Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                       
8-05-2026, 10:46
Mühacirlik həyatının real mənzərələri


Mühacirlik həyatının

real mənzərələri


Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, tədqiqatçı-jurnalist Rəhman Salmanlı (Həsənov) iyirminci əsrin 20-30-cu illərində repressiya dövrünə bağlı bir sıra dəyərli əsərlərin müəllifi kimi də tanınır. Onun “Mühacir komissarın həyat dramı” (Memuar) kitabı da (Bakı, “ÇapArt”, 2025) bu silsilədən olan əsərdir. Burada Şəmkir rayon Zəyəm qəsəbə sakini olmuş Həbib Həsən oğlu Seyidovun keşməkeşli həyat yolundan bəhs açılır. Elinə-obasına, xalqına, torpağına – vətəninə sədaqətlə xidmət edən Mirhəbib Seyidov ona tapşırılan bütün işlərin – vəzifələrin öhdəsindən layiqincə gəlsə də, o dövrün qaragüruhçu qüvvələri onu da şərləyib – böhtana salmaqla aradan götürmək istəyirlər. Məlum repressiya maşınının məngənəsindən xilas olmaq üçün Həbib Həsən oğlu haqsız yerə saxlandığı həbsxanadan və ölüm gözləyən kabusdan xilas olmaq üçün qaçıb canını qurtarmaq, mühacir həyatı yaşamaq yolunu seçir. Müəllif əsərin lap başlanğıcından hadisələrin hansı zəmində qurulub inkişaf etdiriləcəyini belə təqdim edir:
“Həbib Seyidov Gəncə qəzasının Şəmkir nahiyəsində gənclərin hərbi xidmətə çağırışı, həbelə qaçaqların yerinin öyrənilməsi, onlarla gizli alaqəsi olanların aşkar edilməsi ilə məşğul olurdu. Sovet quruluşunun ilk on ili idi. Böyük səlahiyyətlər sahibi Həbib camaatla səmimi rəftar edər, haqsız işə heç vaxt qol qoymazdı. Tanınmış qaçaq, özünün dediyi kimi, "aldanaraq bolşeviklərə qoşulan" Samuxun Çobanabdallı kəndindən olan Mansurun iştirakı ilə Qaçaqlarla Mübarizə Dəstəsinin sıralarında dəfələrlə Kürqırağı ormanlarda olmuşdu. Axtarışında olduğu Şəmkir qaçaqlarının başçısı Ramazan oğlu Rüstəmlə, onun qardaşı, məşhur qaçaq Təhməzlə 1918-ci il "Eşelon davası"ndan, erməni hücumlarının qarşısını almaq məqsədilə yaradılan özünümüdafiə dəstələrinin işi, ən nəhayət, Gəncə üsyanındakı fəaliyyətləri ilə yaxşı tanış idi. Quruluş dəyişsə də, onların istəyi dəyişməmiş, əksinə, daha sədaqətli əqidə dostluğuna çevrilmişdi ... Yeni quruluşun adamları ilə işləsə də, daxilən əvvəlki quruluşun, Milli hökumət qurucularının tərəfində idi.
Həbib Seyidov rayon milis şöbəsinin rəisi təyin olunmamışdan əvvəl də eşitmişdi ki, Dövlət Siyasi İdarəsi Şamxor rayon şöbəsinin əməkdaşı Xocayev erməni əsillidir, maskalanaraq bəzi adamlara özünü bolşeviklərin düşməni kimi tanıtdırır, yeni quruluşu qəbul etməyənlərə Milli Hökumət tərəfdarlarını dəstəklədiyini bildirir, bununla da müəyyən qrup dəstə başçılarının, bəzi el-oba ağsaqqallarının etibarından sui-istifadə edərək onları gizli şəkildə etirazlara, üsyana, terrora istiqamətləndirir. Yerli müsəlman əhalini məqsədli şəkildə qırğına, sürgünə, həbsxanalara sürükləyərək, onların var-dövlətini ermənilərlə birgə talan edir. Ən nəhayət, Azərbaycan Cümhuriyyətinin parlaman üzvü olmuş məşhur əksinqilabçı Hacı Əhmədi aldadaraq ona yeni quruluşun əleyhinə "Allahlılar partiyası" yaratmasında, onları üsyana təhrik etməsində və s. bu kimi işlərdə böyük rolu var.
Gizli işlər qəhrəmanı Xocayevin fəaliyyətindən Həbib Seyidovun məlumatlı olduğunu onunla düz yola getməyən, azərbaycanlıların qatı düşməni Siyasi İdarənin rəisi Vasiliy Yakofidi yaxşı bilirdi. Odur ki, məxfi əməllərinin üzə çıxacağından ehtiyat edən V.Yakofidinin təşəbbüsü ilə rayon polis şöbəsinin 32 yaşlı rəisi Həbib Seyidov, "xalq düşməni" damğası vurulmaqla, respublika Xalq Daxili İşlər Komissarlığı (XDİK; rusca -NKVD) Dövlət Siyasi İdarəsinin (DSİ; rusca - QPU) Şamxor rayon şöbəsi tərəfindən 4 iyun 1933-cü ildə həbs edilir. Lakin Həbib Seyidov beş gün sonra, 9 iyun 1933-cü ildə güllələnmək üçün qatarla Bakıya yatab ediləcəyi axşamı həbsxanadan qaçmağı bacarır.” (səh. 3-4)
Əslində bu cür başlanğıc hissə müəllifin əsərin ümumi məzmununu bəri başdan oxuculara xülasə şəklində çatdırması xarakteri daşımaqla oxunulacaq əsərlə mühüm tanışlıq yaradır. Belə ki, əsərin əsas qəhrəmanı olan Mühacir komissarın – Həbib Seyidovun ölkədə hansı mürəkkəb ictimai-siyasi şəraitdə işləməsini və daxili düşmənlərin ona necə tor qurduqlarını diqqət mərkəzinə çəkən tədqiqatçı-jurnalist Rəhman Salmanlı bununla yazacağı memuar tipli əsərin ümumi ekspozisiyasını vermiş olur. Hadisələrin sonrakı inkişafı məhz bu məcrada cərəyan edir.
Kitabı həyəcansız oxumaq mümkün deyil. Xüsusən də, bilirsən ki, baş verən hadisələr tarixi xronikaya əsaslanır, canlı insan həyatından, təkcə bir insan yox, bir nəslin – XX əsrin əvvəllərində yaşamış nəslin həyatından söhbət gedir. Başqa sözlə, bədii təxəyyüldə yazıçının fantastik olaraq yaratdığı romantik insanların yox, real dünyamızın insanlarının həyatının ustalıqla təsvirə gətirildiyi bu əsərdə soydaşlarımızın üzləşdikləri müsibətli illər kitabın vərəqləri arasından boy göstərir, oxucunu hədsiz dərəcədə mütəəssir edir.
Müxtəlif vəzifələrdə ləyaqətlə işləmiş, camaat arasında komissar kimi tanınan Həbib Seyidovun yaxşılığı keçmiş, köməkliyi dəymiş insanların sayəsində türmədən qaçması və ətrafında daldalanacaqlar tapıb gizlənməsi, onu tapmaq üçün axtarış aparmaları və s. kimi epizodları həyəcansız oxumaq mümkün deyil. Bir oxucu kimi həmin səhnələri oxuyanda çox təsirləndim, 1993-cü ilin qanlı-faciəli günləri təkrar beynimdə canlandı. Bir hərbçi kimi ermənilərin caynağından qaçıb qurtararkən eynilə həmin vəziyyətlərə düşdüyümü və buna bənzər anları yaşadığımı xatırladım. Eyni zamanda özlüyümdə belə bir qənaətə gəldim ki, görünür, xüsusi seçilmiş insanlar var ki, çətin və təhlükəli anlarda Uca Tanrı onlardan nəzərlərini çəkmir, onlara qurtuluş yolları açıb xilas edir. Məhz seyid Mirhəbib Həsən oğlu Seyidov da əsərin səhifələrindən öyrəndiyimiz kimi, həbsxanadan qaçıb Türkiyə ərazisinə adlayana kimi uzun və məşəqqətli zillətlər ayaqlayır. Dəfələrlə tutulma və ölüm təhlükələri ilə üzləşsə də, Ulu Yaradan ona yardımçı olur, sağ-salamat sərhədi keçməyə nail olur.

