Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
7-12-2021, 09:18
https://www.bakivaxti.az/uploads/img/posts/2021/12/06/aslan-mammadzade-bvjpg-1638792498.jpg
https://www.bakivaxti.az/uploads/img/posts/2021/12/06/aslan-mammadzade-bvjpg-1638792498.jpg
Poliqlot Aslan Məmmədzadə: "Bəzən sadəcə bir insan üçün də dil öyrənmək lazım olur"
Müasir dövrdə oxuduğumuz, işlədiyimiz sahədən asılı olmayaraq, ən azı bir xarici dil bilmək zəruridir. Sevindirici haldır ki, indi dil öyrənmək üçün vəsaitlər, kurslar, tədbirlər də daha çox və əlçatandır. Xarici dil öyrənməyin ən asan və rahat yolu varmı? Ümumiyyətlə, insanların bir neçə xarici dil öyrənməsi nə dərəcədə vacibdir?

Peşəkar səviyyədə 9 dil bilən, neyrolinqvistika təhsilli azərbaycanlı poliqlot Aslan Məmmədzadə Bakıvaxtı.az-a müsahibəsində bu və digər sualları cavablandırıb.

İnsanların böyük faizi xarici dil mövzusunda çətinlik çəkir

- Yəqin ki, peşəkar səviyyədə doqquz dil öyrənmək heç də asan olmayıb. Bu mərhələyə gələnə qədər olan fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?

- Lənkəran şəhərndə doğulub məktəb təhsilimi orada almışam. Daha sonra bakalavr dərəcəsi üçün Türkiyəyə getdim. Orada təhsilimi başa vurduqdan sonra Avropada NeyroLinqvistika təhsili alaraq dil mənimsəmə prosesini daha dərindən araşdırmaq imkanı qazandım. 12 il ərzində həm neyrolinqvistika təhsili alıb, həm də 9 dildə peşəkar səviyyədə danışmağı öyrənmişəm. Poliqlotlar və təhsil sahəsində olan peşəkarlar ilə dünyanın fərqli ölkələrində müxtəlif layihələr üzərində işləmək şansım olub. 24 fərqli ölkədən olan individual şəxslərə, sahibkarlara və korporativlərə xarici dillər mövzusunda dəstək olmuşam. Bu siyahıya ABŞ, Yaponiya, Sinqapur, Honkonq, Birləşmiş Ərəb Əmirliyi, eləcə də Böyük Britaniya, Almanya, Fransa, İspanya və s. kimi ölkələr daxildir. Həm də Dünya Poliqlotlar Cəmiyyətinin üzvü, yerli və xarici tədbirlərin məruzəçisiyəm. Dünyanın fərqli yerlərindən olan insanlarla işləmək və müxtəlif beynəlxalq layihələri idarə etmək, fərqli mədəniyyətlərə yiyələnmək, dil mənimsəmə sahəsində, ünsiyyət və liderlik bacarıqlarında daha da zəngin bilik və təcrübə qazanmağıma səbəb olub.

- Təşkil etdiyiniz layihə Azərbaycanda bir ilkdir. İdeya hardan ağlınıza gəldi?

- Uzun illərdir xarici dillər üzərində işləyirəm və ölkəmizdə bu prosesin inkişafına maksimum dəstək olmaq üçün çalışıram. Mənim də üzvü olduğum “Dünya Poliqlotlar Assosasiyası” hər il müxtəlif ölkələrdə Poliqlotlar konfransı və digər beynəlxalq tədbirlər təşkil edir. Bu tədbirlərdə iştirak etdiyim zaman düşünürdüm ki, niyə də bu layihələr Azərbaycanda təşkil olunmasın?! Hazırda bizdə xarici dillərin öyrənilməsi mövzusunda inkişaf etdirilməli bəzi nüanslar var, hansı ki, onların həll yolu üçün xarici və yerli ekspertlər birlikdə çalışaraq uğurlu nəticələr əldə edə bilər. Beləliklə, qərara gəldim ki, məhz Poliqlotlar Konfransının qurucusu, 20 dildə akademik bacarıqlara sahib Richard Simtcottla görüş təşkil edək.

- Və onlayn platformada tədbir keçirmək qərarına gəldiniz...

- İlkin olaraq, pandemiya şərtlərini, sərhədlərə tətbiq olunan sərtləşdirilmiş qaydaları nəzərə alaraq, bu qədər böyük layihəni canlı keçirmək mümkün olmayacaqdı. “Poliqlot Show”-un əsas məqsədlərindən biri, dillərə marağı olan hər kəsin yararlanmasıdır. Layihədə mindən çox iştirakçının olacağını nəzərə alsaq, təlimi Bakı şəhərində keçirsəydik, regionlardan və xaricdə yaşayan həmyerlilərimizin bizə qatılması çətinləşəcəkdi. Beləliklə, hər kəsin ən rahat və effektiv yararlanması üçün “Poliqlot Show” onlayn şəkildə olacaq.

- Bu layihəni təşkil etməkdə əsas məqsədiniz nədir?


- Ölkəmizdə kiçik yaşdan məktəblərdə xarici dilin tədrisinə başlanılır və uzun illər tədris prosesinin həm ümumi, həm də fərdi davam etməsinə baxmayaraq, insanların böyük faizi xarici dil mövzusunda çətinlik çəkir. Burada təhsildəki müəyyən boşluqlar, cəmiyyətin xarici mədəniyyət və dillərə olan baxışı kimi bir çox səbəblərlə qarşılaşırıq. Ona görə də, tədbirin əsas missiyası Azərbaycanda dil baryerini yox edərək gənclərin təhsil və karyera inkişafına töhvə vərmək, xarici dil öyrənən hər kəsə 2022-ci il üçün effektiv metodika və strategiyaları təqdim etməkdir. Bunanla yanaşı, dünyada dil öyrənmə prosesi haqqında geniş araşdırmalara sahib olan poliqlotların zəngin təcrübə və yenilikçi yanaşmalarını ölkəmizin insanlarına əl çatan etməkdir.

- Tədbir, əsasən, hansı yaş aralığı üçün nəzərdə tutulub, ya da siz daha çox hansı yaş aralığında olan insanların qatılmasını istərdiniz?

- “Poliqlot Show” dillərə marağı olan hər kəs üçündür. Öyrənməyin, yeni mədəniyyətlər kəşf etməyin yaşı yoxdur. Siz bir dil öyrəndiyiniz zaman sadəcə yeni sözlər, qrammatika öyrənmirsiniz. Tamamilə başqa bir ölkənin tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olursunuz. Dünyanın başqa qitə və ölkələrində insanlar necə düşünür, həyatı necə görür, ən qəmgin və ya sevincli vaxtında hisslərini necə ifadə edir, bunları öyrənirsiniz. Atalarımız demiş, nə qədər dil bilsən, o qədər çox insansan. Bu sözə tamamilə qatılıram, ona görə də, yaşından və səbəbdindən asılı olmayaraq, hər kəs iştirak edə bilər. Kimisi təhsili üçün dil öyrənmək istəyə bilər, başqa biri dünyanı kəşf etmək üçün, digəri isə karyera həyatında yeni addım atmaq üçün - bir sözlə, dil prosesinin içində olan hər kəs bu tədbirdə özü üçün faydalı məlumatlar əldə edəcək.

