Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
12-02-2023, 15:49
FHN-dən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub


FHN-dən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub. Humanitar yardımlarla bağlı qardaş ölkəyə FHN tərəfindən 2 mobil səhra hospitalı, 2630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20000 ədəd corab, 8000 ədəd geyim dəsti, 650 ədəd masa, 2000 ədəd oturacaq, 7000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib. Eyni zamanda Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar FHN-in qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardımı - 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.
12-02-2023, 15:45
Azərbaycanlı tələbələrin qaldığı binanın son görüntüsü


Azərbaycanlı tələbələrin qaldığı binanın son görüntüsü

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin axtarışları davam etdirilir. Butov.az dağıntılar altında qaldıqları binanın son vəziyyətinin təsvir olunduğu fotunu təqdim edir:

12-02-2023, 15:40
Ermənistandan fərqli olaraq öhdəliklərimizə sadiqik - Ayxan Hacızadə


Ermənistandan fərqli olaraq öhdəliklərimizə sadiqik - Ayxan Hacızadə

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi
Vahan Hunanyanın BMT-nin İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının Azərbaycanla bağlı məktubuna istinad edərək guya Azərbaycanın qeyd edilən müraciətə etinadsız yanaşdığını, silahlı qüvvələrimiz tərəfindən törədildiyi iddia olunan hərbi cinayət hallarına aydınlıq gətirilmədiyi barədə açıqlaması onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər və kütləvi qırğınlar törədən bir ölkənin riyakarlığının növbəti nümunəsidir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib. "Təəssüf ki, Ermənistan bu məqsədlə indi BMT-nin insan hüquqları mexanizmlərindən, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisindən, müqavilə qurumları və mandat daşıyıcılarından sui-istifadə edir və onları saxta təbliğatına məruz qoyur. Ermənistan tərəfi BMT-nin mandat daşıyıcılarının Azərbaycana növbəti sorğusundan təhrif olunmuş şəkildə sui-istifadə edir, Azərbaycana və azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır. Qeyd edək ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə daim ciddi yanaşıb, bu çərçivədə tərəf olduğu beynəlxalq konvensiyalar və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiqdir. Ermənistandan fərqli olaraq Azərbaycan hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn tələblərinin pozulmasına dair bəzi iddiaları araşdırır və bu barədə beynəlxalq öhdəlikləri çərçivəsində aidiyyəti üzrə sorğuları cavablandırır. Ötən ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısı alınan zaman hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalar başlandığını bəyan edib, bu barədə BMT-nin mandat daşıyıcıları da daxil olmaqla aidiyyəti üzrə məlumatlar təqdim edib. Bu çərçivədə işlər hal-hazırda davam etməkdədir. 30 ilə yaxın dövr ərzində keçmiş münaqişənin siyasi və hüquqi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün sui-istifadə edən Ermənistan tərəfi həm işğal dövründə, həm 2020-ci il Vətən müharibəsində, həm də post-münaqişə dövründə müxtəlif təxribatlar yolu ilə Azərbaycanın mülki əhalisinə, qadınlara və uşaqlara qarşı ağır müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları həyata keçirib. Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, cəsədlərlə pis rəftar etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxsi xüsusi qəddarlıqla qətlə yetirib, bu günədək itkin düşmüş və əsirlikdə olmuş 3800-dən yuxarı azərbaycanlının taleyi barədə Ermənistan tərəfindən heç bir məlumat verilməyib. 2020-ci oktyabrında beynəlxalq QHT-lər tərəfindən də sənədləşdirilmiş Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib. Ermənistan hökuməti törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbirlər görməyib və görmək niyyətini də bildirməyib. Ermənistan tərəfindən cinayət işlərinin açılmaması bir çox beynəlxalq təşkilatların, Avropa Şurasının xüsusi məruzəçinin hesabatında da qeyd olunub. Qeyd edilənlər nəzərə alınaraq, Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq. Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edir, bu istiqamətdə BMT-nin aidiyyəti qurumlarını müvafiq tədbirlər görməyə çağırırıq", - XİN rəsmisi vurğulayıb.
12-02-2023, 15:29
Reznikov Odessada mətbuat konfransı keçirdi


Reznikov Odessada mətbuat konfransı keçirdi

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Odessa şəhərində mətbuat konfransı keçirib. O, şəhərin işğal edilə bilməyəcəyini diqqətə çatdırıb. "Odessanı işğal etmək imkanına sahib olmaq üçün Rusiya Federasiyasının başlanğıc olaraq Qara dənizdə üstünlüyə sahib olmağa ehtiyacı var. Bundan əlavə, "Harpoon" gəmi əleyhinə sistemləri işləyir, ona görə də dənizdən Odessaya yaxınlaşmaq üçün bir şans görmürəm", - deyə o bildirib. Ukraynanın cənubundakı sol sahil ərazilərindən danışan Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, orada vəziyyət daha gərgindir, çünki düşmənin silah-sursatını artırmaq, texnika ilə təminat və qoşun yeritmək imkanı var. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
12-02-2023, 15:25
Prezidentin göstərişiylə Türkiyəyə generatorlar göndərildi


Prezidentin göstərişiylə Türkiyəyə generatorlar göndərildi

Azərbaycandan Türkiyəyə stasionar generatorlar göndərilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir. Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib. Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.


