Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
10-07-2023, 12:32
Ermənistan Arazdəyəndə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa edir - Baş prokuror


Ermənistan Arazdəyəndə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa edir - Baş prokuror

"Hazırda Ermənistan Sədərəkdə sərhədyanı bölgədə, Arazdəyəndə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa edir". Bu fikirləri Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokrorluqlarının sərhədyanı əməkdaşlığı konfransında çıxış edən Baş prokuror Kamran Əliyev deyib. Baş prokuror bildirib ki, iri metallurgiya zavodunun inşası və zəhərli maddələrin Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülməsi böyük cinayətdir: "Biz bunu dəfələrlə müzakirə etmişik və ötən iki gün ərzində Türkiyəli həmkarlarımızla yenə də müzakirə etdik. Araz çayının çirklənməsi su ehtiyatlarının keyfiyyətinə, həmçinin bu zonada olan fauna və floraya də birbaşa təsir göstərir. Sədərək rayonunun yaxınlığında tikiləcək zavodun fəaliyyəti nəticəsində təkcə Araz çayı çirkləndirilməyəcək, həmçinin havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi tasir göstərəcək. Həmçinin, metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq. Ermənistan yenə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozur. Bu, Ermənistanın beynəlxalq ekoloji hüquq normalarına riayət etməməsi kimi ilk hal deyil".
10-07-2023, 12:21
Ukraynada “Bayraktar” zavodunun inşasına başlanıldı


Ukraynada “Bayraktar” zavodunun inşasına başlanıldı

Ukraynada “Bayraktar” zavodunun tikintisinə başlanılıb. Bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin deyib. Onun sözlərinə görə, zavodda PUA-lar və digər hərbi texnikalar istehsal olunacaq.
Qeyd edək ki, “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının istehsalına 2025-ci ildə başlayacağını bildirmişdi.
10-07-2023, 12:07
Fransalı siyasətçi Makronu iğtişaşların səbəbkarı adlandırdı


Fransalı siyasətçi Makronu iğtişaşların səbəbkarı adlandırdı

Fransada polisin ötən həftələrdə xidməti silahdan atəş açaraq 17 yaşlı gənci öldürməsindən sonra başlayan etirazlar artıq neçə gündür davam edir. Minlərlə insanın iştirakı ilə Fransanın bir neçə şəhərində keçirilən aksiyalarda nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Fransa hökuməti əks tədbirlər görsə də, iğtişaşlar indiyədək səngiməyib. Avropanın mərkəzində baş verən son hadisələrdən sonra Fransa hakimiyyəti beynəlxalq ekspertlər və siyasətçilər tərəfindən tənqid atəşinə tutulub. Bildirilir ki, Emmanuel Makronun hakimiyyətə gəlişindən sonra ölkədə insan haqlarının pozulması halları dözülməz həddə çatıb. Hüquqları pozulan vətəndaşlar çıxış yolunu etiraz aksiyalarında görürlər. Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lambert Modern.az-a açıqlamasında bildirib ki, Fransadakı iğtişaşlarda siyasi iddia yoxdur. “Bir çox şəhərlərdə minlərlə gənc mağazaları qarət edib, maşınları yandırıb. Amma bu cür zorakılıq və quldurluq hərəkətləri “üsyan” deyil, çünki bunların heç birində siyasi iddia yoxdur. Eyni anda bir çox aksiyalar baş vermiş olsa belə, mağaza soymağı üsyan hesab etmək olmaz. Amma hökumət açıq-aydın asayişi bərpa etməlidir. Çünki insanların belə hərəkət etməsinin səbəbi hökumətdir. Makron hakimmiyyəti bir çox situasiyaların öhdəsindən gəlmək məcburiyyətindədir. Ciddi addımlar atılmasa, vəziyyət daha da mürəkkəbləşə bilər. Bu kimi halların ölkədə uzun müddət davam edəcəyini düşünmürəm. Qeyd etdiyim kimi, ölkədəki iğtişaşların siyasi məğzi yoxdur”, - deyə fransalı siyasətçi vurğulayıb.
Qeyd edək ki, Fransa hakimiyyət orqanlarının məlumatına görə, son günlər ərzində ölkədə 30-a yaxın nümayiş təşkil olunub. Polis prefekturasının qadağasına baxmayaraq, ən böyük aksiya Parisdə baş tutub. Etirazlarda 2 minə yaxın insan iştirak edib. Marseldə 750, Nantda 640, Strasburqda 400, Bordoda 200 nəfər nümayişə gedib.

