Bağlı qapılar arxasında 1 saat danışdılar .....                        Paşinyanın yeni imici .....                        Turşudan zəhərlənən qadın xəstəxanada öldü .....                        Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı .....                        Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi .....                        Cəbrayılda ağır qəza: Qohumlar öldülər .....                        "Roma"nın yeni baş məşqçisi .....                        XİN-dən Paşinyana tutarlı cavab .....                        Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib .....                       
7-07-2023, 12:55
Rusiyada zavodda güclü partlayış baş verdi


Rusiyada zavodda güclü partlayış baş verdi

Rusiyanın Samara vilayətindəki "Promsintez" zavodunda partlayış baş verib. Bu barədə FHN-in yerli idarəsi məlumat yayıb. İlkin məlumatlara görə, partlayış nəticəsində 6 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb. Hazırda hadisənin səbəbləri araşdırılır.
7-07-2023, 12:16
Azərbaycanın Slovakiyada səfirliyi təsis ediləcək


Azərbaycanın Slovakiyada səfirliyi təsis ediləcək

Azərbaycanın Slovakiyada səfirliyi təsis ediləcək. Bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb. “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.
7-07-2023, 11:33
Prezident alban həmkarını qarşıladı


Prezident alban həmkarını qarşıladı

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verdi. Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamladı. Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.





7-07-2023, 11:26
Bayden Ukraynaya kaset sursatlarının tədarük edilməsini təsdiqlədi


Bayden Ukraynaya kaset sursatlarının tədarük edilməsini təsdiqlədi

ABŞ prezidenti Co Bayden Ukraynaya kaset sursatlarının tədarük edilməsini təsdiqləyib. Bu barədə "Unian" məlumat yayıb. Bu addım uğursuzluq dərəcəsi 1%-dən çox olan kaset sursatlarının istehsalını, istifadəsini və ya ötürülməsini qadağan edən ABŞ qanunvericiliyindən yayınır. Bununla belə, qərar Ukraynanın əks-hücum əməliyyatı və Qərbin adi artilleriya sursatlarının ehtiyatlarının azalması fonunda qəbul edilib. Bu, dünyanın əksər ölkələri tərəfindən qadağan edilən mübahisəli sursatların göndərilib-göndərilməməsi ilə bağlı aylarla davam edən daxili müzakirələrdən sonra baş verib.
Qeyd olunub ki, kasetli silahlar bir hədəf üzərində havada partlayır, onlarla və yüzlərlə kiçik sursatları geniş əraziyə buraxır.
7-07-2023, 11:19
Nazirlikdən xəbərdarlıq: Siqaret xərçəng yaradır


