"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
15-10-2022, 20:07
Şüşəsi sınan təyyarə geri qayıtdı


Şüşəsi sınan təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib."Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, təyyarə yerli vaxtla saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib. Bildirilib ki, sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.
15-10-2022, 20:06
Lukaşenkodan sülh çağırışı: gəlin, müharibəni dayandıraq!


Lukaşenkodan sülh çağırışı: gəlin, müharibəni dayandıraq!

ABŞ və Böyük Britaniyanın danışıqlara başlaması şərti ilə bir həftə ərzində Ukraynada sülhə nail olmaq barədə razılığa gəlmək lazımdır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib."Hər şey ABŞ və Böyük Britaniyadan asılıdır. Əgər istəsələr ki, sabah masa arxasında əyləşib razılaşmaq lazımdır, inanın ki, biz bir həftə ərzində razılaşacağıq", - Lukaşenka Amerikanın NBC telekanalına müsahibəsində deyib. Aleksandr Lukaşenko əvvəlcə Ukraynada hərbi əməliyyatları dayandırmağı, yalnız bundan sonra kimin haqlı və haqsız olduğunu müəyyənləşdirməyi təklif edib:"Müharibə həmişə pisdir, bunu hamımız bilirik. Bu yaxınlarda dedim ki, dünya indi bir problemlə məşğuldur və hamı “kim günahkardır” sualına cavab axtarır. İnsanlar hər gün ölür. Gəlin, müharibəni dayandıraq və razılaşacağıq. Və sonra kimin haqlı, kimin haqsız olduğunu müəyyən edək. Yəqin ki, bu, normal təklifdir”. Prezident deyib ki, Belarus Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil, xüsusən də Rusiya da ondan bunu tələb etmədiyi üçün.“Biz orada (Ukraynada – red.) heç kəsi öldürməmişik və heç kəsi öldürmək fikrində deyilik. Əvvəla, heç kim bizdən bu əməliyyatda iştirak etməyi tələb etmir, indiki halda Rusiya da istəmir və niyyətimiz də yoxdur. Biz danışırıq, amma görünür, onlar bizi dinləmək və eşitmək istəmirlər”.
15-10-2022, 20:03
"Bəli, biz Putinlə mübahisə edirik" - Lukaşenko


"Bəli, biz Putinlə mübahisə edirik" - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, onun Vladimir Putinlə münasibətləri həmişə hamar olmayıb, lakin hər iki lider əsl dost və etibarlı tərəfdaş olaraq qalır. Bunu Belarus rəhbəri Amerikanın NBC telekanalına müsahibəsində bildirib."Bəli, biz həm də mübahisə edirdik. Amma ən yaxın dostlar və etibarlı tərəfdaşlar kimi. Bir vaxtlar dediyim kimi, heç kim Belarus və Rusiya prezidentləri arasında belə səviyyədə münasibətlərə malik deyil", - Lukaşenko deyib. Belarus prezidenti əlavə edib ki, son vaxtlar Moskva ilə Minsk arasında münasibətlər daha da möhkəmlənib. Prezident vurğulayıb ki, onunla Putin arasında qarşılıqlı etimad var və ünsiyyətdə praktiki olaraq heç bir problem yoxdur. Jurnalist Lukaşenkodan Rusiya liderinin hazırkı vəziyyətini, xüsusən də onun nə düşündüyünü təsvir etməyi xahiş edib. Lukaşenko deyib ki, Putin “tamamilə adekvat, sağlam, atletik insandır. Qərbdə və ABŞ-da bu, sizin düşündüyünüz kimi deyil”.
15-10-2022, 20:01
Mədən partlayışında ölənlərin sayı artıb


Mədən partlayışında ölənlərin sayı artıb

Bartindəki mədəndə partlayış nəticəsində ölənlərin sayı 41 nəfər çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, partlayışın baş vermə səbəbləri araşdırılır: “İstintaq tədbirləri başlayıb. Əgər bu hadisədə məsuliyyət daşıyan şəxslər varsa, əlbəttə, onlar tapılacaq". Ərdoğan əlavə edib ki, axtarış-xilasetmə tədbirləri davam edir.
15-10-2022, 19:59
Yasamalda intihara cəhd - Vətəndaş özünü yandırmaq istədi


Yasamalda intihara cəhd - Vətəndaş özünü yandırmaq istədi

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində intihara cəhdin qarşısı alınıb. Butov.az-ın məlumatına görə, əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları özünü yandırmaq istəyən şəxsi fikrindən daşındıra biliblər. Hadisəyə səbəb tikintinin söküntüsü ilə bağlı olub. Belə ki, intihara cəhd edən şəxs qanunsuz tikilinin söküntüsünə etiraz olaraq özünü yandırmaq istəyib.
15-10-2022, 19:58
Kadinin zədəsi ciddidir - Bu oyunu buraxacaq


