurğulayıb.
22-07-2023, 16:23
Son altı ayda buğda idxalı artıb


Son altı ayda buğda idxalı artıb

Bu ilin altı ayında Azərbaycan 493 min 210 ton buğda idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu həcmdə buğdanın idxal dəyəri 145 milyon 565 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 92 min 462 (23%) ton, dəyər baxımından isə 2 milyon 462 ton (1,8%) çoxdur.
Xatırladaq ki, bu, Azərbaycanın ümumi idxalının 1,78%-ni təşkil edib.
Bölgələrdə taxıl biçini davam edir. Artıq 658 339 hektar sahədə biçin başa çatıb, sahələrdən 2 milyon 164 min 746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edir.
Bu günədək 16 rayonda taxıl sahələrinin 90%-dən çoxunda biçin başa çatıb.
Respublika üzrə arpa sahələrinin 80%-də biçin yekunlaşıb, sahələrdən bir milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir. Buğda sahələrinin isə 50%-də biçin aparılıb, 333 088 hektar biçilmiş sahədən 1 milyon 169 min 774 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.
22-07-2023, 15:00
Aysel Mübarizqızı yazır:  Mətbuat tariximizin qəhrəmanları


Aysel Mübarizqızı yazır: Mətbuat tariximizin qəhrəmanları

Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan.
H. Zərdabi

Bəli, Həsən bəy Zərdabi xalq üçün çalışdı. Xalqın sevgisini, dəyərini özünə mükafat bildi. Xalqın maariflənməsi yolunda çox əziyyətlər çəkdi. Buna baxmayaraq, sanki içində inam var idi: gələcəyə inam. O inam bu yolda addımlamaqda ona daha da güc verirdi. Yollar onu xalqın sevgisinə aparırdı. Həsən bəy yanılmırdı. Çünki o güvəni qazanmışdı. Azərbaycan milləti onu dəstəkləyirdi. Bir neçə il zəhmətə qatlansa da, bəhrəsini verdi.
Həsən bəy düz 7 il mətbu orqan yaratmaq üçün mübarizə apardı. Çünki onun tək amalı millətinin maariflənməsi idi. O, dəfələrlə Qafqaz Senzura Komitəsinə, Bakı Qubernatoruna müraciət etmişdir. Müraciətləri bir neçə dəfə cavabsız qalsa da, bu işdə ona Bakının qubernatoru general Staroselski kömək etmişdir. Həsən bəy sonralar bu barədə yazırdı: "Bizim qubernator general Staroselski, doğrudur, xalis rus idi. Amma övrəti gürcü qızı idi. Ona görə də Qafqazın yerli əhalisini özünə dost tuturdu. Mən ona dərdimi dedikdən sonra məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyum. Guya məhz əkin və ziraətdən danışılacaq və boynuna çəkdi ki, senzorluğu qəbul etsin."
Nəhayət, 1875-ci il 22 iyulda "Əkinçi" qəzetinin ilk nömrəsi işıq üzü gördü. Həmin gün nəinki Həsən bəy, bütün elm xadimləri üçün sanki bayram idi. Sevinclərinin həddi-hüdudu yox idi. Bu xəbər Həsən bəyin, ziyalılarımızın, Azərbaycan xalqının uğuru idi. Qəzet Bakıda qubernatorun mətbəəsində, ayda 2 dəfə, 300-400 tirajla nəşr olunurdu. "Əkinçi" qəzetinin "Daxiliyyə", "Elm xəbərləri", "Təzə xəbərlər", "Əkin və ziraət xəbərləri" adlı bölmələri var idi. Bölmələrdə maarifpərvər şəxsiyyətlərimizin yazıları dərc olunurdu. Həsən bəy qəzetin ətrafına dövrünün qabaqcıl maarifçiləri olan M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Adıgözəlov, Ələkbər Heydəri, Ələkbər bəy Sultanovu və s. toplamışdır.
