"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
30-10-2022, 14:22
İsveçrə rekorda imza atdı


İsveçrə rekorda imza atdı

İsveçrənin dəmir yolu şirkəti dünyanın ən uzun sərnişin qatarı ilə rekorda imza atıb.Butov.az xəbər verir ki, “RhB” şirkətinin istehsalı olan və 100 vaqondan ibarət olan qatar bir saatdan bir qədər çox vaxt ərzində Albula-Bernina dəmir yolu xətti boyunca hərəkət edərək təyin olunmuş yerə çatıb. Şirkətin direktoru Renato Faşiati bildirib ki, rekord cəhd İsveçrə mühəndislik nailiyyətlərini nümayiş etdirmək və İsveçrə dəmir yollarının 175 illik yubileyini qeyd etmək məqsədi daşıyır.
30-10-2022, 14:19
Cənubi Koreyada matəm elan edildi


Cənubi Koreyada matəm elan edildi

Cənubi Koreya prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib. Butov.az xəbər verir ki, Seulun mərkəzində Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda azı 151 nəfər həlak olub, 82 nəfər xəstəxanaya yerləşdirilib. Yaralananlardan 19 nəfərin vəziyyəti ağırdır. Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilməyib.
30-10-2022, 14:15
Nazirliyə hücum zamanı 100 nəfər ölüb


Nazirliyə hücum zamanı 100 nəfər ölüb

Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması üzvlərinin ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd edilib ki, hadisə zamanı daha 300 nəfər yaralanıb. Daha əvvəl bildirilirdi ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.
30-10-2022, 14:13
Hellouin faciəsi: Ölənlərin sayı 151-ə çatıb


Hellouin faciəsi: Ölənlərin sayı 151-ə çatıb

Oktyabrın 29-da Seulda təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaşanıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Butov.az xəbər verir ki, həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan vətəndaşları da daxil olmaqla 19 əcnəbi də var. Hadisədə ölənlərin çoxunun 20 yaş civarındakı gənclər olduğu bildirilir. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Seul hökumətinin məlumatına görə, hadisədən sonra 355 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
30-10-2022, 14:10
Rusiyada "Telegram"ın saytına giriş bloklandı


Rusiyada "Telegram"ın saytına giriş bloklandı

Rusiya ərazisində "t.me" domeni bloklanıb. Butov.az xəbər verir ki, qərar Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi əsasında Roskomandzor tərəfindən qəbul edilib. Platformaya vebsayt üzərindən giriş bloklanıb. “Telegam”ın domeninin niyə bloklandığı barədə məlumat verilməyib.
30-10-2022, 14:06
Moskvanın qərarı gözlənilən idi - Zelenski çağırış etdi


Moskvanın qərarı gözlənilən idi - Zelenski çağırış etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirib. Bu barədə o, "Telegram" kanalında video paylaşıb. Zelenski deyib ki, Rusiya ərzaq böhranını sentyabr ayında qəsdən ağırlaşdırmağa başlayıb. Dövlət başçısı Rusiyanın qərarının gözlənilən olduğunu vurğulayıb. Ukrayna lideri bildirib ki, Rusiya Federasiyası sentyabr ayından bəri taxıl dəhlizi razılaşması çərçivəsində Ukrayna limanlarını tərk edən 176 gəminin hərəkətinin qarşısını almağa çalışıb. "Rusiya sentyabr ayında ərzaqla yüklənmiş gəmilərin hərəkətinin dayandırılması ilə qəsdən ərzaq böhranını kəskinləşdirməyə başlayıb. Sentyabrdan bəri öz marşrutu ilə gedə bilməyən 176 gəmi taxıl dəhlizində qalıb. Bu, 7 milyondan çox istehlakçının qidasıdır. Bəzi taxıl daşıyıcıları üç həftədən çoxdur ki, gözləyirlər. Əlcəzair, Misir, Yəmən, Banqladeş, Vyetnam, bu və digər ölkələr Rusiyanın qəsdən təhrik etdiyi ərzaq böhranından əziyyət çəkə bilər”. Zelenski həm BMT-ni, həm də G20 ölkələrini Rusiyaya reaksiya verməyə çağırıb. Qeyd edək ki, Rusiya taxıl müqaviləsində iştirakını dayandırdığını bəyan edib.
30-10-2022, 14:03
Bağdadda partlayış - 8 ölü, 20 yaralı


Bağdadda partlayış - 8 ölü, 20 yaralı

İraqın paytaxtı Bağdad şəhərinin şərqində partlayış baş verib. Bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb. Bildirilir ki, partlayış nəticəsində 8 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Mənbələrin bildirdiyinə görə, partlayış futbol stadionu və kafenin yaxınlığında baş verib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!