Türkiyədə ailə faciəsi: Azadlığa çıxan şəxs dörd nəfəri öldürüb .....                        Zelenski: "Təhlükəsizliklə bağlı vacib beynəlxalq görüşlər planlaşdırılır" .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Fidan Azərbaycan-ABŞ əlaqələrindən danışdı .....                        Pezeşkianla dövlət televiziyası arasında gərginlik: canlı yayım kəsildi .....                        İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb .....                        Bakıda nazirin başına iş gəldi - 60 min dollarlıq QALMAQAL .....                        Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar .....                       
Tarix : 5-05-2017, 10:07
Kristof Daum: "Rumıniya millisi Azərbaycana da uduzur"

“Rumıniyada futbolun inkişafı üçün ilk növbədə təhsilə - futbol məktəbi və akademiyalarına sərmayə qoymaq lazımdır".
Butov.az-ın məlumatına görə, “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu sözləri futbol üzrə Rumıniya millisinin baş məşqçisi Kristof Daum bildirib. Almaniyalı mütəxəssis Rumıniya futbolunun veteranı George Hacının rəhbəri olduğu futbol akademiyasını digər ölkə klubları üçün nümunə göstərib.
“Bu gün bu işlər baş verməsə, gənclər Rumıniyanı tərk edəcək, İngiltərə, İspaniya, İtaliya kimi ölkələrə yollanaraq orada təhsil alacaqlar” deyən K.Daumun sözlərinə görə, Rumıniya futbolunun hazırkı vəziyyətini analiz etmək lazımdır. Çünki ölkə millisi futbolda böyük ənənələrə malik olmayan yığmalara məğlub olur: “Gənclərdən ibarət yığmamız Azərbaycana uduzur. Bəli, İngiltərə, Almaniya və ya İspaniyaya yox, məhz Azərbaycan millisinə. Hətta bu gün eşitdim ki, Lixteynşteynə də məğlub olmuşuq. Məgər Lixteynşteynin futbol oynadığını bilirdiniz? Amma buna baxmayaraq onlara da uduzduq”.
Qeyd edək ki, ötən ilin oktyabrında 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin son oyununda Azərbaycan yığması ev sahibi Rumıniyanı 1:0 hesabı ilə məğlub edib.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!