Təəssüf ki, "Əkinçi"nin cəmi 56 sayı işıq üzü gördü. Qəzetin bağlanmasının bir neçə səbəbləri var idi. Onlardan biri 1877-1878-ci illərdə baş verən rus-türk müharibəsi idi. Digəri isə əsas səbəblərdən idi. "Əkinçi" yalnız maarifçilik ideyalarının təbliği ilə kifayətlənmirdi. Həmçinin, azad və milli dövlət qurmaq ideyalarını da təbliğ edirdi. Çünki qəzet Rusiyada yaşayan müsəlmanları hərəkətə gətirirdi. Təbii ki, bu hökuməti narahat edirdi. Hökumət qəzetdə siyasi xəbərlərin dərc olunması ilə bərabər, xalqın oyanmasını və maariflənməsini də istəmirdi. Amma bu yolda həm Həsən bəy Zərdabi, həm də digər maarifçilərimiz yorulmadı, usanmadı. Çünki onlar xalqın işıqlı gələcəyinə inanırdılar. Cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq, əkdiyi toxumlar cücərdi. Özündən sonra əsası qoyulacaq "Ziya" (1879), "Ziyayi-Qafqaziyyə" (1880), "Kəşkül" (1883), "Kaspi" (1881), "Həyat" (1905), "İrşad" (1905), "Molla Nəsrəddin" (1906), "Füyuzat" (1906) və s. mətbu orqanlarına böyük töhfə verdi.
"Həyat" qəzeti Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun birgə əməyi nəticəsində 1905-ci ildə fəaliyyətə başladı. Qəzetin nəşrinə icazə verilməsində H.Z.Tağıyevin də nüfuzunun böyük rolu olmuşdur. Qəzetin 36 nəfər daimi yazar-müəlliflərindən Ə.Hüseynzadə, Ə.Ağaoğlu, H.Zərdabi, A.Səhhət, M.Hadi, Ü.Hacıbəyov, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.M.Qənizadə və s. adlarını çəkmək olar. "Həyat" qəzeti təkcə Qafqazda deyil, İranda, Türkiyədə də yayılırdı. Qəzetin əsas məqsədi türkçülüyə, Azərbaycana, Azərbaycan xalqına xidmət etmək idi. "Həyat"a qarşı təzyiqlər, senzorun ağır şərtləri qəzetin nəşrinin ilk aylarından bəlli olurdu. İlk sayının çıxmasından bir müddət sonra ermənilər Qafqaz Canişinliyinə müraciət etdilər. Senzura Komitəsi qəzeti və onun redaktoru Ə.Ağaoğlunu "qatı islam tərəfdarları" kimi günahlandırırdılar. Yenə hər addımda erməni xisləti özünü göstərirdi. Amma ziyalılarımız yorulmadan maarifçilik ideyasından uzaqlaşmırdılar. 1905-ci il 30 dekabrda Ə.Ağaoğlu "İrşad" qəzetinin əsasını qoyduğu üçün "Həyat"da redaktorluq fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. "İrşad" Azərbaycan dilində nəşr olunurdu. Redaktorları Ə.Ağaoğlu, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, H.Vəzirov kimi ziyalılarımız olmuşdur. Ü.Hacıbəyov "İrşad"ın ən fəal əməkdaşlarından idi. Onun "Ordan-burdan" başlığı ilə 200-dən çox satirik miniatür və felyetonları, 100-dən çox publisistik məqaləsi dərc olunmuşdur. "İrşad" qəzeti 2 dəfə:
1) 1907-ci ildə Ü.Hacıbəyovun "Stolıpinin xəyalı" felyetonuna görə müvəqqəti;
2) 1908-ci ildə Ü.Hacıbəyovun "Nağıl" felyetonuna görə həmişəlik fəaliyyətini dayandırmışdır.
