Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
25-02-2023, 23:58
ABŞ Rusiyanın bank sektorunun 80%-nə sanksiya tətbiq edib

ABŞ Rusiyanın bank sektorunun 80%-nə sanksiya tətbiq edib

Müharibənin başlamasından bu yana ABŞ Rusiyanın bank sektorunun 80%-nə sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Rusiyanın 10 ən böyük kredit təşkilatı ABŞ sanksiyaları altındadır. Ümumilikdə 2400 fiziki və hüquqi şəxsə, 115 gəmiyə və 19 təyyarəyə məhdudiyyət qoyulub. Dövlət Dumasının 450 üzvü, Federasiya Şurasının 170 üzvü, 47 Rusiya qubernatoru, prezident Vladimir Putin və digər yüksək vəzifəli məmurların hamısı sanksiyalara məruz qalıb.
25-02-2023, 23:55
Fransa hərbi təlimlərə start verib

Fransa hərbi təlimlərə start verib

Fransanın cənubunda “Orion 23” adlı genişmiqyaslı hərbi təlimlər başlayıb. Bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb. Təlimin məqsədi ordunu müasir müharibə şəraitinə hazırlamaqdır. "Bu həftə son onilliklərin ən iddialı birgə hərbi təlimləri başlayıb", - nazirlik bəyan edib. Məlumata görə, quruda, dənizdə və havada, eləcə də yeni münaqişə zonalarında: kiberməkanda, kosmosda və informasiya mühitində keçirilən təlimlərdə 20 minə yaxın şəxs iştirak edir. Fransa mətbuatı yazır ki, “Orion 23” təlimində ordunun yeni “Qriffon” zirehli texnikası, “Leclerc” tankları, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və “Şarl de Qoll” aviadaşıyıcısı yerləşdiriləcək.
25-02-2023, 23:53
Türkiyəyə humanitar yardımımız davam edəcək - İlham Əliyev

Türkiyəyə humanitar yardımımız davam edəcək - İlham Əliyev

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə söyləyib. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, bu faciədən çox kədərləndiyini bildirib. Faciənin ilk günündən Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmiz humanitar yardımları bundan sonra da davam etdirəcək. Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.
25-02-2023, 23:49
Ərdoğan dəstək və həmrəyliyə görə Azərbaycana təşəkkür etdi

Ərdoğan dəstək və həmrəyliyə görə Azərbaycana təşəkkür etdi

Azərbaycanlı xilasedicilər və həkimlər zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirirlər. Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib. Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib. Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna görə təşəkkür edib.
25-02-2023, 23:47
Prezident Ərdoğanla görüşüb

Prezident Ərdoğanla görüşüb

Fevralın 25-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Dövlət başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını bildirib. Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını bildirən Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Dövlət başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib. Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan da qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb. Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna görə təşəkkür edib. Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını bildirib. Söhbət əsnasında Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub. Dövlət başçıları, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə də fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn ad günü münasibətilə təbrik edib. Türkiyə Prezidenti təbrikə görə təşəkkürünü bildirib.

25-02-2023, 23:43
CHP ilham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndirib

CHP ilham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndirib

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndiririk. Bunu açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) CHP-dən seçilən millət vəkili Atilla Sertel deyib. O bildirib ki, Azərbaycanın dövlət başçısının zəlzələdən sonra Türkiyəyə səfər etməsi qardaşlıq dəstəyindən irəli gəlir. "Biz qardaş ölkələrik. Millətimiz birdir. Əlbəttə, indiki durumda Prezident İlham Əliyevin Türkiyəyə gəlməsi bizi məmnun edir. Azərbaycanın Türkiyəyə etdiyi yardımlar qardaş yardımıdır. Bütün dünya yardıma qaçdı, ancaq Azərbaycanın yeri bizim üçün ayrıdır", - deyə Atilla Sertel vurğulayıb. Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edib. Dövlət başçısı səfər zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
25-02-2023, 23:40
Türkiyə seçkilərlə bağlı məsələyə münasibət bildirib

Türkiyə seçkilərlə bağlı məsələyə münasibət bildirib

Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin təxirə salınması məsələsinə aydınlıq gətirilib. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun açıqlama verib. O bildirib ki, seçkilərin təxirə salınması hakimiyyətin gündəmində deyil. "Hazırda əsas məsələ zəlzələnin fəsadlarının aradan qaldırılmasıdır", - deyə Fəxrəddin Altun vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlamışdı. Lakin ölkədə baş verən dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salınması gündəmə gətirilib. Bəzi siyasətçilər seçkilərin gələn ilə qədər ertələnməsini təklif etsə də, bu, müxalifət tərəfindən etirazla qarşılanıb. Müxalif düşərgə parlament və prezident seçkilərinin əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 18-də keçirilməsini istəyir.
25-02-2023, 23:31
Erməni sakinlərə yardım etməyə hazırıq - XİN başçısı

Erməni sakinlərə yardım etməyə hazırıq - XİN başçısı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub. Görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra, Laçın yolundan BQXK daxil olmaqla avtomobillərin, yüklərin və vətəndaşların sərbəst hərəkəti istiqamətində səylərdən məmnunluq ifadə olunub. Etirazlara səbəb olan vəziyyətin aradan qaldırılmasının vacib olduğu bildirilib. Nazir, həmçinin son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitələrinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsasının olmadığını qeyd edib. Eyni zamanda, hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb. Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
25-02-2023, 16:01

25-02-2023, 15:55
Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qəbul edib

Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qəbul edib

Fevralın 25-də Avropa İttifaqı Rusiyaya qarşı 121 fiziki və hüquqi şəxsin daxil olduğu 10-cu sanksiyalar paketini qəbul edib. Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel twitter hesabında yazıb. "Siyahılarımızın bir hissəsi olaraq, ən azı 6 min ukraynalı uşağın deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanları hədəfləyirik",- Borel bildirib. Bundan başqa Rusiya məhsullarının idxalı və ixracına da ciddi məhdudiyyətlər qoyulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!