Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var? .....                        Bakıda xəstəxanadan oğurluq edildi .....                        Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB .....                        Dəmir Yolları maliyyə vəziyyətini açıqladı .....                        Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov .....                        Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq .....                        "Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı .....                        “Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı .....                        Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI .....                       
11-07-2025, 19:25
Lavrov Şimali Koreyaya getdi

Lavrov Şimali Koreyaya getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.
Lavrov səfər çərçivəsində olan Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xi ilə danışıqlar aparacaq.
Məlumata görə, Rusiya XİN rəhbərinin səfəri iyulun 13-dək davam edəcək.
11-07-2025, 18:19
Ərdoğandan PKK ilə bağlı mühüm paylaşım

Ərdoğandan PKK ilə bağlı mühüm paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK terror təşkilatı tərəfdarlarının bu gün İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsi barədə paylaşım edib.
"Terrorsuz Türkiyə" hədəfimizə gedən yolda bu gün atılan mühüm addımın xeyirlərə vəsilə olmasını diləyirəm. Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və bölgəmizdə daimi sülhün təsisi üçün yeridiyimiz bu yolda Allah hədəflərimizə çatmağı bizlərə nəsib eləsin",-Türkiyə Prezidenti vurğulayıb.
Xatırladaq ki, “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.
11-07-2025, 17:32
Zelenski Rusiya ilə gələcək danışıqların şərtlərini açıqlayıb

Zelenski Rusiya ilə gələcək danışıqların şərtlərini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə gələcək danışıqların şərtlərini açıqlayıb.
Ukraynanın müharibədən sonra reabilitasiyası üzrə 4-cü Beynəlxalq Konfransın keçirildiyi Romadakı mətbuat konfransında Zelenski deyib: “Biz tərəflərin ikinci görüşdə - İstanbulda razılaşdırdığı mübadilələri tamamlamalıyıq”.
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların ikinci raundu keçirilib. Tərəflər müharibədə həlak olan 6 min hərbçinin cəsədinin bir-birinə verilməsi ilə yanaşı, ağır yaralıların, habelə yaşı 25-dən aşağı olan hərbi əsirlərin mübadiləsi barədə razılığa gəliblər.
Bunun ardınca iyunun 9, 10, 12, 19 və 20-də bir sıra hərbi əsirlərin mübadiləsi baş tutub. Eyni zamanda, ölənlərin cəsədlərinin mübadiləsi aparılıb.
Zelenskinin sözlərinə görə, mübadilələr yaxın vaxtlarda başa çatacaq.
"Yalnız bundan sonra komandalar effektiv variantın müzakirəsinə - liderlər səviyyəsində görüşün hazırlanmasına keçə biləcəklər", - o deyib.
Zelenskinin sözlərinə görə, onun üçün ən arzu olunan format dövlət başçıları səviyyəsində keçiriləcək Ukrayna-Rusiya-ABŞ formatıdır.
Ukrayna liderinin sözlərinə görə, masa arxasında təkcə sözlər deyil, həm də “konkret təminatlar” səsləndirilməlidir. Eyni zamanda, Zelenski xatırladıb ki, Vatikan, Avstriya, İsveçrə və Türkiyə artıq dialoq üçün platformalar təklif ediblər.
11-07-2025, 17:10
Paşinyan müşavirə keçirdi

Paşinyan müşavirə keçirdi

Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə işgüzar müşavirə keçirilib.
İclasda Ədliyyə Nazirliyinin Penitensiar Sistemində İslahat Konsepsiyası müzakirə edilib.
Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, müzakirələrdə Ermənistanın icra, qanunvericilik və məhkəmə orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Ədliyyə naziri Srbuhi Qalyan penitensiar sistemin prioritetlərini və inkişaf istiqamətlərini təqdim edib. Xüsusilə penitensiar müəssisələrin potensialının inkişaf etdirilməsi, işçilərin əmək potensialının təmin edilməsi, yenidən sosiallaşma proqramlarının genişləndirilməsi və cəzaçəkmə müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması məsələlərinə toxunulub.
Müzakirə zamanı nəzərdə tutulan istiqamətlər üzrə gələcək fəaliyyət və addımlara aydınlıq gətirilib.
11-07-2025, 15:36
Parlament PKK-ya görə yeni komissiya yaradır

Parlament PKK-ya görə yeni komissiya yaradır

İqtidarın “Terrorsuz Türkiyə”, DEM Partiyasının isə “Sülh və Demokratik Cəmiyyət Prosesi” adlandırdığı bu mərhələdə PKK-nın silahı yerə qoymağa başlamasından sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) müvafiq iş başlayıb.
TBMM sədri Numan Kurtulmuş gələn həftə bu proses çərçivəsində parlamentdə yeni komissiyanın qurulması üçün siyasi partiyaların qrup sədr müavinləri ilə toplantı keçirməyi planlaşdırır. Bu toplantıda siyasi partiyaların həmin komissiyanın iş prinsipi və strukturu ilə bağlı təklifləri müzakirə olunacaq.
Məclis komissiyası qurulduqdan sonra müvafiq dövlət qurumları üzvləri məlumatlandıracaq. Komissiyada razılaşdırılmış sənədlər qanunvericilik prosedurları çərçivəsində plenar iclasda müzakirə olunacaq. “Cəza qanunvericiliyi”ndə ediləcək dəyişikliklər də bu komissiyada formalaşacaq.
Məclis ayın sonuna doğru tətilə çıxacağı üçün ilk hüquqi tənzimləmələr yeni qanunverici il başladıqdan sonra - 1 oktyabrdan etibarən Məclisin gündəliyinə daxil olacaq.
11-07-2025, 15:31
PKK silahlarını yandırır: "Azad iradəmizlə edirik" - FOTO