Satirik-yumoristik jurnal olan "Molla Nəsrəddin"in əsası 1906-cı ildə qoyulmuşdur. Jurnalın dərc olunmasında C.Məmmədquluzadənin böyük zəhməti və əməyi olmuşdur. Xalq jurnalda dərc olunan məqalələri, felyetonları, şeirləri, karikaturaları, hekayələri xüsusi maraqla qarşılayırdı. C.Məmmədquluzadə demişkən: " "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı." Jurnalın dərc olunan sərt, cəsarətli çıxışlara görə 1907-ci ildə fəaliyyəti dayandırılır. Xalqın sevgisini qazanan "Molla Nəsrəddin" müxtəlif bölgələrdən gələn etiraz məktubları nəticəsində fəaliyyətini yenidən davam etdirir. 1908-1909-cu illərdə yenə bağlamağa cəhd etmişdilər. Hətta Ö.F.Nemanzadə 9 gün həbs olunmuşdur. Bu hadisəyə "İrşad" qəzeti belə cavab vermişdir: "Bir-iki nəfər C.Məmmədquluzadələrin, Ö.F.Nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, "Molla Nəsrəddin"i öldürəcəksiniz? Bunu biliniz, "Molla Nəsrəddin"i öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz."
"Molla Nəsrəddin"in Təbriz dövründə hökumət jurnalın farsca çap edilməsini bildirirdi. Mirzə Cəlil hökumətin bu tələbi qarşısında belə söyləmişdir: "Təbrizdə ermənilər ermənicə qəzet çıxarırlar. Siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Elə isə icazə verin, "Molla Nəsrəddin"i erməni dilində nəşr edim." Bu müraciətdən sonra jurnalın doğma dilimizdə nəşr olunmasına icazə verilmişdir.
"Füyuzat" jurnalının əsasını isə 1906-cı ildə böyük ziyalımız Ə.Hüseynzadə qoymuşdur. "Füyuzat" Azərbaycan ədəbiyyatında romantizmin əsasını qoymuşdur. M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət, və s. kimi şəxsiyyətlər jurnalın ətrafına toplaşmışdılar. Onu da qeyd etmək lazımdır ki, "Füyuzat"çılarla, "Molla Nəsrəddin"çilər arasında ideya baxımından fərqliliklər olsa da, oxşarlıqlar da az olmamışdır. Hər iki jurnal xalqını, millətini maarifçiliyə, elmə, savada, bilikli olmağa çağırır.
Mətbuat hər zaman milli və ictimai maraqlara xidmət etməlidir. Cəmiyyətin, ictimaiyyətin maraqları əsas amil olaraq işıqlandırılmalıdır. Məhz bu baxımdan maarifçi ziyalılarımızın Azərbaycan mətbuatı tarixində rolu danılmazdır.
Müstəqillik əldə olunduqdan sonra Qərb ölkələrindən azad mətbuatın necə olduğunu öyrənməyə başladıq. Biz ABŞ-a, həmçinin Qərb ölkələrinə inandıq ki, onlarda mətbuat ideologiyadan uzaqdır, azaddır və yalnız ictimai maraqlara xidmət edir. Lakin hadisələr bizim zənn etdiyimiz kimi cərəyan etmədi. Rusiya-Ukrayna müharibəsində şahidi olduq ki, Qərb jurnalistikası, Amerika jurnalistikası hər biri öz dövlət maraqlarına xidmət edir. Düzgün deyil, yalan informasiyalar yayırlar. Rusiya-Ukrayna müharibəsində Rusiya da, ABŞ da, Qərb ölkələri də fake informasiyalar paylaşırdılar. Hər kəs özünə münasib şəkildə məlumat verirdi. Ona görə də biz bu gün Qərbdən öyrənmək deyil, yalnız Həsən bəy Zərdabidən, Mirzə Cəlildən, Mirzə Fətəli Axundovdan, Əhməd bəy Ağayevdən, Haşım bəy Vəzirovdan, Əli bəy Hüseynzadədən və s. kimi ziyalılarımızdan öyrənməliyik. Bizim tək öyrənc yerimiz klassik mətbuatımızdır.