- Tədbirdə sizdən başqa hansı poliqlotlar olacaq? Niyə məhz Richard Smitcott?


- İlk günlərdə bir neçə xarici poliqlot haqqında düşünmüşdüm. Lakin, daha sonra beynəlxalq arenada xarici dillər sahəsində saysız uğurları və layihələri olan Richard Simcottu dəvət etmək qərarına gəldim. O nəinki əvvəl qeyd etdiyim Poliqlotlar Konfransının iştirakçısı, elə həmin konfransın qurucusudur. Bundan əlavə, Richardın bir çox uğurları var, belə ki, “Harper Collins” nəşr evi tərəfindən “Birləşmiş krallığın ən multilinqual insanı”, “Goethe” universiteti tərəfindən “Multilinqualizm Səfiri” seçilib. 50 dil üzərində çalışıb və hal-hazırda 20 dili akademik səviyyədə bilir. Əlbəttə ki, öz bacarıqlarını digər insanlarla bölüşməkdən də çəkinmir. Buna ən gözəl nümunələrdən biri 11 yaşı olmasına baxmayaraq artıq 5 dildə sərbəst danışa bilən qızıdır. Məhz bu səbəblərə görə “Poliqlot Show”-un qonağı qeyd etdiyim uğurların müəllifi Richard Simcottdur.

- Yəqin ki, onunla əlaqə qurmaq elə də asan olmayıb, layihə haqqında məlumat verdikdə və Azərbaycanda olacağını biləndə ilk təəssüratı nə oldu?

- Richard Simcottla illər ərzində fərqli konfrans və layihələrdə birlikdə işlərimiz olduğuna görə artıq uzun zamandır ki, münasibətimiz var. Bu səbəbdən, onunla əlaqə saxlamaq çətin olmadı. Richard çox məşğul iş həyatı olmasına baxmayaraq, ilk dəfə belə bir ideya haqqında eşitdikdə məmnuniyyətlə iştirak edəcəyini bildirdi. Əlavə olaraq, həmin tədbirləri birlikdə idarə etdiyimiz zamanlarda Azərbaycan mədəniyyəti haqqında yetərincə geniş müzakirələrimiz olub və bu da Richardda Azərbaycana qarşı xüsusi maraq da yaradıb. Bu səbəbdən ilk danışığımızdan sonra sürətli şəkildə görüş üçün hazırlaşmağa başladıq.

- Niyə bu tədbiri Azərbaycanlı poliqlotlarla yox, məhz xarici poliqlotla keçirmək istədiniz?

- Yerli peşəkarlarla tədbirlər keçirməyə hər zaman açığıq. İndiyədək daimi olaraq Azərbaycandakı poliqlotlarla görüşüb, müxtəlif layihələr, tədbirlər təşkil etmişik və əlbəttə, zamanla miqyasını genişləndirmək hədəflərimdən biridir. Bu görüşdə isə əsas məqsədlərdən biri ölkəmizdəki dil öyrənmə prosesindəki boşluqları məhz xarici təcrübəsi olan ekspertlərlə müzakirələr etmək və fərqli baxış bucağı yaratmaqdır. Tədbir zamanı həm lokal həmdə beynəlxalq mövzular arasında bir ahəng yaratmaq istəyindəyik.

- Layihənin ardı gələcək?

- Çox maraqlı və həyəcanverici sualdır. Çünki uzun müddətdir bu proseslər haqqında saysız ideyalarımız var. Bəli, bu layihəni silsilə genişləndirərək davam etdirmək fikrindəyik. Hal-hazırda “Dünya Poliqlotlar Assosasiyası” ilə danışıqlarımız davam edir. Ən qısa zamanda Poliqlotlar Konfransını Azərbaycanda keçirməyi düşünürük. Bu tədbirdə dünyanın müxtəlif ölkələrindən 500-dən çox poliqlot iştirak edir. Assosasiya ilə olacaq əməkdaşlığımız və keçirəcəyimiz daimi tədbirlərin həm ölkəmizin tanınmasında həm bizim təhsilimizin inkişafında böyük töhvələr verəcəyinə inanıram.



- Bu tədbirdə ən çox kimlər maariflənə və motovasiya ala bilər, poliqlot olmaq yolunda irəliləyənlər, yoxsa dil öyrənməyə həvəsli olub, amma çətinlik çəkənlər?


- Əslində, “Poliqlot Show” dilləri öyrənməkdə olan hər kəs üçün faydalı olacaq. Bu imtahan və ya karyera üçün ingilis dili öyrənmək istəyən insan da ola bilər, poliqlot olmaq yolunda ilərləmək istəyən də. Ola bilsin iştirakçılarımız arasında bu səbəblərdən başqa biznes, səyahət və ya sırf şəxsi inkişaf üçün dil öyrənmək istəyən insanlar olsun. Çünki tədbirimizin təməl mövzularından biri 2022-ci ildə bir dili öyrənmək üçün istifadə edəcəyimiz effektiv metodika və strategiyalar haqqında olacaq, burada Richard öz təcrübələrini bölüşəcək hansı ki, bir çoxumuz üçün yeni məlumatlar olacağına əminəm. Digər əsas məsələlərdən biri isə Azərbaycanda bu mövzuda olan boşluqlar haqqındadır. Saysız kursların, müxtəlif kitabların, vəsaitlərin olmasına və dil öyrənmənin ölkəmizdə ən aktual mövzulardan olmasına baxmayaraq, bir çoxumuz nə kurslarda effektiv neticə tapırıq nə də “selfstudy” ilə istədiyimiz bacarıqları əldə edirik. Bu da onu göstərir ki, müəyyən boşluqlar və baryerlərimiz var. “Poliqlot Show”-da məhz bu məsələlər haqqında geniş müzakirələr aparacağıq. Məqsədim tədbirin nəticəsində Richardın yenilikçi bilikləri ilə Azərbaycandakı təməl xüsisiyyətləri birləşdirib uyğun həll yolları təklif etməkdir. Bu səbəbdən həm dil öyrənmədə çətinlik çəkən, həm də poliqlot olaraq biliklərini zənginləşdirmək istəyən insanlar üçün maraqlı və faydalı olacaq

Məktəb illərində düşünürdüm ki, mən heç vaxt ingilis dilini öyrənə bilməyəcəm

- Bəs siz özünüz dil öyrənməyə hansı dildən başlamısınız?