10-07-2023, 00:29
Krıma çatan zaman Putin danışıqlar aparılmasını istəyəcək - Zelenski


Krıma çatan zaman Putin danışıqlar aparılmasını istəyəcək - Zelenski

Ukrayna Silahlı Qüvvələrı Krıma çatan zaman Vladimir Putin danışıqlar aparılmasını istəyəcək. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABC-yə müsahibəsində deyib. “Tamamilə aydın, məntiqli ritorikadır ki, Ukrayna müvəqqəti olaraq işğal olunmuş Krımla inzibati sərhədə çatan kimi, çox güman ki, Putin genişmiqyaslı işğaldan əvvəlkindən fərqli olaraq sivil dünya ilə dialoqa getməyə məcbur olacaq", - Zelenski bildirib. O, Ukraynanın heç bir ərazisini güzəştə getməyəcəyini vurğulayıb.
10-07-2023, 00:07
Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edildi


Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edildi

Gürcüstanın hazırda həbsdə olan keçmiş dövlət başçısı Mixail Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edilib. Bu barədə yerli mətbuat Saakaşvilinin keçmiş vəkili Şalva Xaçapuridzeyə istinadən məlumat yayıb. Məlumata görə, Saakaşvilinin yanına hazırda yalnız anasını buraxırlar. Hətta siyasətçinin partiyasının üzvlərinə, deputatlara da onunla görüşməyə icazə vermirlər.
Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.
9-07-2023, 22:25
Zelenski NATO-la bağlı hələ qərar verməyib


Zelenski NATO-la bağlı hələ qərar verməyib

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitində iştirak edib-etməmək barədə hələ qərar verməyib. Bu barədə Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olha Stefanişina bildirib. “Hələlik yekun qərar verilməyib. Biz Vilnüsdəki bütün görüşlərin formatını tam başa düşmürük və fiziki olaraq masaya qoyulacaq qərarları tam başa düşmürük”, - Stefanişina “European Pravda”ya deyib. Onun sözlərinə görə, NATO sammitində müzakirə olunacaq yekun sənədlər üzərində iş hələ də davam edir. “Yəni, biz vəziyyəti simulyasiya edirik: Ukrayna-NATO Şurasının iclası var, sammitin özündə prezidentin çıxışı var. Liderlərin qarşısındakı masada sammitin yekunlarına əsasən qəbul edilməsi təklif olunan yekun sənədlər var. İndi biz bu sənədlərdə nələrin olacağını bilmirik”, - Stefanişina bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin sammit çərçivəsində keçiriləcək Ukrayna-NATO Şurasının ilk iclasında iştirak edəcəyini bildirib
9-07-2023, 22:09
NATO raketləri ilə hücum etsə, Rusiya Avropadakı nüvə obyektlərinə zərbələr endirəcək


NATO raketləri ilə hücum etsə, Rusiya Avropadakı nüvə obyektlərinə zərbələr endirəcək

Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib. “Əgər Smolensk (Desnoqorsk) AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna, Rivne və Xmelnitski AES-lərə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərin eyni vaxtda zərbə endirmək ssenarisini nəzərdən keçirmək lazımdır”, - deyə o qeyd edib.
Xatırladaq ki, bəzi teleqram kanalları Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk nüvə zavoduna raketlərlə hücum etməyə çalışdığını iddia edib.
9-07-2023, 21:41
Ərdoğan amerikalı həmkarıyla telefon danışığı apardı


Ərdoğan amerikalı həmkarıyla telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Bayden ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Ukraynanın NATO-dakı mövqeyi, İsveçin NATO-ya üzvlüyü, F-16-ların təhvil verilməsi və Türkiyənin Avropa Birliyinə (AB) tam üzvlük prosesi müzakirə edilib. Ərdoğan deyib ki, Türkiyənin “F-16” tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək düzgün deyil. Türkiyə lideri vurğulayıb ki, İsveçdə terror təşkilatı olan PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməsi ölkənin NATO-ya üzv olması ilə bağlı atılan addımlarını puça çıxarır.
9-07-2023, 19:47
Özbəkistanda prezident seçkiləriylə bağlı səsvermə başa çatdı


Özbəkistanda prezident seçkiləriylə bağlı səsvermə başa çatdı

Özbəkistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb. Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Yerli vaxtla saat 20.00-a ölkə ərazisindəki bütün seçki məntəqələri bağlanıb. ABŞ istisna ilə, Özbəkistanın xaricdəki diplomatik nümayəndəliklərində açılan seçki məntəqələri də bağlanıb.
Qeyd edək ki, saat 17.00-a seçici fəallığı 69,85 faiz olub.
9-07-2023, 19:18
Sudan və İran səfirliklərin açılması barədə razılığa gəldi


Sudan və İran səfirliklərin açılması barədə razılığa gəldi

Sudan və İran yaxın gələcəkdə diplomatik münasibətlərin bərpası və səfirliklərin açılması barədə razılığa gəliblər. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Əlcəzairdə keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, bu barədə qərar Bakıda Qoşulmama Hərəkatının nazirlər toplantısı çərçivəsində sudanlı həmkarı Əli Əl-Sadiq Əli ilə aparılan danışıqlarda qəbul edilib. Münasibətlərin bərpası Ər-Riyad və Tehran arasında normallaşma fonunda baş verir. Sudan 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan sonra İranla diplomatik əlaqələri kəsib. Bu ilin martında Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmanın bir hissəsi olaraq mart ayında münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!