Əbəs deyil ki, Rəhman Salmanlı əsəri “Mühacir Komissarın həyat dramı” adı ilə təqdim edir və 4 hissədən ibarət bu tarixi romanın ilk hissəsini də elə əsərlə eyni adda verir. Bu adda bir neçə incə məqama işarə var. Seyid, Mirhəbib, eləcə də vəzifəsilə bağlı həm də komissar adı ilə tanınıb adlandırılan Həbib Seyidov ilk vaxtlar komissarlıqda işlədiyindən, camaat arasında bu vəzifəyə müvafiq olaraq komissar kimi də tanınır. Buna görə də müəllif kitabın adını baş qəhrəmanın el-oba arasında komissar kimi tanınması ilə bağlı belə qoyub. İkincisi, burdakı “həyat dramı” ifadəsi də tamamilə məntiqəuyğun səslənir. Belə ki, Həbibi qəsdən vəzifədən vurdurmaq üçün daxildəki düşmənlər onu o vəzifədən bu vəzifəyə, bu vəzifədən digər vəzifəyə keçirdirlər ki, romanın 1-ci hissəsində bunlar xırda təfərrüatlarına kimi əksini tapıb. Yəni dram əsərində aktyorlar müxtəlif rolları oynadıqları kimi, Həbibin də həyatı bir drama – tamaşaya bənzəyir, rol oynayırmış kimi ona tez-tez ayrı-ayrı vəzifələr tapşırılır. Ancaq bütün bunlara rəğmən Həbib Seyidov ona həvalə olunan bütün işlərin öhdəsindən layiqincə gəlir, ona tapşırılan dramatik vəzifələrin hamısını vicdanla yerinə yetirir. Lakin canlı həyatı bir drama bənzəyən ”komissar” – Həbib Seyidov erməni-rus fitvasının güdazına gedir, bu səbəbdən də o, qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır.
“Milis rəisinin Hacı Əhmədlə görüşü” adı ilə təqdim olunan hissədən bir parçaya diqqət etmək kifayətdir ki, Həbib Seyidovun bacarıqlı və öz işini sədaqətlə icra edən birisi olduğu, ancaq daxili düşmənlərin ona tor qurmaq üçün necə hiylə işlətdikləri görünsün:
“Hacı Əhməd Nuruzadə hətta Xocayevin məsləhəti ilə bölgədə çox böyük nüfuza və tərəfdaşa malik "Allahlılar partiyası" yaratmışdı. Xocayev Hacı Əhmədi tam əmin etmişdi ki, xalqı qələbəyə doğru aparan mübarizə yolunda "Allahlılar partiyası"nı ən böyük dövlətlər dəstəkləyir. Məqamında Rusiyadan da bir çox hərbçilər, generallar bu qələbəyə qatılacaq, bununla da bütün millətlər, ilk növbədə azərbaycanlılar hürriyyətə qovuşacaqlar, ən başlıcası Kommunist Partiyası birdəfəlik məhv ediləcək. Odur ki, azərbaycanlıların soyqırımına dövlətin əli ilə bu formada zəmin hazırlayan erməni Xocayev Azərbaycan Dövlət Siyasi İdarəsi Şamxor rayon şöbəsinin rəisi, ermənipərəst, azəri türklərinin bir nömrəli düşməni Vasili Yakofidi ilə məsləhətləşərək tez-tez bu kəndə gizli gedir, Hacı Əhmədlə görüşüb onu və partiya üzvlərini yeni quruluşa qarşı daha qətiyyətli olmağa səsləyir, kolxoz quruculuğunun əleyhinə getmək, bolşevik rejimi rəhbərlərinə terror və cinayətlər törətmək üçün təlimatlandırırdı.
Rayon milis şöbəsinin yeni rəisi Həbib Seyidov bütün bunları və digər bu kimi məsələləri dəqiq bildiyindən, vəziyyətin məmləkət və əhali üçün çox faciəvi olacağı gözlənildiyindən Hacı Əhmədlə görüşməyi lazım bilir. Buna görə əvvəlcədən təşəbbüs edir. Yaxınlarına söyləyirmiş ki, şərtləşdiyimiz kimi, görüş gizlin sövdələşmədən sonra, iyulun 25-də onun yaxın tanışı vasitəsilə baş tutdu. Zəyəm stansiyasından atla Düyərli kəndinə Hacının evinə getdim. Gecə saat 11-ə yaxın idi. Hacı Əhməd əmi məni çox səmimi və gülərüzlə qarşıladı. Əvvəl təzə dəmlənmiş samovar çayı içdik, olub-keçənlərdən söhbət etdik.” (s. 54-55).
Göründüyü kimi, Həbib Seyidov gənc olsa da, el-oba arasında öz nüfuzu, fərasəti ilə seçilən – fərqlənən şəxs olub. Dövlət işində olsa belə, hökumətdən qaçaq düşənlərlə də görüşüb dil tapmağı bacarır. Ancaq belə bir bacarıqlı və qabiliyyətli insanın qədrini bilmirlər, onu ölkədən qaçaq salırlar və “Azadlığın ilk günü” adı ilə verilən kitabın 2-ci hissəsində də biz Həbib Seyidovun – mühacir komissarın Türkiyə ərazisinə keçdikdən sonra da dramatik bir həyata uğraşdığını görürük. Bu vilayət sənin, o vilayət mənim – sanki burdan ora, ordan bura, yəni demək olar ki, Türkiyənin hər yerini gəzdirirlər, ona “kommunist”, casus damğası vurdurmaq istəyirlər. Görünür, nacins adam harda olmasından, istər vətənində olsun, istər qürbətdə – asılı olmayaraq, hər yerdə öz nacinsliyini göstərməlidir. Türkiyədə, Qarsda da ona vətəndən Həbib kimi qaçqın düşüb gələn öz həmyerliləri tor qurmaq istəyirlər, yalandan onun kommunist olması haqda ifadə verirlər. Bu şər-böhtanla da mühacir komissarı süründürürlər, aylarla yersiz sorğu-suallara çəkirlər və Azərbaycanda olduğu kimi Türkiyədə də dramatik həyat keçirməyə məcbur olur. Məhz bu nöqteyi-nəzərdən də kitabın adındakı “həyat dramı” ifadəsi öz yerini alır. Bir sözlə, Həbib Seyidovun bütün həyatı elə doğrudan da dram janrındakı kimi daim dramatik bir durumda keçir, istər Azərbaycanda, istərsə də Türkiyədəki mühacir həyatında daim gərgin iş