Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
18-07-2023, 16:10
Azərbaycanla Türkiyə parlamentlərarası görüş keçirdi


Azərbaycanla Türkiyə parlamentlərarası görüş keçirdi

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin üzvləri arasında görüş keçirilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov TBMM-in Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu dilə gətirib.
O, Fuat Oktayın Türkiyənin vitse-prezidenti olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirərək, onun TBMM-in Xarici əlaqələr komitəsinə rəhbərliyinin həm Türkiyə, həm də Azərbaycan üçün uğurlu olacağına inamını ifadə edib.
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini deyən Səməd Seyidov dövlət başçılarımızın dostluğu sayəsində bu gün ən yüksək səviyyədə olan strateji tərəfdaşlığımız və müttəfiqliyimizdən söz açıb.
Komitə sədri Azərbaycan və Türkiyə arasında parlamentlər səviyyəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə əməkdaşlığını yüksək dəyərləndirib. Səməd Seyidov Azərbaycan və Türkiyə müttəfiqliyinin, xarici siyasət sahəsində əməkdaşlığının dünyada barışığa və sabitliyə xidmət etdiyini, o cümlədən Cənubi Qafqazda sülhə və regional tərəqqiyə mühüm töhfələr verdiyini bildirib.
Yüksək qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edən TBMM-in Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə xoş təəssüratlarını bölüşüb. O, iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edərək münasibətlərimizin gələcək perspektivlərindən danışıb.
Sonra Milli Məclisin deputatları Asim Mollazadə və Nəsib Məhəməliyev, TBMM-in üzvləri Kürşat Zorlu və Utku Çakırözer çıxış edərək iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi haqqında fikirlərini səsləndiriblər.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, komitə üzvləri Nigar Arpadarai, Sahib Alıyev, Cavanşir Feyziyev, Sevil Mikayılova, Rasim Musabəyov, Kamran Bayramov, TBMM-in millət vəkilləri Ceyda Bölünmez Çankırı, İsmail Özdemir, Mahmut Rıdvan Nazırlı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak ediblər.
18-07-2023, 15:55
Azərbaycan Kürdüstanda baş konsolluq açacaq


Azərbaycan Kürdüstanda baş konsolluq açacaq

Azərbaycan İraqın Kürdüstan regionunda baş konsulluğunu açacaq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında danışıq olub.
Bildirilib ki, danışıqlar zamanı Azərbaycanın Kürdüstan regionunda baş konsulluğunun açılmasının vacibliyi vurğulanıb, bu barədə artıq qərar verilib və yaxın gələcəkdə açılması prosedurları və iki tərəf arasında münasibətlərin və qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində görüləcək işlər müzakirə edilib.
18-07-2023, 15:30
31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verdi


31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə ölkəmizdə siyasi sistemin müasir çağırışlara və milli maraqlara uyğun təkmilləşdirilməsi, partiyalararası dialoq prosesinin dərinləşdirilməsi və bu sahədə münasibətlərin yeni konfiqurasiya şəraitində qurulması ilə bağlı ardıcıl tədbirlər görülür.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu məqsədlə beynəlxalq təcrübə öyrənilməklə siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni qanun layihəsi hazırlanıb və geniş ictimai müzakirələr keçirilməklə qəbul edilib.
“Siyasi partiyalar haqqında” Qanun ölkədə həyata keçirilən demokratik islahatların növbəti təzahürü olaraq siyasi partiyaların fəaliyyətinin səmərəli qurulmasına, daha sağlam siyasi mühitin formalaşmasına və siyasi qüvvələr arasında qarşılıqlı faydalı dialoqun genişləndirilməsinə xidmət edir.
Yeni Qanuna əsasən partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Bununla əlaqədar nazirlik tərəfindən normativ hüquqi aktların yeni Qanuna uyğunlaşdırılması istiqamətində və digər aidiyyəti tədbirlər həyata keçirilib.
Qanunun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib. Digər 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.
Nazirlik tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunub.
Bununla bağlı partiyalara müvafiq məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər davam etdirilir və partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi məqsədilə onlarla görüşlərin keçirilməsinə hazır olduğu bildirilib.
18-07-2023, 15:03
Ona görə də Baxmutu geri qaytarmalıyıq - Sırski


Ona görə də Baxmutu geri qaytarmalıyıq - Sırski

"Ukraynanın danılmaz üstünlüyü var - hərbi rəhbərliyin birliyi və əsgərlərin bir-birinə inamı".
Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandiri Aleksandr Sırski BBC-yə müsahibəsində söyləyib.
"Ukrayna qoşunlarının irəliləməsi həqiqətən də davam edir, lakin istədiyimiz qədər sürətlə deyil. Tez nəticələr əldə etmək istərdik, lakin bu, demək olar ki, mümkün deyil. Hərbi rəhbərliyimizin birliyi və əsgərlərimizin bir-birinə olan inamı ordumuzun gücüdür. Bu, yüksək rütbəli zabitlər komandanlıqdan uzaqlaşdırıldığı üçün daxili çəkişmələrdən əziyyət çəkən Rusiya hərbi iyerarxiyasından tamamilə fərqlidir", - o qeyd edib.
"Baxmutun qaytarılması şərəf məsələsidir. Baxmutu müdafiə edərkən çoxlu qardaşlarımızı, əsgərlərimizi itirdik... Ona görə də sadəcə onu geri qaytarmalıyıq. Kasset bombalarının döyüş meydanındakı bütün problemlərimizi həll edəcəyini deyə bilmərəm. Amma sursat artıq Ukraynaya gəlib və bir neçə gün ərzində istifadəyə hazır olacaq. Şərqdə ərazi minalarla və müdafiə maneələri ilə doludur. Rusiya qoşunlarının çoxlu dayaqları var", - deyə Sırski əlavə edib.
18-07-2023, 14:19
Mirzoyan Vyanaya səfər etdi


