Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
16-07-2023, 15:14
Kosova “Bayraktar” PUA-larını aldı


Kosova “Bayraktar” PUA-larını aldı

Türkiyə istehsalı “Bayraktar” TB2 zərbə PUA-ları Kosova Silahlı Qüvvələrinin arsenalına daxil olub. Bu barədə Kosovanın Baş naziri Albin Kurti bildirib.
“Ordumuzun arsenalını hökumət olaraq Türkiyədən aldığımız “Bayraktar” TB2 pilotsuz uçuş aparatları ilə təmin etdik. İki illik hökumət dövründə ordunun sayını 80 %-dən çox artırdıq, ordunun büdcəsini isə 100 %-dən çox”, - siyasətçi feysbukda yazıb.
Onun sözlərinə görə, Kosova “daha ​​da təhlükəsiz” olub.
16-07-2023, 14:57
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi


Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib.
DİM-dən bildirilib ki, imtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
16-07-2023, 14:35
Direktorların, müavinlərin və müəllimlərin işə qəbulu üzrə imtahan keçirildi


Direktorların, müavinlərin və müəllimlərin işə qəbulu üzrə imtahan keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyulun 16-da uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib. Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1134 namizəd qeydiyyatdan keçmişdi. İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.
Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunur. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.
16-07-2023, 14:11
İsrailin Baş naziri xəstəxanadan evə buraxıldı


İsrailin Baş naziri xəstəxanadan evə buraxıldı

İsrailin Baş naziri Binyamin Netanyahu xəstəxanadan evə buraxılıb. Bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, Netanyahunun səhhəti pis olduğu üçün kortejinin müşayiəti ilə şənbə günü səhər tezdən gəldiyi “Tel HaShomer” xəstəxanasının kardiologiya mərkəzinin həkimləri gecə saatlarında Baş nazirin vəziyyətini müşahidə edəcəklər.
16-07-2023, 13:36
Metroda halı pisləşən sərnişin dünyasını dəyişdi


Metroda halı pisləşən sərnişin dünyasını dəyişdi

Bakı metrosunda halı pisləşən sərnişin vəfat edib. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.
“Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib”, - B.Məmmədov deyib.
Onun sözlərinə görə, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib. Vəfat edən sərnişin Bakı metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı 1959-cu il təvəllüdlü Kamil Zeynalov olub.
16-07-2023, 13:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, 16-dan 17-nə keçən gecə və səhər erkən saatlarında yarımadanın bəzi ərazilərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 22-27° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-17° isti olacaq.
16-07-2023, 12:38
138 miqrant Əfqanıstana göndərildi


138 miqrant Əfqanıstana göndərildi

Türkiyənin Kocaeli ərazisində keçirilən əməliyyatlar zamanı tutulan 138 qeyri-qanuni miqrant Əfqanıstana göndərilmək üçün avtobuslarla Cengiz Topel hava limanına aparılır. 138 qeyri-qanuni mühacir təhlükəsizlik məntəqəsindən keçdikdən sonra Əfqanıstan Hava Yollarına məxsus təyyarə ilə çarter reysləri ilə ölkələrinə göndəriləcək.
Bu gün ediləcək çarter reysi ilə ilin əvvəlindən bu yana deportasiya edilən immiqrantların sayı 2688 olacaq. 2017-ci ildən bu yana deportasiya edilən qeyri-qanuni miqrantların sayının 18 095 nəfər olduğu bildirilib.
16-07-2023, 12:17
Gimnastlarımız İtaliyada keçirilən yarışı qızıl medalla başa vurdular


Gimnastlarımız İtaliyada keçirilən yarışı qızıl medalla başa vurdular

İyulun 14-də İtaliyanın Roma şəhərində bədii gimnastika üzrə “Rome cup” beynəlxalq turnirinə start verilib. Yarışda Azərbaycanı “Ocaq” Sport klubunun 12 gimnastı təmsil edir.
Paytaxtla yanaşı, klubun Zaqatala bölməsinin 2 gimnastı da yarışlarda qüvvəsini sınayır. Gimnastlarımızdan Nilay Pünhanlı (alətsiz, top), Nərgiz Əliyeva (alətsiz, top), Mişel Aniskina (alətsiz, top), Aylin Yusifli (alətsiz, top), Fatimə Zeynalova (halqa) bütün rəqiblərini üstələyərək qızıl medallar qazanıblar.
Bildirilib ki, Zaqatala təmsilçisi Leyla Həsrətova da ona bəslənilən ümidləri doğruldaraq iki qızıl medal (alətsiz, gürzlər) qazanmağa müvəffəq olub.
Sara Atakişiyeva isə gürzlərlə qızıl, topla bürünc medala sahib çıxıb. Komandanın daha bir üzvü Mələk Mahmudlu gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib.
16-07-2023, 11:00
Pakistan XİN-dən İsveç hökümətinə etiraz


Pakistan XİN-dən İsveç hökümətinə etiraz

Pakistan Xarici İşlər Nazirliyi Tövrat və İncilin yandırılmasına icazə verdiyinə görə İsveç hakimiyyətini tənqid edib.
Bu barədə nazirlik bəyanat yayıb.
Pakistan XİN bildirib ki, söz və fikir azadlığı pərdəsi altında dini nifrət yaradan təhqiramiz əməllərə bəraət qazandırmaq olmaz.
Qeyd edək ki, iyunun 28-də - Qurban bayramının ilk günü Stokholmda məscidin qarşısında təxribat məqsədilə “Qurani-Kərim” yandırılıb. İsveçdə dəfələrlə müqəddəs kitablara qarşı bu kimi hallar yaşanır və etirazlara baxmayaraq İsveç polisi buna biganə qalır.
16-07-2023, 10:10
Tel-Əvivdə kütləvi etiraz aksiyası - 150 mindən çox insan iştirak etdi


Tel-Əvivdə kütləvi etiraz aksiyası - 150 mindən çox insan iştirak etdi

İsrailin paytaxtı Təl-Əvivdə məhkəmə islahatlarına qarşı keçirilən etiraz aksiyasında 150 mindən çox insan iştirak edib.
Bu barədə “The Times of Israel” qəzeti yazıb.
28-ci dəfədir keçirilən aksiyada etirazçılar əllərində “Bayden bizi xilas et” yazılan plakatlar tutaraq ABŞ prezidenti Co Baydeni İsrail baş naziri Benyamin Netanyahuya təzyiq göstərməyə çağırıb.
Son günlər etirazlar daha da artıb, müxalifət iyulun sonunda hökumətin məhkəmə sisteminə düzəlişləri qəbul edəcəyini və yay tətilinə çıxacağını gözləyir.
İyulun 15-də İsrail hökumətinin iclası 73 yaşlı baş nazir Benyamin Netanyahunun xəstəliyi ilə əlaqədar iyulun 17-nə təxirə salınıb.
Mart ayından bəri İsraildə məhkəmə islahatları ilə əlaqədar genişmiqyaslı etirazlar keçirilir. Dəyişikliklərə əsasən, hökumət hakimlərin təyinatına və Ali Məhkəmənin səlahiyyətlərinin azaldılmasına nəzarət edəcək. Etirazlara görə qanun layihəsinə baxılması yaya qədər təxirə salınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!