24-02-2023, 23:57
Zəlzələ qurbanlarının sayı 44 mini keçibTürkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 min nəfəri keçib. Bu barədə qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələdə həyatını itirən insanların sayı 44 min 218 nəfərə yüksəlib. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
24-02-2023, 23:42
Damla ailənin ilk övladıdır. 5 yaşı var. Başında aşkarlanan şiş səbəbiylə təcili əməliyyat olunmalıdır. Atası Araz Heybətov qızını bir çox həkimlərin müayinə etdiyini bildirərək, son nəticədə həkimlərin bu əməliyyatın Türkiyədə mümkün olduğunu bildirdi. Əməliyyatın məbləği 22 000 manat civarındadır. Lakin ailənin maddi vəziyyəti çox aşağıdır (valideynləri, daha iki körpə övladı və ailənin yükü tək bir atanın çiyinlərindədir. Stabil işi və məvacibi olmayan ata isə 3 körpənin və ailənin ehtiyaclarını ödəmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır). Damlanın əməliyyatı üçün lazım olan məbləğin toplanması məqsədilə onun adına hesab açılıb.
Hər birimiz bu qızcığazın yaşama ümidinə gücümüz çatdığı qədər dəstək olaq - hər 1 manat bir həyat deməkdir... Damlanın atası Araz Heybətovun əlaqə nömrəsi: (055) 292 75 13
24-02-2023, 21:05
Ərdoğan Putinlə bir sıra məsələləri müzakirə edibTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə məlumatı Türkiyə tərəfi yayıb. Telefon danışığı Ukraynada müharibənin başlanmasının birinci ildönümü ilə əlaqəli olub. Ərdoğan Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və təxribat yaşanmadan ədalətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıb. Türkiyə lideri İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını istədiklərini və bu prosesə hər cür töhfə verməyə hazır olduqlarını qeyd edib. Bundan əvvəl Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparıb.
24-02-2023, 20:57
Ceyhun Bayramov türkiyəli həmkarıyla telefonda danışıbTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Türkiyə XİN-dən bildirilib. Qeyd olunub ki, danışıqlar zamanı qarşıdakı dövrdə keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə edilib.
24-02-2023, 20:53
Azərbaycanla Özbəkistan arasında 11 sənəd imzalandıBu gün Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında 11 sənəd imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. İmzalanan sənədlər arasında Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər mövcuddur. Həmçinin, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, forum çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu, “AzerGold” QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumuna da imza atılıb. Bildirilib ki, "Mega Invest Industrial" MMC şirkəti ilə "NABUCCO A&C" şirkəti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum, “Cahan Sənaye Kompleksi” MMC ilə "Azimut Plus" MMC arasında əməkdaşlıq üzrə Saziş də imzalanıb. Qeyd edək ki, bu gün Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
24-02-2023, 20:49
Ukraynadan torpaqlarımızı geri alacağıq - Medvedev"Biz Ukraynadan torpaqlarımızı geri alacağıq". Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev söyləyib. "Xüsusi hərbi əməliyyatın başlanmasından bir il keçir. Artıq bir ildir ki, əsgərlərimiz torpaqlarımızda asayişi, əmin-amanlığı, ədaləti bərpa edib, xalqımızı qoruyub, nasizmin kökünü təmizləyib. Onlar bizim qəhrəmanlarımızdır. Bütün ölkə cəbhəyə lazım olan hər şeyi təmin etməklə onlara kömək edir. Qələbə əldə olunacaq. Biz bunun tez bir zamanda olmasını istəyirik. O gün gələcək. Torpaqlarımızı geri alacağıq. Soyqırımı və bombardman illərində əziyyət çəkən xalqımızı etibarlı şəkildə qoruyacağıq", - Medvedev Ukrayna ilə bağlı iddialar səsləndirib. Müharibədə qalib gələcəklərini və Kiyevi danışıqlar masasına oturtacaqlarını vurğulayan Medvedev Rusiyanın əzəli düşmənini mümkün qədər zəiflətmək istədiyini vurğulayıb:"Bundan sonra danışıqlar gələcək. Əminəm ki, danışıqlar çətin və gərgin keçəcək. Danışıqların rəsmi tərəfi düşmənimiz, amma lider fərqlidir. Sağ olsa belə qərarları nə Zelenski, nə də onun nümayəndələri verəcək. Qərarı Kiyevə silah tədarük edən, okeanın o tərəfindən Ukrayna iqtisadiyyatını ayaqda tutmaq üçün pul yardımı edənlər verəcək".
24-02-2023, 20:46
Kiyevdə müharibənin birinci ildönümü qeyd edilibUkraynanın paytaxtı Kiyevdə müharibənin birinci ildönümü qeyd olunub. Bu münasibətlə keçirilən təntənəli mərasimdə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib. Zelenski hər kəsi Ukraynanın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları yad etmək üçün bir dəqiqəlik sükuta çağırıb. Bir dəqiqəlik sükutdan sonra Ukrayna lideri əsgərlərə və həlak olanların ailələrinə mükafatlar təqdim edib. Daha sonra Zelenski hərbçilərə müraciət edib:“Hamımızın, o cümlədən Ukraynanın mövcud olub-olmaması sizin ixtiyarınızdadır. Şiddətli bir il keçirən və Ukraynanın sarsılmaz olmasını təmin edən hər kəsə təşəkkür edirəm”. Ukrayna kanalları mərasimi canlı yayımlayıb.
24-02-2023, 20:42
Şuşa Özbəkistanın Xivə şəhəriylə qardaşlaşıbŞuşa şəhəri Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşıb. Bu barədə "Sputnik Özbəkistan" nəşri məlumat yayıb. Daşkənd şəhərində Özbəkistan-Azərbaycan birinci regionlararası forumu çərçivəsində iki ölkənin digər şəhərləri də qardaşlaşıb. Belə ki, Lənkəran – Buxara, Şəki – Kokand, Gəncə - Səmərqənd şəhərlərinin qardaşlaşması barədə sənəd imzalanıb.
24-02-2023, 20:38
İrəvan nəzarət-buraxılış məntəqələriylə bağlı təklifi məqbul saymır"Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan danışıqlardan yayınır və heç bir izah vermədən təklifdən imtina edir. "Son iki ildə Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Yoldan qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Təbii ki, bu da Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. Eyni zamanda dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi", - deyə XİN başçısı vurğulayıb.
24-02-2023, 20:33
Cinayət törədənlər hələ də məsuliyyətə cəlb olunmayıblar - NazirErmənistan bəşəriyyətə qarşı cinayətlərinə İkinci Qarabağ müharibəsi dövründə də davam edib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib. “Döyüş meydanından uzaqda olan Gəncə, Bərdə və Tərtərdə mülki əhaliyə və infrastruktura hücum edərək Ermənistan 2020-ci ildə də 1992-ci ildə törətdiyi eyni müharibə cinayətlərinə baş vurdu. Amma bu zaman o, daha çox mülki itkilərə səbəb olmaq üçün kasetli bombalar, raket sistemləri də daxil olmaqla daha ölümcül silahlardan istifadə etdi. Ermənistanın və onun həm keçmiş, həm də hazırkı rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşıması bir sıra beynəlxalq müstəqil mənbələr tərəfindən tanınıb və sənədləşdirilib. Təəssüf ki, Xocalıda və Azərbaycanın işğal edilmiş digər ərazilərində cinayətlər törədənlər hələ də məsuliyyətə cəlb edilməyiblər”, - deyə XİN başçısı vurğulayıb.