- Rus dilli ailədə böyüdüyümə görə Azərbaycan dili ilə yanaşı ilk əlavə öyrəndiyim dil rus dili olub, lakin, mən rus dilini sonradan seçərək öyrəndiyim əcnəbi dil kimi qeyd etməzdim. Daha sonra Türkiyədə universitetə qəbul oldum, türk dilini müəyyən qədər bilsəm də, dili təhsil müddətində akademik səviyyəyə çatdırdım. Həmin illərdə mənim üçün əcnəbi dil kimi görünən və üzərində çalışdığım dil ingilis dili olub. İngilis dili üzrə müəyyən səviyyəyə çatdıqdan sonra polyak dilini öyrənmək qərarına gəldim və beləcə, həyatımın dəyişdiyi əsas nöqtələrdən birinə çatmış oldum.

- Çox dil öyrənə bildiyinizi kəşf etdiniz, yoxsa bu vərdişi özünüz yaratdınız?

- Maraqlı sualınız üçün təşəkkür edirəm. Əslində, məktəb illərində düşünürdüm ki, mən heç vaxt ingilis dilini öyrənə bilməyəcəm. Nəinki mən ətrafımdakı insanlar, müəllimlərim, valideynlərim də bu fikirdə idi. Türkiyədə olduğum vaxt düşünürdüm ki, Aslan niyə ingilis dilini öyrənə bilmir? Əslində, mənə hansısa dili öyrənməkdən daha çox həmin dili öyrənməyin və ya uğursuz olmağın səbəbi maraqlı idi. Bu səbəbdən 17 yaşımdan, birinci kursda oxuduğum zaman da insan beynində dil öyrənmə prosesində hansı hadisələr baş verdiyini araşdırmağa başladım. Bu prosesdə olan insanlara və özümə nəzər salıb olanları araşdırmağa çalışırdım. Beləliklə, bir çox fərqli dillərlə və öyrənmə metodikalarıyla tanış oldum. Öyrəndiklərimi ilk özüm tətbiq edərək birinci ingilis dilini öyrəndim. Nəticədə, gördüm ki, məsələ sadəcə kiminsə dil öyrənmə bacarığı deyil, doğru metodikalardan istifadə etməsi imiş. Uğurlu olmaq məni polyak dilinə motivasiya etdi və bu həvəs digər dillər üçün ardıcıl açılan qapılara çevrildi. Dilləri öyrəndiyim zaman çox fərqli və maraqlı hisslər yaşayırdım. Artıq həyatdakı əsas və ən sevdiyim işi tapmışdım.

- Bir dili öyrənmək nə qədər vaxtınızı alır?


- Bu sualı iki hissədə müzakirə edə bilərik. İlkin olaraq, seçəcəyim dil daha əvvəl bildiyim dillərə yaxındırsa, məsələn, mən fransız, ispan, italyan və ingilis dillərini bilirəm və yeni dil olaraq portuqal dilini seçirəmsə, həmin dillərə yaxın olduğundan üç, dörd aya, sürətli şəkildə yüksək səviyyəni əldə etmək mümkündür. Əgər seçəcəyim çin, yapon, ərəb dili kimi fəqrlidirsə, artıq həmin dilləri akademik səviyyədə bilmək üçün bir il yarım, iki il lazımdır. Əlbəttə, burada gündəlik ayırılan zamandan, motivasiyadan və digər səbəblərdən də çox şey asılıdır

Dil öyrənməyin əsas nüanslarından biri səbrli olmaqdır


- Poliqlot olmaq üçün hansı bilik və bacarıqlara sahib olmaq lazımdır?


- İlk növbədə, mütləq şəkildə poliqlot olma istəyi olmalıdır. Çünki poliqlotlar daimi olaraq müxtəlif dilləri öyrənirlər, hətta bu dilləri həyatlarında istifadə etməsələr belə, eyni marağı göstərirlər. Buna görə də, insan gərək poliqlot olmağı çox istəsin ki, daim o motivasiyanı özündə tapsın. Digər əsas nüanslardan biri səbrli olmaqdır. Dil öyrənmək qısa bir zamanda olacaq proses deyil, bəzən bu, nəinki aylar, hətta illərlə davam edir. Bu zamanda bir çox problemlər, çətinliklər, həyat qayğıları sizə çətinlik yaratsa da, səbrli olub, davam etməyi bacarmalısınız. Əlavə olaraq, təbii ki, ünsiyyət, təqdimat bacarıqlarıyla yanaşı zamanın idarə olunması da çox vacibdir. Çünki artıq 6-7 dil öyrəndikdən sonra onları aktiv saxlamaq üçün daim praktika etmək lazım gəlir və bu elədə sadə və qısa proses deyil, bu səbəbdən, zamanı düzgün idarə etmək poliqlot olmaq istəyən insanlar üçün vacibdir. Əsl sevgi, istək, səbr və davamlı disiplin olarsa, bu uzun yolu uğurla addımlamaq mümkündür.

- Dil istifadə olunmayanda unudulur, siz bu problemlə üzləşdikdə nələr edirsiniz?

- Əslində, buna daha bizim hər zaman bildiyimiz dil öyrənmə metodikaları səbəb olur. Hər zaman dəstəklədiyim bir fikir var ki, “dil öyrənilmir, dil mənimsənilir”. Dili həqiqətən mənimsədiyiniz zaman uzun müddət məşğul olmadıqda müəyyən boşluqlar yaransa belə, qısa bir təkrar və ya praktika ilə əvvəlki vəziyyətə qayıtarmaq mümkündür. Mən, təbii ki, öyrəndiyim dilləri hər gün praktika etmək üçün çox vaxt ayıra bilmirəm. Lakin əlimdən gəldiyi qədər həmin dildə danışan insanlarla söhbət edirəm. Oxuduğum bloqları və ya izlədiyim filmləri həmin dillərdə seçərək daimi olaraq biliklərimi canlı saxlayıram.

- Bəs insanlara sonradan öyrəndikləri dili unutmamaq üçün nələri məsləhət görürsünüz?


- Dil insan təbiətində ən vacib xüsusiyyətlərdən biridir. Dil ünsiyyət zamanı yaranıb və onu qorumaq üçün daim məşğul olub danışmaq, dinləmək, oxumaq lazımdır. Dilini öyrəndiyiniz ölkə və ya millət haqqında daimi maraqlı araşdırmalar etmək olar və ya gündəlik həyatımızda hansısa elmi məqalənin, araşdırmanın və ya iş haqqında araşdırmanın həmin dilə tərcümə edilmiş variantını seçmək mümkündür. Sevdiyiniz filmə bir neçə dildə baxaraq, istədiyiniz kitabın həmin dilə tərcümə olunmuş versiyasını oxuyaraq dinləmə bacarıqlarınızı inkişaf etdirməyiniz mümkündür. İnternet və sosial media üzərindən həmin dildə danışan insanlarla ünsiyyətdə ola bilərsiniz. Biz sosial canlılarıq və gündəlik həyatımızı nə çevrələyirsə həmin bacarıqlar bizdə vərdişə çevrilir. Həyatımızda həmin dil üçün nə qədər yer ayırsaq, o qədər bizim ayrılmaz parçamıza çevriləcək.

- Bir dili daha asan və tez öyrənmək üçün nə etmək olar?