rejimi ilə müşayiət olunan dramatik bir ömür içində yaşayıb¬ – fəaliyyət göstərir. O ki qaldı Azərbaycanda komissar deyə çağırılan Həbibin adının əvvəlinə “mühacir” ifadəsinin əlavə olunmasına, bu da onun öz ölkəsindən başqa ölkəyə – Türkiyəyə köçməsi – mühacirət etməsi faktını özündə əks etdirir. Hətta mühacir sözü ilə bağlı bir faktı da deyim ki, mənim yaşadığım Cəbrayıl rayonunun Dağtumas kəndində bir Həsən kişi vardı ki, onun atası da vaxtilə Türkiyəyə köçdüyündən – mühacirət etdiyindən, camaat arasında ona Mühacir oğlu Həsən deyirdilər. Yəni atasının adını birbaşa mühacir sözü ilə dəyişdirib əvəz etmişdilər el arasında. Bu məntiqdən yanaşdıqda “Mühacir komissarın həyat dramı” adı çox uğurlu və məntiqəuyğun bir ad olub, əsərin əsas qəhrəmanının və eləcə də əsərin əsas ruhunun ifadəçisi kimi özünü büsbütün təsdiqləyir. Bir sözlə, biz əsər boyu yurdundan-yuvasından perik düşmüş mühacirət etmiş bir komissarın həyatını dramatik mənzərələr fonunda izləyirik.
Yazıçı – tədqiqatçı Rəhman Salmanlı kitabın 3-cü hissəsi kimi təqdim etdiyi “Mühacir komissar pensiyada” bölümündə də Həbib Seyidovun həyat yolunu işıqlandırır, onun ölümündən bir neçə il əvvəl iki dəfə Türkiyədən doğma Azərbaycana qonaq gəldiyini də həzin, kövrək duyğular işığında nəql edir. Çox acı həyat dramı deyilmi: özünün doğulub-böyüdüyün el-obana, ölkənə yaşının ixtiyar çağlarında qonaq qismində gəlib ziyarət edib sonra da geriyə qayıdasan?!. İki adla – soyadla tanınasan – yaşayasan və bir-birindən ayrı düşmüş bir insanın iki parçası – bir canın ikiyə bölünmüş ayrı-ayrı hissələri kimi də həyatdan nisgilli köçüb gedəsən. Bu sonluğu müəllif kitabda qara şriftlə xüsusi şəkildə aşağıdakı kimi oxuculara təqdim edir:
“Azərbaycanda Həbib Seyidov, Türkiyədə Həbib Gǝncəl kimi tanınan mühacir komissar, xalqımızın, elimizin-obamızın vətənpərvər oğlu, millət təəssübkeşi oğlu Zahidi Bakıya yola salandan sonra qəfildən səhhətində problemlər yaşanır, bir gün ağrıyır, bir gün yaxşılaşır, bir gün yatır, bir gün gəzir. Nəhayət, dekabrın ortalarında İstanbuldakı Cərrahpaşa xəstəxanasında 10 gün müalicədən sonra, 11 dekabr 1979-cu ildə dünyasını dəyişir. Mühacir komissar Həbib Seyidov "Güngörən" qəbiristanlığında dəfn edilir. Qızları və yaxınları Şəmkirdən torpaq gətirib qəbrinin üstünə tökmüşlər.” (səh. 171)
İstər-istəməz ürəyimdən kitabın müəllifinə qarşı bu sızıltılı ricətlər gəlib-keçir ki, Rəhman müəllim, bu ağrılı-acılı həyat dramının giziltilərini necə yaza bildiniz ki, ürəyiniz partlamadı?!. Bir oxucu kimi mən bu kitabı çox üzücü təsirlənmələr yaşayaraq başa çatdıra bildim. Hələ üstəlik də kitabı “Bizim ellər yerindəmi?” adlı 4-cü hissə ilə də kövrək duyğular altında yekunlaşdırmısınız... Bu hissə poeziyamızdakı şairlərimizin “Durnalar” rədifli şerilərilə göydə uçan durnalardan yurdu – vətəni poetik bir dillə xəbər-soraq almaları müraciətinə bənzəyir. Siz bu bölümlə qayıdıb Həbibin gözləri – düşüncələri ilə vətən torpağına üz tutursunuz, Həbib Seyidovun Azərbaycanda qoyub getdiyi doğmalarının – əzizlərinin sorağına düşürsünüz. Axı o, vətənində – doğma Azərbaycanında iki həyat yoldaşını və onlardan doğulan balalarını, eləcə də digər əzizlərini qoyub getmişdi. Ancaq çox təəssüf ki, həyat yoldaşı Vəzuhə Məşədi Piri qızından olan Fəttah və Şamil adlı iki oğlunun ikisi də Böyük Vətən müharibəsində həlak olmuşlar: Əlbəttə, bütün bu kimi faktlar canlı və qanlı faciəli həyat hekayətləridir ki, bunları araşdırmaq – qələmə almaq yazıçıdan çox böyük zəhmət və təmkin tələb edir. Rəhman müəllim çox böyük fədakarlıq, cəsarət və mətin iradə sahibi olmaq sayəsində ölkəsindən mühacir düşmüş bir komissarın həyatının – konfliktoloji dram səciyyəli həyatının bütün səhnələrini – tərəflərini öyrənmiş və kinolenti şəklində reallıqları ilə əsərində təsvir etməyə nail olmuşdur. Bu kitab həm Mühacir Komissarın – Həbib Həsən oğlu Seyidovun özünün şəxsi həyat dramını sənədləşdirib yazıya almaqla onun xatirəsi işığında bir mənəvi abidə ucaltmaq missiyasını yerinə yetirməkdir, həm də Həbib Seyidovun timsalında XX əsrin 20-30-cu illərində repressiyalara məruz qalmış, mühacir həyatı yaşamağa məcbur qalanlarının hamısının ümumiləşmiş obrazını canlandırmaq məharətidir. Mühacir həyatı yaşamaq heç kəsin öz xoşu ilə olmur, üzüdönük zəmanənin insanları öz isti yuvasından perik salıb qaçmağa vadar etməsi nəticəsində ağla gəlməyən işlərin başa gəlməsi kimi ağrılı-acılı müsibətlərə yol açılır. R.Salmanlı yazıçı ustalığı ilə məhz bu kimi acı həyati gerçəklikləri təsvir edib oxuculara göstərmişdir. Yazıçı – tədqiqatçı Rəhman Salmanlıya bundan sonra da möhkəm iradə, cansağlığı və yazıb-yaratmaq uğurları arzulayıram!

