Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
27-09-2025, 20:47
Ərdoğanla aramda etimad səviyyəsi daim artır - Paşinyan


Ərdoğanla aramda etimad səviyyəsi daim artır - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Ankara arasında münasibətlərin normallaşmasından danışıb.
O, BMT Baş Assambleyasında çıxışı zamanı iki dövlət arasında etimadın artmasından danışıb.
"Ərdoğanla aramda etimad səviyyəsi daim artır", - deyə o vurğulayıb.
Paşinyan Ankarayla müntəzəm dialoqu müsbət hal adlandırıb. Ermənistan baş naziri əmindir ki, bu dialoq yaxın gələcəkdə diplomatik münasibətlərin qurulması və sərhədin tam açılması şəklində müsbət nəticələr verəcək.


26-09-2025, 23:32
ABŞ-ın tövsiyələrinə əməl etməyə borclu deyilik - Orban


ABŞ-ın tövsiyələrinə əməl etməyə borclu deyilik - Orban

Macarıstan Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın tədarüklərdən asılılığı azaltmağa çağırışına baxmayaraq, ölkəsinin Rusiya nefti və qazını idxal etməyə davam edəcəyini bildirib.
Bu barədə o, dövlət radiosuna verdiyi müsahibədə danışıb.
O vurğulayıb ki, dənizə çıxışı olmayan dövlət üçün boru kəməri tədarüklərindən imtina edilməsi hasilatı 4 faiz azaldaraq iqtisadiyyata ziyan vurardı. Orbanın sözlərinə görə, Budapeşt enerji siyasətində öz maraqlarını rəhbər tutacaq və ABŞ-ın tövsiyələrinə əməl etməyə borclu deyil.
“Macarıstan suveren ölkədir və özü qərar verir”, - deyə Orban Trampın Budapeşti Rusiya neftindən imtina etməyə inandıra biləcəyi ilə bağlı sözlərinə cavab verib.
26-09-2025, 22:37
Türkiyə Rusiyadan neft idxalını azaldır


Türkiyə Rusiyadan neft idxalını azaldır

Türkiyənin Rusiyadan neft idxalı azalmağa başlayıb.
Bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, azalmanın əsas səbəbləri beynəlxalq sanksiyalar, bazarda rəqabətin güclənməsi və ABŞ prezidenti Donald Trampın müttəfiqlərə rus neftindən imtina çağırışlarıdır.
Cümə axşamı Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iki saatlıq görüşdən sonra bəyan edib ki, Ankaranın bu çağırışı qəbul edəcəyinə inanır. O, əvəzində ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları yumşalda biləcəyini də açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Türkiyə suveren dövlətdir və kiminlə, hansı sahədə əməkdaşlıq edəcəyinə özü qərar verir:
«Əgər müəyyən ticarət növləri Türkiyə tərəfi üçün sərfəlidirsə, bu əməkdaşlıq davam edəcək.»
Sentyabrda Türkiyənin Rusiyadan aldığı neft həcmi aprel ayından bəri ən aşağı səviyyəyə düşüb. İyun ayında Ankara Rusiyanın Urals markalı neftindən 1,6 milyon ton idxal edib ki, bu da 2024-cü ilin mayından bəri ən yüksək göstərici idi. Sentyabrda isə bu rəqəm təxminən 1,2 milyon tonadək azalıb.
Hazırda Türkiyə Hindistandan sonra Rusiyanın Urals markalı dəniz neftinin ikinci ən böyük alıcısıdır.
26-09-2025, 22:32
Lukaşenko Zelenski ilə danışmaq istəyir


Lukaşenko Zelenski ilə danışmaq istəyir

Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib.
O, bu barədə rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
O vurğulayıb ki, artıq Rusiya, Ukrayna və Belarus rəhbərlərinin silahlı münaqişəyə son qoymaq üçün razılaşmasının vaxtı çatıb.
26-09-2025, 21:48
İran Rusiya ilə 26 milyardlıq saziş imzaladı


İran Rusiya ilə 26 milyardlıq saziş imzaladı

İranın “Hörmüz” şirkəti Sirikdə (Hörmüzqan vilayəti) dörd ədəd təkmilləşdirilmiş üçüncü nəsil atom elektrik stansiyası qurğusunun tikintisi və istismarı üçün Rusiyanın “Rosatom” şirkəti ilə 25 milyard dollarlıq icra müqaviləsi imzalayıb.
İmzalanma mərasimi sentyabrın 26-da Moskvada “Beynəlxalq Atom Enerjisi Həftəsi” çərçivəsində baş tutub.
Bildirilib ki, müqavilə İran İslam Respublikası və Rusiya Federasiyası arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində birgə əməkdaşlığın inkişafını hədəfləyir.
Bu nəhəng layihə İranın cənub-şərqində, Hörmüzqan vilayətinin Sirik (Kohestək rayonu) bölgəsində 500 hektar ərazidə həyata keçiriləcək.
Artıq layihə üçün ərazi seçimi ilə bağlı tədqiqatlar başa çatıb, hazırda mühəndislik və ekoloji araşdırmalar, həmçinin bəzi hazırlıq işləri davam etdirilir.
26-09-2025, 20:46
Fələstin və İsrail liderləri yaxalarına nə taxıblar?


