Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
4-10-2022, 17:41
Sabah 33 dərəcə isti olacaq


Sabah 33 dərəcə isti olacaq

Sentyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
4-10-2022, 17:26
Qarabağın 3D xəritəsi hazırlanır


Qarabağın 3D xəritəsi hazırlanır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti digər fəaliyyət sahələrində olduğu kimi, daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahəsində də müasir çağrışlara uyğun yeniliklər tətbiq edir, beynəlxalq təcrübədən yararlanır, bu sahədə aparıcı şirkətlərlə əməkdaşlıq edir. Butov.az xəbər verir ki, Dövlət Xidməti görülən işlərin kəmiyyət və keyfiyyətinin artırılması üçün coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D xəritələri hazırlanması xidmətləri göstərən “4MAPS Bilgi Teknologileri” MMC ilə əməkdaşlıq edir. “4MAPS Bilgi Teknolojileri” MMC işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq miqyasda elektron xəritə platformalarında düzgün əks olunması, məlumatların dəqiqliyinin təmin edilməsi məqsədilə bir sıra layihələr həyata keçirir. Qeyd edək ki, şirkət azad edilmiş ərazilərimizdəki rayon və yaşayış məntəqələrinin, küçə və prospektlərin adlarının, həmçinin, xəritə məlumatları ilə bağlı beynəlxalq saytlarda yol verilmiş təhriflərin düzəldilməsi işini təmannasız yerinə yetirir. Əmlak Məsələləri Dövlət Xidməti ilə 2020-ci ildə əməkdaşlığa başlayan “4MAPS Bilgi Teknologileri” MMC ilk olaraq işğaldan azad olunmuş ərazilərin yol şəbəkələrinin rəqəmsallaşdırılması, küçə, yaşayış məntəqələrinin adlarının beynəlxalq xəritə platformalarında Azərbaycan dilində göstərilməsinə dəstək olub.Şirkət tərəfindən həmin ərazilərdə kadastr və ünvan reyestri istiqamətində işlər aparılır, topoqrafik və geometrik məlumatlar xəritəçəkmə xidmətləri göstərən beynəlxalq saytlara inteqrasiya olunur. Bunlardan biri “Amazon”, “Booking.com”, “Mercedes”, “Audi” kimi dünyaca məşhur şirkətlərə xidmət göstərən “Here Global B.V.” şirkətidir. Hazırda işğaldan azad olunmuş ərazilərdə “Lidar True System” tətbiqi ilə yolların, yol şəbəkələrinin 360 dərəcəli kameralar vasitəsilə 3D xəritəsi hazırlanır.
4-10-2022, 17:22
Deputatdan məktəbdəki hadisəyə reaksiya: "Tədbirlər görməsək..."


Deputatdan məktəbdəki hadisəyə reaksiya: "Tədbirlər görməsək..."

“112 saylı məktəbdə şagirdlər arasında baş verən xoşagəlməz hadisə həm də ciddi mesajdır. Bu kimi hadisələr ciddi araşdırılmalı, cəza tədbirləri görülməlidir”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Sabunçu rayonu Pirşağı qəsəbəsindəki 112 saylı məktəbdə şagirdin öz sinif yoldaşına qarşı zorakılıq etməsindən danışarkən deyib. Millət vəkili bildirib ki, bu hadisə həm də şagirdlər arasında aqressiyanın artdığını göstərir.“Bu məsələdə həm valideynlər, həm də məktəblər ciddi məsuliyyət daşıyırlar. Bu suallara cavab axtarılmalı, aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Nə üçün uşaqlar bu qədər aqressivdirlər? Nə üçün ətrafda olan o qədər şagird həmin xoşagəlməz vəziyyətə heç bir reaksiya vermədi? Bu biganəliyin səbəbi nədir? Sinif rəhbərləri və məktəb direktorları siniflərdə gedən proses və xoşagəlməz hadisələrdən nə qədər məlumatlıdırlar? Əgər indi bu suallara cavab axtarmasaq və ciddi tədbirlər görməsək, gələcəkdə bu kimi hallar daha da artacaq. Övladlarımıza nəzarət edək, onllara vaxt ayıraq, düzgün tərbiyə verək”, - Ceyhun Məmmədov deyib.
4-10-2022, 17:20
Türkiyə səfiri Hikmət Hacıyevlə görüşdü


Türkiyə səfiri Hikmət Hacıyevlə görüşdü

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Bu barədə diplomat tvitter hesabında yazıb. Səfir Türkiyənin sonadək qardaş Azərbaycanın yanında olduğunu bildirib.
4-10-2022, 17:18
Sosial yardım təyinatında kommunal xərclərə niyə limit qoyulub?


Sosial yardım təyinatında kommunal xərclərə niyə limit qoyulub?

