Faşizm üzərində qələbənin 79-cu ilidir .....                        Putin Paşinyanla görüşdə nələri müzakirə etdi? .....                        Keşlə bazarı sökülür? - AÇIQLAMA .....                        Torpağın səsinə hay verdik .....                        Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu .....                        Köməksiz qalan iki azyaşlı belə xilas edildi - VİDEO .....                        Şəhid anası: “Oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO .....                        Rumen Radevin Azərbaycana səfəri başa çatdı .....                        Ermənistandan KTMT-yə qarşı daha bir demarş .....                       
5-02-2023, 16:48
Serbiya prezidenti NATO-ya üzv olmaq istəmədiklərini bildirdi


Serbiya prezidenti NATO-ya üzv olmaq istəmədiklərini bildirdi

Serbiya Avropa İttifaqına üzvlük yolunda irəliləyir, lakin NATO-ya daxil olmaq istəmir. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib. Onun sözlərinə görə, Serbiya hərbi neytrallığını qorumaq və gücləndirmək niyyətindədir. Vuçiç hesab edir ki, Avropaya inteqrasiya ilə Avro-Atlantik məkana inteqrasiyası arasında böyük fərq var. Bundan əlavə, Serbiya Prezidenti hakimiyyətdə qalmaq naminə Kosovo məsələsində heç vaxt danışıqlara getməyəcəyini diqqətə çatdırıb.
5-02-2023, 16:44
Kanadadan Ukraynaya “Leopard 2” tankı göndərildi


Kanadadan Ukraynaya “Leopard 2” tankı göndərildi

Kiyevə vəd edilən dörd ədəd “Leopard 2” tankından birincisi Kanadadan Ukraynaya göndərilib. Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand tviter səhifəsində yazıb. O qeyd edib ki, texnika Kanada Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə Halifaksdan (Yeni Şotlandiya əyaləti) havaya qalxıb. Kanada ordusunda 112 ədəd “Leopard” tankı var ki, onlardan 82-si döyüş maşını, qalanları isə təlim üçündür. Dörd döyüş tankını Ottava Kiyevə göndərəcək.
5-02-2023, 16:41
Güləşçimiz “Zaqreb Open” turniri qızıl medalla başa vurdu


Güləşçimiz “Zaqreb Open” turniri qızıl medalla başa vurdu

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır. Yarışın 4-cü günündə - fevralın 4-də 3 güləşçimiz mübarizə aparıb. Yunan-Roma güləşçimiz Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb.
5-02-2023, 16:39
ABŞ Çinə məxsus hava şarını zərərsizləşdirdi


ABŞ Çinə məxsus hava şarını zərərsizləşdirdi

ABŞ Hərbi Hava Qüvvələri Çinə məxsus hava şarını zərərsizləşdirib. Bu barədə CNN məlumat yayıb. Qeyd olunub ki, hava şarı insanlara təhdid yaratmayacaq ərazidə vurulub.
5-02-2023, 16:36
Rusiyada məhkum qadınlar hərbi əməliyyatlara cəlb olunacaq


Rusiyada məhkum qadınlar hərbi əməliyyatlara cəlb olunacaq

Rusiya məhkum qadınları Ukraynada hərbi əməliyyatlara cəlb etməyə çalışır. Bu barədə Ukrayna Baş Qərargahının gündəlik məlumatında bildirilib. Qeyd olunub ki, ruslar bir həftə ərzində Donetsk vilayətinin işğal olunmuş ərazisindəki Snijne şəhərinin qadın islah koloniyasından təxminən 50 nəfəri öz sıralarına cəlb ediblər. Onların Rusiya Federasiyası ərazisinə təlim keçmək üçün göndərildiyi məlum olub.
5-02-2023, 16:33
Gərginləşən ABŞ-Çin münasibətləri yeni dövrə qədəm qoyur


