"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
12-09-2022, 20:00
Daha bir qazi özünü yandırdı - Vəziyyəti ağırdır


Daha bir qazi özünü yandırdı - Vəziyyəti ağırdır

Daha bir qazi özünü yandırıb. Butov.az-ın məlumatına görə, qazi Elnur Rüstəmovun Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırdığı bildirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq, qazinin özünü yandırması faktını təsdiqləyiblər. Bildirilib ki, Elnur Rüstəmov Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində bədənin 70% yanığı ilə müalicə alır. Rəsmi məlumata görə, onun vəziyyəti kritik ağırdır.
12-09-2022, 19:58
Patruşev Qərbi hədələdi: Ukraynadakı məqsədə çatacağıq


Patruşev Qərbi hədələdi: Ukraynadakı məqsədə çatacağıq

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Qərbin səylərinə rəğmən rəsmi Moskva Ukraynadakı xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olacaq. Butov.az xəbər verir ki, N.Patruşev bu barədə bazar ertəsi Sibir Federal Dairəsində keçirilən iclasda bildirib. N.Patruşevun sözlərinə görə, Ukrayna ətrafında baş verənlər göstərir ki, ABŞ və onun müttəfiqləri münaqişəni uzatmağa çalışırlar. "Lakin Qərbin Ukraynadakı nasist rejiminə genişmiqyaslı yardımına və Rusiyaya qarşı görünməmiş sanksiya təzyiqinə baxmayaraq, xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq", - Patruşev vurğulayıb.
12-09-2022, 19:54
Rusiya böyük problemlə üz-üzə - Putin etiraf etdi


Rusiya böyük problemlə üz-üzə - Putin etiraf etdi

Təəssüf ki, Rusiyada işdən çıxarılma riski ilə üzləşənlərin sayı artmaqdadır. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. Onun sözlərinə görə, 234 min işçi sadə və məcburi məzuniyyətə göndərilib. “Bu il üçün təxminən 12%-ə yaxın inflyasiya gözləyə bilərik. İşdən çıxanların da sayı arta bilər", - deyə Rusiya lideri vətəndaşları xəbərdar edib.
12-09-2022, 19:52
Bakı məktəbliləri əvvəlki formaları ilə məktəbə gələcəklər


Bakı məktəbliləri əvvəlki formaları ilə məktəbə gələcəklər

2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil. Yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir. Yeni dərs ili üçün valideynlər yalnız könüllülük əsasında övladlarına yeni məktəbli formaları ala bilərlər. Yeni məktəbli forması almayan şagirdlər isə məktəbə əvvəlki məktəbli geyimində və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər. Məktəb direktorlarının bütün bu məsələləri nəzərə alması və diqqət mərkəzində saxlaması zəruridir. Onu da qeyd edək ki, öz seçimi əsasında qərar vermiş valideynlərin yeni məktəbli formalarını "Bakı Tikiş Evi"ndən alması da mütləq deyil. Məktəb rəhbərləri tərəfindən valideynlərə yeni məktəbli formasının alınması ilə bağlı hər hansı bir məcburi yönləndirmə olarsa, valideynlərdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur.
12-09-2022, 19:46
Qızım uşağa zəhər verəndən sonra boğub - Dəhşətli qətlin təfərrüatı


Qızım uşağa zəhər verəndən sonra boğub - Dəhşətli qətlin təfərrüatı

Bakıda bir yaşlı körpənin ölümünün detalları məlum olub. Butov.az xəbər verir ki, körpənin nənəsi Leyla Bağıyeva Baku TV-yə hadisə ilə bağlı danışıb. “Mən evdə olmamışam, işdə olmuşam. Uşağın südünə zəhər qatıb, içirdib öldürmək istəyib. Sonra da görüb uşaq ölmür, boğub öldürüb. İndi də deyir peşman olmuşam. Soruşuram ki, niyə belə etdin? Deyir ki, “cin-şeytan girdi beynimə”. Deyirəm ki, cin-şeytan girmişdisə, özünü dənizə atardın, adam dilsiz-ağızsız uşağı məhv edər? Özünü də, məni də məhv etdi. Balaca qızım zəng edib dedi ki, “mama, bacım uşağı öldürüb”. Qızım boşanmışdı. Həyat yoldaşı narkotik vasitə istifadəçisi idi”. Körpənin nənəsi onu da qeyd edib ki, qızının psixoloji problemləri olub. Buna görə də azyaşlıya nənə özü baxırmış. “Hadisə baş verən gün dedi ki, evdə qalıb uşağa baxacam. Sən demə, uşağı öldürmək istəyirmiş. Əvvəllər psixoloji problemləri olmayıb. Bu uşaqdan sonra yaranıb”, - L.Bağıyeva deyib. Qeyd edək ki, qətli törədən Nərgiz Bağıyevanın həyat yoldaşı cəzaçəkmə müəssisəsində cəza çəkib.

