Amerikada koronavirusun yeni ştammı yayılır .....                        "Bu, kişiliyə yaraşan bir hərəkət deyil" .....                        Ağdamın Xıdırlı kəndindən FOTOLAR .....                        “İmarət” stadionunun təməli qoyuldu - FOTO .....                        Dövlət başçısı Xankəndidə uşaq bağçasının açılışında .....                        Bakıda körpünün üzərində iki maşın yanır .....                        Azərbaycanda abortla bağlı dəhşətli statistika - əksəriyyəti gəncdir .....                        Rusiya bazarında ən populyar HİBRİD AVTOMOBİLLƏR .....                        3000-dən çox şəxsin yaralanmasına səbəb olan peycerlər - TARİX .....                       
12-07-2023, 17:29
Zəvvarları daşıyan avtobus qəzaya uğradı - 2 ölü, 30 yaralı var


Zəvvarları daşıyan avtobus qəzaya uğradı - 2 ölü, 30 yaralı var

İraqda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb. İranlı zəvvarları daşıyan avtobus Samərra yolunda yanacaq daşıyan yük maşını ilə toqquşub. Hadisə nəticəsində azı 2 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib.
12-07-2023, 17:17
Ərdoğan Aİ Komissiyasının rəhbəriylə görüş keçirdi


Ərdoğan Aİ Komissiyasının rəhbəriylə görüş keçirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula von der Leyen ilə görüş keçirib. Bu barədə "TRT Haber" məlumat yayıb. Görüş Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən NATO sammiti çərçivəsində baş tutub. Tərəflər ikitərəfli gündəlikdəki mövzuları müzakirə ediblər.
12-07-2023, 16:01
Birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur - Blinken


Birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur - Blinken

"Mən dünən Ermənistanın baş naziri Nikol Paşinyanla danışdım". Bunu ABŞ dövlət katibi Antoni Blinken twitter səhifəsində yazıb. "Azərbaycanla sülhün təmin edilməsi istiqamətində davam edən səylərə güclü dəstəyimi bir daha bəyan etdim. Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur və mən buna kömək etməyə sadiqəm", - o əlavə edib.
12-07-2023, 15:55
Yaponiya Ukraynaya PUA-ları aşkarlayan sistem təhvil verəcək


Yaponiya Ukraynaya PUA-ları aşkarlayan sistem təhvil verəcək

Yaponiya Rusiyanın təcavüzü fonunda ölkəyə yardım çərçivəsində Ukraynaya pilotsuz uçuş aparatlarının aşkarlanması sistemini təhvil verəcək. Bunu Yaponiya baş naziri Kişida Fumio bildirib. Qeyd edək ki, bu gün NATO-Ukrayna Şurasının toplantısı keçirilir.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
12-07-2023, 15:20
Ukrayna rəsmiləri ilə NATO tərəfdaşları kimi görüşəcəyimiz günü gözləyirəm


Ukrayna rəsmiləri ilə NATO tərəfdaşları kimi görüşəcəyimiz günü gözləyirəm

"Ukrayna NATO-ya həmişəkindən daha yaxındır". Bunu NATO baş katibi Yens Stoltenberq deyib. "Mən Ukrayna rəsmiləri ilə NATO tərəfdaşları kimi görüşəcəyimiz günü gözləyirəm", - o əlavə edib. Baş katib qeyd edib ki, Ukrayna şərtlər yerinə yetirildikdən sonra alyansın bir hissəsi olacaq. "Müttəfiqlər tələblərin yerinə yetirilməsi ilə razılaşdıqda biz Ukraynanı NATO-ya dəvət edəcəyik. Ukrayna uzunmüddətli təhlükəsizlik zəmanəti alacaq. Bu, müharibənin sonunda Rusiyanı çəkindirməyə kömək edəcək, Ukrayna isə NATO-ya üzv olacaq", - baş katib bildirib.
12-07-2023, 15:03
Taksi xidmətində bahalaşma müşahidə olunub


Taksi xidmətində bahalaşma müşahidə olunub

2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 109,8 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində, ucuzlaşma isə respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
12-07-2023, 14:54
III Avropa Oyunlarında yüksək nəticə göstərmiş idmançıları mükafatlandırıldı


III Avropa Oyunlarında yüksək nəticə göstərmiş idmançıları mükafatlandırıldı

Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 900 min manat vəsait ayrılıb.
Sərəncama görə, Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiqləməlidir. Eyni zamanda, Gənclər və İdman Nazirliyi ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq hər bir idmançıya ödənilməsini təşkil etməli, Maliyyə Nazirliyi isə maliyyələşməni təmin etməlidir.
12-07-2023, 14:48
Ərdoğan Albaniyanın Baş naziriylə görüşdü


Ərdoğan Albaniyanın Baş naziriylə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın Baş naziri Edi Rama ilə görüş keçirib. Bu barədə "TRT Haber" məlumat yayıb. Görüş Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən NATO sammiti çərçivəsində baş tutub. Tərəflər ikitərəfli gündəlikdəki mövzuları müzakirə ediblər.
12-07-2023, 14:32
Bizim üçün konkret uğur olacaq - Zelenski


Bizim üçün konkret uğur olacaq - Zelenski

"Sammitin nəticələri yaxşıdır, amma Ukraynanın NATO-ya dəvəti olsaydı, ideal olardı". Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Prezident əlavə edib ki, o, bugünkü sammitdə uğur əldə etməyi, xüsusən də məhz NATO-ya inteqrasiya yolunda təhlükəsizlik zəmanətlərini almağı çox istərdi. "Bu gün G7 bu təhlükəsizlik zəmanətlərini təsdiq edə bilər və düşünürəm ki, bu baş verərsə, biz bunun üzərində işləyəcəyik və bizim üçün konkret uğur olacaq", - Zelenski bildirib.
12-07-2023, 14:22
UEFA “Qarabağ” klubuna ödəniş etdi


UEFA “Qarabağ” klubuna ödəniş etdi

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştiraka görə "köhlən atlar"a 27.943 (iyirmi yeddi min doqquz yüz qırx üç) avro maliyyə vəsaiti ayırıb. Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!