12-02-2023, 15:18
Ancelina Colidən zəlzələylə bağlı yardım çağırışı


Ancelina Colidən zəlzələylə bağlı yardım çağırışı

Dünya şöhrətli amerikalı aktrisa Ancelina Coli Türkiyə və Suriyaya yardım çağırışı edib. O, instagram hesabında Suriyada axtarış-xilasetmə işləri aparan işçinin videosunu paylaşaraq “Bizim köməyinizə ehtiyacımız var” yazıb. Paylaşımda Kahramanmaraşda dağıntılar altında həyatını itirən atanın qızının əlindən tutduğu foto, Hatayın pilotsuz təyyarə ilə çəkilmiş şəkli və Suriyada axtarış-xilasetmə işlərindən kadr da yer alıb. “Ürəyim Suriya və Türkiyə xalqının yanındadır. Bir çox ailənin çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Ümid edirəm ki, başqaları da ianə etməyi düşünər”, - deyə məşhur aktrisa qeyd edib.
12-02-2023, 00:16
BOZQURDUN ÖVLADLARI


BOZQURDUN ÖVLADLARI

Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
Oda ulu,b uda ulu,
Azərbaycan -Türkiyə.


Bozqurdlar, Oğuzlar~Dünyaya meydan oxuyan Türkün soykökü, yurdu, əsli. Bəli, Türklər, Türk dövlətləri hər zaman dünyanı öz gücləriylə lərzəyə salan güclü və əzəmətli bir yurdun sakinləri olmuşlar. Qəlbi vətən, mənəviyyat, Allah eşqi ilə yanan Türklər öz vətən, xalq, qardaşlıq sevdasını hər daim bəlli edib. Bu gün də ta əzəldən bəri türk dünyasının iki böyük dövlətinin qardaşlığı dünyanı heyrətə gətirir.
Bəli, Azərbaycan-Türkiyə. Dahi şairimizin də dediyi kimi"Bir ananın iki oğlu, Bir ağacın iki qolu". Hər bir misranın təsdiq olunduğunun son illərdə dəfələrlə şahidi olduq. İlk olaraq 2-ci Qarabağ müharibəsindən-Vətən müharibəsindən danışmağı özümə borc bildim.
Bizim üçün çətin amma bir o qədər də şərəfli olan 44günlük müharibədə Türkiyənin, Prezident Rəcəb Tayyib Ərdoğanın etdikləri unudulmazdır. Dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi, dəstək verdiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqala da azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.
Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi bu məğlubedilməz qardaşlığı bir daha təsdiqlədi. Qardaşımızın barmağına dəyən daş parçası bizim ürəyimizə dəymiş kimi olur. 06.02.2023 cü il tarixində qardaş Türkiyə ərazisində baş vermiş zəlzələ bəlkə də ən çox Azərbaycan xalqını sarsıtdı. Öncə qardaşlarımıza başsağlığı diləyirik. Allah ölənlərə rəhmət eləsin, yaralılara isə təcili şəfalar versin. Və uca Allah bir daha belə faciələri yaşatmasın.
Qardaşlarımızın başına gələn bu hadisəni eşidən kimi, ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə axtarış komandası, daha sonra isə tibbi ləvazimatlar təklifsiz göndərildi. Bunlarla yanaşı Azərbaycan xalqı öz qardaşları üçün səfərbər oldu. Tez bir zamanda ölkənin bir çox bölgələrində, universitetlərində Türkiyəyə yardım kompaniyaları təşkil olundu. Bir gündə Bakıdan və digər bölgələrdən xalqımız əlindən gələni əsirgəmədi, hər kəs bir parçada olsa öz qatqısını ora bağışladı, təki qardaşlarımız yaxşı olsun, fəlakət türklərdən uzaq olsun. Dualar, xeyriyyələr yalnız onlar üçün oldu bu günlərdə və hələ də davam edir. Tək maddi cəhətdən yox mənəvi cəhətdən də edilən yardımlar göz önündədir. Azərbaycan tele-kanallarında musiqili verilişlərin yayımı dayandırıldı. Bəli, bu dəfə səhərimiz xeyirlə yox dəhşətlə, acı və kədərlə açıldı. Bu dəhşətdən Türk Qardaşlarımız qədər sarsıldıq, amma əlimizdən gələni də ardına qoymayaraq yardımımızı, dualarımızı əsirgəmədik. Yazının əvvəlində də bildirdiyim kimi bu bizim qardaşlıq borcumuz idi, qardaşa olan sevgimizdən doğan bir günəş idi . Allah Türk dünyasının, müsəlman dünyasının başına belə fəlakətləri gətirməsin bir daha. Sonda onu demək istərdim ki Tanrı Türkə yar olsun. Dostluğumuz, qardaşlığımız daimi olsun İnşallah!