Mirzoyan Vyanaya səfər etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avstriyanın paytaxtı Vyanaya səfər edib.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
Səfər Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ilə təkbətək söhbətlə başlayıb.
Ardınca geniş tərkibdə görüş keçirilib və tərəflər mətbuata bəyanatlarla çıxış edib.
18-07-2023, 14:08
Avropanın taxıl sazişiylə bağlı mövqeyi vicdansızlıqdır - Peskov


Avropanın taxıl sazişiylə bağlı mövqeyi vicdansızlıqdır - Peskov

"Avropa ölkələrinin taxıl müqaviləsi ilə bağlı mövqeyini vicdansızlıq adlandırmaq lazımdır". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Moskva Krım körpüsünə hücumu Kiyevin təşkil etdiyinə şübhə etmir. Krım körpüsünün təhlükəsizliyinin gücləndirilməsi təklifi hələ də hazırlanır", - Peskov bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya BMT baş katibi Antonio Quterreşin Avropanı taxıl müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə inandırmaq cəhdlərini yüksək qiymətləndirir.
"Rusiya taxıl sazişindən çıxdıqdan sonra ehtiyacı olan ölkələr üçün Ukrayna taxılını pulsuz əvəz etməyə hazırdır. Rusiyadan Afrikaya taxıl tədarükü iyulun sonunda Sankt-Peterburqda keçiriləcək sammitdə müzakirə olunacaq. Putin hələ Ərdoğanla təmasları planlaşdırmır", - Kreml sözçüsü vurğulayıb.
18-07-2023, 13:57
İranda havanın çirklənməsiylə bağlı dövlət qurumları fəaliyyətini dayandırdı


İranda havanın çirklənməsiylə bağlı dövlət qurumları fəaliyyətini dayandırdı

İranın Bocnurd və Məşhəd şəhərlərində havanın həddən artıq çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb.
Bu barədə Şimali Xorasanın böhranların idarə edilməsi üzrə rəhbəri Qulam Rıza Şefik bildirib.
“Havanın çirkliliyinin 300 mikroqram/kubmetri keçməsi səbəbindən bu gündən etibarən Bocnurdda dövlət qurumlarının fəaliyyəti dayandırılacaq”, - o deyib.
Məşhəd şəhərində də havanın çirklənməsi ilə əlaqədar dövlət müəssisələri və məktəblər bağlanıb.
18-07-2023, 13:40
Prezident Bərzani ilə təkbətək görüşdü


Prezident Bərzani ilə təkbətək görüşdü

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.
Əvvəlcə birgə foto çəkdirildi.
Söhbət zamanı Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bu ilin fevralında Münxendə keçirilən görüş xatırlandı. Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olundu, Neçirvan Bərzaninin səfərinin əməkdaşlığımızın dinamikasının artması işinə töhfə verəcəyi bildirildi.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdi.
Görüşdə dövlətimizin başçısı İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində bu ilin martında Azərbaycana səfəri və ikitərəfli əlaqələrimizin inkişafına dair onunla apardığı müzakirələri, həmçinin İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırlatdı.
Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparıldı.



18-07-2023, 13:34
Hakan Fidan rusiyalı həmkarıyla telefon danışığı apardı


Hakan Fidan rusiyalı həmkarıyla telefon danışığı apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə "TRT Haber" məlumat yayıb.
Söhbət zamanı taxıl sazişinin gələcəyi və meşə yanğınlarında istifadə olunacaq yanğınsöndürmə təyyarələrinin Rusiyadan alınması müzakirə edilib.
Qeyd edək ki, ötən gün Rusiya Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixrac etməyə imkan verən sazişdə iştirakını dayandırıb. Kreml sazişin Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini iddia edib və bu səbəbdən sazişdən çıxdığını açıqlayıb. Bununla belə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın sazişə qayıtması şərtini açıqlayıb. Ötən gün mətbuata açıqlama verən Putinin sözçüsü deyib ki, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən zaman Moskva dərhal taxıl sazişinə qayıdacaq.
18-07-2023, 13:12
Xocalı qatili həbsdən evə buraxıldı


Xocalı qatili həbsdən evə buraxıldı

Xankəndidəki qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan həbsdən evə buraxılıb. Bu barədə onun vəkili Rafael Martirosyan bildirib. Məlumata görə, Qarabağdakı qondarma məhkəmə Balasanyanın həbsi ilə bağlı vəsatəti rədd edib və onun azad olunmasına qərar verib.
Martirosyan bildirib ki, Balasanyan hazırda xəstəxanada müalicəsini davam etdirir.
Qeyd edək ki, iyulun 14-də Vitali Balasanyan və oğlu kredit dələduzluğunda ittiham olunaraq saxlanmışdı. Saxlanılan zaman döyülən erməni generalın səhhətində problemlər yaranmışdı.
Xatırladaq ki, Balasanyan bir müddət qondarma qurumun "təhlükəsizlik şurasının katibi" olub. O, Xocalı qatili kimi tanınır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!