Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
19-05-2023, 18:45
Ceyhun Bayramov və Lavrovun iştirakıyla keçirilən görüşün detalları açıqlandı


Ceyhun Bayramov və Lavrovun iştirakıyla keçirilən görüşün detalları açıqlandı

Mayın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və əlaqələrin geniş perspektivlərinin olduğunu bildiriblər. Bununla yanaşı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Heydər Əliyev İli çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirlərin xüsusi əhəmiyyəti vurğulanıb. C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Nazir eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
19-05-2023, 17:44
Rusiya və İran nazirləri Cənubi Qafqazla bağlı müzakirələr apardı


Rusiya və İran nazirləri Cənubi Qafqazla bağlı müzakirələr apardı

Rusiya və İranın energetika nazirləri Nikolay Şulqinov və Əli Əkbər Mehrabian arasında görüş keçirilib. Bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. Rusiya və İran müxtəlif ölkələrin, o cümlədən Ermənistanın enerji sistemlərinin birləşdirilməsi çərçivəsində layihələri müzakirə edirlər. Bildirilib ki, nazirlər Azərbaycan, İran və Rusiya sisteminin birləşdirilməsi, eləcə də Rusiya, Ermənistan, Gürcüstan və İran sistemlərinin birləşdirilməsi üzrə layihələrin həyata keçirilməsindən danışıblar.
19-05-2023, 17:35
İranda 3 nəfər edam olundu


İranda 3 nəfər edam olundu

İranda daha 3 nəfər - Salih Mirhaşimi, Mecid Kazımi ve Said Yakubi adlı şəxslər edam olunub. Onlar "dövlətə qarşı müharibə açmaq" maddəsi ilə həbs edilib. Edam edilən əxslər Məhsa Əmininin öldürülməsindən sonra başlanan etiraz aksiyaları zamanı 3 hüquq-mühafizə orqanı əməkdaşını öldürməkdə ittiham olunublar. Xatırladaq ki, ötən ilin sentyabr ayında İranın paytaxtı Tehranda 22 yaşlı Məhsa Əmini adlı qadının polis nəzarəti altında ölməsindən sonra ölkədə genişmiqyaslı aksiyalar keçirilib. Nümayişlərlə bağlı cinayətlərə görə 10-dan çox adam edam cəzasına məhkum edilib. Ölüm hökmlərinin bəziləri Ali Məhkəmə tərəfindən ləğv edilib.
19-05-2023, 17:07
Lavrov üçtərəfli görüşün nəticələrini açıqladı


Lavrov üçtərəfli görüşün nəticələrini açıqladı

Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli görüşün nəticələrini şərh edib. Bu barədə Rusiya XİN məlumat yayıb. O qeyd edib ki, Ermənistan və Azərbaycan münasibətləri, eləcə də Qarabağ ilə bağlı bir sıra görüşlər keçirilib. "Əvvəlcə Azərbaycandan olan həmkarım Bayramov və Ermənistandan olan həmkarım Mirzoyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər oldu. Sonra üçümüz görüşdük", - Lavrov bildirib. Nazirin sözlərinə görə, görüş zamanı sülh müqaviləsi də müzakirə edilib: "Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda digər vasitəçilərin də cəlb olunması ilə aktiv şəkildə müzakirə gedir. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan prezidentləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində işləmək, əlbəttə ki, əsasdır. Amma bizim tərəfdaşlarımız bu gün təsdiq etdilər ki, delimitasiya məsələləri həll olunmadan, nəqliyyat və iqtisadi kommunikasiyalar açılmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyəti ümumi yaxşılaşmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir. Bütün bunları kompleksdə müzakirə etdik. Həmkarlarım liderlərimizin qeyd olunan üçtərəfli bəyanatlarında əksini tapan ümumi səylərdə və qeyd etdiyim hər bir sahədə davam edən təmaslarda aparıcı rola görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Gələn həftə baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələlərinə dair iclası keçiriləcək. Ümid edirik ki, nəticə müsbət olacaq. Artıq tərəflər yekun razılaşmaya yaxındırlar. Sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə əsasən, hər iki tərəfin yanaşmasını ümumi mövqeyə yaxınlaşdırmaq mümkün idi".
19-05-2023, 15:59
Kılıçdaroğlu Özdağ ilə keçirilən görüşü yüksək qiymətləndirdi


