Fəcr - 06:30 Günəş – 07:39 Zöhr – 13:34 Əsr – 17:16 Məğrib - 19:35 İşa – 20:51
Əhəmiyyətli hadisələr
1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb. 1502-ci ildə Xristofor Kolumb Kosta-Rikanı kəşf edib. 1632-ci ildə Yakutiya Rusiyanın tərkibinə qatılıb. 1864-cü ildə Hindistanda qasırğa 60 000 nəfərin həyatına son qoyub. 1896-cı ildə alman fiziki Vilhelm Rentgen yeni elektromaqnit dalğalarını kəşf edib. Bu dalğalar sonradan "rentgen şüaları" adlandırılıb. 1908-ci ildə Bolqarıstan Osmanlı İmperiyasından müstəqilliyini elan edib. 1908-ci ildə Avstriya-Macarıstan imperatoru Bosniya və Herseqovinanın ilhaq edilməsi barədə nota imzalayıb. 1910-cu ildə Portuqaliyada respublika idarə sistemi bərqərar olunub. 1911-ci ildə İtalyan ordusu Trablus-qərbı işğal edib. 1914-cü ildə Tarixdə ilk hava döyüşü baş verib 1918-ci ildə Xalq Cümhuriyyətinin hökuməti bolşeviklərin («Bakı Soveti») neft sənayesinin milliləşdirilməsi barədə qərarını ləğv edərək bu sahənin yenidən özəl sektora qaytarılması barədə qərar verib. 1930-cu ildə Böyük Britaniyaya məxsus və dünyanın ən böyük dirijablı olan R101 Fransanın şimalında partlayıb, 48 nəfər həlak olub. 1936-cı ildə İspaniyada vətəndaş muharibəsi başlayıb. 1938-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında Səməd Vurğunun "Vaqif dramının ilk tamaşası olub. 1962-ci ildə The Beatles qrupunun ilk albomu olan Love me do satışa çıxarılıb. 1970-ci ildə Ənvər Sədat Misir prezidenti seçilib. 1988-ci ildə Çilidə Auqusto Pinoçet rejiminə qarşı referendum keçirilib. 1989-cu ildə Dalay Lama Nobel Sülh Mükafatını alıb. 1993-cü ildə Rusiya prezidenti Boris Yeltsin müxalif partiya və qəzetlərin fəaliyyətini qadağan edib. 1994-cü ildəBakının "Azadlıq" meydanında ölkənin müxtəlif yerlərindən gəlmiş yüz minlərlə insanın iştirakı ilə ümumxalq mitinqi keçirilib. 2000-ci ildə Serbiya prezidenti Slobodan Miloşeviç istefa verib. 2002-ci ildə Azərbaycan Milli Televiziya və Radio Şurası yaradılıb.
Doğumlar
1713-cü ildə Deni Didro - fransız filosofu. 1928 - Ədəbiyyatşünas, tənqidçi Məsud Əlioğlu (1928- 1973) anadan olub. 1935 - Məşhur bəstəkar, Xalq artisti, professor Xəyyam Mirzəzadə anadan olub. 1943-cü ildə İnna Çurikova - rusiyalı aktrisa. 1975-cü ildə Keyt Uinslet - ingilis aktrisası. 1976-cı ildə Ramzan Qadırov - Çeçenistan Respublikasının başçısı.
Ölümlər
1285-ci ildə III Filip (Fransa kralı) (1245—1285), Kapettinq sülaləsindən 1270-ci ildən Fransa kralı. 1754-cü ildə Mirzə Məhəmməd xan Səfdər Cəng 1880-ci ildə Jak Offenbax (1819 an.ol.), alman-yəhudi mənşəli fransız bəstəkarı, klassik operanın banisi. 1996-cı ildə Seymur Krey (1925 an.ol.), Amerika mühəndisi, superkompryuter ixtiraçısı. 2004-cü ildə Moris Uilkins (1916 an.ol.), ingilis fiziki, 1962-ci il fizika üzrə Nobel mükafatı laureatı.
Bayramlar və xüsusi günlər
Beynəlxalq Müəllimlər Günüdür. Portuqaliya, respublika günü.