Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
2-03-2024, 18:38
Azərbaycan və Moldovanın XİN Başçıları danışıqlar apardı


Azərbaycan və Moldovanın XİN Başçıları danışıqlar apardı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mihail Popşoy ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında çoxtərəfli platformalarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.
İnvestisiyalar, ticarət, enerji, nəqliyyat kimi sahələrdə ikitərəfli əlaqələrin geniş potensiala malik olduğu bildirilib, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi diqqət ayrılmasının, eləcə də yüksək səviyyəli səfərlərin önəmi vurğulanıb.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparılıb.
2-03-2024, 18:17
Vətən müharibəsi iştirakçısı vəfat etdi


Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı Vüsal Güloğlan oğlu Məlikov vəfat edib.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.
Məlumata görə, Dəniz Nəqliyyatı Donanmasının “Dədə Qorqud” tankerinin motorçusu Vüsal Məlikov dünyasını dəyişib. Gəncin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub.
O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb.
Vüsal Məlikov Vətən müharibəsindən sonra “Laçının azad olunmasına görə” medalına layiq görülüb.
2-03-2024, 17:46
Xocalıda aşkarlanmış kütləvi insan qalıqlarının sayı 13-ə çatdı


Xocalıda aşkarlanmış kütləvi insan qalıqlarının sayı 13-ə çatdı

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Diqqətə çatdırılıb ki, ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 3 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 13 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə, qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalmaları, əllərinin kəndirlə bağlanmaları, o cümlədən fərdi qaydada və mənsub olduqları dinin tələblərinə uyğun olmayan formada dəfn olunmaları müəyyən edilib.
"Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək", - məlumatda deyilir.
2-03-2024, 16:57
Prezident bu nazirliklə bağlı fərman imzaladı


Prezident bu nazirliklə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, əsasnamənin 5.8-ci bəndinin birinci abzasından “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən” sözləri çıxarılıb.
Qeyd edək ki, əsasnamənin 5.8-ci bəndində nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirindən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət Nazirliyin kollegiyası yaradılması nəzərdə tutulurdu.
2-03-2024, 16:45
Ermənistanla münasibətlərinə yenidən baxıla bilər - Lavrov


Ermənistanla münasibətlərinə yenidən baxıla bilər - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistanla münasibətlərinə yenidən baxa biləcəyini bəyan edib.
Bunu rusiyalı nazir III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.
“Ermənistan tərəfi KTMT-ni onu tək qoymaqda ittiham edir. Amma real işlər bunun əksini göstərir”, - nazir deyib.
S.Lavrov xatırladıb ki, rəsmi İrəvan KTMT müşahidə missiyasının Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilməsindən imtina edib.
“KTMT-nin İrəvanda keçirilən tədbirində gecə yarıyadək təşkilatın missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi üçün mandatının formalaşması barədə sənəd üzərində iş aparılıb. Sənəd faktiki olaraq təşkilata daxil olan ölkələrin xarici işlər və müdafiə nazirlərinin birgə sənədi idi. Lakin buna baxmayaraq, səhəri gün Nikol Paşinyan bundan imtina etdi”, - S.Lavrov deyib.
Nazir qeyd edib ki, N.Paşinyan imtinaya səbəb kimi, KTMT-nin Azərbaycanı ittiham etməməsini gətirib.
“Amma bunun ardınca, çox qısa müddətdə Avropa İttifaqının sərhəddə missiyasına Ermənistan icazə verdi. Aİ də Azərbaycanı ittiham etməmişdi, amma ona etiraz etmədilər”, - rusiyalı nazir vurğulayıb.
O qeyd edib ki, rəsmi İrəvan regiondan kənar ölkələrlə əməkdaşlığa üstünlük verir.
“Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Biz Ermənistana qadağa qoya bilmərik. Amma qərarı xalq verməlidir. Bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər. Belə bir şey bizi Ermənistanla münasibətlərə yenidən baxmağı məcbur edir. Onlar regionda olan digər əməkdaşlıq formatlarına da münasibət bildirməlidirlər”, - S.Lavrov bəyan edib.
2-03-2024, 16:16
Azərbaycan və Avropa İttifaqı arasında möhkəm tərəfdaşlıq var


Azərbaycan və Avropa İttifaqı arasında möhkəm tərəfdaşlıq var

Azərbaycan və Avropa İttifaqı arasında möhkəm tərəfdaşlıq var.
Bunu Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
"Bu tərəfdaşlıq sırasında, şübhəsiz, təhsil sahəsini qeyd etmək lazımdır. Hansı ki bunun nəticəsində azərbaycanlı gənclərin Avropada təhsil alması da davamlı olaraq həyata keçirilir. Hər il Azərbaycandan Avropa İttifaqına daxil ölkələrinin universitetlərində təhsil almaq üçün, eləcə də Aİ ölkələrindən Azərbaycanda təhsil almaq üçün yüzlərlə tələbə müraciət edir. Bu çox vacib nüansdır", - Mixalko əlavə edib.
2-03-2024, 15:56
Prezident Əsgər Rəsulovu təltif etdi


Prezident Əsgər Rəsulovu təltif etdi

Azərbaycan Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə Əsgər Adil oğlu Rəsulov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, filologiya üzrə elmlər doktoru, professor Əsgər Rəsulov bu gün 70 yaşını qeyd edir.
2-03-2024, 15:35
Azərbaycanla Lüksemburq arasında əməkdaşlıqla bağlı müzakirə aparıldı


Azərbaycanla Lüksemburq arasında əməkdaşlıqla bağlı müzakirə aparıldı

Martın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavier Bettel ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə son zamanlar Azərbaycan-Lüksemburq təmaslarında müşahidə olunan canlanma məmnunluqla qeyd edilərək, ölkələrimiz arasında siyasi dialoqun vacibliyi vurğulanıb.
Azərbaycanla Lüksemburq arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün qarşılıqlı səylərin fəallaşdırılmasının, siyasi dialoqun, qarşılıqlı səfərlərin zəruriliyi qeyd olunub.
Görüş zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalı, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
2-03-2024, 14:06
Yasamaldakı yataqxanada yanğın baş verdi


Yasamaldakı yataqxanada yanğın baş verdi

Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yataqxana binasının 7-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti və ev əşyaları 16 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2-03-2024, 13:41
Ceyhun Bayramov daha bir görüş keçirdi


Ceyhun Bayramov daha bir görüş keçirdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində martın 2-də Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.
Məlumata əsasən, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Xəbərdə bildirilir ki, nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv xarakter daşıyan səfərlər və görüşlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib. Xüsusilə, Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin təsis olunmasından sonra artan təmasların məmnunluq doğurduğu, o cümlədən siyasi, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsində vacib rol oynadığı qeyd edilib.
Bundan başqa C.Bayramov bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.
Qarşı tərəf eyni zamanda postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin son durumu barədə məlumatlandırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!