Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
Tarix : 24-02-2017, 12:16
DİN işçi axtarır

"İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə ümumilikdə 50 vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Butov.az xəbər verir ki, DİN-dən Axar.az-a verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən 24-dək, boyu 180 santimetr, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.

İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumat almaq istəyənlər Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinə (012) 590-27-26 və 565-42-91 nömrəli telefonlar ilə müraciət edə bilərlər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!