Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
30-05-2023, 17:48
İtaliyanın “Sartis” şirkəti Ermənistanda fabrik açdı


İtaliyanın “Sartis” şirkəti Ermənistanda fabrik açdı

İtaliyanın "Sartis" şirkəti Ermənistanda fabrik açıb. TEX tekstil fabriki Vanadzorda yerləşir. Fabrikdə ümumilikdə 775 nəfər üçün iş yeri olacaq. "Sartis" şirkəti hələ sovet illərində tikilmiş və sonradan tərk edilmiş fabrik binasını bərpa edib. Paltar istehsalı ilə məşğul olan şirkət geyim dizaynından tutmuş son məhsula qədər fəaliyyət göstərə bilir.
30-05-2023, 17:34
CHP-dən Kılıçdaroğlunun istefasına münasibət: “Tərəfləri onu sevir”


CHP-dən Kılıçdaroğlunun istefasına münasibət: “Tərəfləri onu sevir”

Türkiyədə keçirilən son prezident seçkilərində qalib gələ bilməyən "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu barəsində sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən istefa çağırışları gündəmə gəlib. CHP-nin parlament fraksiyasının sədr müavini Özgür Özel bu iddialara münasibət bildirib. "Ona səs verən heç bir seçicinin Kemal Kılıçdaroğlu ilə bağlı hər hansı mənfi yanaşmasının olmadığını görürük. Tərəfdarları onu sevir", - deyə Özel bildirib. Qeyd edək ki, Kılıçdaroğlunun 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərindən sonra baş tutacaq partiya qurultayında sədrliyə namizəd olmaması gözlənilir. Lakin sosial şəbəkələrdə müəyyən kəsim onun dərhal istefa verməli olduğunu düşünür.
30-05-2023, 17:32
Hikmət Hacıyev regionda sülh prosesindən danışdı


Hikmət Hacıyev regionda sülh prosesindən danışdı

Slovakiyanın paytaxtı Bratislava şəhərində
keçirilən GLOBSEC 2023 Bratislava Forumunda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Enerji və iqlim təhlükəsizliyi: Çıxarılan dərslər və gələcəyə baxış” adlı tədbir (side event) təşkil olunub. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildirilib. Qeyd edilib ki, forum çərçivəsində "Dinc gələcəyə doğru: "Cənubi Qafqaz üçün yeni şəfəq" (“Energy and Climate Security: Lessons Learned and Way Ahead”) adlı panel müzakirələrində iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan-Ermənistan əlaqələri və regionda sülh prosesi barədə danışıblar. Hikmət Hacıyev bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan əraziləri uzunmüddətli işğaldan azad olunub. O qeyd edib ki, ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan üçün çox vacibdir. Hikmət Hacıyev həmçinin tərəflər arasında baş tutmuş görüşlərə diqqət çəkərək əlavə edib ki, sülh danışıqlarının harada aparılması deyil, daha çox danışıqların mövzusu əhəmiyyət kəsb edir. Armen Qriqoryan bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Azərbaycanla Ermənistan arasında ən böyük məsələ Qarabağ məsələsidir. O, Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı 1975-ci il xəritəsini əsas götürməyi təklif etdiyini deyib və əlavə edib ki, Ermənistan öz ərazisində dəhlizin yaradılmasına heç zaman razılıq verməyəcək. Hikmət Hacıyev cavabında bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, hələ də erməni hərbçilərinin olduğu Azərbaycana məxsus Qarabağ bölgəsinə silah göndərir. Sərhədlərin delimitasiyası məsələsinə gəldikdə Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürülməsini dəstəkləyir: “Biz regionda sülh təşəbbüslərini öz əlimizə almalıyıq. Biz Azərbaycan-Gürcüstan-Ermənistan formatını təklif etmişik. Regiondakı nəqliyyat xətlərinin açılması məsələsinə gəldikdə isə, Ermənistan ərazisindən keçən Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün hər hansı qüvvələri dəvət etmək Ermənistanın öz işidir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sənəddə bu barədə maddə yer alıb”. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İdarə Heyətinin üzvü Esmira Cəfərova və baş məsləhətçisi Şahmar Hacıyev də GLOBSEC 2023 Forumunda iştirak edib. GLOBSEC-lə əməkdaşlıq çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən “Enerji və iqlim təhlükəsizliyi: Çıxarılan nəticələr və gələcəyə baxış” adlı tədbir (side event) təşkil olunub. Tədbirdə çıxışı zamanı Esmira Cəfərova Avropada mövcud olan enerji böhranı və Aİ-Azərbaycan enerji tərəfdaşlığı barədə danışıb.
30-05-2023, 17:09
Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq - Gürsel Tekin


Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq - Gürsel Tekin

Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq baş katibi Gürsel Tekin "Millət İttifaqı"nın prezidentliyə namizədi olmuş Kamal Kılıçdaroğlunun istefası ilə bağlı çağırışlardan danışıb. O, CHP sədri postunda iddialı olduğunu bildirib. Gürsel Tekin qeyd edib ki, Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq: "Zaman yetişdikdə bu barədə düşünəcəyik. Sədrimiz geri çəkilərsə, inşallah, namizəd olacağam. Çünki mən onunla yol yerimişəm. Nə olur-olsun, bizim fitrətimizdə satqınlıq yoxdur". Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu baş tutub. AKP lideri Rəcəb Tayyib Ərdoğan 52.16% səs toplayaraq ölkəni daha 5 il idarə etmək hüququ qazanıb. CHP lideri Kamal Kılıçdaroğlu isə 47,8 faiz səslə məğlub olub. Bundan sonra onun partiya sədrliyindən istefası məsələsi gündəmə gəlib.

