Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
30-05-2023, 14:13
İsrail Prezidenti Azərbaycanla tərəfdaşlıqdan danışdı


İsrail Prezidenti Azərbaycanla tərəfdaşlıqdan danışdı

İsraillə Azərbaycan arasında tərəfdaşlıq Sizin qeyd etdiyiniz və bizim müzakirə etdiyimiz bir çox sahələrin də təməl nöqtəsidir. Bu barədə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib. “Düşünürəm ki, bu, bir çox səviyyələrdə xalqlarımıza mesaj göndərir. İlk növbədə, hesab edirəm ki, bu, elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar birlikdə möhtəşəm işlər görə bilərlər”, - söyləyən İsrail Dövlətinin başçısı qeyd edib ki, ikincisi, bu, strateji münasibətdir, çünki biz sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstəririk.
30-05-2023, 14:06
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi


Prezidentlərin geniş tərkibdə görüşü keçirildi

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü keçirilib. Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Cənab Prezident, hörmətli nümayəndə heyətinin üzvləri, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə qəbul etmək imkanına malik olduğumuza görə çox şadıq. Əminəm ki, səfər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcək. Elə indicə cənab Prezidentlə ikitərəfli gündəliyimiz və regional məsələlərlə bağlı çox yaxşı müzakirə apardıq. Əminəm ki, nümayəndə heyətlərinin iştirakı ilə görüşdə, bu gün və sabah davam edəcək səfəriniz çərçivəsində təmaslarda geniş diapazonlu məsələlər müzakirə olunacaq. Biz səfərdən sonra müsbət dinamikanı görəcəyik. Çünki mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görümüşük. Lakin hələ çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz Sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik. Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, ölkəmizdə yaxşı vaxt keçirəcəksiniz. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.

İsrail Prezidenti İsxak Hersoq çıxış edərək dedi:
-Çox sağ olun, cənab Prezident. Burada olmaqdan şərəf və məmnunluq hissi duyuram. Biz buraya açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik. Ən əsası odur ki, siz mərhum atanızı yetişdirən millətsiniz, sonra isə Siz onun yolunu davam etdirərək elə bir heyrətamiz ölkə yaratmısınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib. İsraillə Azərbaycan arasında tərəfdaşlıq Sizin qeyd etdiyiniz və bizim müzakirə etdiyimiz bir çox sahələrin də təməl nöqtəsidir. Düşünürəm ki, bu, bir çox səviyyələrdə xalqlarımıza mesaj göndərir. İlk növbədə, hesab edirəm ki, bu, elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar birlikdə möhtəşəm işlər görə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki biz sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstəririk. Buna görə çox sağ olun. Əlbəttə ki, cənab Prezident, mən qarşılıq göstərərək Sizi İsraildə qəbul etməyi səbirsizliklə gözləyirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqun geniş tərkibdə görüşü başlayıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
30-05-2023, 14:00
Paytaxt regionuna pilotsuz təyyarə hücumunun arxasında Kiyev dayanır


Paytaxt regionuna pilotsuz təyyarə hücumunun arxasında Kiyev dayanır

"Rusiya Federasiyası mayın 28-də Ukraynada qərar qəbul edən mərkəzlərdən birini vurub". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Moskvaya PUA hücumu Kiyevin qərar qəbuletmə mərkəzlərindən birinə zərbə endirilməsinə cavabdır. Kreml əmindir ki, paytaxt regionuna pilotsuz təyyarə hücumunun arxasında Kiyev dayanır. İndi Moskva vilayətinin sakinləri üçün heç bir təhlükə yoxdur. Hücum edən dronların haradan buraxıldığı barədə məlumat yoxdur. Hava hücumundan müdafiə sistemi də yaxşı işlədi", - Peskov bildirib. "Putin və Ərdoğan telefon danışığında qaz qovşağının yaradılması və taxıl müqaviləsi ilə bağlı konkret detalları müzakirə etməyiblər. Rusiya BRİKS sammitində (Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika) lazımi səviyyədə iştirak edəcək", - o əlavə edib.
30-05-2023, 13:47
Zelenskidən Cənubi Koreyaya müraciət