Fələstin və İsrail liderləri yaxalarına nə taxıblar?

BMT Baş Assambleyasında çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas yaxalarında taxdıqları simvolik işarələrlə diqqət çəkiblər.
Netanyahu çıxışının əvvəlində auditoriyaya yaxasında yerləşdirdiyi QR-kodu telefonları ilə skan etməyi tövsiyə edib.
Kod izləyiciləri 2023-cü il 7 oktyabrda HƏMAS tərəfindən törədilən hücumların görüntülərinə yönləndirib.
“Siz də görəcəksiniz ki, biz niyə döyüşürük və niyə qalib gəlməliyik", - o qeyd edib.
Fələstin lideri Mahmud Abbas isə çıxışını videobağlantı ilə edib, yaxasına “açar” sancıb. Bu açar 1948-ci il Ərəb-İsrail müharibəsi zamanı yurdlarından didərgin düşmüş fələstinli qaçqınların evlərinə qayıtmaq ümidini simvolizə edir. Fələstin xalqı həmin kütləvi köçü “Nakba”, yəni “faciə” adlandırır.
Bir çox qoca fələstinlilər bu gün də o dövrdən qalmış real ev açarlarını saxlayır, baxmayaraq ki, onların əvvəlki mülklərinə qayıdış ehtimalı çox aşağıdır.
İsrailin xarici işlər naziri Gideon Saar isə Abbasın açar taxmasını kəskin tənqid edib. Onun sözlərinə görə, bu jest “İsrailin məhvini simvolizə edən mesaj” kimi qəbul olunur. Saar vurğulayıb ki, fələstinlilərin “qayıdış hüququnun” məhdudiyyətsiz şəkildə tanınması İsrail dövlətini faktiki olaraq aradan qaldıra bilər.
26-09-2025, 19:47
Rusiya təxribata hazırlaşır - ŞOK PLAN


Rusiya təxribata hazırlaşır - ŞOK PLAN

Rusiya Birləşmiş Krallıq ətrafında kritik infrastruktur üzərində gizli əməliyyatlara hazırlaşır.
Bu barədə "Financial Times" qəzeti yazıb.
Bildirilir ki, “Yantar” adlı gəmi ötən ilin payızından başlayaraq 13 ay ərzində Böyük Britaniya sularında müşahidə aparıb. Bu müddətdə gəmi Avropanın sualtı kabel xətləri və strateji obyektlərini izləyib.
Araşdırma Avropa Kosmik Agentliyinin peyk radiolokasiya məlumatlarına əsaslanır. Həmin görüntülərdə “Yantar”ın 2024-cü ilin noyabrında İrlandiya dənizinin mərkəzində kritik kabel xətləri üzərində dayandığı aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, gəmi fəaliyyətini gizlətməyə çalışıb.
Hazırda Böyük Britaniyada rəqəmsal rabitənin 99%-i sualtı optik kabellərlə təmin olunur. Ölkənin qaz təchizatının üçdə ikisi də dəniz dibi boru kəmərləri vasitəsilə daşınır. Bu səbəbdən həmin infrastruktura mümkün hücum xüsusi təhlükə yaradır.
“Yantar”ın sualtı aparatlarla təchiz edildiyi, kabel xətlərinə qoşularaq məlumat ələ keçirmək, həmçinin gələcəkdə diversiya məqsədilə partlayıcı qurğular yerləşdirmək imkanına malik olduğu bildirilir.
Rəsmi Moskva isə gəmini “okeanoqrafik tədqiqat gəmisi” kimi təqdim edir. Lakin Qərb hərbi ekspertləri iddia edirlər ki, gəminin əsas missiyası NATO ölkələrinin sualtı izləmə sistemlərinə və rabitə xətlərinə qarşı kəşfiyyat fəaliyyəti aparmaqdır.
26-09-2025, 18:51
Bağçalıdan Türk dünyası ilə bağlı vacib MESAJ


