Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
26-03-2024, 20:46
PKK terror təşkilatının tərəfdarları tərəfindən türklərə hücum e


PKK terror təşkilatının tərəfdarları türklərə hücum etdi

Belçikada PKK terror təşkilatının tərəfdarları tərəfindən türklərə hücum edilib.
Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, martın 24-də Belçikanın Leuven şəhərində toplaşan PKK tərəfdarları Heusden-Zolder və Hauthalen şəhərlərində yaşayan Türkiyə vətəndaşlarını hədəf alan hücumlar həyata keçiriblər. Hadisələr zamanı bəzi vətəndaşlarımız xəsarət alıb.
Baş verənlərə cavab olaraq Brüssel və Ankaranın hakimiyyət orqanları tərəfindən dərhal tədbirlər görülüb. Türkiyənin xarici işlər naziri Hakan Fidan həmin gecə belçikalı həmkarı Haca Lahbib ilə telefonla danışıb. Bundan əlavə, Belçikadakı diplomatik nümayəndələrimiz hadisə bölgələrində yaşayan vətəndaşlarımızla görüşüblər. Polisin müdaxiləsi sayəsində hadisələrin genişlənməsinin qarşısı alınıb. Yerli hakimiyyət orqanları tərəfindən hücum edənlərlə bağlı araşdırmalara başlanılıb.
Nazirlik vurğulayıb ki, bu hadisə PKK terror təşkilatının Qərbi Avropada sosial sülh və ictimai asayişi təhdid etdiyini bir daha göstərib.
Baş verənlər Türkiyə XİN tərəfindən izlənilir və zəruri tədbirlər görülür.
26-03-2024, 20:19
Moldova AŞPA-ya Azərbaycanla bağlı məktub göndərdi


Moldova AŞPA-ya Azərbaycanla bağlı məktub göndərdi

21 mart tarixində Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyəti AŞPA-ya məktub ünvanlayıb.
Moldova nümayəndə heyətinin məktubunda AŞPA-nın 2024-cü ilin Yanvar ayı tarixində keçirilmiş sessiyasında qəbul edilmiş qərardan sonra təşkilat və Azərbaycan arasında yaranmış uçurumun aradan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Respublikasının Milli Məclisinə birlikdə çalışmaq üçün çağırış ünvanlanıb.
Məktubda, digər üzv dövlətlər kimi, Azərbaycan Respublikasının da AŞPA-dakı nümayəndə heyəti vasitəsilə təşkilatın dəyərlərinin və prinsiplərinin irəlilədilməsinə dəstək göstərdiyi qeyd edilib, habelə Avropada təhlükəsizliyə və sülhə mühüm çağırışların olduğu bir dövrdə bütün problemlərin AŞPA çərçivəsində parlamentlərarası dialoq vasitəsilə həllinin vacibliyi bildirilib.
Məktubda həmçinin Azərbaycan nümayəndə heyətinin AŞPA-nın işində iştirak edə bilməməsinin nə təşkilata nə də təşkilata üzv dövlətlərə uzunmüddətli xeyir gətirmədiyi vurğulanıb.
26-03-2024, 19:40
Qadın boksçularımız beynəlxalq turnurin fınalına vəsiqə qazandı


