Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
2-07-2023, 21:30
İranın XİN müavini Bakıya gəlir


İranın XİN müavini Bakıya gəlir

İranın xarici işlər nazirinin müavini Reza Nəcəfi Azərbaycana səfər edəcək. Bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Bildirilir ki, Nəcəfi Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək. Onun, həmçinin Bakıda hərəkata daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacağı gözlənilir.
2-07-2023, 20:21
İsrail ABŞ-dan F-35 qırıcısı almağı planlayır


İsrail ABŞ-dan F-35 qırıcısı almağı planlayır

İsrail ABŞ-dan F-35 döyüş təyyarələri almağı planlaşdırır. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında 25 ədəd F-35 döyüş təyyarəsinin alınması üçün müqavilə imzalanıb. Müqavilənin dəyəri 3 milyard dollardır. Saziş İsrailin ABŞ-dan aldığı müdafiə yardımı paketi ilə maliyyələşdiriləcək. Yeni təyyarələrin alınması ilə İsrail Hərbi Hava Qüvvələrinin inventarında olan F-35-lərin sayı 75-ə çatacaq.
2-07-2023, 19:14
Bu ölkələr İranla nüvə sazişindən çıxmağı planlaşdırır


Bu ölkələr İranla nüvə sazişindən çıxmağı planlaşdırır

Britaniya, Fransa, Almaniya və digər Avropa ölkələri İranla nüvə sazişindən - Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxmağı planlaşdırır. Bu barədə "Guradian" qəzeti Avropa İttifaqı (Aİ) və Birləşmiş Krallığın diplomatlarına istinadən yazıb. Buna səbəb kimi Tehranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) satması göstərilir. Nəşrin məlumatına görə, üç ölkə İrandan ballistik raketlərin tədqiqi, inkişafı və istehsalına qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina edəcək. Sanksiyaların müddəti oktyabrın 18-də başa çatır. Məhdudiyyətlərə, həmçinin BMT Təhlükəsizlik Şurasının əvvəlcədən icazəsi olmadan 300 km-dən çox uça bilən dronların (və ya onların hissələrinin) İrana satışına və ya İrandan alınmasına qadağa da daxildir. Nəşr qeyd edir ki, İran sazişin digər şərtlərini pozub. Razılaşmada uranın zənginləşdirilməsinin yuxarı həddi 3,67% nəzərdə tutulurdu, lakin fevral ayında İranın nüvə obyektini yoxlamaq üçün ziyarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehranın uranı 60%-ə qədər zənginləşdirdiyini bildirib. JCPOA 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran tərəfindən imzalanan nüvə sazişidir. Müqaviləyə əsasən, Qərb ölkələri İranın nüvə proqramını məhdudlaşdırması müqabilində ona qarşı sanksiyaları ləğv etməli idi. 2018-ci ilin may ayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp JCPOA-dan çıxdığını elan etdi. Buna cavab olaraq İran nüvə sınaqlarını bərpa edib.
2-07-2023, 16:24
İran İraqla sərhədə ballistik raketlər yerləşdirdi


İran İraqla sərhəddə ballistik raketlər yerləşdirdi

İran İslam Respublikası ballistik raketləri ölkənin qərbində, İraqla həmsərhəd Kirmanşah əyalətində yerləşdirib. Bu barədə İsrailin şimal sərhədlərindəki təhlükələri təhlil edən Alma Araşdırma və Təhsil Mərkəzi (Alma Research and Education Center - red.) məlumat yayıb. Peyk görüntülərinə görə, bölgədə ən azı 140 raket anbarı olan 3 yeraltı obyekt var. İran hərbçiləri burada İraqdan 150 km aralıda “Qiam-1” qısa mənzilli ballistik raketlərini quraşdırıblar.
Qeyd edək ki, hava hücumundan müdafiə sistemləri yerli dərələrdən birində yerləşdirilib. Yeraltı tikililər də “Fateh-110” raketlərini saxlamaq üçün istifadə edilir.
2-07-2023, 15:44
Ordubadda su quyusundan meyit aşkarlandı


Ordubadda su quyusundan meyit aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ordubad rayonunun Dəstə kəndində 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. FHN-dən verilən xəbərə görə, müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2-07-2023, 15:05
Yaponiyadakı leysan insan ölümünə səbəb oldu


Yaponiyadakı leysan insan ölümünə səbəb oldu

Yaponiyanın qərb və cənub-qərbindəki Küsü regionunda güclü yağış 1 nəfərin ölümünə səbəb olub. Həmçinin 2 nəfər itkin düşüb. Bəzi ərazilərdə bir saat ərzində təxminən 110 mm, Yamaquçidə 48 saat ərzində 332,5 mm yağış yağıb. Yaponiya Meteorologiya Agentliyi bölgədə yağışların daha az intensivliklə də olsa davam edə biləcəyini qeyd edib.
2-07-2023, 14:33
Çikaqoda silahlı insident - 1 ölü, 3 yaralı


Çikaqoda silahlı insident - 1 ölü, 3 yaralı

ABŞ-nin Çikaqo şəhərində baş verən atışmada 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Avtomobildəki şəxslər yolun kənarında dayanan dörd nəfərə atəş açıblar. Polisin məlumatına görə, güllə yarası alan 23 yaşlı gənc ağır vəziyyətdə Çikaqo Universitetinin Tibb Mərkəzinə aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, gənc xəstəxanada keçinib. Digər üç nəfərin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, polis faktla bağlı araşdırma aparır.
2-07-2023, 14:06
Şuşada Azərbaycan Polisinin yaranmasıyla bağlı tədbir keçirildi


Şuşada Azərbaycan Polisinin yaranmasıyla bağlı tədbir keçirildi

Şuşa rayonunda Azərbaycan Polisinin yaranmasının 105 illiyi ilə əlaqədar tədbir keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə rayon ərazisindəki Şəhidlər abidəsini ziyarət ediblər, önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra polis şöbəsində davam etdirilən tədbirdə danışan çıxışçılar Azərbaycan Polisinin 105 illik fəaliyyəti haqqında ətraflı məlumat veriblər, daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndiriblər. Sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunub saxlanılmasında polis əməkdaşlarının müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara, eləcə də polis veteranlarına hədiyyə və mükafatlar təqdim olunub.



2-07-2023, 13:50
Kikboksçumuz Avropa Oyunlarını qızıl medalla başa vurdu


Kikboksçumuz Avropa Oyunlarını qızıl medalla başa vurdu

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb. Full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib. Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. Daha əvvəl karateçilər İrina Zaretska (68 kq) və Tural Ağalarzadə (67 kq) hamıdan güclü olmağı bacarıblar.
2-07-2023, 12:37
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyulun 3-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti olacaq. Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!