12-09-2022, 19:44
Xüsusi təyinatlılarımız Türkiyədə təlimdə


Xüsusi təyinatlılarımız Türkiyədə təlimdə

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Ankara şəhərində keçirilən “Sonsuz qardaşlıq-1” xüsusi təyinatlı qüvvələr təlimində iştirak edir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, müxtəlif ölkələrdən hərbi qulluqçuların cəlb olunduğu təlim cari ilin sentyabr ayının 22-dək davam edəcək.
12-09-2022, 19:42
“Whatsapp”da onlayn lotereya - Mindən çox adam "tor"a düşüb


“Whatsapp”da onlayn lotereya - Mindən çox adam "tor"a düşüb

Son aylar “Whatsapp” ani mesajlaşma mübadilə sistemində onlayn lotoreyaların təşkil olunduğu, qoyulan pulun 5 qatının əldə ediləcəyi barədə şirnikləndirici vədlər verilərək orada iştirak edən şəxslərin aldadıldığı barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. Nazirlikdən verilən məlumata görə, bu işlə bağlı zərərçəkən şəxslərin, eləcə də onlayn lotoreya keçirmək adı altında insanları aldadan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində “Whatsapp” qrupları yaradaraq guya onlayn lotoreya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılaraq Baş İdarəyə gətiriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotoreya təşkil etdikləri 2 “Whatsapp” qrupu olub. Kişilərin qrupunda adminlik Pavlov Qennadiy, qadınların qrupunda isə Aida Əliyeva tərəfindən həyata keçirilib. Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Saxlanılan şəxslər insanlarda inam yaratmaq məqsədi ilə hər gün qruplarda guya müxtəlif şəxslərə ödənişlər etdiklərini bildiriblər və bunun üçün saxta ödəniş qəbzləri hazırlayaraq paylaşıblar. Həmçinin Aida Əliyeva qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu və ödənilən pulların 5 qat qazanc formasında onlara geri qaytarılacağına vəd edib. Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Aida Əliyeva və Pavlov Qennadiy təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. Sonda bir daha vətəndaşları onalyn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri rəşkil edən şəxslərə, həmçinin lotoreya adı altında şişirdilmiş qazanclar vəd edən “işbazlara” inanmamağa çağırır.



12-09-2022, 19:30
Türkiyə seçkiləri - Ərdoğana rəqib görünmür


Türkiyə seçkiləri - Ərdoğana rəqib görünmür

Türkiyə gələn ilin yayında keçiriləcək növbəti prezident seçkilərinə hazırlaşır. Seçki prosesi təkcə qardaş ölkədə deyil, həm də regionda və dünyada diqqətlə izlənilir. Rusiya-Ukrayna müharibəsində tərəflər arasında barışcıl missiyanı öz üzərinə götürən, qlobal taxıl probleminin həlli istiqamətində ciddi səylər göstərən Türkiyənin yeni liderinin kim olacağı maraq doğurur. Bəzi xarici ekspertlər indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyənin dünyanın lider ölkələrdən birinə çevrildiyini, bu baxımdan növbəti dönəmdə də onun iqtidarda qalacağını bildirirlər. Ərdoğan yenidən qalib gələ biləcəkmi? Bu barədə danışan AKP deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım iqtidar partiyasının seçkidə qələbə qazanacağına inandığını deyib. O, müxalifət partiyalarının hələ də namizədini müəyyən edə bilmədiyini diqqətə çatdırıb. “Türkiyədə prezident seçkiləri gələn ilin iyun ayında keçiriləcək. Müxalifət böyük ehtimalla cənab Ərdoğanın qarşısına yanvar ayından tez namizəd çıxara bilməyəcək. Altı partiyanın bir araya gəldiyi düşərgədən Ərdoğanın qarşısına keçəcək rəqibin kimliyi hələ məlum deyil. Müxalifətə FETÖ və digərləri dəstək verir. Onlar namizəd tapa bilmirlər, bu gedişlə normal namizəd ortaya çıxara bilməyəcəklər. Biz isə öz komandamıza güvənirik və prezidentimiz Ərdoğanın yenidən seçilməsi üçün əlimizdən gələni edəcəyik. Xalqla birlikdə işləyirik. Yeganə sıxıntımız odur ki, hazırda bütün dünyada olduğu kimi Türkiyədə də iqtisadi böhran yaşanır. Bütün bunlara baxmayaraq, hakimiyyət vətəndaşın yanında olmağa davam edir və edəcək. Gələn il təkrar iqtidara gəlmək üçün hazırlığımız davam edir. Xalq arasında keçirilən sorğular göstərir ki, vətəndaşlar bizim yanımızdadır. Xalq güclü liderin, partiyanın kim olduğunu bilir”. Şamil Ayrım seçki ərəfəsindənTürkiyənin xarici siyəsətini də toxunub: “Türkiyədə seçkilər yaxınlaşarkən Yunanıstan münasibətləri daha da pisləşdirməyə çalışır. Yunanıstan iddia edir ki, Türkiyə ona qarşı müharibə elan edəcək. Bunların hamısı uydurmadır. Amma təbii ki, Yunanıstan bunları tək başına demir. Onu da bu sözləri deməyə vadar edən qüvvələr var. Türkiyənin torpaqları özünə yetər. Amma Yunanıstanın Türkiyəyə yaxın adaları silahlandırması qəbuledilməzdir. Türkiyənin dünyada nüfuzu artmaqdadır. Rusiya və Ukrayna arasında münaqişədə vasitəçi dövlət məhz Türkiyədir. Türkiyənin bölgədə istədiyi sülhdür. İsrail, Misir, Ermənistan və Suriya ilə danışıqlar aparılır, normallaşma prosesi davam edir. Ermənistanla əlaqələrimizə xüsusi diqqət edirik. Danışıqlar masasında Azərbaycanın mövqeyindən çıxış edirik. Nə vaxt ki, Ermənistan Zəngəzur dəhlizinin açılamasına razılıq verəcək, o zaman Türkiyə və Ermənistan arasında əlaqələr normallaşacaq”.