Aysel MÜBARİZQIZI (BABAYEVA)
Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin 2-ci kurs tələbəsi
"Bütöv Azərbaycan" qəzeti
21 iyul 2023


22-07-2023, 13:24
Antalyada oteldə yanğın baş verdi - Ölən və yaralananlar var


Antalyada oteldə yanğın baş verdi - Ölən və yaralananlar var

Türkiyənin əsas turizm məkanlarından biri olan Antalyanın Muratpaşa rayonunda ikimərtəbəli otel yanıb.
Yanğın nəticəsində 2 turist həyatını itirib, 12 nəfər yaralanıb.
Əraziyə xilasedicilər, yanğınsöndürənlər, polis, təcili tibbi yardım qrupları yönəldilib.
Yanğında ölənlərin livanlı turistlər olduğu bildirilir. Xəsarət alanlar arasında Norveç, Danimarka və Niderlanddan olan turistlər də var.
Həkimlərin sözlərinə görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır.
Yanğının səbəbləri araşdırılır.
22-07-2023, 13:05
Paytaxtda evdən iki qardaşın meyiti tapıldı


Paytaxtda evdən iki qardaşın meyiti tapıldı

Bakıda evdən iki qardaşın meyiti tapılıb.
Hadisə dünən axşam saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
Belə ki, 52 yaşlı Həsənov Əli Xaliq oğlu və qardaşı 55 yaşlı Rəhmanın meyiti evdə aşkarlanıb. İlkin müayinə zamanı onların üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.
İki qardaşın eyni vaxtda hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
22-07-2023, 12:34
Sabahın havası


Sabahın havası

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı, 759 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 35-45 faiz olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacaq.
22-07-2023, 12:21
Xəzər sahilində kişi meyiti aşkarlandı


Xəzər sahilində kişi meyiti aşkarlandı

Xəzər dənizinin Xaçmaz rayonu Niyazoba kənd sahillərində kişi meyiti aşkarlanıb.
Araşdırmalar zamanı onun Xaçmaz şəhər sakini, 1982-ci il təvəllüdlü Ağayev Asif Balakişi oğlu olduğu müəyyənləşib.
Kənd sakinlərinin dediyinə görə, A.Agayev ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
22-07-2023, 12:08
Türkiyə 10 ildən sonra Misirə səfir təyin etdi


Türkiyə 10 ildən sonra Misirə səfir təyin etdi

Türkiyə 10 ildən sonra Misirə səfir təyin edib.
Bu barədə “Resmi Gazete”də məlumat yayımlanıb.
Səfir postu Salih Mutlu Şenə həvalə olunub.
Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, tərəflər öz səfirlərini geri çağırıblar. 2021-ci ilin mart ayında Türkiyənin ovaxtki xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.
22-07-2023, 11:56
İsveçin İrana yeni təyin olunan səfirini qəbul etməyəcəyik - Abdullahian


İsveçin İrana yeni təyin olunan səfirini qəbul etməyəcəyik - Abdullahian

“İsveçdə Qurani-Kərim kitabı dəfələrlə təhqir edildiyi üçün biz bu ölkənin İrana yeni təyin olunan səfirini qəbul etməyəcəyik”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
O, İsveçə yeni səfir göndərməyəcəklərini də deyib.
Qeyd edək ki, bu yaxınlarda İsveçin Stokholm şəhərində Qurani-Kərim kitabı yandırılıb. Buna Türkiyə, Azərbaycan, İraq və başqa islam ölkələri etirazını bildirib.
22-07-2023, 11:30
Boksçularımız Avropa birinciliyinə qələbə ilə start götürdülər


Boksçularımız Avropa birinciliyinə qələbə ilə start götürdülər

Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürüb.
Federasiyadan verilən məlumata görə, 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqdən qalib ayrılıb.
48 kq çəkidə Zidan Hümbətov Nikolos Şarabidze (Gürcüstan) ilə üz-üzə gəlib və rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda yunanıstanlı Angelos Karaitislə münasibətinə aydınlıq gətirəcək. Döyüş iyulun 25-də olacaq.
Sübhan Babayevin (50 kq) də Avropa birinciliyində debütü uğurlu alınıb. O, Ahmet Yılmaz (Türkiyə) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz iyulun 22-də 1/8 finalda Maksim Çekini (Ukrayna) sınağa çəkəcək.
Orucəli Cavadzadə (57 kq) Ognjen Antiçi (Serbiya) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən idmançı 1/8 finalda Adam Maka (İngiltərə) ilə görüşəcək. Döyüş iyulun 24-də olacaq.
Cəmilə Sultanlı (48 kq) da ilk duelindən qalib ayrılıb. O, Melissa Talpasdan (Macarıstan) üstün olub - 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). Təmsilçimiz 1/4 finalda ukraynalı Yuliana Ovsepyanla qarşılaşacaq. Görüş iyulun 25-də baş tutacaq.
Onlardan fərqli, Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Əli Məmişov (70 kq) yarışla vidalaşıb.
Qeyd edək ki, Avropa birinciliyində final qarşılaşmaları iyulun 30-da olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!