Kadinin zədəsi ciddidir - Bu oyunu buraxacaq

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"la Bakıdakı matçda (0:0) zədələnmiş futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib. Klubun mətbuat xidmətinin məlumatına görə, Kadi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. O, 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq. Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la sabahkı matçı buraxacaq. Amma Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər görüşündə iştirak edəcəyi gözlənilir. "Nant" - "Qarabağ" matçı oktyabrın 27-si Fransada olacaq.
15-10-2022, 19:56
Mingəçevirdə dəhşətli qəza - İki qadın öldü


Mingəçevirdə dəhşətli qəza - İki qadın öldü

Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Butov.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında qeydə alınıb. Məlumata görə, “VAZ-21014” və KİA markalı avtomobillər toqquşub. Daha sonra KİA yolun kənarında olan iki piyada, 59 yaşlı Məmmədova Şamaxı Məhyəddin qızı və 56 yaşlı Xədicə Sultanovanı vurub. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, hər ikisi orada vəfat edib. Araşdırma aparılır.
15-10-2022, 19:54
Hərbçilərə psixoloji dəstək göstərilir


Hərbçilərə psixoloji dəstək göstərilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitlərinin iştirakı ilə hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial-məişət şəraitinin öyrənilməsində, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə köməklik göstərilməsinə dair tədbirlər keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq keçirilən tədbirlərdə şəxsi heyətə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin keçirdiyi son görüşlər barədə ətraflı məlumatlar verilib. Həmçinin bölmələrdə şəxsi heyətin gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, hərbi qulluqçuların sağlamlığının qorunması, ideoloji iş və mənəvi-psixoloji təminat işinin effektivliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə metodiki məşğələlər keçirilib və lazımi tövsiyələr verilib. Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.
15-10-2022, 19:47
Şiə imamı İraqda yeni hökuməti qəbul etmir


Şiə imamı İraqda yeni hökuməti qəbul etmir

İraqın ən nüfuzlu din xadimlərindən biri olan şiə imamı Müqtəda əs-Sədrin hərəkatı ölkənin yeni hökumətinin formalaşdırılmasında iştirakdan imtina edib. Bu barədə imamın ən yaxın silahdaşlarından biri Saleh Məhəmməd əl-İraqiyə istinadla məlumat yayıb. “Biz əs-Sədr hərəkatının hər hansı bir nümayəndəsinin ölkənin gələcək hökumətinin formalaşdırılmasında iştirakını qəti şəkildə rədd edirik”, - deyə əl-İraqi bildirib. Onun sözlərinə görə, ölkənin yeni hökumətinin qeyri-qanuni hərbiləşdirilmiş qruplardan asılı olacağı şübhəsizdir. Gələcək koalisiya hökuməti İraq xalqının istəklərinə cavab verməyəcək, çünki, yeni nazirlər kabinetini formalaşdıracaq qüvvələr xaricdəki himayədarlarının maraqlarına xidmət edir. Xatırladaq ki, oktyabrın 14-də İraq parlamenti Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib, Məhəmməd əl-Sudanini isə Baş nazir təyin edib və hökuməti formalaşdırmağı ona tapşırıb. Əl-Sudaninin baş nazir postuna namizədliyi şiələrin “Koordinasiya Qüvvələri” alyansı tərəfindən irəli sürülüb. Ötən ilin payızında parlamentdə digər fraksiyalardan daha çox yer qazanan Əl-Sədr hərəkatı deputat səlahiyyətlərindən imtina edərək parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edib. Əl-Sədr hərəkatına qarşı əsas müxalif qüvvə sabiq baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi “Koordinasiya Qüvvələri” alyansıdır. Parlamentdə əs-Sədrin nümayəndələrinin olmadığı dövrdə İranla sıx əlaqələr saxlayan alyansın namizədi İraqın yeni hökumətini qurmaq üçün mandat alıb.
15-10-2022, 19:45
7 rus hərbçi Ukraynaya əsir düşdü


7 rus hərbçi Ukraynaya əsir düşdü

Ukrayna Silahlı Qüvvələri Suriyada döyüşmüş 7 rus hərbçisini əsir götürüb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı sosial şəbəkə hesabında yazıb. O bildirib ki, hərbçilərdən biri mayor, digərləri isə çavuş və siravi əsgərlərdir. Həmin hərbçilərin vaxtı ilə Suriyada xidmət etdikləri qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!