İlham Əliyev həmkarına təşəkkür etdi .....                        Gürcüstan müdafiə naziri Zakir Həsənova zəng etdi .....                        İran vətəndaşları Azərbaycan üzərindən qayıda bilməyəcəklər .....                        Paşinyan təcili iclas keçirdi: regiondakı vəziyyət müzakirə olundu .....                        İsrail Azərbaycanla həmrəydir - Nazir Bakıya zəng etdi .....                        Almaniya da Azərbaycana hücumu qınadı .....                        Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib .....                        Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti .....                        Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ .....                       
6-10-2025, 12:49
İranda məcburi hicab ləğv edilib, ya yox..?


İranda məcburi hicab ləğv edilib, ya yox..?

Son günlər İran mediasında və sosial şəbəkələrdə məcburi hicabın ləğvi ilə bağlı yayılan xəbərlər ictimai müzakirələrə səbəb olub.
Məlumatlarda bildirilir ki, artıq İranda hicab taxmaq məcburiyyəti yoxdur və bu qaydanı pozanlara qarşı cəza tədbirləri tətbiq edilməyəcək. Xəbərlərin mənbəyi kimi İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonərin sözləri göstərilir. Lakin bu məlumat tam şəkildə reallığı əks etdirmir.
Məhəmmədrza Bahonər mətbuata açıqlamasında bildirib ki, “Hicab və İffət” qanununun icrası hüquqi baxımdan mümkün deyil, çünki Ali Milli Təhlükəsizlik Şurası qanunun rəsmi elan olunmasını dayandırıb.
Onun sözlərinə görə, hazırda bu qanuna əsaslanan cərimə və cinayət tədbirləri həyata keçirilmir və bu barədə polisə də məlumat verilməlidir.
Lakin Bahonərin bu açıqlaması hicabın tam ləğv olunduğu anlamına gəlmir. Belə ki, “Hicab və İffət” qanunu hazırda icra olunmasa da İranda hicab məcburiyyətini təsbit edən əsas hüquqi baza hesab edilən Cinayət Məcəlləsinin 638-ci maddəsi qüvvədə qalır. Bu maddə ictimai yerlərdə hicab taxmamağı “ictimai ədəbə zidd davranış” kimi müəyyən edir və inzibati cəza tədbirləri nəzərdə tutur.
Qeyd edək ki, “Hicab və İffət” qanunu 2023-cü ildə parlamentdə qəbul olunub, 2024-cü ildə təsdiqlənməsi gözlənilirdi. Qanun hicab qaydalarına əməl etməyənlər üçün sərt sanksiyalar nəzərdə tutur. Onlar arasında cərimələr, həbs, səyahət qadağaları, iş yerlərinin bağlanması və hətta ictimai nəzarət sistemlərinin yaradılması kimi mexanizmlər vardı. Qanun ictimai ədəb və əxlaq normalarını qorumaq məqsədi ilə təqdim olunsa da, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi narazılıqlara səbəb olmuşdu. Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə qanunun icrası 2025-ci ilin yazında dayandırılıb. Rəsmilər bu addımı ictimai gərginliyin artmasının qarşısını almaq üçün atıblar. Qanunun tətbiqinin dayandırılması ölkədə yeni cəza tədbirlərinin icrasını müvəqqəti olaraq mümkünsüz edib.
İran Məsləhət Şurası isə bu kimi məsələlərdə qərarverici orqan deyil. Şura parlament və Şura-ye Negəhbən arasında yaranan hüquqi mübahisələri həll edir və Ali Liderə məsləhət xarakterli tövsiyələr verir. Buna görə Bahonərin açıqlaması rəsmi qərar deyil, mövcud hüquqi vəziyyətə dair şəxsi şərh hesab olunur.
Bahonərin çıxışı ölkə daxilində birmənalı qarşılanmayıb. Reformist dairələr bunu sosial dəyişimin əlaməti kimi görsələr də, mühafizəkar qüvvələr bu fikirləri sərt tənqid ediblər. “Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Bahonərin açıqlamasını “İslam Respublikasının əsas prinsiplərinə zidd” adlandırıb və hicabın “rejimin ideoloji dayağı” olduğunu vurğulayıb.
Yekun olaraq, “Hicab və İffət” qanununun icrası dayandırılıb, amma hicabın hüquqi məcburiyyəti hələ də qanunvericilikdə var. Yəni, yeni cərimə mexanizmləri işləmir, lakin köhnə qanun hələ də qüvvədədir.
6-10-2025, 12:03
Ukrayna Krımın ən iri neft bazasını bombaladı