30-05-2023, 16:16
Ukrayna Ali Radası hərbi qeydiyyat üçün yaş həddini azaltdı


Ukrayna Ali Radası hərbi qeydiyyat üçün yaş həddini azaltdı

Ukrayna Ali Radası çağırışçıların hərbi qeydiyyata alınması üçün maksimum yaş həddinin 27-dən 25-ə endirilməsi barədə qanun layihəsini dəstəkləyib. Bu barədə parlamentin deputatı Yaroslav Jeleznyak "Telegram" kanalında məlumat yayıb. Onun sözlərinə görə, 304 deputat qanunun lehinə səs verib.
30-05-2023, 15:43
İsrail prezidenti Azərbaycana səfəriylə bağlı paylaşım etdi


İsrail prezidenti Azərbaycana səfəriylə bağlı paylaşım etdi

İsrail prezidenti İsxak Hersoq Azərbaycana səfəri barədə paylaşım edib. Hersoq səfərlə bağlı təəssüratlarını twitter səhifəsində yazıb. "Dostum, Azərbaycan prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm. İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır. Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir və müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir", - o bildirib.
30-05-2023, 15:29
Ortaq Türk Ədəbiyyatı dərsliyi hazırlanır


Ortaq Türk Ədəbiyyatı dərsliyi hazırlanır

Hazırda Ortaq Türk Ədəbiyyatı dərsliyi hazırlanır. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Ortaq Türk Dünyası Tarix Olimpiadasının mükafatlandırılma mərasimində deyib. O bildirib ki, Ortaq Türk Dünyasının Əlifbası dərsliyi hazırlanacaq. "Ortaq türk coğrafiyası dərsliyinin hazırlanması istiqamətində işlər isə artıq yekunlaşmaq üzrədir" - deyə nazir müavini bildirib.
30-05-2023, 15:22
Prezident Yəhudi icmasının ölkəmiz üçün böyük sərvət olduğunu qeyd etdi


Prezident Yəhudi icmasının ölkəmiz üçün böyük sərvət olduğunu qeyd etdi

Bu gün biz, həmçinin ölkələrimiz arasında qarşılıqlı turist axını səviyyəsinin artırılması imkanlarını da müzakirə etdik. Hazırda (ölkələrimiz arasında – red.) həftədə cəmi 4 reys yerinə yetirilir. Fikrimcə, bu, kifayət deyil. Nümayəndə heyətlərimizin üzvlərinə uçuşların sayını yalnız mövsümi əsasda deyil, həm də daimi əsasda artırmaq üçün müvafiq göstərişlər verilib. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında söyləyib. Həmçinin İsraildən daha çox turist dəvət etmək üçün orada mövcud olan təqdimat imkanlarının araşdırılması və Azərbaycandakı yəhudi icmasının çoxəsrlik həyatı haqqında ətraflı məlumat təqdim edilməsi (İsrail vətəndaşlarına – red.) barədə göstəriş verildiyini bildirən dövlətimizin başçısı bunun (Yəhudi icması - red.) ölkəmiz üçün böyük sərvət olduğunu deyib.
30-05-2023, 15:13
Prezident ölkəmizin üzləşdiyi təhdidlərə toxundu


Prezident ölkəmizin üzləşdiyi təhdidlərə toxundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında ölkəmizin üzləşdiyi təhdidlərdən danışıb. Dövlətimizin başçısı bu baxımdan müdafiə sənayesi sahəsində Azərbaycanla İsrail arasında çoxillik əməkdaşlığı məmnunluqla qeyd edib. “Azərbaycan uzun illərdir bu sahədə müasir İsrail avadanlıqlarından istifadə edir. Bu isə bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir, dövlətçiliyimizi, dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü qorumağa imkan verir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
30-05-2023, 14:21
Cəsarətli qərarlar lazımdır - Şarl Mişel


Cəsarətli qərarlar lazımdır - Şarl Mişel

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşü səbirsizliklə gözləyirik. Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel özünün "Twitter" hesabında yazıb. "Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq vacibdir. Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi mühüm əhəmiyyət kəsb edir. Maksimalist mövqelərdən çəkinmək və dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxta ehtiyac var. Cəsarətli qərarlar lazımdır”, - deyə Mişel vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!