Gərginləşən ABŞ-Çin münasibətləri yeni dövrə qədəm qoyur

Bir neçə gündür ki, dünya mətbuatının manşetlərində Çinə məxsus hava şarının (dirijabl) ABŞ-da hərbi obyektlər üzərində uçuş həyata keçirməsi barədə xəbərlər dərc edilir. ABŞ hava şarının kəşfiyyat məlumatları toplamaq üçün nəzərdə tutulduğunu bildirir. Çin isə şarın elmi və meteoroloji məqsədlər üçün istifadə edildiyini və səhvən ABŞ hava məkanına daxil olduğunu açıqlayıb. Pentaqon hələlik şarı yerə düşürməyib və ya havada zərərsizləşdirməyib. Bunun mülki şəxslər üçün təhlükəli ola biləcəyi qeyd edilir. Məlumat üçün bildirək ki, yüksək hündürlükdən uçan hava şarları ötən əsrin ortalarından istifadə edilir. İkinci Dünya müharibəsi zamanı Yaponiya bu şarlara yandırıcı bombalar quraşdıraraq ABŞ hərbçilərinin üzərinə göndərirdi. 50-ci illərdə Amerika şarlardan Varşava blokuna daxil olan ölkələrin strateji obyektlərinin fotolarını çəkmək üçün istifadə etməyə başlayıb. Hava şarlarının bir sıra üstünlükləri var. Birincisi, onlar 24-37 kilometr yüksəklikdə uça bilirlər, bu da daha geniş ərazini müşahidə etməyə imkan verir. Müqayisə üçün deyək ki, adi sərnişin təyyarələri adətən 12 kilometrdən yuxarı qalxmırlar, döyüş təyyarələrinin isə maksimum 19 kilometrdən yuxarı uçması tövsiyə olunmur. İkincisi, hava şarları digər kəşfiyyat məqsədilə istifadə edilən vasitələrdən qat-qat ucuzdur. Amma onları idarə etmək bir qədər çətindir. Adətən hava cərəyanlarının istiqaməti təxmin edilərək havaya buraxılır. Məlum insidentə gəlincə, ABŞ dövlət katibi Entoni Blinken Çinə uzun müddətdir gözlənilən səfərini təxirə salıb. Mətbuatda yayılan məlumatlara görə, səfər birdəfəlik ləğv edilməyib, sadəcə səfər zamanı danışıqların gündəmində hava şarı ilə bağlı insidentin olması istənilmir. Ötən il Balidə G-20 liderlərinin görüşü zamanı ABŞ-Çin liderlərinin görüşündə münasibətlərdə gərginliyin azaldılması və Blinkenin səfəri barədə razılıq əldə olunmuşdu. Çinə səfərin məhz tərəflər arasındakı razılıq əsasında həyata keçirilməsi planlaşdırılırdı, lakin son anda şar qalmaqalı səbəbindən qeyri-müəyyən vaxta təxirə salındı. Qeyd edək ki, ekspertlər Blinkenin səfərinə bir neçə gün qalmış bu cür hadisənin baş verməsini təsadüfi hesab etmirlər. Onların fikrincə, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra həddindən artıq gərginləşən ABŞ-Çin münasibətləri artıq yeni dövrə qədəm qoyur.

5-02-2023, 16:28
Azərbaycan cüdoçusu qızıl medal qazandı


Azərbaycan cüdoçusu qızıl medal qazandı

Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə - 60 kq çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb. Azərbaycan cüdoçusu turnirin finalında fransız idmançı Sedrik Revolu məğlub edib. Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub. Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.

5-02-2023, 16:24
Latviya-Belarus sərhədində hasar tikilib


Latviya-Belarus sərhədində hasar tikilib

2022-ci ilin avqustundan 2023-cü ilin yanvar ayının sonuna kimi Latviya-Belarus sərhədində 36,1 kilometr uzunluğunda hasar tikilib. Bu barədə "Delfi" agentliyi məlumat yayıb. Latviya Belarusla sərhəddə 149 kilometrlik hasarın tikintisini 2024-cü ildə tamamlamağı planlaşdırır. Nəşr bildirir ki, artıq 82 km uzunluğunda olan sərhəd zonasında ağaclar kəsilib və tikinti davam edəcək.
5-02-2023, 15:43
Türk dünyasının birləşməsinə səy göstəririk - Çavuşoğlu


Türk dünyasının birləşməsinə səy göstəririk - Çavuşoğlu

Türk dünyasının birləşməsi üçün önəmli addımlar atırıq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O qeyd edib ki, Ukraynadakı müharibəyə görə Orta dəhlizin əhəmiyyəti artıb. “Biz nə etdik? Azərbaycanla birlikdə Qazaxıstanı Bakıya dəvət etdik, sonra da Özbəkistanla Daşkənddə üçtərəfli mexanizmlərimizi başlatdıq. Həm enerji, həm də nəqliyyat dəhlizlərinin güclənməsi üçün addımlar atırıq. Növbəti görüşlərimiz Türkiyədə olacaq”, - Çavuşoğlu bildirib..
4-02-2023, 20:19
Üzü Zəngəzura, yolumuz açıq olsun!