Şakir Albalıyev
filologiya elmləri doktoru
6-05-2026, 18:29
Abşeronda şəhidlər anılıb, ailə üzvlərinə baş çəkilib


Abşeronda şəhidlər anılıb,

ailə üzvlərinə baş çəkilib


Respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda da şəhidlik zirvəsinə ucalan qəhramanlarımıza və onların ailə üzvlərinə göstərilən diqqət davam etdirilir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun qələbə qazandığı Vətən Müharibəsində öz canı və qanı bahasına ölkəsini, ərazi bütövlüyünü, vətənini müdafiə edən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə orden və medallarla təltif olunan igidlərimizin anım günləri Abşeron rayonunda qeyd edilib. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Rizvan Nəbiyev və Zaur Şükürov, RİH-nin məsul əməkdaşları, RİH yanında İctimai Şuranın və Abşeron Rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimiz – Ruslan İsmayılov, Əmrah Səfərli, Mahmud Məlikov, Asif Ataşov, Azad Yolçuyev, Əsəd Həsənov, Ülvü Hüseynov, Rəşad Mehdiyev, Səxavət Abbasov, Elgün Muradov, Səbuhi Məcidov, Fərid Məmmədov, Azər Salmanov, Anar Cavadzadə, Vüsal Tahirov, Vüqar Heydərov, Rauf İbadovun doğum günlərində məzarlarını ziyarət edib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.

O cümlədən şəhidlərimiz - Ayaz İmanzadənin, Elyar Vəliyevin, Əli Ələkbərovun, Fariz Həsənovun, Elyar Vəliyevin, Kamran Kazımovun, Ramiq Ağayevin, Fərrux Bayramovun, eləcə də RİH-in əməkdaşı olmuş şəhid Ramil Ağayevin övladının doğum günlərində ailələrə baş çəkilib.

Şəhidlərimizin anım günlərində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi ilə ölkəmizin misilsiz uğurlar qazandığı qeyd olunub. Bildidirilib ki, Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri, o cümlədən soydaşlarımızın öz yurdlarına geri dönməsi Qarabağa həyatı yenidən qaytarıb. Vurğulanıb ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələrlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu hiss etdiklərini qeyd edərək bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.





6-05-2026, 18:03
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur

Azərbaycan və İtaliya

münasibətləri yeni

mərhələyə qədəm qoyur


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana səfəri zamanı verdiyi bəyanatda iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini bildirib.
Dövlət başçısı qeyd edib ki, 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr Azərbaycan ilə İtaliya arasında əlaqələrin əsasını təşkil edir və bu sənədlərdə əksini tapan müddəalar artıq praktik müstəvidə öz təsdiqini tapıb. Prezident İlham Əliyev vurğulayıb ki, Giorgia Meloninin Ermənistan səfərindən sonra Azərbaycana gəlməsi xüsusi rəmzi əhəmiyyət daşıyır və bu, ölkəmizə göstərilən hörmətin bariz nümunəsidir. O, bu səfərin regionda formalaşan yeni əməkdaşlıq mühitinə də müsbət təsir göstərəcəyini qeyd edib.
Prezident bildirib ki, Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələr ən yüksək səviyyədədir və iqtisadi əməkdaşlıq da dinamik inkişaf edir. Onun sözlərinə görə, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Energetika sahəsində əməkdaşlığın xüsusi yer tutduğunu deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə qərarlaşıb.
İlham Əliyev diqqətə çatdırıb ki, İtaliya bazarı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Ötən il ixrac edilən 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri məhz İtaliyaya göndərilib. Bu həcmin artırılması məqsədilə tərəflər arasında müzakirələr aparılıb və bu istiqamətdə Trans Adriatic Pipeline layihəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Prezident əlavə edib ki, enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına da mühüm töhfə verir.
Prezident həmçinin yeni əməkdaşlıq istiqamətlərindən biri kimi hərbi-texniki sahədə tərəfdaşlığın perspektivli olduğunu bildirib. Bu çərçivədə birgə istehsalın təşkili və İtaliya texnologiyalarının Azərbaycan investisiyaları ilə birləşdirilməsi imkanlarının müzakirə olunduğu qeyd edilib. Bununla yanaşı, yüksək texnologiyalar, sənaye və innovasiya sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan Dövlət Neft Fondu tərəfindən son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırılıb və bu investisiyaların yeni layihələrə yönəldilməsi məsələsi də gündəmdədir. Bu addımların iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə xidmət etdiyi qeyd olunub.
İlham Əliyev vurğulayıb ki, İtaliya şirkətləri Azərbaycanda uzun illərdir uğurla fəaliyyət göstərir və hazırda onların sayı 130-a yaxındır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında İtaliya şirkətləri tərəfindən 23 layihə icra olunur və bu göstərici üzrə İtaliya qabaqcıl mövqedədir. Prezident bu bölgələrdə həyata keçirilən layihələrin bərpa və yenidənqurma prosesinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Dövlət başçısı iki ölkə arasında əməkdaşlıqda təhsil sahəsinin də mühüm yer tutduğunu qeyd edib. O bildirib ki, ötən il Bakıda İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və artıq 500-dən çox tələbə burada təhsil alır. Prezidentin sözlərinə görə, bu ali təhsil ocağı gələcəkdə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək, eyni zamanda yeni nəsil peşəkar kadrların yetişməsində mühüm rol oynayacaq.
Sonda Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib və bu səfərin ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olacağını vurğulayıb.

Lamiyə Həsənzadə
Azim Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru
6-05-2026, 07:00
3 şəhidimizin qalıqları tapıldı


3 şəhidimizin qalıqları tapıldı

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları 33 ildən sonra müəyyən edilib.
Bir qərinə itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib. Aparılan araşdırmalar nəticəsində 33 il əvvəl itkin düşmüş üç nəfərin nəşinin qalıqları müəyyən edilib. Məlumata görə, Sadıqov Zaur İmamqulu oğlu 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü il iyulun 22-də itkin düşmüşdü. Digər itkin şəxs, Həziyev Ələddin Həzi oğlu da 1973-cü ildə İşıqlı kəndində anadan olub. Onun 1993-cü il iyulun 2-də itkin düşdüyü bildirilir.

Cəfərov Rafiq Şakir oğlu isə 1973-cü ildə rayonun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, 1993-cü il avqustun 23-də itkin düşmüşdü. Bildirilir ki, hər üç şəxsin nəşinin qalıqları mayən 15-də dəfn olunacaq.

6-05-2026, 06:51
Belarus Ermənistana nota verdi


Belarus Ermənistana nota verdi

Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sərkisyan Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Belarus XİN məlumat yayıb.
“Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq erməni diplomata sərt etiraz bildirilib və müvafiq nota təqdim edilib”, - məlumatda bildirilib.
Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Belarusu Rusiyanın əyaləti adlandırmış və Ermənistanın bu cür əyalət kimi idarə olunmayacağını bəyan etmişdi. Belarus hakimiyyəti buna öz etirazını bildirmişdi.