- İlkin olaraq bunu qəbul etmək lazımdır ki, dil öyrənmək zaman alan bir prosesdir. Hansısa bir dili sıfırdan bir-iki ay ərzində akademik səviyyəyə çatdırmaq real görünmür. Bu səbəbdən. başlayanda bu prosesin müəyyən bir zaman davam edəcəyini qəbul etmək lazımdır. Lakin, əlbəttə, müəyyən effektiv texnikalardan istifadə edərək, prosesi bir qədər sürətləndirə bilərik. Bunun üçün ən birinci dərsliklərdən uzaqlaşıb, real həyata atılmalıyıq. Təbii ki, bir dili öyrəndiyimiz zaman kifayət qədər söz bazası və qrammatik biliklər vacibdir. Əsas olan ilk öyrəndiklərimizi ən qısa zamanda real həyatda, ünsiyyət zamanı istifadə etməyi bacarmağımızdır. Artıq o zaman öyrəndiklərimizi mənimsəməyə başlayırıq. Bir daha qeyd etmək lazımdır ki, kitablarla məşğul olmaq çox vacibdir, amma, həmin müddəti düzgün idarə edib, ən qısa zamanda canlı praktikanı seçmək də vacibdir. Bunun üçün həmin dildə danışan insanlarla canlı ünsiyyət qurmaq olar, sosial media üzərindən söhbət etmək, filmlər izləmək, musiqiyə qulaq asmaq, “Youtube”dən maraq dairəsinə uyğun videolar izləmək ən əla seçimlərdir

Bildiyim bütün dillər işimə yarayır

- Bildiyiniz dillərdən ən çox hansı işinizə yarayır?

- Demək olar, bildiyim bütün dillər işimə yarayır. Düşünürəm ki, dilləri faydalı və faydasız kimi ayırmaq çox da doğru olmaz, sadəcə biz o dilləri bilmədiyimiz üçün faydaları haqqında da xəbərsiz oluruq. Məsələn, ispan dilini bilməyən birindən həmin dilə nə qədər ehtiyac duyduğunu soruşsanız, əlbəttə ki, heç ehtiyac duymadığını deyəcək. Bunun kimi bir çox nümunələr saymaq olar. Bilmədiyimiz bir mövhum haqqında nəinki yaxşı, hətta pis bir şey demək belə mümkün olmur. Mənim işlərimin təməlində məhz bildiyim dillər böyük rol oynayır. Xarici tələbələrimə əcnəbi dilləri öyrətdiyim zaman ortaq dillərdən, ən çox ingilis dili olmaqla, alman, ispan dillərindən istifadə edirik. Bu zaman öyrəndiyim hər bir dil mənim üçün çox böyük imkanlar yaradır. Gündəlik həyatımda isə əksəriyyət məlumat və xəbərlərin, bloqların ingilis dilində olması səbəbilə mən də hər kəs kimi daha çox ingilis dilindən istifadə edirəm.


- Hədəfiniz neçə dil bilməkdir?

- Hər zaman müxtəlif mədəniyyətlərə və dillərə böyük və bitməz həvəslə yaşayıram və yəqin ki, həyatımın sonunadək onları araşdırmağa davam edəcəm. Amma, sözün düzü, dillərin sayı ilə bağlı dəqiq hədəfim yoxdur. İndi, əsasən, akademik səviyyədə bildiyim 9 dil üzrə bacarıqlarımı aktiv saxlayıb mənim üçün maraqlı olan çin, yapon, ərəb, yunan dillərini müəyyən səviyyədə öyrənmək niyyətindəyəm. Lakin, hal-hazırda xarici dillər üzərində bir çox layihələrə daha çox enerji və zaman ayırdığım üçün bu planlarımı gələcək zamanda reallaşdırmağı düşünürəm.

Ən çətin dillərdən biri türk dilidir

- Bəs sizə görə ən çətin dil hansı dildir və niyə?

- Dil bizim danışdığımız dildən nə qədər fərqli olursa o qədər çətinləşir. Məsələn, dünyada ən çətin dillərdən biri türk dilidir. Ancaq Azərbaycan dilinə çox yaxın olduğu üçün bizə öyrənmək olduqca rahatdır. Amma bizim doğma dilimizdən uzaq olan yapon, ərəb və ya çin dilləri bizim üçün daha da çətindir. Burada sadəcə məsələ söz və qrammatika öyrənməkdən ibarət deyil, onların həm yazılış qaydaları, həm də tələffüz xüsusiyyətləri bizə olduqca yaddır. Daha əvvəldə qeyd etdiyim kimi, bir dili öyrənərkən sadəcə struktur yox, həm də həmin millətin mədəniyyətini adət-ənənələrini, düşüncə tərzini araşdırır, mənimsəyirik. Sözü gedən ölkələrin düşüncə tərzi və mədəniyyəti də bizim üçün kifayət qədər fərqlidir. Bu da prosesi çətinləşdirən əsas amillərdəndir.

- 9 dil bilən Aslan ilə bir, iki dil bilən Aslan arasında hansı fərqlər var?

- Olduqca düşündürücü və maraqlı sualdır. Düşünərim ki, çox fərqlər var, Hansı ki, dilləri öyrənməmişdən əvvəl Aslan ünsiyyət bacarıqları daha zəif, özgüvəni aşağı və cəmiyyət içərisinda tam da öz mövqeyini kəşf etməmiş bir gənc idi. Heç vaxt təsəvvür etməzdim ki, dillər mənim həyatımı bu dərəcə dəyişəcək və mən müxtəlif ölkələrə səyahət edəcəm, bir çox yerli və beynəlxalq layihələrdə olacam və belə faydalı olmaq üçün cəhdlər edəcəyəm. Poliqlot olmaq yolunda mənə saysız hesabsız gözəl qapılar açıldı və dillərə görə bir çox şanslar əldə etdimə

İspan dilini öyrənməyimin səbəbi ispan dostumun olması idi

- Çox adam düşünür ki, bir dili öyrənmək üçün mütləq bir səbəb, ya da motivasiya olmalıdır.


- Tamamilə razıyam ki, bir dili öyrənmək istəyən insanın güclü bir səbəbi və motivasiyası olmalıdır. Hansısa dili öyrənməyə başlamazdan əvvəl buna hansı səbəblə başladığnızı dəqiq bilməli və ona görə özünüzü motivasiya etməlisiniz. Bu qayda poliqlotlar üçün çox da vacib deyil. Uzun illər ərzində yüzlərlə poliqlotla tanış olmuşam və qarşılaşdığım bir çox situasiya onu göstərir ki, poliqlotlar sadəcə çox maraqlı və həvəsli olduqları üçün istədikləri dili öyrənmək üçün çalışırlar. Hətta bəzən elə olur ki, sadəcə bir insan üçün dil öyrənirsiniz. Məsələn, mənim ispan dili öyrənməkdə ən böyük səbəbim ispan dostumun olması idi. Hər dəfə onunla etdiyimiz maraqlı söhbətlər, ispan mədəniyyəti mənə kifayət qədər motivasiya verirdi.



