12-09-2022, 18:31
Almaniyada türklərə hücum edildiPKK terror təşkilatının tərəfdarları Almaniyanın Essen şəhərində yürüş keçirib.
Butov.az xəbər verir ki, küçələrə axışan PKK tərəfdarları türklərin avtomobillərinə daşla hücum ediblər. Hücum nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb. Hadisədən sonra yerli polis yürüşdə iştirak edən PKK tərəfdarlarından bəzilərini saxlayıb.
12-09-2022, 18:29
Ukrayna daha 20 yaşayış məntəqəsini azad etdi
Ukrayna Silahlı Qüvvələri son sutkada 20-dən çox yaşayış məntəqəsini azad edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb. "Aviasiyanın tətbiqi sayəsində Rusiya ordusunun 1 dayaq məntəqəsi, texnika və canlı qüvvənin 6 cəmləşmə yeri, 1 zenit-raket kompleksi və 1 PUA məhv edilib. Həmçinin 11 raket vurulub", - deyə məlumatda qeyd olunub.
12-09-2022, 18:27
İstanbulda atışma: 4 azərbaycanlı yaralandıTürkiyənin İstanbul şəhərində silahlı insident baş verib.
Butov.az xəbər verir ki, hadisə Sarıyer rayonunda yerləşən ticarət mərkəzinin kafesində qeydə alınıb. Atışma nəticəsində azı 6 nəfər yaralanıb. Məlumata görə, kafedə iki qrup arasında mübahisə yaranıb. Tərəflərin söz dueli atışma ilə nəticələnib. Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Cinayətin hansı səbəbdən baş verməsi barədə hələlik açıqlama verilməyib. Hazırda polis faktla əlaqədar araşdırma aparır.
12-09-2022, 18:24
Rumıniyada təyyarə qəzası - Ölənlər varRumıniyanın Suçava bölgəsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə Suçava Fövqəladə Hallar Müfəttişliyi məlumat yayıb. Hadisə Xurcueni yaşayış məntəqəsinin yaxınlığında baş verib. Məlumata görə, qəza nəticəsində iki nəfər dünyasını dəyişib.
12-09-2022, 18:22
Türkiyənin 4 əsgəri şəhid olduİraqın şimalında "Pence-Kilid" əməliyyatı bölgəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PKK terrorçuları ilə atışma nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 2 əsgər isə yaralanıb. Hazırda bölgədə əməliyyatlar davam etdirilir.
12-09-2022, 18:20
NASA-dan xəbərdarlıq - Yerə 100 metrlik asteroid yaxınlaşır
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) sentyabrın 12-də Yerin yaxınlığından uçacaq asteroidlə bağlı xəbərdarlıq edib. Bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb. Asteroid ilk dəfə 2008-ci il sentyabrın 8-də kəşf edilib. Kosmik qayanın diametri demək olar ki, 94 metrdir və sentyabrın 12-də 6,7 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq. Asteroidin sürəti saatda təxminən 36.720 km-dir. Uzunluğu 150 metrdən çox olmadığı üçün asteroid potensial təhlükəli kateqoriyasına aid edilməyib.
12-09-2022, 18:17
Cüdoçularımız Avropa turnirində 6 medal qazandılarCüdo üzrə Azərbaycan milli komandası İtaliyanın Riççione şəhərində keçirilən açıq Avropa turnirində 6 medal qazanıb.
Butov.az xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar. Turnirdə 100 kiloqram çəki dərəcəsində final görüşündə Azərbaycan cüdoçuları üz-üzə gəliblər. Məmmədəli Mehdiyevi məğlub edən Zelim Kotsoyev qızıl medal qazanıb. M.Mehdiyev isə gümüş mükafatla kifayətlənib. Daha 2 gümüş medala Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) sahib olublar. Bürünc medalları isə yığmamıza Səid Mollayi (81 kq) və Uşangi Kokauri (+100 kq) qazandırıblar. Azərbaycan medal əyarına görə ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yeri tutub.
12-09-2022, 18:14
Vaşinqton bu ölkəyə 60 milyon dollar verəcəkABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə Şri-Lankaya 60 milyon dollar yardım göndərəcək. Bu barədə təşkilatın rəhbəri Samanta Pauer məlumat verib. Pauer ölkədəki dərin maliyyə böhranından çıxmaq üçün gübrələrin idxalına 40 milyon dollar, humanitar ehtiyaclara isə 20 milyon dollar veriləcəyini bildirib. Bu ölkəyə səfər edən Pover deyib ki, ABŞ hər zaman Şri-Lankanın yanındadır. Aprelin ortalarında ölkə 51 milyard dollarlıq xarici borcunu defolt elan edib və mümkün maliyyə yardımı barədə Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır. Rəsmi məlumatlara görə, Şri-Lanka hazırda 60,8 faiz hiperinflyasiya ilə üzləşib, ərzaq inflyasiyası isə keçən ay 90,9 olub.
12-09-2022, 00:49
Zelenskidən Lavrova cavab: "Ultimatum verənlərlə danışmıram"
Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı şərtlərlə Rusiya ilə danışıqların aparılması imkanının olmadığını bildirib. Bu barədə o, CNN-ə müsahibəsində danışıb. Zelenski Rusiyanın konstruktiv olmadığını vurğulayıb. Rusiya Ukrayna ilə ultimatum dili ilə danışmağa çalışıb və Zelenski bunu qəbuledilməz hesab edir. "Mən onların konstruktiv olmaq istəyini görmürəm. Bu mənim prinsipimdir, ultimatum verənlərlə danışmıram", - Ukrayna prezidenti CNN-ə deyib. Dövlət başçısı əlavə edib ki, Ukrayna tərəfi sona qədər mübarizə aparacaq və Rusiya ilə Ukrayna arasında saziş yalnız rus qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasından sonra bağlana bilər. Bu gün səhər saatlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina etmir.
12-09-2022, 00:47
Cəlilabadda ağır qəza - Bir ailənin 7 üzvü yaralandı Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Butov.az xəbər verir ki, hadisə Mədətli kəndində qeydə alınıb. Belə ki, "Niva" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.