Nazirlikdən xəbərdarlıq: Siqaret xərçəng yaradır

Tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri var. Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 6 saniyədən bir dünyada tütünçəkmə ilə bağlı xəstəliklər səbəbindən bir nəfər dünyasını dəyişir. Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib. Onun sözlərinə görə, tütün istifadəsi bir sıra xəstəliklərin yaranma riskini artırır: "Onkoloji xəstəliklər - tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qantörədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər. Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-də tütünçəkmə əsas amil sayılır. Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçəng xəstəliyinin yaranması riski artır. Ürək-damar xəstəlikləri: ateroskleroz, serebrovaskulyar xəstəliklər, həmçinin qarın aortasının anevrizmasının inkişafı ehtimalı var. Bundan əlavə, tənəffüs yolları xəstəliklərinin (ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya) yaranması mümkündür. Eyni zamanda, tütün çəkən kişilərdə erektil disfunksiya inkişaf riski nisbətən çoxdur.
Tütün çəkən insanlarda digər xəstəliklər (katarakta, mədənin peptik xorası, immun sisteminin zəifləməsi) müşahidə olunur, onların xarici görünüşü dəyişir. Belə ki, tütünçəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsinə və qırışların yaranmasına gətirib çıxarır. Bəzən insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi düşünürlər. Siqaret çəkən qadınlarda fertillik (münbitlik) zəifləyir. Tütün tüstüsü ilə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir. Tütün tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına gətirib çıxararaq onun bütün orqanlarında normal inkişafın pozulması riskini artırır. Siqaret çəkən qadınlarda ağırlaşmalar, vaxtından əvvəl doğuş, normadan aşağı çəkili yenidoğulmuşlar, ciftin vaxtından əvvəl ayrılması, uşaqlarda qəflətən ölüm sindromu və anadangəlmə anomaliyalar riski yüksəkdir. Bundan başqa, daha sonra uşaqlarda öyrənmə zəifliyi, hiperaktivlik, davranış pozuntuları, gələcəkdə bronxial astma riski yüksək olur". Həkim deyib ki, tibdə xroniki tütünçəkmə tütün asılılığı, nikotin asılılığı, tütünə və ya nikotinə qarşı meyl kimi müəyyən edilir. Bu, heç də zərərsiz bir vərdiş deyil ki, insan onu asanlıqla tərgitsin. Tütünçəkmədən imtina üçün təkrari müdaxilələrin və cəhdlərin göstərilməsi tələb olunur: "Aktiv tütünçəkmə - qurudulmuş və ya emal edilmiş közərən tütün yarpaqlarının tüstüsünün (əksər hallarda siqaretçəkmə vasitəsi ilə) nəfəs yolları ilə qəbul edilməsidir. Passiv tütünçəkmə - ətrafa yayılan tütün tüstüsünün nəfəs yolları ilə qəbul edilməsidir. Passiv tütünçəkmə adətən qapalı yerlərdə baş verir, lakin açıq havada da baş verə bilər. Üçüncülü tütünçəkmə - tütünçəkməni qutarandan sonra otaqda uzun müddət qalan nikotin qalıqları və digər kimyəvi maddələr ilə nəfəs alınmasıdır. Otaqda nikotin qalıqları və digər kimyəvi maddələr məkandakı əşyaların müxtəlif səthlərində qala bilər. Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur. Passiv siqaret çəkənlərin məruz qaldığı duman çevrəsi tütün dumanı adlanır və 2 hissəyə ayrılır - yanan siqaretdən ayrılan və siqaret çəkənin nəfəsi ilə yayılan. Bu tip zərərli dumana məruz qalan insanlarda siqaret çəkənlər qədər sağlamlıq problemlər yaşanılır. Əsasən uşaqlarda orta qulaq iltihabı, bronxit, astma, piylənmə, 2-ci tip şəkərli diabet və s. müşahidə olunur". Həkim qeyd edib ki, tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır. Xəstəliklərin yaranmasına görə fərdi risk tütünçəkmənin müddətindən və intensivliyindən asılıdır. Siqareti tərgitdikdən sonra orqanizmdə təmizləmə aşağıdakı mərhələlərlə başlayır:
• İlk 20 dəq ərzində qan təzyiqi normallaşır;
• 8 saat sonra qanda oksigen səviyyəsi normallaşır, miokard infarktı riski azalır;
• 24 saat sonra karbonmonoksit orqanizmdən tamamən təmizlənir;
• 48 saat sonra qanda nikotin səviyyəsi azalır, dad və qoxu hissi yüksəlir;
• 2 həftə-3ay arası qan dövranı tam bərpa olur. Ağciyərlərin həyat tutumu 30% artır. Fiziki aktivlik yaxşılaşır;
• 1 ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50% azalır;
• 5 il sonra ağciyər xərcəngi riski 2 dəfə azalır. İnsult riski siqaret çəkməyənlərlə eyni olur.
7-07-2023, 11:16
Orta hesabla əhaliyə düşən mənzil sahəsi açıqlandı