“Ünvanlı sosial yardım aztəminatlı ailələrə təyin olunur. Bu o ailələrdir ki, onların gəliri ailə üzvlərinin sayına görə müəyyən olunmuş ehtiyac meyarının məbləğindən aşağı olsun. Bununla bağlı təyinatların aparılması asanlaşdırılıb və müraciətlər elektron qaydada qəbul olunur. Qanunvericilikdə kommunal xərclərlə bağlı 30 manat limiti var. Şəxslərin gəlirləri, onların kommunal xərcləri elektron qaydada aidiyyəti qurumlara sorğu olunur. Onların istifadə etdiyi enerji, qaz və digər kommunallara uyğun olaraq gəlirləri müəyyən olunur, sosial yardım təyin olunur”. Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər sosial yardım təyin olunarkən kommunal xərclərə qoyulan limitlə bağlı danışarkən bildirib.“Ünvanlı sosial yardım almağa müraciət etmək üçün bir ailənin təsərrüfatı əsas götürülür. Ailə təsərrüfatı əsas götürülərkən bir sayğac olan bir neçə evdə və yaxud bir neçə ailənin kirayə qaldığı bir mənzildə qalanların kommunal xərclərinin müəyyən olunması qeyri-mümkün olur. Bu halda hər bir ailə təsərrüfatının müəyyən edilməsi üçün ailələrin ayrıca sayğacının olması istənilir”, - DSMF rəsmisi əlavə edib.
4-10-2022, 17:15
Xocavənddə kütləvi məzarlıq aşkarlandı


Xocavənddə kütləvi məzarlıq aşkarlandı

Xocavənd rayonunun işğaldan azad olunmuş Edilli kəndində kütləvi məzarlıq aşkar edilib. Butov.az xəbər verir ki, məzarlıqda 12 nəfərin meyitinin qalıqları tapılıb. Geyimlərdən onların hərbçi olduğu müəyyən edilib. Cəsəd qalıqlarından aydın şəkildə görünüb ki, həmin şəxslərin ölməzdən əvvəl əlləri və ayaqları kəndirlə bir-birinə bağlanılıb.













4-10-2022, 17:01
Bakı metrosunda eskalator dayandı - Sərnişinlər üçün təhlükə


Bakı metrosunda eskalator dayandı - Sərnişinlər üçün təhlükə

Bakı metrosunda sərnişinlər xəsarət alıblar. Hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, metropolitenin “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:“Hazırda bu istiqamətdə araşdırma gedir. "Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini sıxıb. Nəticədə, eskalator dayanıb. Dərhal texniki baxış keçirilib, hər hansısa texniki nasazlıq olmadığı müəyyən edilib. Sərnişinlərdən xəsarət və ya hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb. Hadisə qeydə alınıb, lakin xəsarətlə bağlı müraciət olmayıb”.
4-10-2022, 16:59
Məktəblinin döyülməsinin təfərrüatı - Artıq barışıblar


Məktəblinin döyülməsinin təfərrüatı - Artıq barışıblar

Paytaxt məktəbində şagirdin döyülməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib."Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb", - idarədən verilən açıqlamada deyilir. Qeyd olunub ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür. Hadisənin baş verdiyi Bakı şəhəri 112 nömrəli tam orta məktəbdən isə bildiriblər ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib:"Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".
4-10-2022, 16:55
Ukrayna Rusiyanın son itkilərini açıqladı


Ukrayna Rusiyanın son itkilərini açıqladı

Ukrayna Ordusu son sutkada Rusiyanın 370 hərbçisini zərərsizləşdirib və 44 tankını məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 60 800 hərbçisi məhv edilib. Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2 424 tank, 5018 zirehli maşın, 1 407 artilleriya sistemi, 340 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 228 helikopter, 1 028 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 823 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.
4-10-2022, 16:52
Bakıda şagird qoçuluq etdi - İki nazirlik araşdırmalara başladı


Bakıda şagird qoçuluq etdi - İki nazirlik araşdırmalara başladı

Elm və Təhsil Nazirliyi Bakı şəhərində yerləşən 112 saylı orta məktəbdə şagirdlər arasında baş verən dava ilə bağlı açıqlama verib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, faktla bağlı araşdırma başladılıb.“Hazırda şagirdlər arasında xoşagəlməz hadisənin yaşandığı məktəblə bağlı araşdırma aparılır. Direktor və sinif rəhbərilə əlaqə saxlanılıb. Araşdırma nəticəsi olaraq, ictimaiyyətə məlumat veriləcək”, - nazirlikdən deyiblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən faktla bağlı polis tərəfindən araşdırmalara başlanıldığı bildirilib. Diqqətə çatdırılıb ki, nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırmalar davam edir: "Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək". Qeyd edək ki, sosial şəbəkədə Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!