Kılıçdaroğlu Özdağ ilə keçirilən görüşü yüksək qiymətləndirdi

Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu və "ATA İttifaqı"na daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ arasındakı görüş başa çatıb. Tərəflər mətbuat nümayəndələrinə nəticələr barədə açıqlama veriblər. Kılıçdaroğlu gözəl və məhsuldar bir görüş keçirildiyini vurğulayıb. Özdağ isə ikinci turda kimi dəstəkləyəcəkləri barədə yekun qərarı daxili məsləhətləşmələrdən sonra açıqlayacaqlarını bildirib. "Bəzi suallarımız var idi, soruşduq, detallı cavablar aldıq. Bu cavablar çərçivəsində biz səlahiyyətli orqanlarımızda dəyərləndirməmizi edəcəyik", - deyə o qeyd edib.
19-05-2023, 15:43
Qərbin bütün arsenalı Rusiyaya yönəlib - Putin


Qərbin bütün arsenalı Rusiyaya yönəlib - Putin

"Qərbin demək olar ki, bütün arsenalı Rusiyaya qarşı yönəlib, dəyərlərimizə hücumlar dayanmır". Bunu Rusiya prezidenti Vladimir Putin deyib. "Rusiya Federasiyasının əleyhdarları milli icmalar daxilində təxribatlar təşkil edir və Rusiyanın dekolonizasiyasının zəruriliyini bəyan edirlər. Onlar ölkəni onlarla kiçik hissələrə bölmək zərurətindən danışırlar. Rusiya Federasiyasının əleyhdarları ölkədə yaşayan xalqları parçalamaq üçün hər şeyi edirlər", - deyə o bildirib. "Rusiyanın çoxmillətliliyi onun qələbəsidir", - Putin əlavə edib.
19-05-2023, 15:36
Həlledici qərarı xalqımız verəcək - Ərdoğan


Həlledici qərarı xalqımız verəcək - Ərdoğan

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qalib gələcəyi təqdirdə ABŞ-la münasibətlərin necə olacağından danışıb. O, CNN-ə müsahibəsində bu barədə sualı cavablandırıb. "Şübhəsiz ki, mən ABŞ prezidenti cənab Co Baydenlə işləyəcəyəm", - Ərdoğan deyib. O, həmçinin ilk turda "ATA İttifaqı"nın namizədi olmuş Sinan Oğanın ikinci turda dəstəkləmək üçün açıqladığı şərtlərə toxunub. "Bu şəkildə sövdələşmələrə getməyi sevən biri deyiləm. Həlledici qərarı xalqımız verəcək", - o əlavə edib.
19-05-2023, 15:14
Azərbaycanla BƏƏ arasında viza rejimi ləğv olundu


Azərbaycanla BƏƏ arasında viza rejimi ləğv olundu

Ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar 2022-ci il dekabrın 28-də həyata keçirilmiş notalar mübadiləsini təsdiq edib. Memorandumda “diplomatik” sözü “ümumvətəndaş, diplomatik və xüsusi/xidməti” sözləri ilə əvəz edilir. Yəni vizasız giriş əvvəllər yalnız diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra ümumvətəndaş pasportlarına malik şəxslərə də şamil ediləcək.
19-05-2023, 15:12
Paşinyanın oğlunu oğurlayan qadına dəstək aksiyası keçirildi


Paşinyanın oğlunu oğurlayan qadına dəstək aksiyası keçirildi

Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyası keçirilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. 44 günlük müharibədə ölən hərbçilərin ailələri Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhd ittihamı ilə saxlanılan, müharibədə ölmüş əsgərin anası olan Qayane Akopyana aksiya ilə dəstək veriblər. Onların tələbi Akopyanın azadlığa buraxılması olub. Aksiya zamanı etirazçılarla polis arasında toqquşma yaşanıb. Saxlanılanlar barədə məlumat yoxdur.
19-05-2023, 14:46
İsveçin NATO-ya üzvlüyünə hazır deyilik - Ərdoğan


İsveçin NATO-ya üzvlüyünə hazır deyilik - Ərdoğan

"Türkiyə indi İsveçin NATO-ya üzv olmasına hazır deyil". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Türkiyə indi Qərbin etdiyi kimi Rusiyaya qarşı sanksiyalar tətbiq etmək mərhələsində deyil", - deyə o əlavə edib. Finlandiya mart ayında alyansa qoşulduqdan sonra o, İsveçin üzvlüyünün onun gələcək addımlarından asılı olacağını bildirmişdi. Mayın əvvəlində Türkiyə XİN başçısı Mövlu Çavuşoğlu bu məsələdə hələlik irəliləyiş olmadığını bildirmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!