6-07-2023, 17:25
Britaniya İrana yeni sanksiyalar tətbiq etdiBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı İrana qarşı yeni sanksiyalar tətbiq edib. Budəfəki sanksiya siyahısında 13 ad var. Siyahıda həm fiziki, həm də hüquqi şəxslər yer alıb.
Qeyd edək ki, Britaniya bundan əvvəl də İrana qarşı sanksiyalar paketləri elan edib.
6-07-2023, 16:54
Zelenskinin Bolqarıstana səfərinin səbəbləri məlum olduUkrayna prezidenti Volodimir Zelenskinin Bolqarıstana səfərinin səbəbləri məlum olub. «Strana» nəşri Prezident Ofisindəki mənbələrinə istinadən bu səbəbləri açıqlayıb. Bildirilib ki, əsas məsələ hərbi müdafiə sahəsində dəstəkdir. Bolqarıstanda sovet mərmiləri və silahları var, bunların arasında həqiqətən Ukraynanın ehtiyacı olan şeylər də mövcuddur. Bundan başqa, Zelenskinin Bolqarıstanda Ukraynanın Avroatlantik inteqrasiyası, NATO sammiti, təhlükəsizlik təminatları və sülh formulunun həyata keçirilməsi ilə bağlı danışıqlar aparması məlumdur.
Qeyd edək ki, o, artıq Bolqarıstanın baş naziri Nikolay Denkovla görüşüb və təhlükəsizlik məsələləri, dəstək və əməkdaşlıq, eləcə də enerji məsələlərini müzakirə edib.
6-07-2023, 16:26
Futbol klublarının yeni reytinq cədvəli açıqlandı - “Qarabağ” irəlilədi, “Neftçi”..Avropanın futbol klublarının yeni reytinq cədvəli açıqlanıb. Siyahıda 415 klub yer alıb. Reytinq cədvəlində Azərbaycanın 4 klubu qərarlaşıb. Yalnız “Qarabağ” klubu “Top-100”də yer alıb. Azərbaycan çempionu 192 xalla qitənin 74-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə yeddi pillə irəliləyiblər. Hesabında 37 xal olan “Neftçi” 10 pillə geriləyib. Belə ki, Bakı təmsilçisi 228-cidir. Bundan əlavə, Avrokuboklarda debüt edəcək “Sabah” 20 xalla 255-ci sırada yer alıb. “Qəbələ” isə 5 xalla 357-cidir. Azərbaycan kubokunun qalibi 6 pillə irəliləyib. Qeyd edək ki, siyahıya 2147 xala malik olan “Real” başçılıq edir.
6-07-2023, 16:10
Avtomobillərin parklanması üçün ödəniş qaydadı dəyişdiAzərbaycanda avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bunun üçün xüsusi mobil tətbiq də istifadəyə veriləcək. İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Parklanmadan gələn gəlirlər sistemin saxlanılmasına, həmçinin dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək. İyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təsdiq edilib.
6-07-2023, 16:01
Albaniya Prezidenti Azərbaycana gəldiAlbaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
6-07-2023, 15:48
Gürcü səfir Ukraynanı tərk etdiGürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Georgi Zakaraşvili Kiyevi tərk edib. O, ölkəsinə qayıdıb.
Qeyd edək ki, eks-prezident Mixail Saakaşvili ilə bağlı Ukrayna və Gürcüstan arasında diplomatik qalmaqal yaşandıqdan sonra dövlət başçısı Volodimir Zelenski səfirə 48 saat ərzində ölkəni tərk etməyi tövsiyə etmişdi.
6-07-2023, 15:25
Priqojinin evində və şəxsi ofisində axtarış aparıldı
"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin evində və şəxsi ofisində axtarış aparılıb. Axtarış zamanı lentə alınan görüntülər sosial şəbəkələrdə paylaşılıb. Rəsmi açıqlama verilməsə də, onun evində silah, pul bağlamaları və digər vasitələr axşar olunaraq götürülüb.
6-07-2023, 14:23
Fransa Qarabağın nizamlanmasına müsbət töhfə verə bilməz - ZaxarovaParis Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Moskvada uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur. "Ermənistana şübhəli avropalı müşahidəçilər missiyasının göndərilməsi ilə ATƏT-in Minsk Qrupunun dağılmasında Parisin də rolu olub. Bu nümayişkaranə addımlar tərəflərə kömək etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və öz məqsədlərinə çatmaq məqsədi daşıyır", - XİN rəsmisi bildirib. O, Makronun Qarabağ məsələsi ilə bağlı mövqeyi ilə bağlı açıqlamalarını “pafos” adlandırıb və qeyd edib ki, Parisdə konkret nəticə yoxdur.
6-07-2023, 14:00
Müharibədən sonra Ukrayna hərbi xidmətə çağırışdan imtina edəcək - Baş nazir"Müharibədən sonra Ukrayna hərbi xidmətə çağırışdan imtina edəcək və müdafiənin əsasını peşəkar ordu təşkil edəcək". Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib. Baş nazir vurğulayıb ki, ordu məsələsində əsas prioritet Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bütün aspektlər üzrə NATO standartlarına keçidini başa çatdırmaqdır: "Texnika və silahlardan tutmuş planlaşdırma və təhlilə qədər". Onun sözlərinə görə, peşəkar ordu Ukraynanın müdafiəsinin əsasına çevriləcək və ehtiyatın iki komponenti yaradılacaq. "Lakin hərbi xidmətə cəlb olunanların hamısı, çağırış olmamasına baxmayaraq, müəyyən edilmiş hərbi ixtisaslar üzrə daim icbari təlim keçəcəklər".
6-07-2023, 13:37
Sel zamanı dağılan körpü yenidən salınırNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir, Göynük və Nəcəfalı Dizə kəndlərini birləşdirən və sel nəticəsində uçan körpü yenidən qurulur. Seldən sonra körpü istifadəyə yararsız vəziyyətə düşüb. Layihəyə uyğun olaraq körpü tamamilə sökülüb, ərazidə hamarlama və bərkitmə işləri aparılıb. Yeni körpünün salınması üçün beton təməl işlərinə başlanılıb.
Qeyd edək ki, mayın sonunda yağan güclü yağışlar nəticəsində Nəhəcir çayında daşqın olub. Nəticədə körpünün əsas dayaq hissələri aşıb və qəzalı vəziyyətə düşüb. Həmçinin ötən illərdə körpü və asfalt yol üzərində aparılan təmir-bərpa işləri ərazinin relyefinə uyğun aparılmadığından yolun 30 metrdən artıq hissəsi də istifadəyə yararsız vəziyyətə düşüb. Uçan körpü 2011-ci ildə salınıb.