5-05-2026, 21:06
Prezident Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Prezident Kallasın başçılıq etdiyi

nümayəndə heyətini qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlandı, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edildi.
Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını İlham Əliyevə çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş etdi.
Kaya Kallas Antonio Koştanın ölkəmizə səfəri zamanı dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxundu.
Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu dedi.
Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxundu. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğuladı. Bu xüsusda dövlətimizin başçısı qeyd etdi ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.
Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunuldu, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulandı. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirildi. Ötən gün İrəvanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirildi.
Görüşdə vurğulandı ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.
Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edildi, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olundu.
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.
5-05-2026, 20:59
Hökumət istefaya göndərilib

Hökumət istefaya göndərilib

Rumıniyada hökumət etimadsızlıq nəticəsində istefaya göndərilib.
Parlamentdə keçirilən səsvermədə Baş nazir İlİe Bolojanın rəhbərlik etdiyi hökumətə qarşı irəli sürülən etimadsızlıq təşəbbüsü deputatların əksəriyyəti tərəfindən dəstəklənib. Belə ki, səsvermədə iştirak edən 402 deputatdan 281-i hökumətə etimadsızlıq votumunun lehinə səs verib. Nəticədə Nazirlər Kabineti istefaya göndərilib.
Qeyd olunur ki, təşəbbüs ölkənin ən böyük siyasi qüvvəsi olan Sosial-Demokrat Partiyası, həmçinin “Rumınların Birləşməsi Alyansı” və “Rumıniya üçün Prioritet” (PACE) partiyası tərəfindən irəli sürülüb.
Məlumata görə, səsvermə zamanı Baş nazir İlİe Bolojan parlament zalını tərk edib.
Etimadsızlıq votumu “Bolojan planını dayandırın” şüarı ilə hazırlanıb və sənəddə hökumətin iqtisadi siyasəti tənqid olunub.
Rumıniya Prezidenti Nikuşor Dan səsvermədən əvvəl çıxışında nəticədən asılı olmayaraq ölkənin “Qərb vektoru”nun qorunacağını bildirib.
Xatırladaq ki, İlİe Bolojanın rəhbərlik etdiyi hökumət 2025-ci ilin iyun ayında parlamentdən etimad votumu alaraq fəaliyyətə başlamışdı.
5-05-2026, 18:39
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub

Sülh prosesi və yeni regional

reallıqlar müzakirə olunub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək Ermənistanla sülh prosesi, regional əməkdaşlıq və Avropa institutlarının mövqeyi ilə bağlı mühüm mesajlar səsləndirib.

Dövlət başçısı bildirib ki, Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib. Cənab Prezident İlham Əliyev həmçinin qeyd edib ki, bir il əvvəl Tirana səfəri zamanı Avropa Komissiyasının sədri Ursula von der Leyen və Antonio Costa tərəfindən Ermənistan və Azərbaycanda Zirvə görüşlərinin təşkili ideyası irəli sürülüb və bu təkliflərə müsbət yanaşma sərgilənib. O, tarazlı yanaşma çərçivəsində 2028-ci ildə Zirvə toplantısının Azərbaycanda keçirilməsi təşəbbüsünü də irəli sürdüyünü və bunun qəbul olunduğunu bildirib. Prezident Ermənistanın da bu namizədliyi dəstəklədiyini vurğulayaraq bunu iki ölkə arasında sülhün real nəticəsi kimi qiymətləndirib.
Dövlət başçısı çıxışında Ermənistanla sülhün artıq faktiki reallığa çevrildiyini, son aylarda Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırıldığını, həmçinin ilk dəfə olaraq neft məhsullarının – benzin və dizelin bu ölkəyə ixracına başlanıldığını qeyd edib. Onun sözlərinə görə, bu addımlar regionda iqtisadi əlaqələrin bərpasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edir.
Prezident İlham Əliyev ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni xatırladaraq, sülh sazişi üzrə irəliləyişlərin artıq praktik nəticələr verdiyini bildirib. O, Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırmasını və bunun regionda yeni əməkdaşlıq imkanları yaratdığını vurğulayıb.
Dövlət başçısı çıxışında bəzi Avropa təsisatlarının – xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Ermənistan–Azərbaycan sülh prosesinə münasibətdə qeyri-konstruktiv mövqe sərgilədiyini və ikili standartlara yol verdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan uzun illər Avropa Şurasının üzvü olsa da, 2023-cü ildən sonra AŞPA tərəfindən nümayəndə heyətinə qarşı məhdudiyyətlər tətbiq olunub.
Prezident həmçinin Avropa Parlamentini ksenofobiya, islamofobiya, miqrasiya və digər qlobal problemləri həll etmək əvəzinə, Azərbaycan əleyhinə qətnamələr qəbul etməkdə ittiham edib. O qeyd edib ki, son beş il ərzində bu qurum tərəfindən Azərbaycanla bağlı 14 qətnamə qəbul olunub və bunun sülh prosesinə zərər vurduğu bildirilib.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması və parlamentlərarası əlaqələrin məhdudlaşdırılması barədə qərar qəbul etdiyini də diqqətə çatdırıb.
Yekunda Prezident İlham Əliyev bütün çətinliklərə baxmayaraq Azərbaycanın sülh gündəliyinə sadiq qaldığını vurğulayıb və Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi münasibəti ilə təbrik edib. O, regionda sülhün möhkəmlənməsi istiqamətində əldə olunan nəticələrin davamlı olacağına ümidini ifadə edib.

Ceyhun Ələsgərov
Məmmədli Bələdiyyəsinin sədri
5-05-2026, 18:32
SUMQAYIT HADİSƏLƏRİ:

SUMQAYIT HADİSƏLƏRİ:

JURNALİST RAMİQ SÜLEYMANOĞLU


Əzəli yurd yerimiz Qərbi Azərbaycandan (Ermənistan) həmvətənlərimizə qarşı həyata keçirilən sonuncu etnik təmizləmədən (1987-1991) danışarkən Sumqayıt hadisələrindən yan keçmək mükün deyil. SSRİ xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən düşünülmüş şəkildə təşkil olunmuş bu təxribatdan erməni lobbisi ciddi şəkildə istifadə etmişdir. Sumqayıt təxribatının ana xəttini Erməni xalqı ilə Azərbaycan xalqının bir yerdə yaşamasının qeyri- mükünlüyü fikirini yaratmaq və Qarabağı (DQMV) Ermənistan SSR-yə birləşdirmək məqsədi daşıyırdı.Bu ideya sonradan Miyatsum adı ilə populuyarlıq qazanaraq əsasən ermənilərin yaratdığı Qarabağ Komitəsi və Krunq təşkilatlarının fəaliyyətini əhatə etməyə başladı. Sumqayıt təxribatı isə 26-29 fevral 1988-ci il tarixində Sumqayıt şəhərində üç gün davam edərək kütləvi iğtişaş, zorlama qətllər və qarətlərlə müşayiət olunmuş ağır bir faciə oldu. Hadisənin “qəhrəmanı” isə erməni millətindən olan Eduard Qriqoriyan və onun dəstəsi idi. SSRİ xüsusi xidmət orqanının təşkil etdiyi bu təxribatı idbar formada icra edən E.Qriqoriyanın sonradan SSRİ hökuməti tərəfindən himayə edilməsi bu faktı bir daha təsdiq edir.
Ermənilər bu təxribatdan özlərinin zülmə məruz qalan məzlum obrazını daha da möhkəmləndirməyə çalışdılar. Erməni lobbisi Ermənistan daxilində revanşist qüvvələrə ayaqda saxlamaq üçün onlara daimi Sumqayıt hadisəsini aşılamağa çalışdılar. Ermənilər Sumqayıt təxribatından sonra Azərbaycan xalqına qarşı
törətdikləri soyqırım cinayətlərinin hər birində guya Sumqayıtın qisasını aldıqlarını bildirirdilər. Sumqayıt təxribatına siyasi hüquqi qiymət verilməsi daima aktual olaraq qalsa da bunun üzərində sistematik iş aparılmadı.
Lakin başda Eduard Qiriqoriyan olmaqla Sumqayıt təxribatında iştirak etmiş otuzdan çox erməni cinayətkarlarının dosyelərini araşdırarkən bu təxribatın hansı məqsədə xidmət etdiyi aydın görünür. Eyni zamanda E. Qriqoryana yaxından köməklik göstərən Nalyotçik” qrupunun üzvlərinin siyahısı bu təxribatın “qəhrəmanlarının” ermənilər olması faktını təsdiq edir. Siyahını təqdim edirik. Sumqayıt təxribatını icra edən ermənilərin siyahısı. Onu da qeyd edək ki, bunların içərisində bir nəfərdə gürcü millətindən olan şəxs də var.
SUMQAYIT TƏXRİBATINDA İŞTİRAK ETMİŞ ERMƏNİLƏRİN SİYAHISI
Qriqoryan Albert, Tiqran, Ernest Robertoviçlər (Eduard Qriqoryanın qardaşları)
Markaryan Valeri (Bakı şəhərinin sakini, sürücü. İdarə etdiyi avtobusla Sumqayıtda 5 azərbaycanlını vurub öldürmüşdür) Kommunist” qəzetinin (erməni dilində) müxbirləri Eduard Mosesov, Qriqoryan Artur, Qriqori Aqadlanyan hadisə zamanı foto və video çəkilişlər aparırdı.Viktor Petrosyan, Vacik Petrosyan, Sergey Avakyan, Edik Melkumyan, Djapolad Ambartsumya,b Qarik Altunyan, Kamo Tamrazyan, Konstantin Pxakadze, Artaş Qriqoryan, Valeriy Arakelyan, Sergey Arakelyan, Krunk” təşkilatının üzvləri Engels, Benik Qriqoryan, Zoya Maryan, Valeriy Mixaylovic, Slfvik Asatryan, Mixail Gevorkyan, ;Qarabağ” komitəsinin üzvləri Levon Saturyan, Rudik Ambartsumyan, Albert Minasyan, Anatoliy Davidyan , Suren Sərkisyan və Aram Zaxaryan iğtişaşlarda qarətlə məşğul olub Zazyen Ağababyan, Bomasyan Qoqar,. Qarabağ bizimdir!”, ;Ermənilərə ölüm!” deyə camaatı mitinqə səsləyiblər.
Sonralar bu terrorçu qrup Orta Asiyada Fərqanədə və Oşda eyni cinayətləri törətməkləri sübuta yetirildi. Sonra isə 1991-ci ilin avqust ayında Gennadi Yanayevin uğursuz dövlət çevrilişi cəhdindən sonra otağında axatarış aparılarakən Sumqayıt təxribatı ilə bağlı sənədlərin tapılması bu hadisənin SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq ermənilər tərəfindən icra edildiyi təsdiqini tapdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 may 2012-ci il tarixində Heydər Əliyev Mərkəzinin açılışındakı çıxışında bu barədə deyir: “Heç kim üçün sirr deyil ki, Sumqayıt hadisələrinin erməni millətçiləri törətmişdir. Bu onların təxribatı idi və orada ən çox qəddarlıq göstərən erməni millətindən olanlar idi. Məqsəd də aydındır ki, bu hadisələrdən istifadə edib Azərbaycana qarşı əsassız iddialar irəli sürülsün, ondan sonra azərbaycanlılara qarşı soyqırımı ittihamı əsaslandırılsın” .