Zelenskidən Cənubi Koreyaya müraciət

Ukrayna prezidenti Volodimir Zelenski Cənubi Koreyanı Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb. Bu barədə "Ukrinform" yazıb. "Ukrayna ümid edir ki, Cənubi Koreya Rusiyanın hücumlarını dəf etmək üçün hava hücumundan müdafiə sistemləri kimi müdafiə hərbi texnikası verəcək", - Zelenski deyib. Cənubi Koreya prezidenti Yun Sok Yol isə bəyan edib ki, Ukrayna tərəfi Cənubi Koreyaya almaq istədiyi silahların siyahısını verib, və Seulda bunu araşdırmağa söz veriblər. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
30-05-2023, 13:28
İki ölkə arasında Əməkdaşlıq Planı imzalandı


İki ölkə arasında Əməkdaşlıq Planı imzalandı

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Sənədi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzalayıblar.
30-05-2023, 13:23
İtkin düşmüş hərbi qulluqçularla bağlı yeni prosedur müəyyənləşir


İtkin düşmüş hərbi qulluqçularla bağlı yeni prosedur müəyyənləşir

Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən Mülki Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Təklif olunan dəyişikliyə əsasən isə məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan edə bilər. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
30-05-2023, 13:02
Sabahın havası


Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19°, bəzi yerlərdə 20-25° isti olacaq.
30-05-2023, 12:03
Ermənistan prezidenti Paşinyanla görüşünün məmnunluğunu dilə gətirdi


Ermənistan prezidenti Paşinyanla görüşünün məmnunluğunu dilə gətirdi

"Ermənistanın cari gündəmindəki çox müxtəlif mövzularda baş nazir Nikol Paşinyanla başqa bir müntəzəm müzakirə aparmaqdan məmnunam". Bunu Ermənistan prezidenti Vahaqn Xaçaturyan twitter səhifəsində yazıb. "Regionumuzda qalıcı sülh və sabitliyi təmin etmək siyasətinə, səylərinə və öhdəliklərinə tam dəstəyimi bir daha ifadə etdim", - deyə o qeyd edib. Bildirilib ki, görüşdə həmçinin iqtisadi məsələlər müzakirə edilib.

30-05-2023, 11:57
“Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edildi


“Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edildi

Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini ratifikasiya edib. Layihəyə əsasən, Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT iştirakçı dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paylara bölünüb. Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğz respublikalarıdır.
30-05-2023, 11:54
Türkiyədə 2 ildən sonra yenidən seçki keçiriləcək - Ümit Özdağ


Türkiyədə 2 ildən sonra yenidən seçki keçiriləcək - Ümit Özdağ

"Türkiyədə 2 ildən sonra yenidən seçki keçiriləcək". Bunu İYİ Partiyadan qopmuş ultra-sağçı Zəfər Partiyasının sədri Ümit Özdağ "Halk TV"nin efirində qonaq olarkən deyib. "Bu seçkilərin 2 il üçün olduğunu düşünürəm. Hökumət 5 il davam gətirməyəcək. Bələdiyyə seçkilərindən sonra yenidən ümumi seçkilər üçün təqvim başlayacaq", - o bildirib. Özdağ 2024-cü ilin əvvəllərində baş tutacaq bələdiyyə seçkilərindən də danışıb. "Milliyyətçi liqadan söhbət gedir. Məsələn, yerli seçkilərdə X bir namizədi biz, İYİ Partiya və MHP hansısa vilayətdə eyni namizədi dəstəkləyə bilərik. Bir az çətin olar, bilmirəm, amma ola bilər. Eyni şey MHP ilə də ola bilər", - Özdağ əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!