Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
19-05-2023, 14:31
Sülh sazişinin bir sıra maddələrində irəliləyiş var - Mirzoyan


Sülh sazişinin bir sıra maddələrində irəliləyiş var - Mirzoyan

"Bakı ilə gələcək sülh sazişinin bir sıra maddələri üzrə əldə olunan irəliləyişlər var". Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan üçtərəfli görüşdə deyib. Rusiya XİN başçısı Sergey Lavrov isə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşün və danışıqların konstruktiv olacağına ümid etdiyini söyləyib.
19-05-2023, 14:19
Ermənsitanda revanşist qüvvələr baş qaldırır - İlham Əliyev


Ermənsitanda revanşist qüvvələr baş qaldırır - İlham Əliyev

"Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən deyib. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
19-05-2023, 14:14
Suriya XİN-dən qaçqınların ölkəyə qayıtmasıyla bağlı açıqlama


Suriya XİN-dən qaçqınların ölkəyə qayıtmasıyla bağlı açıqlama

Suriyanın Xarici İşlər Nazirliyi qaçqınların ölkə qayıtması barədə açıqlama verib. Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb. Bildirilib ki, rəsmi Dəməşq qaçqınların Suriyaya geri dönməsini istəyir. "Lakin Suriyaya qarşı sanksiyaların tətbiq olunması buna əngəl törədir", - deyə qeyd olunub. Xatırladaq ki, 2011-ci ildə Suriyada prezident Bəşər Əsədə qarşı etirazlar vətəndaş müharibəsinə çevrildikdən sonra milyonlarla suriyalı ölkəsini tərk etməyə məcbur qalıb. Qaçqınlar əsasən, Türkiyə, Livan və İordaniya kimi həmsərhəd ölkələrə, eləcə də Avropaya köçüb.
19-05-2023, 14:02
Zelenski Səudiyyə Ərəbistanına getdi


Zelenski Səudiyyə Ərəbistanına getdi

Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına gedib. Bu barədə "Unian" məlumat yayıb. Zelenski teleqram kanalında səfər çərçivəsində Ərəb Liqasının sammitində çıxış edəcəyini və vəlihəd Məhəmməd bin Salman əl-Səudla görüşəcəyini bildirib. Əsas müzakirə mövzuları Krım və digər işğal olunmuş ərazilərdən əsir və qeyri-qanuni deportasiya olunmuş girovların qaytarılması, Ukrayna sülh formulunun təqdimatı və Ukraynanın müsəlman icmasının müdafiəsi olacaq.
19-05-2023, 13:57
Kreml üçtərəfli təmasların mümkünlüyü barədə məlumat verəcək - Peskov


Kreml üçtərəfli təmasların mümkünlüyü barədə məlumat verəcək - Peskov

"Kreml Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli təmasların mümkünlüyü barədə operativ məlumat verəcək". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası ilə ABŞ arasında silahlara nəzarət mövzusunda heç bir əsaslı əlaqə yoxdur. Silahlara nəzarət üzrə müqavilə bazasının son qalıqları sıradan çıxır və bunun məsuliyyəti tamamilə ABŞ-ın üzərinə düşür", - deyə o əlavə edib.
19-05-2023, 13:39
Lavrov Ceyhun Bayramovla görüşü münasibətləri müzakirə etmə imkanı adlandırdı


Lavrov Ceyhun Bayramovla görüşü münasibətləri müzakirə etmə imkanı adlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşünü prezidentlər arasında təmaslar ərəfəsində ölkələr arasında ikitərəfli münasibətləri müzakirə etmək imkanı adlandırıb. Lavrov Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən əvvəllər əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə Moskva və Bakının ümumi diqqətinin olduğunu vurğulayıb.
19-05-2023, 12:53
Xocavənd rayonunda partlayıcı maddələr aşkar edildi


Xocavənd rayonunda partlayıcı maddələr aşkar edildi

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus partlayıcı vasitələr aşkar edilib. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları rayonun Tuğ kəndindəki meşə massivində 52 ədəd müxtəlif növ mərmi və 14000 ədəd avtomat patronu aşkar edərək Minatəmizləmə Agentliyinə təhvil verib.


19-05-2023, 12:22
Nümayəndə heyətimiz Rusiya-İslam dünyası formunda iştirak edir - XİN


Nümayəndə heyətimiz Rusiya-İslam dünyası formunda iştirak edir - XİN

"Baş nazirin müavininin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin 80-dən çox üzvü Rusiya-İslam dünyası forumunda iştirak etmək üçün Kazana gəlib". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib. Qeyd edək ki, Ceyhun Bayramov Moskvada səfərdədir. Lavrovun bu gün Ermənistan XİN başçısı Ararat Mirzoyanla da görüşü nəzərdə tutulub. Daha sonra üçtərəfli formatda görüş baş tutacaq.
19-05-2023, 12:06
İrəvanla aramızda danışıqlar prosesində müsbət dinamika var - XİN başçısı


İrəvanla aramızda danışıqlar prosesində müsbət dinamika var - XİN başçısı

"Bakı ilə İrəvan arasında danışıqlar prosesinin müsbət dinamikası mövcuddur". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib. Qeyd edək ki, Ceyhun Bayramov Moskvada səfərdədir. Lavrovun bu gün Ermənistan XİN başçısı Ararat Mirzoyanla da görüşü nəzərdə tutulub. Daha sonra üçtərəfli formatda görüş baş tutacaq.
19-05-2023, 11:40
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!