PKK silahlarını yandırır: "Azad iradəmizlə edirik" - FOTO

PKK terror təşkilatı həbsdəki lideri Abdullah Öcalanın etdiyi çağırışa müvafiq olaraq bu gündən silahları yerə qoymağa başlayıb. İlk simvolik mərasim İraqın şimalındakı Süleymaniyyə şəhərində keçirilib. PKK-ya yaxın olan xəbər agentliklərinin verdiyi məlumata görə, mərasimə 15 qadın və 15 kişi olmaqla ümumilikdə 30 təşkilat üzvü qatılıb.
Silahı yerə qoyan Barış və Demokratik Cəmiyyət Qrupunun açıqlamasında deyilir: “Bundan sonra azadlıq, demokratiya və sosializm uğrunda mübarizəmizi demokratik siyasət və hüquq yolu ilə davam etdirmək məqsədilə və demokratik inteqrasiya qanunlarının qəbul edilməsi əsasında silahlarımızı azad iradəmizlə məhv edirik".
Bu gün keçirilən simvolik mərasimdən sonra silahı buraxma prosesinin bir neçə ay ərzində tamamlanması hədəflənir. Ankara, Ərbil və Bağdad idarələrinin koordinasiyası ilə silahların təhvil veriləcəyi nöqtələrin yaradılması və təşkilatın bu ərazilərdə silahlarını təhvil verməsi nəzərdə tutulur.
Mərasimdən əvvəl PKK lideri Abdullah Öcalanın 9 iyulda ictimaiyyətə mesajı açıqlanmışdı. Öcalan PKK-nın milli dövlətçilik məqsədindən imtina etdiyini və sülh və demokratik cəmiyyət məqsədinə çatmağın “pozitiv inteqrasiyaçı perspektivlə” mümkün olduğunu deyib.
DEM Partiyasının sözçüsü Ayşəgül Doğan 9 iyulda verdiyi açıqlamasında millət vəkilləri və DEM Partiyasının heyəti olaraq PKK-nın silah qoyma mərasiminə şahidlik etmək üçün orada olacaqlarını bildirib. Mərasimə partiyanın həmsədriləri, bəzi millət vəkilləri və Mərkəzi İcraiyyə Komitəsinin (MYK) üzvləri, sol-sosialist partiyaların rəhbərlərinin də yer aldığı heyətin getdiyi deyilir.

10-07-2025, 23:35
Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya

Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən deyib.
"Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda xəbər verəcək əlavə məlumatımız yoxdur", - o deyib.
T.Bryus ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib:
"Bildiyiniz kimi, Prezident (Donald-red) Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi", - o, fikirlərini yekunlaşdırıb.
10-07-2025, 21:12
Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper "report"a bildirib.
Onun sözlərinə görə, Aİ iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir.
“Aİ daha əvvəl 2025-ci ilin martında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb”, - Hipper qeyd edib və vurğulayıb ki, hazırkı görüş regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm addımdır.
“Tərəfləri sülh sazişi layihəsinin imzalanması və ratifikasiyasına mümkün qədər tez keçməyə çağırırıq. Tərəflər istəyərsə, Aİ əlavə dəstək və ekspertiza təmin etməyə hazırdır”, - Aİ nümayəndəsi bildirib.
Qeyd edək ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki ölkə arasında sülh gündəliyinin müzakirəsi üzrə görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər.
10-07-2025, 13:39
Ukraynada polkovnik qətlə yetirildi

Ukraynada polkovnik qətlə yetirildi

Ukrayna ordusnun polkovniki İvan Voroniç Kiyevdə öldürülüb.
İyulun 10-da səhər saatlarında naməlum şəxs səsboğucu ilə təchiz edilmiş tapançadan Voroniçə atəş açıb. Aldığı çoxsaylı güllə yaraları nəticəsində o, yerindəcə keçinib.
Keçmiş deputat İqor Mosiyçuk Telegram-da qətlin təfərrüatlarını açıqlayıb.
“Saat 09:00 radələrində Kiyev şəhərində naməlum şəxs polkovnik Voroniç İvan İvanoviçə yaxınlaşıb (13 noyabr 2024-cü il tarixindən Mərkəzi Mühafizə Xidmətinin baş əməliyyat müvəkkili vəzifəsini tuturdu), ona atəş açıb, sonra hadisə yerindən qaçıb”, - məlumatda deyilir.
Mosiyçukun sözlərinə görə, hazırda cinayətin baş verdiyi yerə baxış keçirilir. Eyni zamanda, xüsusilə ağır cinayətin törədilməsində iştirak edən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!