- Bəs sizcə, insanların bir neçə dil öyrənməsi nə dərəcədə vacibdir?

- Əlbəttə, hər kəs bir çox dili bilməlidir və ya öyrənməlidir kimi bir qayda yoxdur. Bu, insanın təhsil, karyera və ya şəxsi maraqlarından asılıdır. Amma əsas ingilis dilini öyrənməyin vacib olduğunu qeyd edə bilərəm. Buna ən böyük səbəb, ilkin olaraq, məlumatın əlçatan olmasıdır. Azərbaycan dilində internet üzərində mənbələr həddindən artıq azdır. Lakin, siz ingilis dili bildiyiniz zaman onun dünyada hal-hazırda qlobal dil olmasını da nəzərə alaraq, istənilən məlumatı və informasiyanı rahat şəkildə əldə edə biləcəyiniz məlum məsələdir. Bu səbəbdən, təbii ki, neçə xarici dil bilmək şəxsin özündən asılı olsa da, ingilis dilni bilmək vacibdir.

Əsas planlarımız Azərbaycanda dil baryerini yox etməkdir

- Niyə Azərbaycanda insanlar digər ölkərə nisbətən dil öyrənməkdə çətinlik çəkir, problem nədir?

- Dil öyrənmə prosesində ölkəmizin daha çox çətinlik çəkdiyini düşünmürəm. Bu, demək olar ki, bütün dünyada olan ortaq məsələlərdəndir. Bir çox xarici layihələrim olub və Avropa ölkələrindən Sinqapura, Honq Konqa qədər bir çox ölkələrlə işləmə imkanım olub. Müşahidə və təcrübələrimə əsasən, dünyanın, demək olar ki, hər yerində bu məsələ ilə bağlı bir çox problemlər var. Təməl hissə yanlış metodika və texnikalardan istifadə olunmasıdır. Əfsuslar olsun ki, bir çox ölkələrdə doğru metodikalardan istifadə yayqın deyil. Çünki hələ də insanların çoxu praktikanın 80-90%-ni dərsliklər üzərindən aparır. Bunun əsas səbəbi odur ki, əvvəllər onlayn proseslər və internetdə əlçatan olmaq çətin proses idi. İndi hər nə qədər bu imkanlar dəyişsə də, biz vərdişlərimizi dəyişə bilmirik. Dərsliklərdən istifadə etmək nə qədər vacib olsa da, dil ünsiyyət vasitəsidir və siz onu aktiv təcrübə etmədiyiniz zaman heç vaxt tam mənimsəyə bilməzsiniz. Aktiv texnikalardan nəzərdə tutduğum əvvəl də qeyd etdiyim kimi, fimlər izləmək, musiqilər dinəmək, Youtube kanallarını izləmək və s. Ola bilər.

- Azərbaycanda bu sahə ilə bağlı planlarınız nələrdir?

- Hazırda dil öyrənmə sahəsində müəyyən boşluqlar var, hansı ki, bu mövuzlarla bağlı beynəlxalq layihələr təşkil olunur. Əsas planlarımız Azərbaycanda dil baryerini yox etmək və əcnəbi dillərin öyrənilməsi sahəsindəki boşluqlara həll yolu tapmaqdır. Əlbəttə, bunun üçün davamlı həm yerli, həm xarici ekspertlərlə tədbir və layihələr keçiririk, miqyasını daha da genişləndirmək üçün daimi çalışırıq. Cəmiyyətə diqqətimizi yönəldərək təhsildə xarici dil öyrənmə prosesinə töhvə vermək üçün çalışacağıq.

- Son olaraq, dil öyrənmək istəyənlərə tövsiyyələriniz nələrdir?

- Xarici dilləri öyrənmək bir fərd kimi mənim həyatımı tamamilə müsbət yöndə dəyişib. Əgər sizin dilləri öyrənməyə həvəsiniz varsa. əsla dayanmayın və davamlı olaraq öyrənməyə, öz üzərinizdə işləməyə davam edin. Hər zaman razı olduğum fikirdir ki, lazımlı və ya lazımsız bir dil yoxdur. Siz nə qədər dil öyrənirsinizsə, o qədər dünyanı kəşf edirsiniz. Və artıq 21-ci əsrdə ingilis dili öyrənmək bir seçim deyil. Hər birimiz təhsil və karyera həyatımızda bu dili bir vacibiyyət olaraq görürük. Hazırda bütün dünyanın dili məhz ingilis dilidir. Amma bu labüd bacarığı qazanmaq düşündüyünüz qədər çətin deyil. Bu səbəbdən qarşınıza məqsəd qoyun və onun üçün davamlı olaraq çalışın, uğur özü sizə gələcək. Fərqli mədəniyyətlər kəşf etmək, müxtəlif insanlar tanımaq, dilləri öyrənmək həyatımıza ən fərqli rəngləri qatmaq üçün əla yoldur. İnamlı və iradəli olan hər kəs həyatını bir göyqurşağı qədər rəngləndirə bilər. Sadəcə istəyin və onun üçün çalışın.
Aytac Aslan, "Bakıvaxtı.az"
poliqlot
poliqlot
6-12-2021, 17:23
Səlim Müslümovun həbs müddəti uzadıldı - VİDEO

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə ibtidai istintaq davam edir.

APA-nın əldə etdiyi məlumata görə, sabiq nazir barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilərək Səlim Müslümov barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 3 ay uzadılıb.

Qeyd edək ki, Səlim Müslümovun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyənləşib.

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyənləşib.

Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Bütöv.az
6-12-2021, 12:01
Sabiq nazirlə general həbsdə, Fazil Məmmədov isə rahatca biznesini idarə edir

Dövlət büdcəsini yağmalamış, özünə və ailəsinə olduqca böyük biznes qurmuş sabiqlərdən Fazil Məmmədov ortalıqda gəzir. O nazir olduğu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postunda böyük büdcə vəsaitlərinə sərəncam vermiş Səlim Müslümov isə bu gün həbsdədir. Halbuki Fazil Məmmədov büdcə vəsaitlərinin dalına keçməkdə Səlim Müslümovdan da fərasətli idi.

Səlim Müslümovun həbsindən sonra onun büdcədən 1 milyard manata yaxın vəsait çırpışdırması iddiaları ortaya çıxıb və həmin iddialar bu günə qədər də təkzib edilməyib. Bu ilin fevralında həbsə alınan Səlim Müslümovun barəsində cinayət işi araşdırılmaqdadır. Onun həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, nazir vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsi araşdırılır. Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub. Eyni zamanda, daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dekabrın 14-də Səlim Müslümov barəsindəki həbs qətimkan tədbirinin müddəti bitir. Müddət bitənə qədər Səlim Müslümov barəsindəki cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndəriləcək.