Ukrayna Krımın ən iri neft bazasını bombaladı

Oktyabrın 6-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiya tərəfindən ilhaq edilən Krımın Feodosiya şəhərində yerləşən iri neft terminalına zərbə endirib.
Hədəf Krım ərazisindəki ən böyük yanacaq anbarlarından biri olan Feodosiya neft terminalı olub.
Hücum nəticəsində böyük yanacaq çənləri alışaraq güclü partlayışlar baş verib. Yerli sakinlərin sözlərinə görə, yanğın onlarla kilometr uzaqdan görünüb. Sosial şəbəkələrdə paylaşılan videolarda terminal ərazisindən alov qalxdığı görünür.
Məlumata görə, dronlar əsasən yanacaq-sürtkü materiallarının saxlandığı iri çənlərə düşüb. Rusiya tərəfi rəsmi açıqlama verməsə də, yerli teleqram kanalları və videomateriallar Feodosiyada gecə boyu yanğının davam etdiyini təsdiqləyib.
Hadisə şahidləri bildiriblər ki, terminal ərazisində bir neçə partlayış dalğası qeydə alınıb. Qeyd olunur ki, daha əvvəlki hücumlar nəticəsində bazada olan 34 çəndən yalnız 22-si salamat qalmışdı, bu dəfə isə zərbə məhz həmin hissələrə endirilib.
Ekspertlərin fikrincə, yanğının tam söndürülməsi yaxın vaxtlarda mümkün görünmür, çünki terminalın infrastrukturuna ciddi zərər dəyib.
Feodosiya neft terminalı artıq bir neçə dəfə Ukraynanın hədəfinə çevrilib. Bu obyekt vasitəsilə Rusiya Krım və cənub cəbhəsindəki hərbi hissələrinə yanacaq təchizatı həyata keçirirdi.
6-10-2025, 11:53
Makronun 1 ay əvvəl təyin etdiyi Baş nazir istefa verdi - TƏCİLİ


Makronun 1 ay əvvəl təyin etdiyi Baş nazir istefa verdi - TƏCİLİ

Fransa Baş naziri Sebastian Lekornyu istefa verib.
Bu barədə Fransanın BFM kanalı məlumat yayıb.
Qeyd edək ki, dünən Fransada yeni hökumət formalaşdırılıb.
Fransa Prezidenti Emmanuel Makron Lekornunu 1 ay əvvəl Baş nazir təyin edib. O, daha əvvəl müdafiə naziri postunu tutub.
5-10-2025, 01:55
Tbilisidə baş verənlərə görə o məsuliyyət daşıyır


Tbilisidə baş verənlərə görə o məsuliyyət daşıyır

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri kəskin bəyanat yaymağa, Tbilisi küçələrində baş verən qanunsuz hərəkətləri qətiyyətlə pisləməyə borcludur. Amma o, etiraz aksiyalarını dəstəklədiyini bildirib. Aİ səfiri buna görə xüsusi məsuliyyət daşıyır.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Hökumət başçısının sözlərinə görə, xaricdə bəzi şəxslər də Gürcüstanda konstitusion quruluşun zorla dəyişdirilməsini dəstəkləyiblər.
5-10-2025, 00:17
Misirdə Qəzza planı müzakirə ediləcək


Misirdə Qəzza planı müzakirə ediləcək

İsrail nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın Qəzza planını müzakirə etmək üçün Misirə yollanıb.
Heyətə strateji məsələlər üzrə nazir Ron Dermer rəhbərlik edir.
Baş nazir Benyamin Netanyahu İsrail mediasında yayımlanan çıxışında bildirib ki, İsrail hökuməti ilə Tramp administrasiyası arasında koordinasiya mövcuddur. O, müharibəni dayandırmaq üçün həm ölkə daxilindən, həm də xaricdən böyük təzyiqlərlə üzləşdiyini vurğulayıb.
İsrailin Baş naziri yaxın günlərdə həlak olanların nəşlərinin və bütün əsirlərin bir mərhələ çərçivəsində geri qaytarılacağına ümidini ifadə edib.
ABŞ Prezidenti Donald Trampın elçiləri Cared Kuşner və Stiv Uitkof da Qəzza planının təfərrüatlarını müzakirə etmək üçün Misirə yola düşüblər.
Onlar sabah keçiriləcək həlledici danışıqlarda iştirak edəcəklər. Görüşlərdə əsirlərin azad olunması üçün tədbirlər, Qəzza zolağındakı müharibənin dayandırılması yolları və davamlı sülh sazişinə nail olunması məsələləri müzakirə ediləcək.
4-10-2025, 23:02
Marneuli şəhəri meri məlum oldu