Qeyd edək ki, seçki ərəfəsində Türkiyədə vətəndaşların mövqeyini öyrənmək üçün bir sıra rəy sorğuları keçirilir. “Areda Survey”in 2023-cü il seçkiləri üçün keçirdiyi son sorğuda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsvermənin ikinci turuna keçəcəyi təqdirdə 4 namizədi (Kamal Kılıçdaroğlu, Maral Akşənər, Əkrəm İmamoğlu, Mənsur Yavaş) xeyli qabaqlayır. Türkiyədə keçirilən son sorğu maraqlı nəticələr ortaya qoyub. 3872 nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Ərdoğan öz rəqiblərini böyük fərqlə geridə qoyur. “Areda Survey”in ünvanladığı “Bu gün prezident seçkiləri olsa və aşağıdakı namizədlər ikinci tura getsə, hansı namizədə səs verərdiniz” sualının cavabları belədir:
Ərdoğan - Kılıçdaroğlu
İkinci tura Prezident Rəcəb Tayyib Ərdoğan və CHP lideri Kamal Kılıçdaroğlu qalarsa, Ərdoğan 47.9, Kılıçdaroğlu isə 42.4 faiz alar, hər ikisinə səs verməyəcəyini deyənlərin nisbəti 9.7 faizdir.
Ərdoğan - Akşənər
Ərdoğan və İyi partiya sədri Akşənər ikinci tura vəsiqə qazanarsa, Ərdoğan 48.3, Akşənər isə 40 faiz səs toplayar. hər ikisinə səs verməyəcəyini deyənlərin nisbəti 11.7 faizdir.
Ərdoğan - Yavaş
Rəcəb Tayyib Ərdoğan və Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş prezident seçkilərinin ikinci turuna qalarsa, Ərdoğan 47.2, Yavaş isə 42.9 faiz səs ala bilər.
Ərdoğan - İmamoğlu
Türkiyə lideri və İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ikinci tura qalarsa, Ərdoğan 47.8, İmamoğlu isə 40.5 faiz səs toplayar.

12-09-2022, 19:20
Ukrayna ordusu bəzi yerlərdə Rusiya sərhədinə çatıb


Ukrayna ordusu bəzi yerlərdə Rusiya sərhədinə çatıb

Cəbhənin Xarkov vilayətindəki bəzi hissələrində Ukrayna döyüşçüləri Rusiya ilə dövlət sərhədinə çatıblar. Bu barədə Xarkov vilayəti hərbi idarəsinin rəhbəri Oleq Sinegubov Telegram-da bildirib. "Hərbçilərimiz Xarkov vilayətinin rus işğalçılarından azad edilməsi əməliyyatını davam etdirir. Düşmən mövqelərini tələsik tərk edərək əvvəllər işğal olunmuş ərazilərin dərinliklərinə və ya dərhal Rusiya Federasiyası ərazisinə doğru qaçır", - o yazıb. Sinegubovun sözlərinə görə, ruslar Velikiy Burluk yaşayış məntəqəsini və Kupyanski rayonunu tərk ediblər. "Cəbhənin bəzi bölmələrində müdafiəçilərimiz Rusiya Federasiyası ilə dövlət sərhədinə çatıblar", - vilayət hərbi idarəsinin rəhbəri qeyd edib. Oleq Sinegubovun dediyinə görə, 11 sentyabr 2022-ci il tarixinə Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 40-a yaxın yaşayış məntəqəsini düşməndən azad edib.
12-09-2022, 19:18
Türkiyədə güllələnən azərbaycanlıların adları


Türkiyədə güllələnən azərbaycanlıların adları

İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində 11 sentyabr 2022-ci ildə axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb. Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan məlumat verilib. Rəsmi məlumata görə, hadisə nəticəsində Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimov xəsarət alıblar. “Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”, - Baş konsulluqdan bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!