"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
4-07-2023, 16:19
Azərbaycan və Pakistan nümayəndələri Fəaliyyət Planını imzaladı


Azərbaycan və Pakistan nümayəndələri Fəaliyyət Planını imzaladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan yüksək səviyyəli münasibətlərin olduğunu, iki ölkənin dövlət başçılarının səyləri ilə bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb. Pakistanın Azərbaycanın ərazi bütövlüyünə daimi dəstəyindən, xüsusilə 44 günlük Vətən müharibəsində ölkəmizə, haqq savaşımıza ədalətli mövqedən göstərdiyi siyasi dəstəkdən məmnunluq ifadə olunub. İki ölkənin beynəlxalq təsisatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyi, Azərbaycan və Pakistan arasında sosial sahədə əlaqələrin genişlənməkdə olduğu diqqətə çatdırılıb. Ötən ilin may ayında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistanın Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, həmçinin son illər Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalandığı bildirilib. Azərbaycanda son illər aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə rəqəmsal platformaların, proaktiv xidmətlərin yaradılması istiqamətində əldə olunan müsbət təcrübə barədə məlumat verilib. Əmək və sosial müdafiə sahəsində Pakistanla ikitərəfli əlaqələrin inkişafı, fəal təcrübə mübadiləsi üçün böyük potensial olduğu, DOST təcrübəsini Pakistanla bölüşməyə hazır olduğumuz vurğulanıb. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr, o cümlədən Azərbaycanla Pakistan arasında da əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub. S.H.Turi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını, əmək, məşğulluq, sosial müdafiə sahəsində ikitərəfli münasibətlərin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Görüşün yekunu olaraq Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Pakistanın Xarici Pakistanlılar və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2023-2024-cü illər üçün Fəaliyyət Planı imzalanıb. Sənəddə əmək bazarının monitorinqi və proqnozlaşdırılması, məşğulluq, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əlilliyi olan şəxslərin sosial və məşğulluq problemlərinin həlli, onlar üçün xüsusi peşə hazırlığı və peşə istiqamətləri üzrə proqramların hazırlanması, əməyin mühafizəsi və əmək münasibətlərinin tənzimlənməsinə dair qanunvericiliyin tətbiqi, əmək, məşğulluq və sosial müdafiə sahələrində İKT-nin tətbiqi və s. istiqamətlərdə məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapır.
4-07-2023, 16:06
İdmançımız Avropa birinciliyində bir qızıl və iki gümüş medal qazandı


İdmançımız Avropa birinciliyində bir qızıl və iki gümüş medal qazandı

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Amin Osmanov Moldovanın paytaxtı Kişineuda 15-17 yaşlı oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində bir qızıl və iki gümüş medal qazanıb. Ağır Atletika Federasiyasından verilən məlumata görə, yaşı 17-yə qədər olan oğlanlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 99 kq nəticə göstərib və bütün rəqiblərini üstələyib. "Göyəzən" Ağır Atletika Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 117 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Toplam 216 kq (99+117) nəticə göstərən Osmanov yekun sıralamada da ikinci yeri tutub.
Qeyd edək ki, iyulun 10-dək davam edəcək yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edəcək.
4-07-2023, 15:51
İrandakı səfirliyimizə hücumls bağlı istintaq tamamlandı


İrandakı səfirliyimizə hücumls bağlı istintaq tamamlandı

“Yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə hücum iki ölkə arasında dostluq münasibətlərini pozan əsassız, acı və bədbəxt hadisə idi”. Bu barədə İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Məsud Satayşi mətbuat konfransında Azərbaycan səfirliyinə hücumla bağlı ədliyyə orqanlarının fəaliyyətindən danışarkən bildirib. Onun sözlərinə görə, hücumun əsas səbəbkarı və ya rolu olan hər hansı şəxs qəti, sərt və qanuna müvafiq qaydada cəzalandırılacaq. “Geniş araşdırmalardan sonra işin müxtəlif ölçülərinin müəyyənləşdiyi məqama gəldik və istintaq yekunlaşdı. İş Azərbaycan hökumətinin əməkdaşlığı ilə yekun qərara gətirib çıxaracaq. Sizi əmin edirik ki, ölkənin daxili təhlükəsizliyini pozmaq istəyən hər kəslə məhkəmə sistemi məşğul olacaq”, - deyə o bildirib.
4-07-2023, 15:22
Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzv oldu


Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzv oldu

Müğənni-bəstəkar Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyünə qəbul edilib. Bu barədə Xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev məlumat verib. Onun sözlərinə görə, AYB-yə dəvət olunan E.Seyidcahana üzvlük bileti təqdim edilib. “Bu gün Elza Seyidcahan üzvlük vəsiqəsi alıb” - deyə Xalq yazıçısı yazıb.
4-07-2023, 15:03
Gürcü səfir Ukrayna XİN-ə çağırıldı


