Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 31-05-2019, 10:30
Bakıda keçirilən oyunun final fitini Paşinyan verdi. Necə?
Ermənistanın baş naziri Feysbuk səhifəsində Mxitaryana zəng edib “onunla fəxr etdiklərini, qürur duyduqlarını” yazıb, “bütün qəlbləri ilə onun yanında olduqlarını” qeyd edib və rəsmi Bakını təhqir edərək ”Bakının rasist mövqeyinə görə” futbolçunun finalda iştirak edə bilmədiyi barədə fikirlərini paylaşıb. Paşinyan Mxitaryanla telefon danışıqlarının hamısını Feysbuk səhifəsində yazıbmı? Yox. Mxitaryanın qisasını necə alacağını yazmasa da, Mxitaryandan sonra müdafiə naziri Tonoyana zəng edən Paşinyanın yazmadıqlarının səsi Qarabağdan gəldi.
  İlham İsmayıl: “Mxitaryan oyunu"nun final fitini Paşinyan verdi... - SNAYPERLƏ

Mayor Omarov Aqil Akif oğlu Ağdam istiqamətində Paşinyanın göstərişinə əsasən erməni snayper tərəfindən öldürüldü. Əvvəllər də snayper gülləsindən şəhid olanlarımız var. Amma, bu gün, bir Azərbaycan hərbi qulluqçusunun snayper tərəfindən vurulmasının əmri, göstərişi, məhz Paşinyan tərəfindən verilib! Bu dəfə düşmən gülləsinə tuş gələn mayor Omarov oldu. Düşənbə lift görüşündən sonra atəşkəsin faktiki pozulmamasını, cəbhə xətində sükutu silah gurultusu deyil, hərdən yazın gəlişi ilə yalnız göy gurultusunun pozduğu səssizliyi Paşinyan pozdu. Mxitaryana verdiyi, amma yazmadığı vədini yerinə yetirdi və bizim mayorumuzu vurmaqla “Mxitaryan oyunu”nun final fitini vermiş oldu.
Bu düşməndir. Düşməndən nə gözləyirdiniz? Futbol finalına uğurlu ev sahibliyi etdiyinə görə təşkilatçılara təbrik məktubu yazası deyildi ki? Düşmən düşmənçiliyini əməldə göstərdi. Atəşkəsin pozulmasında heç maraqlı olmayan Ermənistan marağının əksinə gedərək, bir erməni futbolçunun Bakıya gələ bilməməsinin heyfini almaq naminə sadəcə havaya güllə açmadı, birbaşa Azərbaycan hərbçisini nişan aldı. Bilirsiniz niyə risk etdi? Bilir ki, biz cavab verməyəcəyik. Bundan dəhşətli nə ola bilər ki, düşmən onların istənilən şıltaqlığına, ələ salınmağımıza, məsxərəyə qoyulmağımıza, lağ edilməyimizə dözəcəyimizi, susacağımızı bilir. Görəsən, biz niyə bu qədər acizik?
Qisas çağırışlarının, anındaca onqat cavabın verilməsi əvəzinə indicə radioda sözün həqiqi mənasında başabəla bir politoloq Azərbaycanın regionda ”sülhün qarantı” olduğundan danışırdı. Həmin professor-politoloqa demək lazımdır ki, bu gün erməni əsgər siz deyən kimi “əyilə-əyilə gəzmədi”, bizim əyildiyimizdən istifadə edib ayağa qalxdı və böyük zabit heyətimizdən bir tabor komandirimizi güllə ilə vurdu.
  İlham İsmayıl: “Mxitaryan oyunu"nun final fitini Paşinyan verdi... - SNAYPERLƏ

Qərb və Rusiya dünyanın hər yerində bir-birinə qarşı dayanıb. Qarabağ məsələsi gələndə ikisi də bizə qarşı birləşir. Bunun bir səbəbi olmalıdır. Bu hansı vədin qarşılığındadır? Hər halda bu vədin Qarabağ olduğu 25 ildir görsənmir. Qarabağ olsaydı, ya diplomatiyada, ya hərbidə hansısa formada dəstəklənərdik. Bəlkə vəd deyil, hədədi, təhdiddi. Hətta, belədirsə də açın deyin xalqa, qoy xalq bilsin ki, 2 milyonluq erməni ilə deyil, planetlə qarşı-qarşıya dayanıb. Bu cür acizliyin nəticəsidir ki, ağzımızın içində - Milli Məclisdə, Qərbdən gələn bir rumın deyir ki, “siz Qarabağı azad etməməlisiniz, yoxsa Avropa sizi işğalçı kimi tanıyacaq”. Görüm bu rumın gedib Gürcüstan parlamentində Abxaziya, Osetiya haqqında, Ukraynada Krım, Donbass haqqında, Moldovada Dnestryanı haqqında belə fikirlər söyləyə bilərmi? Haqlı sual yaranır, əcəba, bizi öz əlimiz yetmədi, indi də başqalarının əli ilə təslimçiliyə hazırlayırsınız? Niyə biri durub deməyib ki, biz azad edək, sonra bizə nə deyirsiniz deyin. Siz kimin əmisi oğlusunuz, ay orda oturanlar? Qarabağı azad etməmişik, guya Avropa bizi sevir, azad edəndən sonra nifrət edəcək. Cəhənnəmə etsin.
Adam az qalır qışqıra-qışqıra, bağıra-bağıra küçələrdə yüyürüb deyə ki, BELƏ OLMAZ!
  İlham İsmayıl: “Mxitaryan oyunu"nun final fitini Paşinyan verdi... - SNAYPERLƏ

İlham İsmayıl


Paylaş



Bölmə: Hərbi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!