Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 21-04-2016, 17:12
Həbsxanada digər dustağın üstünə qaynar su tökməklə qətlə yetirən məhkuma 18 il iş verildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsxanada dustaq yoldaşına ağır xəsarətlər yetirməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Ramiz İmaniyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Butov.az Lent.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçı Mübariz Mirili çıxış edib.

O çıxışında bildirib ki, təqsirləndirilən şəxs Qobustan həbsxanasında dustaq yoldaşının üzərinə qaynar su tökərək yandırıb: “Onun ilk cinayəti qətl hadisəsi olub. O, 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun hələ ödənilməyən 11 il ay 27 gün həbs cəzası var”.

Prokuror məhkəmədən təqsirləndirilən şəxsin ödənilməyən cəzası ilə indiki cəzanın qismən toplanma yolu ilə ümumilikdə 18 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edib. O, çıxışında müdafiə etdiyi şəxsin dini əqidəsinə görə bu cür əməl törətdiyi iddia edib: “Ramiz dəfələrlə həbsxana rəhbərliyinə də müraciət edib ki, onun kamerasını dəyişsinlər. Çünki onunla bir kamerada qalan Ağasadıq Əliyev vəhhabi olub. Müdafiə etdiyim şəxs dəfələrlə zərərçəkən şəxsə xəbərdarlıq edib. O, buna məhəl qoymayıb. Yaşı da çoxdur, ona cəza təyin edərkən bundan öncə törətdiyi ağır cinayəti nəzərə alın. Bu adam içəridən çıxa biləcək, ya yox?!”.

Daha sonra təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, törətdiyi sonuncu cinayətindən peşmanlıq hissi keçirmədiyini deyib:

“Mən hər zaman ilk cinayətimin peşmanlığını çəkmişəm. İndi də çəkirəm. Ancaq indiki əməlimdən peşman deyiləm. Ağasadıq ağ eləmişdi. O, məni məcbur edirdi ki, mən də onun kimi namaz qılım. Mən şiə təriqətinə inanıram. Dəfələrlə ona xəbardarlıq elədim ki, mənimlə işin olmasın, cəzanı çək. Dayanmadı. Televizorda ölkəmizdə baş verən müsbət şeyləri təhqir edir, söyürdü. Bu, mənə pis təsir edirdi. Suyu qızdırdım, istədiyimə nail oldum. İndi baxın tərəzinin bir tərəfində mən, bir tərəfində Ağasadıq. Sizin ədalətinizə inanıram”.

Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Ramiz İmaniyev bundan əvvəlki ödənilməmiş cəzası və indiki cəzasının qismən toplanma yolu ilə qəti olaraq 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə keçən il Penitensiar Xidmətinin Qobustanda yerləşən 3 saylı cəza çəkmə müəssisəsində baş verib. İttiham görə, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə 15 il azadlıqdan məhrum edilən Ramiz İmaniyev kamera yoldaşı Ağasadıq Əliyevin üzərinə xuliqanlıq niyyəti ilə qaynar su tökərək onu yandırıb. Hadisədə Ağasadıq Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ramiz İmaniyev Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!