28-02-2023, 16:58
Ukrayna NATO-ya üzvlük perspektivindən uzaqdadır - Stoltenberq"Ukraynanın NATO-ya üzvlük perspektivi hələ də uzaqdadır. Bununla belə, alyans müharibədən sonra müdafiəni gücləndirmək üçün Ukraynaya dəstəyini davam etdirəcək". Bunu NATO baş katibi Yens Stoltenberq deyib. "NATO üzvləri əvvəllər Ukraynanın alyansa daxil olacağı barədə razılığa gəliblər. Bu, uzaq perspektivdir. İndi vacib olan Ukraynanın suveren və müstəqil dövlət kimi saxlanmasını təmin etməkdir, ona görə də biz Ukraynanı dəstəkləməliyik", - Stoltenberq bildirib. O əlavə edib ki, NATO Ukraynaya müharibə bitdikdən sonra güclü müdafiə qurmağa kömək etməlidir ki, Rusiya yenidən təcavüzə başlamasın. Bundan əlavə, NATO-nun baş katibi təhlükəsizlik təminatlarının vacibliyini qeyd edib və hərbi alyansın Ukraynaya 100 milyard avro həcmində hərbi yardım göstərdiyini diqqətə çatdırıb.
28-02-2023, 16:54
Ermənistan prezidenti gürcü səfirlə görüşübErmənistan prezidenti Vahaqn Xaçaturyan Gürcüstanın İrəvana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Georgi Şarvaşidze ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə mövzusu olub. "Gürcüstanla münasibətlər Ermənistanın xarici siyasətində xüsusi yer tutur. Əlaqələrin inkişafı, iqtisadi, siyasi və mədəni sahələrdə gücləndirilməsi prioritet təşkil edir. Ermənistan-Gürcüstan münasibətləri səviyyəsi nümunə ola bilər", - deyə Xaçaturyan söyləyib. Səfir isə qeyd edib ki, biznes dairələri arasında təmasları stimullaşdırmaq və gənclər dialoqu üzərində işləmək lazımdır.
28-02-2023, 16:48
Akar zəlzələdən sonra vətəninə dönən suriyalıların sayını açıqlayıbTürkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələdən sonra ölkəsinə qayıdan suriyalı qaçqınların sayı ilə bağlı son rəqəmi açıqlayıb. O, qaçqınların könüllü şəkildə Suriyaya geri döndüyünü xüsusi vurğulayıb. "Kahramanmaraş mərkəzli zəlzələdən sonra 42 min suriyalı öz xoşu ilə vətəninə qayıdıb", - deyə nazir bildirib. Akar ordunun zəlzələ ilə bağlı gec müdaxilə etməsi barədə deyilənlərə də yenidən münasibət bildirib: "Kənardan danışmaq asandır. Bəs sərhədləri kim qorusun, Suriyaya kim getsin. Məlumatlar həqiqəti əks etdirmir".
28-02-2023, 15:50
Lavrov “3+3” formatından danışdı3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) diqqətimizdədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Rusiya-Azərbaycan ekspert şurasının 3-cü iclası çərçivəsində "XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" adlı konfransın açılışında deyib. "İndiyədək 3+3 formatında yalnız bir görüş olub. Gürcüstan iştirakdan imtina edib, lakin biz Gürcüstan üçün qapını həmişə açıq saxlayırıq", - o deyib.
28-02-2023, 15:46
Ərdoğan Kahramanmaraşa səfər edibTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşa səfər edib. Ərdoğan Əlbistan və Afşində araşdırma aparmaq üçün Kahramanmaraşa gedib. Qeyd edək ki, Kahramanmaraş Türkiyənin zəlzələ bölgəsidir. Prezident Ərdoğan bundan öncə də bölgəfə səfər etmişdi.
28-02-2023, 15:07
Biz vəziyyətin gərginləşməsinə qarşıyıq - Ceyhun BayramovAzərbaycan tərəfi gərginliyin azaldılmasının tərəfdarıdır. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan ilk gündən öz açıq mövqeyini sərgiləyib. "Biz bu mövzuda qətiyik. Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə humanitar yardımların göndərilməsində öz üzərinə düşən vəzifəni yerinə yetirir. Biz vəziyyətin gərginləşməsinə qarşıyıq. Amma Ermənistan tərəfi əsasız çıxışlar edir”, - deyə C.Bayramov vurğulayıb.
28-02-2023, 14:59
Biz öz fəaliyyətimizdə “zərər verməmək” prinsipini rəhbər tuturuq - Lavrov"Rusiya öz fəaliyyətində “zərər verməmək” prinsipini rəhbər tutur". Bunu Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib. "Biz öz fəaliyyətimizdə “zərər verməmək” prinsipini rəhbər tuturuq və üçtərəfli razılaşmalara əsaslanacaq, regionda qarşılıqlı hörmət və əməkdaşlığa zəmanət verəcək problemlərin bu prinsip əsasında həllini təşviq edir. Amma bütün oyunçular, xüsusən də regiondan uzaqda yerləşən oyunçular eyni prinsipləri rəhbər tutmur. Onlar burada kiminsə xeyrinə deyil, kiminsə əleyhinə işləmək istəyirlər", - deyə nazir əlavə edib.
28-02-2023, 14:49
Sabahın hava proqnozuMartın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
28-02-2023, 14:46
Zəlzələ bölgəsində olan qəhrəman həkimlərimiz geri qayıtdıAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini başa vuraraq Vətənə qayıdıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərib. Tibb heyətimiz tərəfindən qardaş ölkədə ümumilikdə 81 cərrahi əməliyyat icra edilib, 517 nəfərə isə ambulator yardım göstərilib. Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalının fəaliyyəti Türkiyədə yüksək qiymətləndirilib.
28-02-2023, 14:43
Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıbRusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanı təyyarələrin qəbulunu dayandırıb. Bu barədə şəhər administrasiyası məlumat yayıb. Təyyarələrin hərəkətini izləyən "Flightradar24" xidmətinin məlumatına görə, Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzərində səmada uçuşlarını dayandırıb. Moskvadan Sankt-Peterburqa gedən sərnişin təyyarələri dövrə vurur və ya geri qayıdır. Məlumata görə, Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıb. REN telekanalı anonim mənbəyə istinadən xəbər verir ki, Pulkovo hava limanı üzərində 200 km radiusda hava məkanı bağlanıb. “Göydə hərbi təyyarələr var, hava məkanında uçuş aparatlarının axtarışı davam edir”, - telekanal bildirib.