Gürcü səfir Ukrayna XİN-ə çağırıldı

Gürcüstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu gün səfir Georgi Zakaraşvili Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəziyyətinin pisləşməsi ilə bağlı Ukrayna prezidentinin etirazının çatdırılması üçün XİN-ə dəvət olunub. Gürcü diplomatın diqqətinə çatdırılıb ki, Ukrayna vətəndaşı olan Saakaşviliyə qarşı belə münasibət qətiyyən yolverilməzdir. Həmçinin qeyd olunub ki, Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşına qarşı qeyri-insani hərəkəti dayandırmalıdır. Bununla əlaqədar Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvilinin mövcud vəziyyətin həlli yollarının tapılması istiqamətində məsləhətləşmələr aparmaq üçün Tbilisiyə getməsi tövsiyə olunub. Bundan əlavə, Kiyev Saakaşvilinin müalicəsi üçün Ukraynaya aparılması məsələsini təcili müzakirə etməyə hazır olduğunu açıqlayıb.
4-07-2023, 14:44
Hakan Fidan bir sıra məsələlərə münasibət bildirdi


Hakan Fidan bir sıra məsələlərə münasibət bildirdi

"Stokholmda Qurani-Kərimə qarşı edilən alçaq hücumu və xəbərdarlıqlarımıza baxmayaraq, bu hücuma göz yumulmasını qətiyyətlə pisləyirik". Bunu Türkiyənin XİN başçısı Hakan Fidan deyib. İsrail-Fələstin münaqişəsi ilə bağlı o qeyd edib ki, bölgədə sülhün bərqərar olması üçün səylər davam etdiriləcək. "Türkiyə və Misir öz bölgələrində iki güclü qardaş ölkədir. Tarixi, coğrafi, mədəni və inanc bağlarına görə bir-birindən ayrı olması doğru deyil. Bu gün verdiyimiz ortaq qərarla qarşılıqlı səfir təyinatı gerçəkləşdirdik. İndi normallaşmanın mühüm mərhələsini geridə qoyuruq. Siyasi və iqtisadi sahədə əlaqələrimiz böyük sürətlə davam edəcək", - nazir vurğulayıb. "İsveçin münasibəti NATO-ya problemlər gətirən münasibətdir. “İsveçin NATO-ya üzvlüyü yükdür, yoxsa fayda” məsələsi indi daha çox müzakirələrə açıqdır. Terror təşkilatları küçələrdə hər cür aksiyalar edə, pul yığa, münaqişə zonalarında insan alveri edə bilər. İsveç ev tapşırığını edirsə, başqa alternativlər də var. Bununla belə, müqəddəs dəyərləri təhqir etməyə imkan verən atmosfer və İsveçin təhlükəsizliklə bağlı təxribatların qarşısını ala bilməməsi bizi daha çox düşündürür", - o əlavə edib.
4-07-2023, 14:21
İran Şanxay Əməkdaşlıq Təşkilatının üzvü oldu - Rəsmi


İran Şanxay Əməkdaşlıq Təşkilatının üzvü oldu - Rəsmi

İran rəsmi şəkildə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvlüyünə daxil olub. Bu barədə təşkilatın bu gün keçirilən virtual sammitində qərar qəbul edilib. Beləliklə, ŞƏT-ə üzv olan ölkələr Qazaxıstan, Hindistan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan və İrandır.
4-07-2023, 13:42
Ucqar kəndlərdə də elektron resept tətbiq olunacaq


Ucqar kəndlərdə də elektron resept tətbiq olunacaq

Elektron reseptin proqram təminatının 95 %-i hazırdır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında iştirak edən səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. “İlk olaraq Bakı və bir neçə region sistemə qoşub. Bundan sonra ucqar kəndlərdə də bu tətbiqin istifadəsində israrlıyıq”, - deyə o vurğulayıb.
4-07-2023, 13:40
Prezident bu avtomobil yolunun tikintisiylə bağlı Sərəncam imzaladı


Prezident bu avtomobil yolunun tikintisiylə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.
4-07-2023, 13:27
Qiymətlər hər bir ölkəyə görə fərqli təyin olunur - Nazir müavini


Qiymətlər hər bir ölkəyə görə fərqli təyin olunur - Nazir müavini

Səhiyyə Nazirliyinin qarşıya qoyduğu bir neçə məsələ var. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib. “Bizim hədəfimiz Azərbaycandakı dərman vasitələrinin qiymətinin bütün dünya ölkələri ilə müqayisədə ən aşağı olmasıdırmı, yoxsa əlçatan olmasıdır? Qeyd edim ki, qiymətlər hər bir ölkəyə görə fərqli təyin olunur. Daxili istehsalı olan ölkəyə təyin edilən qiymətlər başqa olur. O zaman dərman vasitələrinin qiymətinin aşağı salınması ilə bağlı necə fikir demək olar? Bu kimi məsələlərə aydınlıq gətirilməlidir”, - deyə o bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!