28-02-2023, 23:51
İranın milli valyutası rekord həddə dəyərdən düşübİranın milli valyutası rekord həddə dəyərdən düşüb. Hazırda 1 dollar 600 min İran realına bərabərdir. Məlumata görə, İranın milli valyutasının dəyərdən düşməsinin səbəbi ölkədə baş verən kütləvi aksiyalardır. Maliyyə üzrə mütəxəssislər hesab edir ki, ABŞ və Avropa dövlətləri ilə rəsmi Tehranın nüvə proqramını məhdudlaşdırılması ilə əlaqədar apardıqları danışıqların pozulması və beynəlxalq iqtisadi sanksiyalar rialın dəyərdən düşməsinə səbəb olub. Onu da bildirək ki, hazırda İranda inflyasiyanın səviyyəsi 53,4 faizdir.
28-02-2023, 23:47
Bosniya və Herseqovina rəsmisi Azərbaycana gəlibBosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç fevralın 28-də Azərbaycan Respublikasına səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
28-02-2023, 23:44
Səfirimiz İsraildə fəaliyyətə başlayıbAzərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov fəaliyyətə başlayıb. Bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb. Diplomat paylaşımı ilə İsraili salamlayıb: “Şalom, İsrail!” Xatırladaq ki, yanvarın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
28-02-2023, 23:41
Avropa Ukrayna üçün lazımi sayda “Leopard 2” tədarükünə hazır deyilAvropa ölkələri Ukraynaya lazımi sayda "Leopard 2" tankları tədarük etməyə hazır deyil. Bu barədə "The New York Times" nəşri yazıb. Bildirilir ki, Avropa ölkələri Ukrayna Silahlı Qüvvələrinə lazımi sayda tank verməyə mane olan çətinliklərlə üzləşib. Nəşrin alman mənbələri bildirir ki, fevralın 24-də Ukraynaya 10 ədəd "Leopard 2A5" tankı verməyə hazır olduğunu elan edən İsveçdə hərbçilər Ukrayna Silahlı Qüvvələrinə maşınların verilməsinə qarşı çıxıblar. Qeyd edək ki, Almaniya, Danimarka, İspaniya, Kanada, Niderland, Norveç, Polşa və Portuqaliya Ukraynaya "Leopard 2" tankı verəcəyini açıqlayıb.
28-02-2023, 23:38
Putin START iştirakını dayandıran qanunu imzalayıbRusiya Prezidenti Vladimir Putin ölkəsinin Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandıran qanunu imzalayıb. Sənəd rəsmi dərc edildiyi gündən qüvvəyə minib. Bildirilir ki, ölkənin START-da iştirakının bərpası barədə qərarı Rusiya Prezidenti verə bilər. Qeyd edək ki, fevralın 21-də Vladimir Putin Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını elan edib. Fevralın 22-də qərar Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənib.
28-02-2023, 23:34
Rusiyadan heç bir təhlükə hiss etmirik - Qazaxıstan XİN Qazaxıstan hazırda Rusiyadan heç bir təhlükə hiss etmir və görmür. Bunu Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib. O vurğulayıb ki, Qazaxıstan Rusiyaya sanksiyalardan yayınmağa kömək etmir. “Qazaxıstan Rusiya ilə həmsərhəd olan və ya bu regionda yerləşən digər dövlətlərlə birlikdə Avrasiya İqtisadi Birliyinin, KTMT-nin, MDB-nin üzvüdür, biz Rusiya ilə münasibətləri bu çoxtərəfli strukturlar çərçivəsində fəaliyyət göstərən bir ittifaq kimi qiymətləndiririk”, - deyə XİN başçısı vurğulayıb. Nazir əlavə edib ki, Qazaxıstan bütün dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün çoxvektorlu xarici siyasətini davam etdirir. Tleuberdi onu da qeyd edib ki, Qazaxıstan Rusiya şirkətlərinin sanksiyalardan yayınması ehtimalından qaçmağa çalışır. O vurğulayıb ki, ölkədə ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qalacaq şirkət və sektor yoxdur. Bununla belə, nazir bildirib ki, Qazaxıstan üçün vəziyyət ağırdır, çünki respublikanın iqtisadiyyatı Rusiyanın iqtisadiyyatı ilə bağlıdır. Blinken isə öz növbəsində bildirib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaların Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri üçün nəticələrini anlayır. O, bəyan edib ki, ABŞ xüsusi lisenziyalar verir və C5+1 formatlı ölkələri (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) dəstəkləyir. Dövlət katibi, həmçinin Ukraynaya humanitar yardım göstərdiyinə, həmçinin ölkəsini tərk etmiş 200 mindən çox Rusiya vətəndaşını qəbul etdiyinə görə Qazaxıstana təşəkkür edib.