Üzü Zəngəzura, yolumuz açıq olsun!

Fevralın 4-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir coşqu, bir sevinc abı-havası vardı. Bir qərinəlik yurd həsrəti hopmuş üzlərə bir ümidin işığında gülüş qonmuşdu. Erməni faşizminin zülmü altında uşaqlıq, gənclik çağlarından ata ocağını tərk etməyə məcbur olmuş qafanlılar öz icmalarının təsisini elan etmək və Qafan Rayon İcmasına sədr seçmək üçün bir araya gəlmişdilər.

Professor Eldar Abasov 24 dekabrda Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı verdiyi mesajlar və toplantının məramı barədə ümumi məlumat verdikdən sonra iclasa sədrliyi Zülfüqar Kazımova həvalə etdi.
Tədbirə qatılan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İcmanın bugünə qədərki fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışdı. Yaxınlarda qəbul olunmuş “Qərbi Azərbaycana qayıdış konsepsiyası”ndan, Qərbi Azərbaycan İcmasının problemlərinin beynəlxalq təşkilatların gündəminə gəlməsindən söhbət açdı.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev təklif etdi ki, təkcə qafanlılar arasında deyil, ümumiyyətlə respublikamızda böyük nüfuz sahibi olan professor Eldar Abasov Qafan Rayon İcmasının sədri seçilsin. Təklif gurultulu alqışlandığından nə alternativə, nə də səsverməyə ehiyac qaldı.
Beləliklə çıxışçılara söz verildi. Hər kəs bir gün dogma yurda qayıdacağına inamla, bu məqsədə çatmaqdan ötrü icma üçün görəcəyi işlərdən danışdı, öz təkliflərini səsləndirdi. Estafeti gənc nəslə ötürmək, onları tarixi torpaqlarımıza, milli-mənəvi dəyərlərimizə sahibləndirmək üçün icmanın fəaliyyətinə qoşmağın zəruriliyi xüsusi vurğulandı.
Müsəlləm kəndinin təmsilçisi Əkrəm Mustafayev İcmanın fəaliyyətində, əlaqələrin, informasiya mübadiləsinin operativliyini təmin etmək üçün elektron ünvanının yaradılmasının vacibliyini bildirdi. Qeyd etdi ki, İcmanın gənclər təşkilatının formalaşmasını sürətləndirmək üçün də whatsApp-da gənclər qrupu yaradılsın.

Rəssam, AMİTA ictimai birliyinin təsisçisi Səməni Şahsuvar Qasımovanın Zəngəzur elinə aid butun maddi mənəvi dəyərlərimizi qorumaq məqsədilə, o torpaqların kimə məxsusluğunu butun dunyaya göstərmək üçün muzey yaratmaq təklifi də təqdir edildi.
Tamxil Ziyəddinoğlu İcmanın mətbu orqanı yaranıncaya qədər də, ondan sonra da “Bütöv Azərbaycan” qəzetinin səhifələrində, “Ordum.az” və “Butov.az” informasiya portallarında icmanın fəaliyyətinə informasiya dəstəyi verəcəyini bildirdi.
Professor Eldar Abasov ona edimad göstərib Qafan Rayon İcmasının sədri seçənlərə təşəkkür edərək bildirdi ki, ümumi işimizin, dövlətimizin, millətimizin gələcəyi naminə hamımız əl-ələ, çiyin-çiyinə verib çalışmalıyıq. Məkrli düşmənlərə yalnız güc birliyilə qalib gələcəyik. Necəki 44 günlük müharibədə qalib gəldik.
Üzü Zəngəzura, yolumuz açıq olsun!

Butov.az
Fotolar Ramin Abdullayevindir
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!