Orta hesabla əhaliyə düşən mənzil sahəsi açıqlandı

Son 10 il ərzində orta hesabla əhalinin hər nəfərinə düşən mənzil və ev sahəsi 17.6 m2-dən 20 m2-ə çatıb. Bu barədə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi (STM), Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkil etdiyi "Tikinti Sektoru Subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahiselərin mədiasiya vasitəsi ilə həlli tətbiqi" mövzusuna konfransda çıxış edən STM rəhbəri Zahid Oruc deyib. Onun sözlərinə görə, bu istiqamətdə ən yüksək artım Abşeron-Xızı, ən az Mil-Muğan iqtisadi rayonları üzrə qeydə alınıb. "Dövlət hesabına əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin güzəştlə əldə edilməsi sahəsində görülən tədbirlər nəticəsində dövlət hesabına mənzil alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı 2000-ci 1758 ailə olduğu halda, 2021-ci ildə 3258 ailəyə çatıb. Mənzil fondunun qazla təminatı son 20 ildə 82.0%-dən 95.8%-ə, su xətti ilə təminatı 60.7%-dən 85.1%-ə, kanalizasiya ilə təminatı 42.1%-dən 81.9%-ə çatdırılıb",- Zahid Oruc bildirib.
7-07-2023, 11:00
Ukrayna NATO-ya daxil olmaq üçün bütün meyarlara cavab verməlidir - Kirbi


Ukrayna NATO-ya daxil olmaq üçün bütün meyarlara cavab verməlidir - Kirbi

"NATO-ya daxil olmaq üçün Ukrayna təşkilatın bütün meyarlarına cavab verməlidir". Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. "Əlbəttə, biz NATO-nun açıq qapı siyasətinə inanırıq, lakin onu da qəbul edirik ki, NATO-ya üzv olmaq üçün hər bir ölkə müəyyən tələblərə cavab verməlidir və bu ölkə ilə alyans arasında ciddi müzakirə aparılmalıdır. Bu prosesə hörmətlə yanaşmaq lazımdır”, - o deyib.
7-07-2023, 10:40
Ukrayna əhalisinin sayı açıqlandı


Ukrayna əhalisinin sayı açıqlandı

Ukraynanın faktiki əhalisinin sayı açıqlanıb. Bu barədə OPORA Vətəndaş Hərəkatının araşdırması dərc olunub. Nəticələrə əsəsən, hazırda Ukraynada 33 milyona yaxın insan yaşayır. Məlumata görə, 2023-cü ilin iyun ayında ölkədə 48,3 milyon aktiv SİM kart qeydiyyatdan keçib və hər 100 sakinə 143 kart düşdüyü üçün tədqiqatçılar hazırda Ukraynada 33,8 milyondan çox insanın yaşamadığını irəli sürüblər. Hesablamaya görə, 2021-ci ilin sonundan etibarən ölkə əhalisinin sayı 7 milyon nəfərdən çox azalıb.
Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə təcavüzü nəticəsində milyonlarla ukraynalı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
6-07-2023, 19:28
İsveç heç bir halda NATO-ya üzv ola bilməyəcək - Stoltenberq


İsveç heç bir halda NATO-ya üzv ola bilməyəcək - Stoltenberq

İsveç NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində heç bir halda alyansa üzv ola bilməyəcək, hətta Türkiyənin razılığı olsa belə, həmin vaxta qədər ərizənin ratifikasiyası mümkün deyil. Bunu Brüsseldə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib. "Mümkün olan və sammitdə əldə etmək istədiyimiz müsbət qərar Türkiyənin ratifikasiyaya razılığını almaqdır. Amma hələ görüləcək işlər var. Ratifikasiya bazar ertəsinə qədər baş tutmayacaq, amma biz siyasi həllə nail ola bilərik”, - Stoltenberq Vilnüs sammitində İsveçin NATO-ya üzv olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb. Alyansın baş katibi bildirib ki, o, fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində işi davam etdirmək üçün iyulun 10-da Vilnüsdə Türkiyə və İsveç liderləri ilə görüşəcək.
6-07-2023, 17:52
Ərdoğan və Zelenskinin görüşəcəyi məkan bəlli oldu


Ərdoğan və Zelenskinin görüşəcəyi məkan bəlli oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında danışıqların keçiriləcəyi məkan məlum olub. Bu barədə Türkiyə Prezident Administrasiyasındakı mənbə məlumat verib. Belə ki, liderlərin görüşü İstanbulun Üsküdar rayonunda yerləşən Vahdettin malikanəsində keçiriləcək.
Qeyd edək ki, görüş 7 iyulda baş tutacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!