28-02-2023, 23:30
Çavuşoğlu Hindistanın XİN başçısı ilə görüşübTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistanın XİN başçısı Subramanyam Cayşankar ilə görüşüb. Bu barədə Çavuşoğlu özünün "Twitter" hesabında məlumat yayıb. Görüş Çavuşoğlunun G20 xarici işlər nazirlərinin iclası üçün getdiyi Yeni Dehlidə baş tutub. “Dost üçün əməliyyat” adı altında ölkəmizə verdikləri kömək və humanitar dəstəyə görə onlara təşəkkür etdik”, – deyə nazir bildirib.
28-02-2023, 23:26
Çindən Ermənistana 14 milyon dollarlıq yardımÇin Ermənistana 100 milyon yuan (14,5 milyon dollardan çox) yardım verəcək. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan məlumat verib. O qeyd edib ki, yarım Ermənistan və Çin arasında imzalanan texniki-iqtisadi əməkdaşlıq haqqında sazişin ratifikasiyasından sonra veriləcək. “Vəsait Ermənistan İctimai Televiziya Şirkətinin yayım zalının layihələndirilməsi və tikintisinə, eləcə də digər birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək”, - Səfəryan qeyd edib.
28-02-2023, 23:24
Ukrayna NATO-ya üzvlük perspektivindən uzaqdadır - Stoltenberq"Ukraynanın NATO-ya üzvlük perspektivi hələ də uzaqdadır. Bununla belə, alyans müharibədən sonra müdafiəni gücləndirmək üçün Ukraynaya dəstəyini davam etdirəcək". Bunu NATO baş katibi Yens Stoltenberq deyib. "NATO üzvləri əvvəllər Ukraynanın alyansa daxil olacağı barədə razılığa gəliblər. Bu, uzaq perspektivdir. İndi vacib olan Ukraynanın suveren və müstəqil dövlət kimi saxlanmasını təmin etməkdir, ona görə də biz Ukraynanı dəstəkləməliyik", - Stoltenberq bildirib. O əlavə edib ki, NATO Ukraynaya müharibə bitdikdən sonra güclü müdafiə qurmağa kömək etməlidir ki, Rusiya yenidən təcavüzə başlamasın. Bundan əlavə, NATO-nun baş katibi təhlükəsizlik təminatlarının vacibliyini qeyd edib və hərbi alyansın Ukraynaya 100 milyard avro həcmində hərbi yardım göstərdiyini diqqətə çatdırıb.
28-02-2023, 20:53
Ukrayna NATO-ya üzvlük perspektivindən uzaqdadır - Stoltenberq"Ukraynanın NATO-ya üzvlük perspektivi hələ də uzaqdadır. Bununla belə, alyans müharibədən sonra müdafiəni gücləndirmək üçün Ukraynaya dəstəyini davam etdirəcək". Bunu NATO baş katibi Yens Stoltenberq deyib. "NATO üzvləri əvvəllər Ukraynanın alyansa daxil olacağı barədə razılığa gəliblər. Bu, uzaq perspektivdir. İndi vacib olan Ukraynanın suveren və müstəqil dövlət kimi saxlanmasını təmin etməkdir, ona görə də biz Ukraynanı dəstəkləməliyik", - Stoltenberq bildirib. O əlavə edib ki, NATO Ukraynaya müharibə bitdikdən sonra güclü müdafiə qurmağa kömək etməlidir ki, Rusiya yenidən təcavüzə başlamasın. Bundan əlavə, NATO-nun baş katibi təhlükəsizlik təminatlarının vacibliyini qeyd edib və hərbi alyansın Ukraynaya 100 milyard avro həcmində hərbi yardım göstərdiyini diqqətə çatdırıb.