23-07-2023, 11:47
Yunan adasında meşə yanğınları turistlərin olduğu əraziyə çatdıYunanıstanın Rodos adasında beş gündür davam edən meşə yanğınları artıq turistlərin olduğu əraziyə çatıb.
12 oteldən təxminən 10 min turist təxliyə edilib.
Bundan başqa Yunanıstan ordusuna və Sahil Mühafizəsinə aid 3 qayıqla çox sayda turist 2 çimərlikdən təhlükəsiz yerə aparılıb.
Güclü külək və yüksək temperatur yanğınsöndürənlərin meşə yanğınlarının qarşısını almağa mane olur.
23-07-2023, 11:36
İlham Əliyevdən misirli həmkarına təbrik məktubuAzərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisini təbrik edib.
Təbrik məktubunda deyilir:
“Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xalqlarımızı ənənəvi dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
23-07-2023, 11:19
Rusiya şərinə heç bir bəraət qazandırmaq olmaz - Zelenski“Rusiya ordusu dinc şəhərlərə endirdikləri raket zərbələrinə görə mütləq cavabını alacaq”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Rusiya şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu pislik uduzacaq. Odessa üçün isə Rusiya terrorçularına (hərbçiləri – red.) mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”, - deyə, o bildirib.
Onun sözlərinə görə, hazırda Odessaya gecə hücumu nəticəsində zərərçəkən şəxslərin hamısına lazımi yardım göstərilir.
23-07-2023, 11:00
Barda güclü yanğın - 11 nəfər öldüMeksikada barda güclü yanğın olub.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Hadisə San Luis Rio Kolorado şəhərindəki "Beer House" barında baş verib. Yanğın zamanı 11 nəfər ölüb.
Müstəntiqlərin fikrincə, hadisə nalayiq davranışlar sərgilədiyi iddia edilən ziyarətçilərdən birinin təqsiri üzündən baş verib.
Bir müddət sonra həmin şəxs geri qayıdıb və əsas girişə yanar qarışığı olan qab atıb.
Şübhəli şəhəri tərk etmək istəyərkən yaxalanıb.
Qurbanlar arasında həmin axşam çıxış edən "Mitosis Rock & Ska" musiqi qrupunun üç üzvü də olub.
23-07-2023, 00:20
Kəlbəcərdə ölümə səbəb olan qəzayla bağlı rəsmi açıqlamaKəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular - baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli xəsarətlər alması faktı ilə əlaqədar Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Hazırda Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.