31-08-2022, 23:24
İspaniya Kiyevə döyüş sursatları göndərdiİspaniya hökuməti Ukraynaya iki təyyarə və altı yük maşınından ibarət hərbi yardım göndərib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Yardım paketinə ağır artilleriya üçün döyüş sursatları da daxildir. “Bu səhər (çərşənbə günü) Rota dəniz bazasından (Əndəlüs əyalətinin Kadiz vilayəti) Ukraynaya İspaniya silahları göndərilib", - deyə məlumatda bildirilir. İspaniya Müdafiə Nazirliyinin rəhbəri Marqarita Roblesin sözlərinə görə, tədarüklərin həcmi döyüş sursatı ilə birlikdə 75 uçuş təşkil edəcək.
31-08-2022, 23:22
Vəndamda yanğın başlayıbQəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda Nazirliyin bütün yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi və meşəyə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
31-08-2022, 23:16
İsveç Ukraynaya yeni hərbi yardım ayırdı
İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib. O bildirib ki, yeni hərbi yardım paketinə artilleriya mərmiləri də daxildir. Reznikov İsveçin xarici işlər və müdafiə nazirlərinə təşəkkür edib. "Biz birlikdə Avropada sülh və təhlükəsizliyi bərpa edəcəyik", - nazir əlavə edib.
31-08-2022, 23:14
Qadın şahmatçılarımızdan uğurlu nəticəÇexiyanın paytaxtı Praqada keçirilən qadın şahmatçılar arasında Avropa çempionatında sonuncu – XI turun oyunları keçirilib.
Butov.az xəbər verir ki, turnir cədvəlinin 2-ci pilləsində olan Günay Məmmədzadə Aleksandra Maltsevska (Polşa), Gövhər Beydullayeva Nana Dzaqnidze (Gürcüstan) və Ləman Hacıyeva Yolanta Zavadska (Polşa) ilə heç-heçə edib. Ülviyyə Fətəliyeva Azərbaycan millisindən komanda yoldaşı olan Gülnar Məmmədova, Xanım Balacayeva Alisiya Sliviçka (Polşa) və Səbinə İbrahimova Mixalina Rudzinska (Polşa) üzərində qələbə qazanıb. 44 yaşlı lider Monika Soçko (Polşa) Lilit Mkrtçyanla (Ermənistan) heç-heçə edərək xalını 8,5-ə qaldırıb və Avropa çempionu olub. Günay Məmmədzadə 8 xalla gümüş, eyni xal toplayan Ülviyyə Fətəliyeva bürünc medal qazanıb. Gülnar Məmmədova 7 xalla 15-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva eyni xalla 19-20-ci, Ləman Hacıyeva 6,5 xalla 23-cü və Səbinə İbrahimova 52-ci olub.
31-08-2022, 23:12
Növbəti üçtərəfli görüş bu tarixədək keçiriləcək
"Nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin proqresini nəzərdən keçirdik”. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirilir. Mişel qeyd edib ki, hər iki tərəfin xalqları uzunmüddətli davamlı sülhə hazırlaması vacibdir. “İctimai mesajlar bu baxımdan vacibdir, belə həssas vəziyyətdə ictimaiyyətdə deyilən hər bir söz açıq şəkildə qarşı tərəfdən dinlənilir və diqqətə alınır. Avropa İttifaqı uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Avropa İttifaqı hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq”, - deyə bəyanatda qeyd olunub. Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
31-08-2022, 23:09
Brüssel görüşünün detalları - Sülh müqaviləsi ilə bağlı razılığa gəlindi
"Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik. Xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırdıq". Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirilir. “Biz humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə apardıq” - bəyanatda deyilir. Həmçinin qeyd olunub ki, sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirilib. Razılığa gəlinib ki, sərhədlərin delimitasiyası üzrə Komissiyaların növbəti iclası noyabrda Brüsseldə keçirilsin. Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
31-08-2022, 23:02
Qorbaçov 3 gün sonra dəfn ediləcək SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq. Bu barədə “İnterfaks“ agentliyi Qorbaçovun qızına istinadən məlumat yayıb. Bildirilir ki, Moskvada İttifaqlar Evinin salonunda vida mərasimi keçiriləcək, daha sonra o, Novodeviçye qəbiristanlığında torpağa tapşırılacaq. Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da vəfat edib.
31-08-2022, 23:00
ABŞ Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayır
ABŞ yaxın vaxtlarda Ukraynaya yeni hərbi yardım paketini elan edəcək. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. "Yaxın günlərdə yeni təhlükəsizlik yardımı ilə bağlı açıqlamalar olacaq", - deyə ABŞ rəsmisi vurğulayıb. Lakin Kirbi yardımın həcmi və tərkibi barədə məlumat verməyib.
31-08-2022, 22:57
48 mindən artıq abituriyent tələbə adını qazandıBu il Azərbaycanın ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin sayı açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 724 nəfər iştirak edib. Onlardan 48 841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
31-08-2022, 22:53
Gəncədə yanğın - 20 nəfər təxliyə olunduGəncə şəhərinin Əziz Nəzərov küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğınla əlaqədar 20 nəfər təxliyə olunub.
Butov.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə bölməsinin yanğınsöndürənləri və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər binalara keçməsinin qarşısı alınıb.