Fazil Məmmədova gəlincə, o, vəzifədən çıxarılandan sonra isə həbs ediləcəyi xəbərləri bir-birini əvəzləyirdi. Vergilər naziri vəzifəsində Azərbaycan sahibkarlığına qarşı cinayətə bərabər addımlarının araşdırılması gündəmdə idi. Bu gün də Fazil Məmmədovun nazirliyi dövründə baş verən qanunsuzluqlar araşdırılacağı günü gözləyir.

Vəzifədən çıxarılandan sonra “öldü”, “xəstədir” xəbərləri bir-birini əvəzləsə də, bu gün Fazil Məmmədov rahat həyatını yaşayır. Onun səhhəti normaldır və hazırda Bakıda işləri ilə məşğuldur. Əlində nazir olduğu dövrdə cəmləşdirdiyi biznesi ilə məşğul olur. Fazil Məmmədov nazir olduğu dövrdə, 2010-cu ildə təsis edilmiş “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biri idi.

“Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarət idi. İstehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar edirdi. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə, regionların sosial-iqtisadi inkişafında mühüm paya malik olmuşdu.

Vəzifədən çıxarılandan sonra, Fazil Məmmədovun sağlıq durumu qəfil pisləşmişdi. 2018-ci ilin əvvəllərində Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınmışdı. F.Məmmədov 2018-ci ilin iyununda ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı. Sabiq nazir Türkiyədə olarkən səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur “Çırağan Palace”da dincəlirdi. Onun istintaqa cəlb edilməsinin ertələnməsi ilk dövrlərdə sağlıq durumu ilə izah olunsa da, sonradan Fazil Məmmədovun topladığı sərvətin böyük hissəsi ilə vidalaşması hesabına azadlıqda qalması xəbərləri yayılmışdı.

Adı uzun illər Azərbaycan mətbuatının diqqət mərkəzində olan isimlərdən biri də Rövşən Əkbərovdur. 44 günlük Vətən Müharibəsi günlərində qeybə çəkilən, möhtəşəm zəfərdən sonra Rusiyaya yollanan Rövşən Əkbərov sonradan ölkəyə çağırıldı və qandallandı. Hazırda cəzaçəkmə müəssisəsində 10 illik həbs cəzasını çəkən Əkbərov barəsindəki hökmdən apelyasiya şikayəti verib. Rövşən Əkbərov məhkəməyə müraciətində bərəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Rövşən Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib. Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. Belə ki, məhkəmə Rövşən Əkbərovdan 40 min 10 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb. Eyni zamanda məhkəmə Rövşən Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.
(Mənbə: Musavat.com)

Bütöv.az
6-12-2021, 10:38
Qərb Əliyev-Paşinyan görüşünün nəticə əsaslı olmasına çalışır – ŞƏRH

26 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında Soçidə qəbul edilən birgə bəyanatın icrası səviyyəsini zamanlama etibarı ilə qənaətbəxş hesab etmək olar.

Görüşdən sonrakı 10 günlük periodda, dekabrın 4-də Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə Ermənistan işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təqdim etdi. Azərbaycan isə bunun müqabilində saxladığı 10 erməni hərbçini təhvil verdi.

Bəyanatın digər bəndlərinin icrası üçün də danışıqlar davam etdirilir, amma İrəvanın qeyri-müəyyən mövqeyindəki ardıcıllıq prosesin müddətinin uzanmasına gətirib çıxarır.

Mina xəritələri ilə bağlı sonuncu məlumatda diqqət çəkən məqama gəlincə:

Bundan əvvəlki mina xəritələrinin Bakıya təqdim edilməsi ilə bağlı məlumatları Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayırdısa, bu dəfə Dövlət Təhlükəsizliyi Xidməti informasiyanı yaydı.

Bu o deməkdir ki, Azərbaycan bütün diplomatik korpusları, güc strukturlarını Ermənistana basqı yaratmaq üçün səfərbər edib.

Bundan əvvəlki mina xəritələrinin dəqiqliyi 25 faiz idi, görünür ki, DTX-nin prosesdə iştirakı həm də ona hesablanıb ki, Azərbaycan tərəfi xəta ehtimalı az olan mina xəritələrini alsın.

Bu o deməkdir ki, Soçi görüşündən sonra Bakı prosesi sürətləndirmək üçün sistemliliyi yeni müstəviyə daxil edib.

Ermənistan mətbuatında isə baş nazir Nikol Paşinyanın hansısa güzəştə imza atması barədə məlumatlar dövriyyədədir, elə mina xəritələrinin təqdimi də İrəvanın basqı altındakı qərarlar verməsinin göstəricisi kimi qəbul edilə bilər.

Niyə? Çünki üçtərəfli bəyanatın icrasında problemlər yaransa, burada Rusiyanın məsuliyyəti yaranacaq. Hazırda isə Moskva Qərblə rəqabət şəraitində imza atdığı sənədin yalnız nəzəri xarakter daşımasında maraqlı deyil.

Soçi bəyanatından sonra canlanmanın olması Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında dekabrın 15-də Brüsseldə keçiriləcək görüş üçün nəticə əsaslı qərarların olmasını şərtləndirir.

Yəni Qərb “biz də sülhyaratma prosesinə töhfə veririk” mesajını aydın şəkildə verməlidir, əks təqdirdə Moskvanın təşəbbüsü qarşısında neytral mövqedə görünəcək.

Ümumiyyətlə Moskva-Qərb xəttində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün diplomatik rəqabətinin elə diplomatik tərzdə təzahürləri irəliləyiş üçün müsbət siqnallar kimi dəyərləndirilməlidir.

Postmüharibə dövründə Əliyev-Paşinyan görüşünün yeni məkana daşınması (müharibədən sonra liderlər ilk dəfədir ki, Qərb kuluarlarında görüşəcək) təmaslarda konkret nəticələrin hasil olmasına gətirib çıxaracaq.

Bütöv.az
3-12-2021, 21:00
Helikopter qəzasında həlak olan sərhədçilərə şəhid statusu verilib

“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində çox sayda zabitlərimizi itirdik. Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu hadisə hər birimizin faciəsidir”.

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qəza nəticəsində 2 hərbçinin də yaralandığını xatırladıb: “Onlara da tezliklə sağlamlıqlarının bərpa olunmasını arzu edirəm. Qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir. Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onlara da ödəniləcək. Mənzil, avtomobil təminatı olacaq. Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq”.

Bütöv.az
3-12-2021, 15:32
Rəşad Tağıyevin Şəmkir sərgüzəştləri...

"Şəmkir rayonu üçün 2021 ci il kifayət qədər maraqlı, yaddaqalan, tarixi bir il oldu desək yanılmarıq. 2014 cü ildən bu yana Alimpaşa Məmmədovun Şəmkir rayonuna rəhbərlik etdiyi dövrdə baş verən ictimai, siyasi, sosial, iqtisadi proseslər hər kəs üçün artıq bəllidir. Sosial şəbəkələr fenomeninə çevrilməyi bacarmış Alimpaşa Məmmədovun həbsi Şəmkir insanları üçün gözlənilməz olduğunu demək olmaz".

Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Buna səbəb isə Alimpaşa Məmmədovun ətrafına topladığı bacarıqsız, savadsız kadrlar idi. Siyasi prosesləri yaxından izləyən şəxslər üçün aydın idi ki, belə idarəetmə üsulu ilə çox uzağa yox, ancaq DTX nın istintaq təcridxanasına getmək olardı. Belə də oldu.... Şəmkir rayonu üçün 2021 ci ildə ən yaddaqalan hadisələrdən biri isə Rəşad Ənvər oğlu Tağıyevin Şəmkir rayonuna başçı təyin olunması idi. Prezident İlham Əliyevin videoqəbul zamanı verdiyi tapşırıqları, tövsiyyələri hər kəs diqqətlə izlədi. Rəşad Tağıyevin gənc olması, hüquqşünas olması, gənc yaşlarınadək yüksək vəzifələrdə işləməsi, kadr işinin təşkili sahəsində ixtisaslaşması insanlarda böyük ruh yük yüksəkliyi yaratdı. BƏS RƏŞAD TAĞIYEV NƏ EDİR ?!

Təyin olunduğu gündən Alimpaşa Məmmədovun dövründə meydan sulamış insanlarla yaxından ünsiyyətə girməsi, onların təklifləri ilə kadr seçimi aparması ümidləri puça çıxarmaqdadır. Və uzun müddətdir sadə Şəmkir vətəndaşının gözlədiyi an gəldi. Rəşad Tağıyev Şəmkir Kommunal Müəssisələr Kombinatının rəisi, 2 dəfə barəsində Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən əməliyyat keçirilmiş, sonradan naməlum səbəblərdən bu işdən yaxasını qurtarmış Teymur Hacıyevin azad olunma xəbəri yayıldı. ƏN MARAQLISI DA BUNDAN SONRA BAŞLADI ....

Rəşad Tağıyev bu vəzifəyə ümumiyyətlə Şəmkirlə heç bir əlaqəsi olmayan Alişan Yusibov adlı şəxsi təyin etdi. Niyə deyirik ən maraqlısı ?! Çünki Kommunal Müəssisələr Kombinatı Şəhər İcra Nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən adi bir qurumdur. Bu qurumu bu qədər maraqlı edən isə orada olan külli miqdarda dövlət vəsaitidir. Şəmkir rayonu böyük iqtisadi imkanlara malik rayon olduğunu, dövlət büdcəsindən bu istiqamətə iri maliyyə ayrıldığını artıq hər kəs bilir. Rəşad Tağıyevin özünün, şəxsən gedib KMK inzibati binasında yeni rəisi təqdim etməsi, ardınca isə Teymur Hacıyevi Şəmkir rayon İcra Hakimiyyətində işlə təmin etməsi, bu işə olan marağı bir az da artırdı. Bu həmin Teymur Hacıyevdir ki, 90 cı illərdə 1 ci Qarabağ şavaşında “neqodniy” hərbi bilet alaraq, ordudan yayınmışdır. Və bu gün bu qədər korrupsiya ittihamı ilə rayon icra hakimiyyətində, dövlət qulluğunda işlə təmin olunur. MARAQLI DEYİLMİ ?! MARAQLIDIR !

Alişan Yusibovun Şəmkirdə elə maraqlı bir vəzifəyə təyinat alması artıq maraq doğurmaqdadır. Belə ki, KMK rəisi vəzifəsinin əməkhaqqısı ən çoxu 340 azn ola bilər. Bakıdan gəlib Şəmkirdə bu maaşa işləməyi kim və ya nə vadar edib Alişan Yusibovu ?! Digər maraqlı məqam isə, 220 mindən artıq əhalisi olan, ali təhsilli insanların işsizlikdən əziyyət çəkdiyi məqamda, bu təyinatın baş verməsi bir çox şübhəli məqamlar yaratmaqdadır. Təbii ki, Alişan Yusibovun fəaliyyətini bütün Şəmkir insanları görəcək, qiymətləndirəcək. Bəri başdan təbrik edirik, fəaliyyətində uğurlar arzu edirik. Təbii ki, zaman hər şeyi sübut edəcək... Əldə etdiyimiz digər məlumatlara görə, icra hakimiyyətində daha 2 kadr təyinatı olub. Bir qız, bir oğlan şöbələrə məsləhətçi təyin olunub. Hansı keyfiyyətlərinə görə təyinat almaları barədə araşdırmalarımız başa çatandan sonra məlumat verəcəyik".

Ümumi şöbənin müdiri Elgün Seyidovun bu təyinatlarda nə kimi “canfəşanlıq” etməsi növbəti yazımızda. Bizi izləməyə davam edin...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Bütöv.az
3-12-2021, 11:33
Polkovnik Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş - VİDEO

Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik Zaur Nudirəliyevin döyüş zamanı hansı şəraitdə şəhid olduğu açıqlanıb.

Bu barədə İTV-nin hazırladığı “Savaş şahini Zaur Nudirəliyev” adlı sənədli filmdə çıxış edən şəhid pilotun döyüş yoldaşı polkovnik-leytenant Reyhun Fərmanov bildirib.

Qeyd edib ki, Zaur Nudirəliyev təkcə düşmən mövqelərinə zərbələr endirməklə kifayətlənməyib:

“Oktyabrın 4-ü təxminən saat 12:15 radələri olardı, düşmənin hava hücumundan müdafiə vasitələrinin qoşulması haqqında kəşfiyyat məlumatı alan kimi, mən ona dedim ki, məhvetmə zonasına girməsin. Amma Zaur uçuşunu davam etdirdi, bizi dinləmədi.

O qədər əzmli idi ki, çətin vəziyyətdə olan quru qoşunlarımızın qarşısı açılsın deyə, təyyarəsi ilə götürdüyü döyüş sursatlarını təyin olunmuş koordinata atdı. Güman edirəm ki, uçuş zamanı düşmən hava hücumundan müdafiə vasitələri ilə onun təyyarəsini zədələdilər. Biz onun təyyarəsini düşmənin artilleriya mövqeyinin içərisində tapdıq. Təyyarəni sağ-salamat geri gətirə bilməyəcəyinə əmin olduqdan sonra, onu düşmənin artilleriya mövqeyinə çırparaq ermənilərə ciddi itkilər verməsinə səbəb oldu”.

Qeyd edək ki, 42 yaşlı Vətən Müharibəsi Qəhrəmanı Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində 12 uçuş həyata keçirərək düşmənin dayaq məntəqələrini, canlı qüvvələrini məhv edib, həmçinin Azərbaycan ordusunun qurudan ciddi üstünlüyə sahib olmasını təmin edib.