Tehran Bəhruz
11-02-2023, 23:34
Gələcəkdəki insan “insan” olmağa keçə biləcəkmi?

Gələcəkdəki insan “insan” olmağa keçə biləcəkmi?

Posthümanizm və transhümanizm anlayışları eynidir? Bu iki ifadənin tez-tez bir-birinin əvəzinə işləndiyinə şahid oluram. Xırda nüans bu anlayışları bir-birindən fərqləndirir. Bu fərqlər nədir?
Posthümanizm “post”, yəni “sonra” mənasını verir. Bu post şəkilçisi postmodernizmi və postimpressionizmi ifadələrini xatırladır. Həm sonrası, həm də eyni zamanda mövcud olan böyük hekayənin sonuna gəlmişik. Gələcəyin sübhündəyik. Bu konsepsiyadan onun keçmişi də olduğunu deyə bilərik. Yəni keçmişdəki hadisə bəlli olmayan bir zamanda başlayıb, indi də davam edir və necə təkamül edəcəyini bilmirik. Bu zaman “post” şəkilçisi təsvir olunanda biz keçmişdən danışırıq. Transhümanizm “trans”, yəni “keçid”, “bir sərhədi keçmə” deməkdir. Bu səbəbdən transhümanizm daha məhdud anlayışı özündə əhatə edir. Posthümanizm transhümanizm anlayışını özünə birləşdirir. İnsanın “insan” olmağa keçməsi nə deməkdir? Bu suala transhümanizmdə cavab vermək mümkündür.
“İnsan” və “insanoğlu” ifadələrini sanki təbii və bədii bir fikir kimi görürük, amma arxeologiya bunu sübut edir ki, “insan” ifadəsi əsrin başlarında aktuallaşmışdır. Michel Faucaultun “Sözlər və əşyalar” kitabında insanın silinib gedəcəyi deyilmişdir. Həqiqətə baxdıqda kimdir bu insan? Bu “insan” anlayışı özünə nəyi daxil edəndə, nəyi özündən xaric edir? İnsan təkcə bioloji hadisə deyil, hətta bunun siyasi tərəfi də var. “Ağıllı primat”, yaxud “Homosapiens” bu ifadələr insan anlayışını tamamilə əhatə edirmi? Qulların cinsiyyətlər arası, irqlərarası, siniflər arası bərabərsizliyin hökm sürdüyü minlərlə il müddətindən danışırıqsa “insan”, “ağıllı primat”, yaxud “homosapiens” adlanması nə dərəcədə düzgündür?
Avropada və Amerikada irqi ayrıseçkiliyi diqqətə alsaq “insan” iki ayağı üstündə duran, məməli, ağıllı canlıdır. Yaxın keçmişdə 18-ci əsrdə “insan” anlayışı ağ dərili, qərbli, kişi adlanır. Bu “insan” təbiətə hökm etmək gücünə malikdir. Təbitə hökm etmək antroposantizm adlanır. Bu məsələnin mərkəzində posthümanizm və transhümanizm dayanır.
Posthümanizm tərkibində ən əsas iki ayaq olduğu düşündüyüm məsələ feminizm və ekologiya, daha doğrusu, antroposen məsələsi dayanır. Feminizm dedikdə bunu mütləq vurğulamalıyam. Feminizm təkcə qadın və kişinin sosial arenada bərabərsizliyindən, daha doğrusu, bütün ikili təzadlara əsaslanan ayrıseçkiliyə aid tənqid, reaksiya halına gəldi. Əvvəl təkcə qadın-kişi arasındakı sosial bərabərsizliyə dayanan problemlərin sonrasında bioloji cinsiyyətin, insan-heyvan, insan-robot arasındakı münasibətlər də münaqişələrə səbəb oldu. Feminizmin posthümanizm görüşünə töhfələri olmuşdur. İkilik məsələsinə baxsaq, bu məsələnin qərb fəlsəfəsinə kök saldığını əminlikdə deyə bilərik.
Yaxşı-pis, gözəl-çirkin, təbiət-mədəniyyət, ağıl-bədən, qadın-kişi, insan-heyvan, insan-robot kimi bir çox ikiliklər mövcuddur. Mütləq biri seçilməlidir. Posthümanizm bioloji, feminizm, sosializm, postmodernizm anlayışlarını özündə birləşdirir. Ursula Le Guinin “Qaranlığın sol əli” kitabında ilin müəyyən vaxtlarında cinsiyyət dəyişdirə bilən yadplanetli cəmiyyətdə hadisələr cərəyan edir. Bu şəraitdə həm qadın, həm də kişi olmaq hüququ mövcud idi. Amma hamının hər şey ola bilməsi özlüyündə heç bir şey olmamağını ifadə edirdi.
Donna Harawayin “A cyborg manifesto” kitabında insanın cyborga çevrilməsi göstərilir. Bu cyborg simvolu qadınlaşıbdır. Burada bioloji cəhətdən məsələyə baxılmır. Bir qadın dedikdə, Harawayın baxışından desək “Qadın əmək haqqı iqtisadıyyatı içində özünü müdafiəsiz vəziyyətdə görən işçilər də əslində qadınlaşıbdır. Yəni, qadın olaraq cyborgdur. Burada cyborg həm metafordur, həm də deyildir. Reallığın və xəyalın qarışığı kimidir. Hamının cyborga çevriləcək ifadəsi yanlış olmaz. Sübut: 1. Texnologiya ilə qurmuş olduğumuz münasibətlərdən həqiqətən insan və robotun fərqini müşahidə edirik.
Bəsit nümunə: Telefon dediyimiz cihaz bizim bir üzvümüz halına gəlib. Marksistin fəlsəfi “Kapitalizmi sonlandıracaq şeyin öz iç ziddiyyətləri olacaq”.
2. Posthümanizm anlayışının əsas dayağı antroposendir. İndiki yaşadığımız dövr 11.700 il əvvəl başlanan "Holocene" adlanır. Yeni mərhələnin adı “Antroposen” adlanır. Yunanca “antropos”, yəni “insan” deməkdir. Burada insanın mənfi yaxud müsbət formada yaşadığımız dövrü dəyişdirəcəyini ifadə edir. Keçmişdə insanlar həyatda qalmaq üçün qurub-quraşdırmışlar. Fəqət bu texniki əmək bu gün bir tərəfdən öz özünün məhvinə gətirib çıxarır. İnsanın mövcud olaraq özünü məhv etməsi təbii bir finaldır. Bəs bütün bu ikili qarışıqlıqları keçərək mərkəzləşən və hibridləşən növlər arasında yeni anlayış yaranacaqmı?
Ədəbiyyat: Donna Haraway “A Cyborg Manifesto”; Michel Faucault “Sözlər və Əşyalar”; Ursula Le Guin “Qaranlığın Sol Əli”
Samirə Kərimli,
BDU Jurnalistika fakültəsinin tələbəsi


