Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
25-07-2023, 19:50
Danimarkada “Quran” yenidən yandırıldı


Danimarkada “Quran” yenidən yandırıldı

Danimarkada bu gün yenidən Qurani-Kərim yandırılıb.
Aksiya Misir və Türkiyənin Kopenhagendəki səfirlikləri önündə baş tutub.
İslam əleyhdarı olan bir qrup radikal millətçi Quran kitablarını yandırıb.
Danimarka və İsveç hökumətləri öz növbələrində İslamın müqəddəs kitabının yandırılmasını pisləyərək bundan təəssüfləndiklərini, lakin söz azadlığını qoruyan qanunlar çərçivəsində həmin aksiyaların qarşısını ala bilməyəcəklərini elan edib.
“Bu təxribatçı və rüsvayçı hərəkətlər Danimarka hökumətinin fikirlərini əks etdirmir. Hamını deskalasiyaya çağırırıq, zorakılıq heç vaxt cavab olmamalıdır”, - deyə Danimarka hökumətinin saytında yerləşdirilən müraciətdə vurğulanıb.
25-07-2023, 19:19
Zakir Həsənov İstanbulda keçirilən sərgidə iştirak etdi


Zakir Həsənov İstanbulda keçirilən sərgidə iştirak etdi

İyulun 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.
Nazirliyin rəhbər heyəti sərgidə "ASELSAN", "ROKETSAN", "DEARSAN" və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Səfər çərçivəsində general-polkovnik Zakir Həsənov, həmçinin Türkiyənin texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşüb.
Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.
25-07-2023, 18:39
Müsbət məqamlar var - Ceyhun Bayramov


Müsbət məqamlar var - Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan danışıqlar prosesində dinamikanın kifayət qədər yüksək olduğunu bildirib.
Nazir bu barədə Moskvada üçtərəfli görüş zamanı danışıb.
“Nəticələr danışıqlar prosesinin dinamikasından bir qədər aşağıdır, lakin müsbət məqamlar var”, — o qeyd edib.
25-07-2023, 18:09
Tərəflərin mövqelərinin uzaq olduğu problemlər var - Mirzoyan


Tərəflərin mövqelərinin uzaq olduğu problemlər var - Mirzoyan

Bəzi məsələlərdə konkret nəticələr, bəzilərində razılıq əldə etmək perspektivləri var.
Bunu Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, İrəvan Bakı ilə danışıqlar aparmağa meyillidir. "Lakin tərəflərin mövqelərinin hələ də uzaq olduğu problemlər var”, - Mirzoyan bildirib.
Qeyd edək ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilir.
25-07-2023, 17:45
Hatayda meşə yanğınları yaşayış məntəqələrinə qədər çatdı


Hatayda meşə yanğınları yaşayış məntəqələrinə qədər çatdı

Türkiyənin Hatay vilayətində meşə yanğını başlayıb.
Antakyaya yaxın yerləşən meşə massivində başlayan yanğın nəzarətdən çıxaraq yaşayış məntəqələrinə doğru hərəkət edib.
Məlumata görə, ən təhlükəli vəziyyət Antakyanın Kisecik rayonunda yaşanır. Yanğının evlərə tərəf yaxınlaşması səbəbindən vətəndaşlar təxliyə olunmağa başlayıb.
Yanğınsöndürən qruplar qurudan və havadan alovun söndürülməsi üçün əraziyə cəlb ediliblər.
25-07-2023, 15:15
Çində XİN Başçısı vəzifəsindən azad edildi


Çində XİN Başçısı vəzifəsindən azad edildi

Çin parlamenti ölkənin xarici işlər naziri Qin Qanqı vəzifəsindən azad edib.
Bu barədə "Reuters" agentliyi yerli mətbuata istinadən məlumat yayıb.
Bildirilir ki, yeni qərarla Vanq Yi Çinin yeni xarici işlər naziri təyin edilib. O, 2022-ci ilin dekabr ayına qədər xarici işlər naziri olub, daha sonra Kommunist Partiyasının baş diplomatı təyin olunub.
Qeyd edək ki, Qin Qanq son bir ay ərzində ictimaiyyət qarşısına çıxmayıb. Çin Xarici İşlər Nazirliyi onun harada olması və səhhətinin vəziyyəti ilə bağlı açıqlama verməyib. Qərb mediası nazirin Çin telekanallarından birinin jurnalisti ilə nikahdankənar münasibət qurduğunu və buna görə ictimai sahədən yoxa çıxdığını bildirib.
25-07-2023, 14:47
Azərbaycandan İran sərhədinədək olan yol tikintisi yekunlaşır