Bütöv.az
3-12-2021, 08:27
21 Azər hərəkatının 76-cı ildönümü

12 dekabr tarixinin xalqımız üçün tarixi və ideoliji əhəmiyyəti böyükdür. Həmin gün Güney Azərbaycan Milli Hökumətinin təşkil edilməsi və elə bir ildən sonra həmin gün süquta uğramasıdır.
İndi milli azadlıq uğrunda mübarizə tariximizin qızıl səhifələrindən olan 21 Azər Hərəkatına qara yaxan bədxahlar deyirlər ki, guya bu kommunistlərin siyasi oyunu idi. Fərqi yoxdur kim nə deyir desin. 21 Azər Hərəkatı İranda əsrlərlə mövcud olmuş Azərbaycan dövlətçiliyinin 10 milyonlarla türk toplumunun öz müqəddəratını təyin etməsinin bərpası idi. Geney Azərbaycan Milli Hökumətinin bir illik mövcudluğu xalqa azadlığın və müstəqilliyin necə müqəddəs olmasını sübut etdi.
12 dekabr 1945-ci ildə, Təbriz şəhərində xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti quruldu. Daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti çox böyükdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan bu hökumət İran şahının 25 ildə görmədiklərini bir ildə etdi.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin professoru Vüqar Əhməd S.C. Pişəvərinin həyatı, mühiti və yaradıcılığı" adlı monoqrafiyasında Milli Mübarizə tariximizin ən parlaq simalarından biri olan Pişəvərinin xalqının Milli Mübarizə yolunda fəaliyyəti geniş təhlil olunub.

Ümumiyyətlə, 21 Azər hərəkatının tarixi missiyasi təkcə Azərbaycan üçün yox, eləcə də Şərq aləmi üçün örnək ola biləcək hadisədir. Bu 21 Azər ona görə adlanır ki, İran təqvimi ilə bu hərəkat 21 Azər ayında, 12 dekabrda baş verib.
Milli Hökümət xalqın dəstəyilə mühüm işlər görüb. Belə ki, 19 yanvar 1946-cı ildə Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin, 23 mart 1946-ci ildə Dövlət Teatrının , 4 iyul 1946-ci ildə Azərbaycan Radioverilişləri Agentliyinin, 6 iyun 1946-ci ildə Təbriz Dövlət Universitetinin, eləcə də xeyli sayda orta ümumtəhsil məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işləri Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökümət reallaşdırdı.
1946-cı ilin sentyabrından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dilində – Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurla həyata keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini tuturdu.
21 Azər hərakatı İran Pəhləvi şah rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərinin sürətli nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu.
Güney Azərbaycan Milli Höküməti dövründə aparılan mədəni islahatların mühüm bir qanadını ana dilli mətbu orqanların nəşr edilməsi idi. 1945-1946-cı illərdə Güney Azərbaycanda müxtəlif mətbuat orqanları – “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümünü tapmışdı.
Milli Hökümət sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər vardı.
1950-ci ildə Güney Azərbaycana səfər edən amerikalı hüquqşünas Uilyam Duqlas yerli camaatın Milli Hökümətin və onun rəhbəri Seyid Cəfər Pişəvərinin xidmətləri kimi xatırlatdığı dəyişiklik və islahatların siyahısını tərtib etmişdi.
1. Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;
2. Hökümət iri bankları milliləşdirdi;
3. Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
4. Güney Azərbaycan Milli Ordusu yaradıldı və sairə.
Azərbaycan Milli Hökümətinin fəaliyyət göstərdiyi bir il ərzində həyata keçirmiş olduğu ən mühüm islahatları əsas etibarilə üç kateqoriyaya bölmək mümkündür.

1) Siyasi islahatlar;
2) Mədəni islahatlar;
3) Sosial-iqtisadi islahatlar.

Güney Azərbaycan Milli Hökuməti bizə Azərbaycan Xalq Cümhuriyyəti qədər əzizdir. AXC necə süquta uğradıldısa, AMH də eləcə süquta uğradıldı. AXC qurucusu “Bir kərə ucalan bayraq bir daha enməz”, - dedi. Pişəvəri də deyib ki, Milli Hökumət bir həqiqətdir onu heç kəs dana bilməz. Hökumət süquta uğradıldıqdan sonra dövlət qurucularının bir çoxu Bakıya pənah gətirdilər. Xalq şairi Balaş Azəroğlu, Söhrab Tahir, Əli Tudə, Qulam Yəhya, Lətif Hüseynzadə və başqaları uzun illər Bakıda yaşayıb yaratdılar.
Azərbaycan Radiosunun Cənubi Azərbaycan redaksiyasına rəhbərlik edən Lətif Hüseynzadə də Milli Hökumətin gənclər təşkilatının fəallarından olmuşdur. O dövrün ictimai-siyasi, mədəni həyatını əks etdirən məqalələr yazırdı. “Azərbaycan müəllimi” qəzetində “Cənubdan səslər” rubrikası var idi. Orada Lətif Hüseyn-zadənin “Diqqət, Danışır Təbriz Radiosu!” adlı məqaləsi çap olunmuşdur. Məqalə əsasən Təbriz Radiosu və onun sədr müavini Balaş Azəroğlunun fəaliyyətinə həsr olunmuşdur. Artıq o illər tarixə qovuşmuşdur. Bu günlərdə B.Azəroğlunun 100 yaşı tamam oldu. Böyük şəxsiyyətləri gərək il dönümlərində yox, hər zaman yad edək.

Mehman Şəmistanoğlu
24-10-2021, 17:23
Kolumbdan əvvəl Amerikaya onlar gəliblər

Vikinqlər Şimali Amerikaya 1000 il əvvəl – Xristofor Kolumbdan yüzlərlə il öncə gəliblər.
Bu barədə ABŞ-ın CBS telekanalında yayımlanan araşdırmada bildirilib.
Tədqiqatçılar Kanadanın Nyufaundlend şəhərindəki tarixi yaşayış məkanında kəsilmiş üç müxtəlif ağacdan üç nümunəni təhlil edərək bu tayfaların bölgəyə gəlişinin tarixini müəyyən edə biliblər.
Tədqiqatçılar vikinqlərin gəlişinin vaxtını müəyyən etmək üçün ağacın radiokarbon tarixindən istifadə ediblər. Araşdırmaçıları maraqlandıran amil 992-ci ilində baş vermiş günəş qasırğasıdır. Günəşin yaydığı nəhəng enerji emissiyaları atmosferə əlavə karbon buraxır və bununla da canlı orqanizmlərdə karbonun həcmini artırır.
Vikinqlərin kəsdikləri odunların içindəki halqalar hələ də qalıb. Kəsilmiş odunlardan biri günəş qasırğasına məruz qalıb və bundan sonra əmələ gələn 29 böyümə halqasına malik olub. Bu da həmin odunun qasırğadan 29 il sonra - 1021 -ci ildə kəsildiyi deməkdir.
Tədqiqatçıların fikrincə, odunlar metal alətlərlə kəsilib ki, o vaxtlar bölgədəki yerli icmalarda belə alətlər olmayıb.
Eyni zamanda, bölgədə o dövrə aid qədim tikililər Skandinaviya, Qrenlandiya və İslandiyada olduğu üslubda tikilib. Məkanda tapılan digər artefaktlar göstərir ki, vikinqlər dəmir və ağacdan əşyalar hazırlayıblar.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!