Bağçalıdan Türk dünyası ilə bağlı vacib MESAJ

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı NATO, Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyətlə bağlı sərt açıqlamalar verib.
O, partiyaya yaxın “Türkgün” qəzetinə müsahibəsində bildirib ki, əgər NATO Ankaranın maraqlarını nəzərə almırsa, Türkiyə “həm Şərqə, həm də Qərbə baxmalıdır”.
Bağçalının sözlərinə görə, NATO üzvlüyü yalnız blok daxilində hücumlardan müdafiə ilə məhdudlaşmamalıdır:
“Bəzi müttəfiqlər Türkiyənin həyati prioritetlərini görməzdən gəlir. Cəmiyyətdə də buna qarşı etiraz artır. Türkiyənin təhlükəsizlik sahəsində təxirəsalınmaz ehtiyacları var”.
MHP lideri ABŞ, Qərb və İsrailin Suriyada atdığı addımların bölgədə sabitliyi pozduğunu, orada “ikinci İsrail” yaratmaq cəhdləri olduğunu bildirib.
O qeyd edib ki, İsrail hökuməti hazırda eyni vaxtda altı dövlətə - Fələstin, Livan, Yəmən, İran, Suriya və Qətərə qarşı aqressiv siyasət yürüdür və ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Vaşinqton bu prosesə tam dəstək verir.
Bağçalı, həmçinin Ankara Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasında maraqlı olduğunu vurğulayıb:
“Türkiyə tarixi boyunca məzlum xalqların taleyinə diqqət göstərib və öz tarixi missiyasına uyğun hərəkət etməyə hazırdır”.
MHP sədri qlobal güc mərkəzlərinin Asiyaya yönəldiyini, Rusiyanın sarsıntılara baxmayaraq hərbi-siyasi qüvvə kimi qaldığını qeyd edib. O, Türk dünyasını və Türk Dövlətləri Təşkilatını Avrasiya mərkəzində mühüm beynəlxalq aktor kimi qiymətləndirib.
26-09-2025, 17:38
Sarkisyan və Köçəryana təklif edirəm: siyasətdən getsinlər! - Rubinyan


Sarkisyan və Köçəryana təklif edirəm: siyasətdən getsinlər! - Rubinyan

“Mən təklif edirəm ki, Serj Sarkisyan və Robert Köçəryan uzun illər Ermənistanı sıxışdıran korrupsioner sistemin qurucuları və liderləri, seçkilərin saxtakarları kimi siyasətdən getdiklərini elan etsinlər”.
Bunu sentyabrın 26-da parlamentdə jurnalistlərlə söhbətində vitse-spiker Ruben Rubinyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə küçəyə toplaşan izdihamı xatırladaraq deyib.
"Mən təklif edirəm ki, “Daşnaksütyun” özünü ləğv etsin, çünki o, 004 saylı sirkulyarında məqsədinin Ermənistanın müstəqilliyindən imtina etmək olduğunu qeyd edən bir partiyadır. Bu barədə sonra danışacağıq. Xalq bizim hakimiyyətdə olmağımızı istəmədiyini söyləyəndə, iqtidardan gedəcəyik. Mexanizm hamıya məlumdur - seçkilər", - Rubinyan bildirib.
R.Rubinyan deyib ki, keçmiş iqtidar korrupsiyaya uğramasaydı, Serj Sarkisyan hakimiyyətdən uzaqlaşdırılmazdı.
“Hələ Baş Prokurorluğun Robert Köçəryan və onun ailəsindən tələb etdiyi, təxminən 200 milyon dollar dəyərində olan çoxsaylı aktivləri demirəm. O, mütləq ödəyəcək”.
25-09-2025, 23:57
Rusiyaya xəbərdarlıq edildi: “Vuracağıq”


Rusiyaya xəbərdarlıq edildi: “Vuracağıq”

Avropa diplomatları Rusiya hakimiyyətini xəbərdar ediblər ki, NATO öz hava məkanının növbəti pozuntularına sərt cavab verməyə hazırdır. Görülə biləcək tədbirlərə Rusiya təyyarələrinin vurulması da daxildir.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin mənbələrinin bildirdiyinə görə, Böyük Britaniya, Almaniya və Fransanın səfirləri sentyabrın 22-də Moskvada keçirilən gərgin görüşdə Estoniya hava məkanının 19 sentyabrda üç rus qırıcısı tərəfindən pozulmasından narahatlıqlarını ifadə ediblər.
Avropa diplomatları Rusiyanı xəbərdar edərək vurğulayıblar ki, bu cür hallar təkrarlansa, NATO “qəti tədbirlər” görəcək. Onların sözlərinə görə, Estoniya üzərindəki insident qəsdən həyata keçirilib.
Rusiyanın nümayəndəsi isə cavabında bildirib ki, Avropada hava məkanının son pozuntuları “Ukraynanın Krıma hücumlarına cavab” idi və bu hücumlar “NATO-nun dəstəyi olmadan mümkün olmazdı”.
"Bloomberg" yazır ki, həmin görüş rəsmi olaraq İranın nüvə proqramı üzrə danışıqlara həsr edilsə də, əsas müzakirə mövzusu hava məkanının pozulması olub. Görüşdə Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil edib.
Xatırladaq ki, bundan əvvəl NATO baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampın mövqeyini dəstəkləyərək, alyans ölkələrinin hava məkanını pozan Rusiya təyyarələrinin vurulmasının vacibliyini vurğulayıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də oxşar fikirlər səsləndirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!