Qadın boksçularımız beynəlxalq turnurin fınalına vəsiqə qazandılar

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.
Azərbaycan millisinin 2 üzvü finala yüksəlib.
Yarışda 50 kiloqram çəki dərəcəsində yığmamızın iki üzvü - Anaxanım İsmayılova və Marjona Savriyeva üz-üzə gəliblər. Görüş ikincinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Savriyeva finalda Günel Rəhimova (Azərbaycan) ilə döyüşəcək.
Zeynəb Rəhimova da yarımfinal qarşılaşmasından qalib ayrılıb. 54 kiloqram çəkidə qüvvəsini sınayan boksçumuz italiyalı Alyona Savçuku məğlub edib – 3:2. O, həlledici görüşdə Şahina Nematova (Özbəkistan) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Anaxanım İsmayılova ilə yanaşı, Nərgiz Zeynalova (54 kiloqram), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kiloqram) turniri bürünc medalla başa vurublar.
Beş çəki dərəcəsi üzrə keçirilən yarışda qadın boksçuların final döyüşləri martın 27-də baş tutacaq. Sabah, həmçinin qızıl medal uğrunda görüşlərdə Mehparə Məmmədova (48 kiloqram) Erika Priskiandaro (İtaliya), Lalə Namazlı (63 kiloqram) isə Canfora Assunta (İtaliya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, 11 ölkədən 121 idmançının qatıldığı “Böyük İpək Yolu” turnirində kişi boksçuların mübarizəsi martın 28-də yekunlaşacaq.
26-03-2024, 19:22
ABŞ-dan ağır zərbə - SEPAH zabiti və iki komandir öldü


ABŞ-dan ağır zərbə - SEPAH zabiti və iki komandir öldü

Bu gün Suriyanın Deyr-əz-Zor əyalətinə hava zərbələri endirilib. "Al Mayadeen" telekanalının məlumatına görə, zərbə bir neçə nəfərin ölümünə səbəb olub.
Ölən və yaralananların dəqiq sayı məlum deyil. Kanal hücumun ABŞ tərəfindən həyata keçirildiyini bildirib.
Hücum barədə İranın Suriyadakı səfirliyi də məlumat yayıb.
Səfirlik də hücumun ABŞ tərəfindən edildiyini açıqlayıb.
Bildirilib ki, hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Bəhruz Vahidi ölüb.
“Əl-Hadat” kanalının məlumatına əsasən, zərbələr nəticəsində 2-si komandir olmaqla azı 9 hərbçi ölüb, ən azı 20 nəfər yaralanıb.
ABŞ hücumla bağlı hələlik heç bir məlumat açıqlamayıb.

26-03-2024, 19:09
HAMAS lideri İranda səfərdədir - Rəsmilərlə danışıqlar aparır


HAMAS lideri İranda səfərdədir - Rəsmilərlə danışıqlar aparır

HAMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranda səfərdədir.
O, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüş keçirib.
Haniyənin digər İran rəsmiləri ilə də görüşü gözlənilir.
26-03-2024, 18:47
Patruşev terrorun Ukrayna tərəfindən törədildiyini düşünür


Patruşev terrorun Ukrayna tərəfindən törədildiyini düşünür

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev hesab edir ki, “Crocus City Hall”da törədilən terror aktında Ukraynanın əli var.
Patruşev jurnalistlərin insidentin arxasında “İslam Dövləti”nin, yoxsa Ukraynanın dayandığı ilə bağlı sualını cavablandırarkən “Əlbəttə ki, Ukrayna” deyib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin də Moskva yaxınlığındakı terror izlərinin Ukraynaya apardığını açıqlamışdı.
Bu arada rəsmi Kiyev Moskvanın ona atdığı ittihamları qəti şəkildə rədd edir.
rusiya İstintaq Komitəsinin son məlumatına görə, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 139 nəfərin ölüb, 152 nəfər yaralanıb.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, terror aktını törədən 4 nəfərin hamısı tapılaraq saxlanılıb – onlar qaçmağa cəhd edib. Onun sözlərinə görə, terrorçuların guya, Ukrayna tərəfində sərhədi keçmələri üçün “pəncərə” hazırlanıbmış. Rusiya Daxili İşlər Nazirliyi onların əcnəbilər olduğunu bildirib. Prezident qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir.
26-03-2024, 18:35
Gürcüstanda məktəblərə hücum: Şagirdlər təxliyə olundu