11-02-2023, 22:01
Zəlzələ qurbanlarının sayı 22 mini keçdi


Zəlzələ qurbanlarının sayı 22 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. O qeyd edib ki, təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.
11-02-2023, 21:57
35 ildən sonra Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açıldı


35 ildən sonra Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açıldı

Ermənistan Türkiyənin cənubunda baş verən dağıdıcı zəlzələyə görə bu ölkəyə humanitar yardım göndərib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, humanitar yardımın göndərilməsi üçün 35 ildən sonra ilk dəfə olaraq Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açılıb. Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç twitter hesabında iki ölkəni ayıran Araz çayının Türkiyə tərəfindəki Alican keçid məntəqəsindən keçən yük maşınlarının fotolarını paylaşıb. "Mən Türkiyənin zəlzələ bölgəsində xalqımızın əzablarını yüngülləşdirmək üçün Ermənistan xalqının göndərdiyi səxavətli yardımı həmişə xatırlayacağam", - deyə Kılıç bildirib və Ermənistan rəsmilərinə təşəkkür edib. Agentlik bildirir ki, bu keçid məntəqəsindən sonuncu dəfə 1988-ci ildə istifadə edilib. Həmin il Spitakda baş verən zəlzələyə görə Türk Qızıl Aypara Cəmiyyəti Ermənistana yardım göndərib. Qeyd edək ki, sərhəd keçid məntəqəsi Ermənistanın Qarabağı işğal etməsinə etiraz olaraq 1993-cü ildə Türkiyə tərəfindən bağlanıb. Keçid məntəqəsinin açılması Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüşlərdə müzakirə mövzusu olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!