Marneuli şəhəri meri məlum oldu

"Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının Marneuli şəhəri meri vəzifəsinə namizədi Daur İsmayılov qalib gəlib. O, yerli seçkilərdə 94 faiz səs toplayıb.
Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.
Marneulidə 81 seçki məntəqəsinin 41-nin nəticələrinə əsasən, soydaşımızın rəqibləri müxalif “Lelo - Güclü Gürcüstan” partiyasının namizədi Əsəd Əliyev 4,7 faiz, “Bizim Vahid Gürcüstan” partiyasının namizədi Əli Bədirov isə 1,4 faiz səs toplayıblar.
4-10-2025, 22:28
İstanbulda terror əməliyyatı: yeniyetmələr tutuldu


İstanbulda terror əməliyyatı: yeniyetmələr tutuldu

Türkiyənin hüquq-mühafizə orqanları İstanbulun iki bölgəsində terror aktı hazırlığında olduqları ehtimal edilən bir qrup yeniyetməni saxlayıblar.
Bu barədə yerli KİV-lər məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında Türkmənistan vətəndaşı da var. Araşdırma zamanı müəyyən edilib ki, gənclər İŞİD terror təşkilatının üzvləri ilə əlaqədə olublar və şəhərdə terror aktı törətməyi planlaşdırıblar.
Hazırda şübhəlilərlə bağlı istintaq tədbirləri davam etdirilir, onların əlaqələrinin və məqsədlərinin dəqiqləşdirilməsi üzərində iş aparılır.
4-10-2025, 21:46
Kaxa Kaladze qalib gəldi


Kaxa Kaladze qalib gəldi

Gürcüstan Mərkəzi Seçki Komissiyası Tbilisi meri vəzifəsinə seçkilərlə bağlı ilkin nəticələri açıqlayıb.
MSK-nın məlumatına görə, paytaxt üzrə 584 məntəqədən 432-nin nəticələri artıq hesablanıb.
Hazırkı mer Kaxa Kaladze seçicilərin 71,29 faizini səsini toplayıb. 153 min 479 seçici onun lehinə səs verib.
4-10-2025, 20:38
Gürcüstanda bələdiyyə seçkiləri başa çatdı - "Gürcü Arzusu" partiyası qalib gəldi


Gürcüstanda bələdiyyə seçkiləri başa çatdı - "Gürcü Arzusu" partiyası qalib gəldi

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası bələdiyyə seçkilərində qalib gəldiyini elan edib.
Partiya bütün bələdiyyələrdə ilk turda qələbə qazandığını bildirib.
Bu arada Tbilisidə etirazçılar "Gürcü Arzusu"nun baş ofisinə yürüşə hazırlaşırlar.
Hakim partiyanın baş qərargahı yaxınlığına polis qüvvələri səfərbər olunub.
Hazırda baş ofisdə partiya rəhbərliyində təmsil olunan şəxslər toplaşıb. "Gürcü Arzusu"nun təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin də iştirak etdiyi tədbirdə partiyanın yerli seçkilərdə qələbəsi qeyd olunur.

***

Gürcüstanda keçirilən bələdiyyə seçkilərində səsvermə başa çatıb.
Yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan son məlumatına əsasən, seçici fəallığı 33,5% təşkil edib.
Seçkilərin ilkin nəticələrinin iki saat ərzində açıqlanacağı gözlənilir.

****

10:06

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçki keçirilir.
Səsvermə prosesi axşam saat 20:00-da başa çatacaq.
Vətəndaşlar 64 dairədə bələdiyyə məclislərinin üzvlərini, həmçinin 64 şəhərin merini seçəcəklər.
Paytaxt Tbilisinin meri vəzifəsi uğrunda doqquz namizəd yarışır. Onların arasında hakim Gürcü Arzusu Partiyasından olan hazırkı mer Kaxa Kaladze də var.
Ümumilikdə 3.5 milyondan çox seçici səsvermə hüququna malikdir.
4-10-2025, 20:32
İranda hicaba görə cəzalar ləğv olundu


İranda hicaba görə cəzalar ləğv olundu

“Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə ehtiyac yoxdur”.
Bu sözləri İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər deyib.
O bildirib ki, qanunun icrası artıq hüquqi nöqteyi-nəzərdən mümkün deyil və bu artıq heç bir cəza tədbiri ilə nəticələnməyəcək:
“Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin”.
Qeyd edək ki, bir müddət öncə İran Prezidenti Məsud Pezeşkian da həmin qanuna münasibət bildirərək demişdi ki, zorla heç bir nəticə əldə edilə bilməz.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!