SUMQAYIT TƏXRİBATINA QURBAN GETMİŞ AZƏRBAYCANLILARIN SİYAHISI
Sumqayıt təxribatı zamanı diqqətdən kənarda qalan bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Erməni təxribatına qurban gedən 6 nəfər azərbaycanlının (bir nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb) taleyi hətta daxili auditoriyaya belə ictimai rəyə o qədərdə çatdırılmayıb. Təxribatın qurbanları Vəkil Babayev, Dadaş Xudaşov, Natiq İsgəndərov, Canpolad Orucov, Surxay Əliyev barəsində geniş ictimaiyyətə lazımi məlumatlar verilməyib. O vaxtki səriştəsiz və laqeyid Azərbaycan rəhbərliyi hadisələrə adekvat qiymət vermək əvəzinə müti qul kimi Kremliyə itaət yolu tutaraq öz hakimiyyətlərini qorumağa çalışdılar.
SUMQAYIT HADİSƏLƏRİNİ ARAŞDIRAN FƏDAKAR JURNALİST
Lakin o dövrki ölkə rəhbərliyinin qeyri-adekvat münasibətlərinə baxmayaraq bu hadisələri cəsarətlə araşdıran hətta ömrünü bu işlərə həsr edən fədakar vətən oğullarımız da var idi. Bu gün belə şəxslərdən biri haqqında ömrünü Sumqayıt faciəsinin tədqiqinə və düzgün siyasi-hüquqi qiymət verilməsinə həsr etmiş fədakar bir jurnalistdən Ramiq Süleyman oğlu Bayramovdan (Ramiq Süleymanoğlu) danışacağıq.
Bayramov Ramiq Süleyman oğlu, 16 iyul 1959-cu ildə Şərur rayonun Qarabağlar kəndində ziyalı ailəsində anadan olub. 1966-1976-cı illərdə Qarabağlar kənd 1 nömrəli orta məktəbində təhsil alıb və həmin ildə Bakı Yeyinti Sənaye Texnikumuna daxil olub. 1977-79-cu illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra təhsilini bitirərək ixtisasına uyğun müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olub. 1988-ci ildən müstəqil təhqiqatçı jurnalist kimi ictimai fəaliyyət göstərib. 25 iyul 2010-cu ildə ürək çatışmamazlığından vəfat edib, Sumqayıt şəhərində dəfn olunub. Ailəli idi, 4 övladı var, 3 qız, 1 oğlan. Ramiq Süleymanoğlu demək olar ki, bütün jurnalistlik fəaliyyətini məhz Sumqayıt təxribatının araşdırılmasına həsr edib. O, bu mövzuda ayrı-ayrı vaxtlarda “Arxadan vurulan zərbə”, “Ölüm hökmü”, “Tarix bizi bağışlamayacaq”, “Sumqayıt faciəsi və ya üstümüzə atılan böhtan”, “Tanrı haqqın tərəfindədir” “Daha susmaq olmaz”, “Kimdir müqəssir?” adlı araşdırma yazıları və 1997-1998-ci illərdə Sumqayıt təxribatı ilə bağlı 5 radio verilişi hazırlayıb.
Onu da qeyd edək ki, Sumqayıt Xalq deputatları Sovetinin 29 sentyabr 1992-ci il tarixli sessiyasının qərarı ilə XDS-nin sədr müavini Rauf Zeyninin sədrliyi ilə Sumqayıt təxribatının araşdırılması məqsədi ilə deputat istintaq komissiyası yaradılıb. Komissiyanın sədri R.Zeyninin təşəbbüsü ilə ilə araşdırmaçı jurnalist Ramiq Süleymanoğlu komissiyanın müavini təyin edilib. Araşdırmalar zamanı məlum olub ki, dörd mindən çox Sumqayıt sakini hadisələrlə bağlı inzibati, yüzə yaxın insan isə cinayət məsuliyyətinə cəlb edilib. Qurbanlar arasında bir nəfər Əhməd İmani oğlu Əhmədov isə SSRİ Ali Məhkəməsinin Plenumunun qərarı ilə ölüm hökmü verilib. Jurnalist Ramiq Süleymanoğlunu bu hadisələrə bağlayan səbəblərdən biridə hadisələrin günahsız qurbanı Əhməd Əhmədovun onun yaxın qohumu olması idi.
Təsadüfi deyil ki, araşdırmaçı jurnalist Ramiq Süleymanoğlu ömrünün sonuna qədər sistematik olaraq bu işi davam etdirmişdir. O, 12 yanvar 2006-cı il tarixində bu mövzuda mətbuat konfransı keçirmişdir. Konfransda R.Süleymanoğlu tarix boyu çarizmin xəyanətkar erməni qarargüruhundan və daşnaklarından xalqımıza qarşı süngü kimi istifadə etdiyini xatırlatmış, 1988-c ilin fevral ayında Sumqayıtda baş verən hadisələrin keçmiş SSRİ-nin ali hakimiyyət orqanlarının rəhbərliyi ilə məhz bu qüvvələrin törətdiyini bildirmişdir. Hadisələrin canlı şahidi olmuş jurnalist 18 il əvvəl baş vermiş təxribatın təşkilatçılarının Sumqayıtda iğtişaşlar törətmək üçün süni şərait yaratdıqlarını, Azərbaycan dilini təmiz bilən müxtəlif millətlərdən (əsasən, ermənilərdən) ibarət təxribatçı qrupların əhali arasında yerləşdirildiyini qeyd etmişdir. R.Süleymanoğlu, uzun illər günahsız olaraq həbsdə yatmış vətəndaşlarımıza bəraət verilməsinin və bu hadisələr barədə əsil həqiqətin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılmasının zəruriliyini vurğulamışdır. Xalq qəzetinin əməkdaşı, əməkdar jurnalist Əli Nəcəfxanlı Sumqayıta həsr edilmiş “Sumqayıt hadisələri erməni təxribatının tərkib hissəsi idi” (02.03.2011-ci il tarixli) adlı məqaləsində bildirir: “Jurnalist Ramiq Süleymanoğlu da Sumqayıt hadisələrini dərindən araşdıran və ayrı-ayrı mətbuat orqanlarında bu mövzuda maraqlı analitik məqalələrlə çıxış edən azsaylı ziyalılardan idi. Mən ötən yay Ramiqlə şəxsən tanış olmuş və Sumqayıt hadisələrinin növbəti ildönümündə ondan müsahibə almağı nəzərdə tutmuşdum. Amma bu günlərdə fədakar insanın vəfat etdiyini eşidəndə təəssüf hissləri keçirməkdən başqa əlimdən heç nə gəlmədi”.
Eyni zamanda mərhum əməkdar jurnalist Eyruz Məmmədov Ermənilərin Sumqayıtda qanlı aksiyaları" kitabında Ramiq Süleymanoğlunun xidmətini xüsusi qeyd edib və onun yazılarından bəzi nümunələri misal gətirib. Qərbi Azərbaycandan sonuncu etnik təmizləmə ilə bağlı araşdırma zamanı Sumqayıt hadisələrinə bir daha qayıtmalı olduq. Bu sırada həyatını Sumqayıt faciəsinin düzgün siyasi-hüquqi qiymət verilməsinə həsr etmiş Ramiq Süleymanoğlunun fəaliyyətini araşdırmağı da özümüzə borc bildik. Fədakar jurnalist Ramiq Süleymanoğlunun parlaq xatirəsini rəhmətlə anırıq !

Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas
5-05-2026, 18:22
Qarabağ Universitetində əqli mülkiyyət hüququ ilə bağlı təlim keçirilib


