Paşinyan Ter-Petrosyana da “müharibə” elan etdi .....                        Məhəmməd Sinvarın meyiti tapılıb - TƏSDİQLƏNDİ .....                        Ərdoğan Şəriflə regional məsələlərdən danışdı .....                        Yəməndə məscid atəşə tutuldu - 9 nəfər öldü .....                        Üçqat olimpiya çempionundan yeni dünya rekordu .....                        Azərbaycanın Suriyada növbəti xeyriyyə aksiyası - FOTO .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        Ata və oğlunu maşın vurdu .....                        Ukraynanın Donetsk vilayətinə kütləvi atəş - 4 ölü, 9 yaralı .....                       
Tarix : 30-06-2016, 17:57
Şəraitsiz anbarlarda dərmanlar aşkarlanıb


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində ölkədə fəaliyyət göstərən 40-a yaxın topdansatış əczaçılıq şirkətlərinin məsul şəxslərinin iştirakı ilə toplantı keçirilib.

Butov.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, toplantıda çıxış edən Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi bəzi topdansatış əczaçılıq şirkətləri tərəfindən ölkəyə idxal olunan dərman vasitələrinin keyfiyyətinin yoxlanılması üçün aparılan laborator analizlərin cavabları hazır olana qədər onların saxlanma şəraiti haqda danışıb.

Qeyd olunub ki, normativ sənədlərə görə laborator analizlər üçün 5-15 gün vaxt tələb olunur. Bu vaxt ərzində Dövlət Gömrük Komitəsi tərəfindən şirkətlərə məsul saxlanca verilən dərman vasitələrinin topdansatış əczaçılıq fəaliyyətinə verilmiş lisenziyada göstərilməyən ünvanda, dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin etmək üçün lazımi avadanlığı və şəraiti olmayan anbarlara yığılaraq saxlanılması faktları aşkar edilib.

Mərkəzin rəhbərliyi lazımi avadanlığı və şəraiti olmayan anbarlarda dərman vasitələrinin saxlanılmasının qətiyyən yolverilməz olduğunu, belə halların dərman vasitələrinin keyfiyyətinə, təhlükəsizliyinə və effektivliyinə bir başa təsir göstərdiyini, həmçinin bu kimi hallar aşkarlandığı təqdirdə topdansatış əczaçılıq şirkətlərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyini toplantı iştirakçılarının nəzərinə çatdırıb.

Toplantının sonunda şirkət nümayəndələrinin sualları cavablandırılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!