26-07-2022, 21:55
Güləşçimiz Avropada gümüş medal qazandı
Azərbaycan cüdoçusu Murad Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.
Butov.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı finalda gürcüstanlı Daviti Lomitaşvili ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Əliyev ikinci yerlə kifayətlənib. Qeyd edək ki, bu gün, həmçinin, 48 kq-da Könül Əliyeva və 60 kq-da Nurlan Kərimli də final görüşünə çıxacaqlar.