20-10-2022, 21:36
“Qarabağ”dan daha bir qələbəFutbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
Butov.az xəbər verir ki, günün yeganə oyununda “Qarabağ” klubu “Turan Tovuz”u qəbul edib. “Azersun Arena”da təşkil olunan qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 2-ci dəqiqədə Kvabena Ovusu, 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev, 53-cü dəqiqədə Filip Ozobiç vurub. Birinci pillədə qərarlaşan meydan sahibləri xallarının sayını 30-a çatdırıb. Tovuz təmsilçisi 12 xalla 6-cı sıradadır. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq. Qeyd edək ki, XI turun “Qəbələ” - “Kəpəz”, “Sumqayıt” - “Zirə” oyunları oktyabrın 22-də, “Səbail” - “Şamaxı” və “Neftçi” - “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də keçiriləcək.
20-10-2022, 21:17
28 ölkə İsveç və Finlandiyanın NATO-ya qoşulmasına "HƏ" deyibNATO-ya üzv olan 30 ölkədən 28-i İsveç və Finlandiyanın Alyansa daxil olmasını ratifikasiya edib. Bu barədə İsveçin Baş naziri Ulf Kristersson Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib. Stoltenberq İsveç və Finlandiyaya təzyiq ediləcəyi təqdirdə, NATO-nun onlara dəstək olacağına söz verib. Blokun 30 ölkəsindən yalnız ikisi, Macarıstanla Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etməyib. Mətbuatda bildirilir ki, yaxın günlərdə Macarıstan parlamenti qərarı ratifikasiya edəcək.
20-10-2022, 21:11
Kəlbəcər və Daşkəsən yenə atəşə tutulduOktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
20-10-2022, 21:10
Dini icma rəhbəri niyə intihar edib?Xəbər verdiyimiz kimi, Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib. Hadisə məscidin ərazisində baş verib. Məlumata görə, H.Babayev məscidin həyətində olan yarımtikilidə özünü asıb. O, hadisədən əvvəl məktub yazaraq, intihar etməsində heç kimin günahının olmadığını qeyd edib. Dini icma rəhbərinin intiharı barədə danışan Lənkəranın Qurumba kəndinin icra nümayəndəsi Oruc Şəkərov hadisənin müəmmalı olduğunu söyləyib. O, Hacıhəsən Babayevin kəndin ağsaqqalı kimi hörmətli adam olduğunu vurğulayıb.“Mərhum problemli adam deyildi. Dini icmanın sədri kimi hörmət sahibi idi. İntiharın səbəbi müəmma olaraq qalır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, meyit ekspertizaya göndərilib. Hazırda intiharla bağlı araşdırma aparılır. Yəqin ki, araşdırmadan sonra hər şey aydın olacaq”, - deyə icra nümayəndəsi qeyd edib.
20-10-2022, 21:08
Ərdoğan Zəngəzur dəhlizindən danışdı, “qorxmayın” dedi“Məncə, Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq yersizdir”. Bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə dövlət başçısı bildirib ki, Azərbaycan əmin addımlarla yoluna davam edir:“Zəngəzur dəhlizi Orta Dəhlizdəki bütün ölkələr üçün inkişaf və sərmayə imkanlarını təqdim edəcək. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edib və 30 illik haqqını geri alıb".
20-10-2022, 21:06
Bu, hər ölkənin bacaracağı iş deyil - Türkiyə lideri
"Müharibədən qısa müddət sonra belə hava limanlarını inşa etmək hər ölkənin bacaracağı iş deyil". Bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan ATƏT və digər beynəlxalq təşkilatların bölgəyə səfər etmədiyinə diqqət çəkib:"Onlar gəlmir. Ermənistanın törətdiyi vəhşilikləri görməzdən gəlirlər. Bunlarla bağlı Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində iddia irəli sürməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bölgələr yenidən qurulur, Azərbaycan yenidən inşa edilir. Biz bunları bu gün yaşayırıq, duyaraq deyil, görərək bunları bildiririk. Azərbaycan adətən küllərindən doğaraq yenidən ayağa qalxır. Bu hava limanları Qarabağın azad edilməsindən sonra Qarabağın çiçəklənməsinin bir göstəricisidir”.
20-10-2022, 21:04
Biz bütün xoş günlərdə bərabərik - İlham Əliyev"Bu gün ölkəmizin həyatında əlamətdar gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, xoş gəlmişsiniz demək mənim üçün böyük şərəfdir". Bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatı zamanı deyib."Bu gün biz birlikdə Zəngilan hava limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli hava limanını birlikdə açdıq. Bu gün isə Zəngilan hava limanını açdıq. Yəni, bu onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik", - deyə dövlət başçısı bildirib.
20-10-2022, 21:00
Çavuşoğlu Hindistan və İranın Ermənistanı silahlandırmasından danışdıCəbrayılda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Hindistan və İran tərəfindən silahlandırılmasına münasibət bildirib.
Butov.az-ın verdiyi xəbərə görə, nazir bildirib ki, silahlandırma ilə münaqişənin həll edilməyəcəyini 30 ilin sonunda hamı görüb.“Artıq Qafqazda hər kəs sülh və sabitlikdən danışmalıdır. Hazırda Orta Dəhliz daxil olmaqla əhəmiyyətli layihələrin həyata keçirilməsindən danışılmalıdır. Orta Dəhliz hazırda çox böyük önəm qazanıb. Qida və enerji böhranından dolayı çox fürsətlər yaranıb. Silahlanmaya deyil, sülhə və birlikdə çalışmağa diqqəti yönəltməliyik”, - deyə XİN başçısı vurğulayıb.
20-10-2022, 20:58
Lənkəranda molla məktub yazıb özünü məsciddə asdıLənkəranın Qurumba kənd məscidinin imamı Hacıhəsən Babayev intihar edib.
Butov.az xəbər verir ki, dini icma sədri məscidin həyətindəki tikilidə özünü asaraq öldürüb. Məlumata görə, o, hadisədən əvvəl məktub yazıb və intiharda heç kimin günahkar olmadığını bildirib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
20-10-2022, 20:56
Azərbaycan tək deyil - Akar Cəbrayıldan mesaj verdi“Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad etmək üçün mübarizəsini tamamlayıb”. Bunu Cəbrayılda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.“Müharibə bitdikdən, təhlükəsizlik tam təmin edildikdən sonra iqtisadi müharibə başlayır. Bunlarla əlaqədar heyvandarlıq, əkinçiliyin inkişaf etdirilməsi, yol, körpü tikintisinin sürətlə aparıldığını görürük. Hər zaman dediyim kimi, Azərbaycan tək deyil. Biz iki dövlət, tək millətik. Türkiyə və Azərbaycan çiyin-çiyinə, qol-qola, tək ürək, tək bilək olaraq çalışmalarını davam etdirir. Bundan sonra gələcək həm təhlükəsizlik, həm də rifah baxımından daha yaxşı olacaq”, - Hulusi Akar qeyd edib.