Azərbaycandan İran sərhədinədək olan yol tikintisi yekunlaşır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ələt-Astara-İran ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisi yekunlaşmaq üzrədir.
Bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, layihə Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–cü kilometrlik hissəsindən başlayaraq 3,05 km-lik hissəsini əhatə edir.
I texniki dərəcəyə uyğun olaraq inşa edilən, eni 26,5 metr, ayrıcı zolağın eni 4 metr, hər birinin eni 3,75 metr olmaqla 4 hərəkət zolaqlı olan yolun çiyinlərinin eni 3,75 metr təşkil edir.
Məlumata görə, inşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılıb.
Yeni magistral yolun keçdiyi bəzi ərazilərdə vaxtilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunduğu üçün əvvəlcə bu hissədə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 metr dərinlikdə qazılıb və dörd mərhələ üzrə ələnmiş çaydaşı tökülərək kipləşdirilib.
Yolboyu 12 yerdə ümumi uzunluğu – 667 p/m təşkil edən dəmir-beton suötürücü qurğuların, mal-qara üçün uzunluğu – 44,7 p/m olan 1 dəmir-beton keçidin, həmçinin uzunluğu 30 metr, eni isə 19,5 metr təşkil edən tunel tipli yolötürücüsünün tikintisi aparılıb.
Ardıcıllığa uyğun olaraq avtomobil yolunun torpaq yatağı, yol əsasının alt və üst laylarının tikintisi yerinə yetirilib və aşınma qatı istisna olmaqla asfalt-beton işləri yekunlaşıb.
Sonuncu mərhələdə aşınma qatının döşənməsi, zəruri yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin normal hərəkətin təşkili üçün yolcizqi və yolgöstərici xətlərin çəkilişi işləri icra olunacaq.
Yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində tikilən yeni avtomobil körpüsünə birləşir.
Sözügedən 3 aşırımlı körpüdə inşaat işləri yekunlaşsa da, hazırda suyun körpünün dayaqlarına ziyan vurmaması üçün körpü requlyasiyalarının inşası davam etdirilr.
Yeni körpünün uzunluğu 97,5 metr, eni isə 30,6 metr təşkil edir. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolaq yaradılıb, həmçinin hər birinin eni 2,5 metr olan 2 piyada keçidi tikilib.
Qeyd edək ki, İran tərəfindən körpüyə yanaşma yolunun inşası davam etdirilir.
Məlumatda deyilir ki, "İnşaat Norma və Qaydaları"na əsasən birbaşa Agentliyin rəhbərliyinin nəzarəti altında aparılan yolun və körpünün tikintisi Şimal-Cənub nəqliyyat dəhlizi üzrə qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini təmin edəcək ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir, AAYDA qeyd edir.
25-07-2023, 14:33
Azərbaycanın ərazi bütövlüyünü həmişə tanımışıq - Paşinyan


Azərbaycanın ərazi bütövlüyünü həmişə tanımışıq - Paşinyan

Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
O çıxışı zamanı yenidən Qarabağ mövzusuna toxunub. Baş nazir vurğulayıb ki, dünyada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur.
Paşinyan əlavə edib ki, Ermənistan Qarabağın əhalisinin taleyini həll edə bilməz.
25-07-2023, 14:10
Bakı Qarabağ ermənilərini müzakirə etməkdən imtina etməyib - Paşinyan


Bakı Qarabağ ermənilərini müzakirə etməkdən imtina etməyib - Paşinyan

"Bakı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib".
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan bir-birinə etibar etmir.
"Ona görə də inamsızlığı aradan qaldırmaq üçün addımlar atılmalıdır", - deyə Baş nazir qeyd edib.
25-07-2023, 13:47
Partiya sədri təcridxanaya köçürüldü


Partiya sədri təcridxanaya köçürüldü

Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
O, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!