"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 16-04-2020, 18:36
Ümmanlar içində görünən, seçilən, sevilən Xanım...



İnsanları fiziki tərcümeyihalına görə dəyərləndirmək onu hələ yaxından tanımaq demək deyil. Mənə görə hər bir insanın ən yaxşı tərcümeyihalı onun daxili zənginliyi, saflığı, səmimiliyi, sadəliyi, istedadı, qabiliyyəti, mədəniyyəti və ən başlıcası bütün bu keyfiyyətlərin fonunda dayanan təvəzökarlığıdır.

Ümmanlar içində görünən, seçilən, sevilən Xanım...


Barəsində söz açdığım bu insan nəsil şəcərəsinə görə ata tərəfdən görkəmli Azərbaycan şairi və dramaturqu Abbas Səhhətlə eyni şəcərədəndir. Anası isə 1937-ci ildə bütün doğmaları repressiyaya məruz qalmış, yalnız özü rus-tatar məktəbini bitirdiyinə və ixtisasca mühəndis olduğu üçün, eyni zamanda bütün var-dövləti əlindən alınaraq ailəsi ilə görüşməmək şərtilə əfv edilib əvvəlcə məhkəmədə işlədilmiş, sonra isə indiki Biləsuvar rayonuna şoran torpaqların yuyulması işinə cəlb edilən Səlimbəyin qızıdır. Qəhrəmanımız hazırda Bakı Slavyan Universitetinin Tərbiyə işləri üzrə prorektoru, dossent Xanım Sultanovadır.

O, Sabirabad rayonunda ziyalı ailədə dünyaya göz açıb, yeddi yaşında M.A.Sabir adına 1 saylı şəhər orta məktəbinin 1-ci sinifinə qədəm qoyub. İlk gündən dərslərində fərqlənən Xanım həmin məktəbi elə fərqlənmə attestatı ilə başa vurub. Fortopiano üzrə musiqi təhsili olan istedadlı Xanım, özündən böyük qardaşı Heydərin öz dostları ilə birgə Sabirabadda ilk dəfə yaratdıqları "Suqovuşan" estrada ansamblının üzvü olub.

Arzusu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaq olsa da, amma atasının o zaman qanun keşikçisi - polis olması, onu istəyinə çatmaqda müəyyən çətinliklər yaradır. Bu üzdən də vaxt itirmədən sənədlərini digər bir sevdiyi sahəyə - müəllimliyə, M.F.Axundov adına rus dili və ədəbiyyatı institutuna verərək iki "əla" qiymətlə qəbul olur. Hər addımında fərqlənən Xanım, tələbə olduğu illərdə də fərqlənməyindən qalmır, institutun "Lenin təqaüd"çüsü olur, Daşkənd, Moskva və İttifaqın digər şəhərlərində keçirilən Ümumittifaq bilik olimpiadalarında Azərbaycanı uğurla təmsil edir.

İnstitutu "5" yəni "əla" qiymətlərlə bitirən Xanım müəllimə təyinatla 5 il əvvəl ayrıldığı doğma rayonuna qayıdır və sevdiyi "qiymətlərlə" eyni olan N.Gəncəvi adına 5 saylı orta məktəbdə "Rus dili və ədəbiyyatı" muəllimi kimi fəaliyyətə başlayır.

Sonrakı illərdə ailə vəziyyəti ilə əlaqədar olaraq Naxçıvan şəhərində öz işini davam etdirir. Bir müddət sonra isə Bakı Şəhəri Nərmanov rayonu məktəb - litsey kompleksinə direktor muavini təyin olunur, eyni zamanda, Azərbaycan Turizm İnstitutunun Turizmin linqvistik təminatı kafedrasında dərs deyir.

Daim fərqlənməyi sevən Xanım Sultanova çalışdığı sahə üzrə öz elmi potensialını da ortaya qoymaqdan çəkinmir. O, "XIX əsr rus ədəbiyyatında şərq qadınlarının bədii obrazı" mövzusunda dissertasiya işini müdafiə edərək filologiya uzrə fəlsəfə doktoru elmi dərəcəsi alır. Hazırda isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun doktorantı kimi "XX yüz il Azərbaycan poeziyasında mifopoetik ənənə" mövzusunda doktorluq işi üzərində işləyir. İndiyədək 200-dən artıq elmi məqalə, 2 monoqrafiya və "86 - cılar" adlı memorial əsərin muəllifidir.