Qarabağ Universitetində əqli mülkiyyət

hüququ ilə bağlı təlim keçirilib



Ümumdünya Əqli Mülkiyyət Təşkiatının (ƏMT) 2000-ci ildə qəbul olunmuş qərarı ilə 26 aprel “Ümum­dünya Əqli Mülkiyyət günü” kimi elan edilmişdir. Dünyanın əksər dövlətlərində, o cümlədən də Respublikamızda bu gün geniş qeyd olunur.
Bu günün ƏMT tərəfindən qeyd ounmasının məqsədi insan təfəkkürünün məhsulu olan əqli mül­kiy­­yətin mədəni, sosial, iqtisadi, texnoloji və s. sahələrdə önə çıxarılması, müəllif hüquqlarının qorun­ması, müəlliflərin rifahının yaxşılaşdırılması, elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat hallarının qarşısının alınmasını, əqli mülkiyyətin kreativ iqtisadiyyata tətbiqini, mədəni və yaradıcı sənayelərin inkişafını təmin etməkdir.
Sevindirici haldır ki, builki əqli mülkiyyət günü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi qrant müsabiqə­sinin qalibi olmuş “Hüquqi Tədqiqatlar Mərkəzi” ictimai birliyi tərəfindən “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi çərçivəsində aprelin 24-də Xankəndidə – Qarabağ Universitetində keçirilən “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı?” mövzusunda təlimdə qeyd edildi.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi anıldıqdan sonra tədbiri giriş sözü ilə açan Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov dünyada, ölkəmizdə və Qarabağ Universitetində əqli mülkiyyət və müəllif hüquqlarının qorunmasına verilən diqqətdən danışdı, universitetdə aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verdi, təlim mövzusunun aktuallığını və əhəmiyyətini xüsusi qeyd etdi.
Təlimdə giriş sözü ilə çıxış edən “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin rəhbəri, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti Bəxşeyiş Əsgərov tədbirin məhz aprelin 24-də, özü də Xankəndidə keçirilməsinin rəmzi xarakter daşıdığını qeyd etdi, azad Qarabağda, ölkəmizin ən gənc ali təhsil müəssisəsi olan Qarabağ Universitetində keçirilməsinə xüsusi dəyər vermiş, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev başda olmaqla bu günü bizə bəxş edən hər kəsə dərin minnətdarlığını bildirərək, Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq zirvəsinə yüksəlmiş şəhidlərimizin xatirəsini bir daha yad etdi. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, ölkəmizdə hüquqi biliklərin təbliği, hüquq düşüncəsi və hüquq mədəniyyətinin yüksəldilməsi istiqamətində gördükləri işlər, ölkənin elmi, mədəni və iqtisadi həyatında əqli mülkiyyətin rolu, müasir dövrdə dünyada əqli mülkiyyət hüququnun qorunması prosesi, ölkəmizin əqli mülkiyyət hüququ sahəsində apardığı məqsədyönlü siyasət, eləcə də bu sahədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin vətəndaş cəmiyyəti təşkilatları ilə apardıqları birgə uğurlu fəaliyyətləri barədə geniş məlumat verdi.
44 günlük müharibə nəticəsində qazanılmış Şanlı Qələbədən sonra ekoloji aksiyalar zamanı Şuşa şəhərində olduğunu qeyd edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Heydər Mirzəyev işğaldan tam azad olunmuş Qarabağda - Xankəndidə ilk dəfə olmağından keçirdiyi hissləri dilə gətirərək “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi layihə çərçivəsində təlimin Qarabağ Universitetində keçirilməsinin sevinc və qürur hissi doğurduğunu söylədi, rektor Şahin Bayramova və Universitetin kollektivinə təşəkkür etdi. O, bildirdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün keçirilən "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi" ölkədə mədəniyyət ekosisteminin müasirləşdirilməsi və vətəndaş cəmiyyətinin bu prosesdə aktiv iştirakını təmin etmək məqsədi daşıyır. O, “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi layihənin cəmiyyətimizin mühüm problemlərindən birinə həsr olunduğunu və 2024-cü ildə uğurla həyata keçirilmiş layihənin davamı olduğunu qeyd etdi.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri Vüsal Quliyev Agentliyin fəaliyyəti barədə söz açaraq, əqli mülkiyyət hüququnun qorunması sahəsində qəbul olunan normativ-hüquqi aktlardan, görülən tədbirlərdən, müəlliflərlə aparılan metodiki işlərdən danışdı, əqli mülkiyyət sahiblərinin məlumatlandırılması sahəsində, eləcə də Agentliyin fəaliyyətinin populyarlaşdırılması istiqamətində gördüyü işlərə görə “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nə təşəkkür etdi.
Layihənin eksperti, tanınmış hüquqşünas, “Müstəqil Hüquq Mərkəzi” İB-nin sədri Aydın Kərimov gənc alimlərin, yaradıcı ziyalıların, Universitetin akademik heyətinin fəal iştirak etdiyi təlimdə interaktiv şəkildə əqli mülkiyyətin mahiyyəti, müasir dünyada yeri, informasiya texnologiyaları və əqli mülkiyyətin qarşılıqlı əlaqəsi, yaradıcı və mədəni sənayelərin inkişafı, ali təhsil müəssisələrində əqli mülkiyyət sahəsində aparılan siyasət, müəllif hüquqlarının qorunma mexanizmi, müəllif hüquqları və əlaqəli hüquqların qorunmasında müəlliflərin rolu, elmi tədqiqatlarda plagiatın qarşısının alınması, əqli mülkiyyət məhsullarının əmtəələşdirilməsi, kreativ iqtisadiyyata tətbiqi və s. məsələləri canlı ünsiyyət və fikir mübadiləsi şəraitində təqdim etdi. Təlim zamanı Universitetin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, Azıx mağarası laboratoriyasının müdiri Əjdər Babazadə, hüquqşünaslıq ixtisası üzrə müəllimlər Ləman Həsənzadə və Nuranə Məmmədova, Elm şöbəsinin mütəxəssisi Rəsmiyyə Məmmədova, kimya müəllimi Səxavət Dadaşov və başqaları faydalı təkliflərini bildirdilər, geniş fikir mübadiləsi aparıldı.
İştirakçılar tərəfindən əqli mülkiyyət sahəsində maarifləndirici təlimlərin davamlı şəkildə keçirilməsinin zəruriliyi, elmi, hüquqi, iqtisadi terminlərin mütəmadi istifadəsinin bu sahədə təfəkkür tərzinin formalaşmasına, müəlliflərin fəallığının artmasına, yaradıcı insanlarla dövlət orqanları arasında əməkdaşlığın artmasına kömək etdiyi qeyd edildi. Həmçinin müəllif hüquqlarının müdafiəsi prosesinə hüquqşünasların cəlb edilməsinin vacibliyi söylənildi.
Qeyd edilməlidir ki, həm müvafiq struktur bölmələri ilə tanışlıq, həmçinin təlimin nəticələri göstərdi ki, yaranmasından qısa bir müddət keçməsinə baxmayaraq həm təhsil, həm də elm sahəsində uğurlu addımlar atan Qarabağ Universitetinin fəaliyyətində əqli mülkiyyət hüququnun təmin edilməsi, müəllif hüquqlarının qorunması, müəllim və tələbələrin elmi və yaradıcılıq potensialının artırılması prioritet təşkil edir. Bu istiqamət əqli mülkiyyət münasibətlərinin tənzimlənməsi üzrə zəngin yerli və beynəlxalq təcrübəyə malik olan universitetin rektoru Şahin Bayramovun daim diqqət mərkəzindədir.
Layihə çərçivəsində interaktiv və kazuslar üzrə keçirilən təlimdə Qarabağ Universitetinin alimləri və yaradıcı əməkdaşları fəal iştirak etdilər. BDU-nun hüquq fakultəsinin dosenti B. Əsgərovun və MHM İB-nin sədri, hüquqşünas A. Kərimovun apardığı, Əqli Mülkiyyət Agentliyini şöbə müdiri V.Quliyevin fəal iştirak etdiyi təlimdə əqli mülkiyyət hüququnun mahiyyəti, əqli mülkiyyət sahiblərinin elmi, mədəni, texniki, bədii, iqtisadi sahələrdə rolu, əqli mülkiyyət məhsullarının əmtəəələşdirilməsi, kreativ iqtisadiyyat, müəllif hüquqlarının müdafiə mexanizmləri və s. barədə elmi, hüquqi və praktik məlumatlar verildi. İştirakçıların sualları cavablandırıldı, qaldırdıqları məsələlər müzakirə olundu.
Təlimin gedişində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri, professor Kamran İmanovun rəhbərliyi və müəllifliyi ilə dərc olunmuş əqli mülkiyyət hüququnun müxtəlif sahələrinə dair çoxsaylı kitablar və vəsaitlər Qarabağ Universitetinin kitabxanasına hədiyyə edildi. Eləcə də “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin Agentliyin metodiki dəstəyi ilə layihənin mövzusu üzrə hazırladığı qanunvericilik aktlarından ibarət toplu tədbir iştirakçılarına paylandı.
“Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin rəhbəri B.Əsgərov təlimin yüksək səviyyədə təşkilinə, təlimdə fəal iştiraka görə Qarabağ Universitetinin rektoru Şahin Bayramova və professor-müəllim heyətinə təşəkkür etdi.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!