Gürcüstanda məktəblərə hücum: Şagirdlər təxliyə olundu

Martın 26-da Gürcüstanın qərbində yerləşən Kobuleti kurort kəndində 5 məktəbdə tədris prosesi dayandırılıb və şagirdlər təxliyə olunub.
Bu barədə “Formula” telekanalı məlumat yayıb.
Bildirilir ki, buna sosial şəbəkələrdə məktəblərə mümkün hücumla bağlı yayılan məlumatlar səbəb olub.
Məktəblilər sosial şəbəkələrdə bununla bağlı oxuduqları məlumatlar barədə direktorlara məlumat veriblər.
Bundan sonra dərhal 5 məktəbdə tədris prosesi dayandırılıb, müəllim və şagirdlər təxliyə olunub.
Bu gün paytaxt Tbilisidəki 32 saylı məktəbdə isə gözyaşardıcı qazla bağlı təhlükə yaşanıb. Bir şagird məktəbdə gözyaşardıcı toz səpib və nəticədə bir neçə şagirdin vəziyyəti pisləşib. Təcili yardım briqadaları şagirdlərə tibbi yardım göstəriblər.
Gürcüstan Daxili İşlər Nazirliyi məktəbdə araşdırma aparır.
26-03-2024, 18:26
Aleksey Danilov vəzifəsindən azad edildi


Aleksey Danilov vəzifəsindən azad edildi

Aleksey Danilov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.
Zelenskinin digər sərəncamına əsasən Aleksandr Litvinenko onun yerinə təyin olunub.
26-03-2024, 18:15
Usanmaz ədib və qələm sahibi


Akademik Rafael Hüseyn yazır...

Usanmaz ədib və qələm sahibi

Əlirza Xələfli sadəcə yaxşı ədib deyil, o sözümüzün fədakar fəhləsi, zəmanənin bütün biganəliklərinə rəğmən, söz ocağımızın gur yanması üçün təmənnasız xidmət yolunu seçmiş usanmaz qələm sahibidir.
Məhz ədib və qələm sahibi.

Ona görə ki, "ədib" kəlməsi bir yaradıcı olaraq Əlirza Xələflinin universallığını, üz tutduğu ədəbi səmtlərin hamısında qabilliyini əhatə edir.
Və ənənəvi olaraq cibində hər qələm gəzdirənə aid edilə bilən "qələm sahibi" deyimi Əlirzaya münasibətdə dəqiq ifadəsini tapır.
Qələmi həmişə onun ixtiyarındadır, o, heç vaxt sözü incitmir, sözü gözlətmir, sözü axtarmır. Sözlər özləri ona doğru uçur.
Bu, doğmalarına öyrəşmiş uşağın onlara can atması, adamdan sevgi görüb ona alışmış bir canlının hürkmədən, tərəddüd etmədən o insana sarı gəlməsi kimidir.
Qoca ədəbiyyat həminki ədəbiyyatdır. Ancaq ədəbiyyata və ədəbiyyat adamına münasibət müasir dövrdə çox dəyişib.
Əlirza qələmində və qəzetində ədəbi həyatın coşqun çağlarının havasını yaşadan, bununla da sözümüzün sabahına ümidləri artırandır.
Əlirzalar ədəbiyyatımızın bütün dövrlərində olub.
Olmasaydı, bu ocaq çoxdan sozalardı.
Olub, amma həmişə də tək-tək olub.
Və gərək tək-tək olanların qədri də qat-qat artıq bilinə.

26. 03 24.
26-03-2024, 17:53
Bakı Dəmiryol Vağzalı qarşısında avtomobillər üçün parkinq tarifləri açıqlandı


Bakı Dəmiryol Vağzalı qarşısında avtomobillər üçün parkinq tarifləri açıqlandı

Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillər üçün parkinq tarifləri müəyyənləşib.
Qiymətlər parklanma müddətinə əsasən müəyyən ediləcək.
Parklanma qiymətləri aşağıdakı kimidir:

İlk 15 dəqiqə pulsuzdur.

15-30 dəqiqə - 1 manat,

30-60 dəqiqə - 2 manat,

1-2 saat - 4 manat,

2-3 saat - 6 manat,

3-5 saat – 10 manat,

5-7 saat - 14 manat,

7-10 saat - 18 manat,

10-15 saat – 22 manat,

15-20 saat – 26 manat,

20-24 saat – 30 manat.

Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.
Xatırladaq ki, martın 11-i Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Belə ki, martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!