İllər sonra tale elə gətirir ki, Xanım müəllimə bir vaxtlar təhsil aldığı instituta, indiki Bakı Slavyan Universitetinə tərbiyə işləri üzrə prorektor vəzifəsinə təyin olunur. Universitetə gəldiyi ilk günlərdən istiqanlığı ilə seçilən Xanım müəllimə həm kollektivin, həm də tələbələrin ən yaxın dostuna, rəfiqəsinə çevrilib. Dərin mənəviyyatı və istedadı ilə seçilən bu insan Universitetdə keçirilən bütün tədbirlərin bədii hissələrinin kompozisiyasını, quruluşunu az qala peşəkar rejissorlar kimi yaradır, səhnələşdir. Elə onun ötən il böyük şairimiz Nəsiminin 650 illiyinə hərs edilmiş tədbirin bədii hissəsində yaratdığı kompozisiya barədə hələ də öz təəssüratını bölüşənlər var. Bu arada onu da deyim ki, yaradılan kompozisiyanın təsirindən tədbirdə iştirak edən Azərbaycan kinosunun dəyərli simalarından biri, sevimli xalq artistimiz Rasim Balayev sonda tələbə "aktyorların" söylədikləri şairin məşhur "Sığmazam" qəzəlinin son beytini ayağa qalxıb onlarla birgə ifa etdi. Görkəmli aktyorumuzun ssenariyə etdiyi gözlənilməz, ancaq yerində olan bu improvizasiyası tədbirin sonuna aramsız alqışlarla öz möhürünü vurmuş oldu.

Ümmanlar içində görünən, seçilən, sevilən Xanım...


Etiraf edim ki, mən Xanım müəllimənin təşkilatçılıq qabiliyyətini ilk dəfə 2017-ci ildə Aprel şəhidlərimizin ildönümü ilə bağlı keçirilən Yürüşdə müşahidə etdim. Bakı dənizkənarı Milli parkdakı Saat qülləsi adlanan məkandan Bayraq meydanınadək üzündə qətiyyət, iti addımlarla yeriyərək tələbələrdən ibarət ardınca elə bil böyük bir ordu aparırdı bu insan. O, sanki bu "ordunu" ruhları Azərbaycan bayrağına sığınmış şəhidlərin önündə qisaslarının alınacağına söz verməyə gətirmişdi. Əlbəttə, belə bir istək humanist, səbrli, mülayim Azərbaycan qadınına - anasına, nənəsinə nə qədər yad olsa da, ancaq Xanım müəllimənin ürəyini param-parça edən yeganə qardaşının şəhid olduğunu da anlamaq lazımdır.

Ümmanlar içində görünən, seçilən, sevilən Xanım...


Qarabağ müharibəsi başlayanda evin tək oğul övladı olmasına baxmayarq, atasının paqonları "arxasında" gizlənməyi özünə ar bilən Heydər Rza oğlu Həmidov, 1988-ci ildən ictimai-siyasi hadisələrə qoşularaq könüllü şəkildə daim cəbhə bölgəsinə gedib-gəlsə də, ancaq 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın öldürüldüyü gündən İnşaat - mühəndislər institunun tələbəsi evdə heç kimə bildirmədən öz qətiyyətilə könüllü olaraq birdəfəlik cəbhəyə yollanıb. Gözünü bir qış günü - 2 dekabrda dünyaya açan Heydər, ömrünün yaz-yayını doyunca yaşamadan elə soyuq qış günündə də - 1992-ci ildə fevralın 4-dən 5-nə keçən gecə 29 yaşında Şuşada gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ümmanlar içində görünən, seçilən, sevilən Xanım...


Xanım müəllimənin dediyinə görə Heydərin toyu avqust ayında olub. O, bəy cıxanda dəhşətli bir leysan yağıb yer göyə qarışıb. Muğanda - Sabirabadda avqust ayında bu gözlənilməz leysan yağışın yağması görünür onun şəhid olacağına və məzarı üstündə axıdılacaq göz yaşlarına bir işarəimiş. Ancaq nə yaxşı ki, özündən sonra onun arzularını həyata keçirəcək nişanələri - Rza, Həmid adlı iki oğlu və Nəzirə adlı bir qızı qalıb.

İndi Sabirabad rayonunun mərkəzi küçələrindən biri onun adını daşıyır. Təsadüfi deyil ki, ziyalı ailədə dünyaya göz açan Heydər Həmidovun adını daşıyan küçədə S.Vurğun adına 3 və M.Müşfiq adına 4 saylı tam orta məktəblər yerləşir. Yaşadığı binada xatirə lövhəsi, məzarı üstündə abidəsi dərin ehtiramla anılır, daim yad edilir.

Ümmanlar içində görünən, seçilən, sevilən Xanım...


