26-02-2023, 23:49
Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edibUkrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə Zelenski axşam videomüraciəti zamanı bildirib. Yeni sanksiyalar xüsusilə idman sahəsinin nümayəndələrini əhatə edib. Zelenskinin sözlərinə görə, bu gün o, Rusiya nümayəndələrinə qarşı yeni sanksiyalarla bağlı üç fərman imzalayıb.
26-02-2023, 23:47
İtaliyada miqrantları daşıyan qayıq batıb - 59 nəfər həlak olubİtaliyanın Kalabriya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində həlak olanların sayı 59 nəfərə çatıb. Qayıqdakı miqrantların İran, Pakistan və Əfqanıstan vətəndaşları olduğu bildirilib. Sudan 12-si uşaq və 33-ü qadın olmaqla, ümumilikdə 59 nəfərin cəsəd çıxarılıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
26-02-2023, 23:44
Alatava 1 qəsəbəsində söküntü işlərinə start verilirAlatava 1 qəsəbəsində (Alatava 1 – Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib. Bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib. İcra başçısının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb, yaxın vaxtlarda ərazidə söküntü işləri başlayacaq: “Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləşdirmə işləri ilə məşğuldur. İşlər tamamladıqdan sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq”. Elşad Həsənov söküləcək ərazidə yaxın gələcəkdə yeni binaların inşa olunacağını qeyd edib.
26-02-2023, 23:34
İranda etiraz aksiyası keçirilibBu gün səhər saatlarında İranın Əhvaz şəhərində etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları polis qərargahına hücum edib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Hadisə nəticəsində polislər arasında ölənlərin olduğu bildirilir. İnsidentin detalları açıqlanmayıb.
26-02-2023, 23:33
Rusiya sülhməramlıları 49 əcnəbini Qarabağdan Ermənisatana aparıbRusiya sülhməramlıları 49 əcnəbi vətəndaşı Qarabağ ərazisindən Ermənistana aparıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları əcnəbi vətəndaşların maneəsiz şəkildə Qarabağdan Ermənistana keçidini təmin ediblər.
26-02-2023, 23:30
Səudiyyə Ərəbistanından Ukraynaya 400 milyon dollarlıq dəstəkSəudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollarlıq yardım göstərəcək. Səudiyyənin xarici işlər naziri Faysal bin Fərhan Əl Səudun Ukraynaya səfəri çərçivəsində iki sənəd imzalanıb. Sənədlərdən biri 100 milyon dollarlıq humanitar yardımı ehtiva edir. Digər müqavilə 300 milyon dollarlıq neft məhsullarına aiddir.
26-02-2023, 23:25
Çin Rusiyaya silah göndərməyi planlayır - ABŞ kəşfiyyatıABŞ əmindir ki, Çin Rusiyaya silah göndərməyi düşünür, lakin kəşfiyyat məlumatları Pekinin hələ yekun qərar vermədiyini göstərir. Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns "CBS News"a bildirib. "Biz öldürücü silahların faktiki çatdırılmasına dair sübut görmürük", - deyə Börns qeyd edib. Xatırladaq ki, bundan əvvəl CNN Çin hökumətinin Rusiyaya silah göndərmək istəməsi barədə məlumat yayıb.
26-02-2023, 23:21
Bolqarıstan Ukrayna üçün Sovet mərmiləri istehsal edəcəkBolqarıstan Ukrayna Silahlı Qüvvələri üçün Sovet mərmilərinin istehsalını bərpa edəcək. Bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Bildirilir ki, 35 illik fasilədən sonra Bolqarıstanın Kostenets şəhərində mərmi istehsalı zavodu işə başlayacaq. Zavod sırf Ukrayna Silahlı Qüvvələri üçün 122 mm-lik mərmi istehsal edəcək.
26-02-2023, 23:19
Türkiyədə zəlzələ qurbanlarının sayı artıbTürkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 374 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib. Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Daha sonra Hatayda 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.
26-02-2023, 16:36
Selçuk Bayraktar Xocalı soyqırımıyla bağlı paylaşım edib"Baykar" şirkətinin rəhbəri Selçuk Bayraktar Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib. O, twitter səhifəsində bu barədə yazıb. "Dünya 31 il öncə bu gün bəşəriyyət adına utanc verən bir qətlimata şahid və izləyici oldu. Biz qardaşlarımızın uğradığı Xocalı qətliamını unutmayacağıq. Şəhid edilən qardaşlarımızı rəhmətlə anıram", - deyə Bayraktar qeyd edib.