Şəhid anasını göz önünə gətirərək özündə Azərbaycan xanımının varlığını təcəssüm etdirən Xanım müəllimənin ifasında böyük dramaturqumuz Cəfər Cabbarlının "Ana" şeirini peşəkar qiraətçi məharətilə dinləmək, bu zərif, eyni zamanda güclü qadının nə qədər həssas və fitri istedada malik olduğunu ən bahalı, ən keyfiyyətli qızıl möhürlə təsdiqləyir! Əslində onu tanıyanlar yaxşı bilir ki, bu insanın fiziki tərcümeyihalı onun iç dünyasının tərcümeyi halı ilə müqayisədə dəryadan bir qətrədir.

Ümmanlar içində görünən, seçilən, sevilən Xanım...


Dossent Xanım Sultanovanın xasiyyətcə kövrək, ancaq eyni zamanza qətiyyətli və inadkar olmasının sirrini bu yaxınlarda onun qələmə aldığı "Atamın hekayəsi" adlı kiçik bir essedən daha çox öyrənmiş oldum. Bu arada onu qeyd edim ki, Xanım müəllimənin atası Rza Həmidov 1960-cı ildə Daşkənd ali milis akademiyasını bitirmiş, əvvəlcə Sabirabadda, sonra mənim doğulduğum Saatlı rayonunda bölgə üzrə (regional) uzun müddət İcbari işlər üzrə rəis olub. Saatlıda onu xatırlayan yaşlı nəslin nümayəndələri - "O, çox insan adam idi, həm də mərd kişi idi", deyirlər. Rza müəllim bu hekayədə nəfsinə qalib gələn, inadkar, qətiyyətli əsl Azərbaycan kişisi, eyni zamanda qayğıkeş ailə başçısı və çox sadə bir insan kimi təsvir olunur. Yazının altına rəy yazan dostlar hamısı çox kövrəldiklərini, hətta ağladıqlarını belə yazsalar da, ancaq ata nənəsinin adını daşıyan Xanım müəlliməyə bir şeyi etiraf edim ki, bu yazı şəxsən məni kövrəltdiyindən daha çox, sevindirdi. Çünki bu hekayədə müasir dövr üçün daha çox ehtiyac olunan əsl kişi obrazının olduğunu gördüm. Yəni, mənə görə kişi həm sevməyi, həm də nifrət etməyi eyni səviyyədə bacarmalıdır. O üzdən də onun altından qısa bir rəy yazmağa əlim gəlmədi, daha doğrusu yazacağım o qısa rəyi dəmir xarakterə malik o kişiyə yaraşdırmadım. (Həmin hekayəni bu linkdən oxuya bilərsiniz http://www.butov.az/edebiyyat/15206-atamin- hekayesi.html?fbclid=IwAR2GgGYpMBHd7TNJf6WGEmVJiGJ3iq886NLdD5Isq3wd_mf7YmI9LmlBM6M)

Sonda onu deyim ki, Bakı Slavyan Universitetində fəaliyyət göstərən elə bir tələbə-gənclər təşkilatı, klubu yoxdur ki, Xanım müəllimənin diqqətindən kənarda qalsın. Müxtəlif kampaniyalarda, aksiyalarda daim öndə gedən bu insanın hərdən əsəbi, üzünün döndüyü vaxtlar da olur. Qarşıda keçirilməsi planlaşdırılan hər hansısa bir tədbiri məşq zamanı istədiyi kimi görməyincə, yaxşı olar ki, o məqamda onun üzünü görməyəsən. Ancaq, belə anlarda təsadüfən üz-üzə gələndə Saatlı-Sabirabad dialekti eyni olduğundan jurnalistlərə xas olan aktyorluq məharətimi işə salıb ovqatını düzəltmək üçün qəsddən öz ləhcəmizdə - "Nəşə hirssənmüsüz Xanım müəllimə, nolub ginə saAlla?" deyən kimi, adekvat olaraq - "Nətəəər hirssənmeyim, görmersüüüz tədbir tədbirə qarışıb bilmerəm hardan başdeım, başımı lap itirmişəm toba...", - deyib qəşş edib gülür. (Bu kiçik zarafatyana yazdığım cümləni bilərəkdən - yazıda olan kədərli məqamlardan təsirlənənlərin sonda üzünə təbəssüm qonsun deyə yazdım. M.A.).

Ümmanlar içində görünən, seçilən, sevilən Xanım...


Maraqlı burasıdır ki, mənim müşahidəmə görə Xanım müəllimə hansı tədbirin təşkilatı işinə daha çox narahat olursa, o tədbir digər tədbirlərdən müqayisədə daha uğurlu alınır. Bu mənada mən ona elə həmişə yaradıcılıq narahatlığı arzulayaraq deyirəm: fırtınalı, təlatümlü dəryalar, ümmanlar içində görünən, seçilən, sevilən Xanım, heç vaxt yorulmayasınız, istedadınız heç vaxt tükənməsin!

Mübariz Azərbaycanlı, müstəqil jurnalist


Paylaş



Bölmə: Maarif
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!