4-07-2023, 13:13
Dərmanların uzun müddət gömrükdə qalması məsələsi işıqlandırıldıDərman vasitələrinin uzun müddət gömrükdə qalması məsələsinə aydınlıq gətirilib. Səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxışı zamanı bu məsələyə toxunub. “Milli Məclisdə dərman vasitələrinin gömrükdə uzun müddət saxlanılması ilə bağlı məsələ qaldırılıb. Bu məsələni aydınlaşdıracağıq. Müvafiq qurumla da danışıqlar aparacağıq. Aylarla dərmanların gömrükdə qalması həqiqətən də ciddi problemdir”, - deyə o bildirib.
4-07-2023, 13:05
Balaxanıda hərbi sursat aşkarlandıFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
4-07-2023, 12:26
Sabahın hava proqnozuAzərbaycanda iyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində gözlənilən hava şəraiti: mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 22-23°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacaq.
4-07-2023, 11:28
Paşinyan amerikalı həmkarına təbrik məktubunda Qarabağa toxunduErmənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Co Baydeni Müstəqillik Günü münasibətilə təbrik edib. O, "ərazi bütövlüyü və suverenliyi" dəstəklədiyinə görə ABŞ-a təşəkkürünü bildirib. Ermənistanın baş naziri, həmçinin Vaşinqtonun Cənubi Qafqazda sülhün bərqərar olması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Qarabağ məsələsi istiqamətində səylərini yüksək qiymətləndirib.
"İrəvan regionda uzunmüddətli sülh yolu ilə inkişaf maraqları naminə Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığını nəzərə alaraq sülh gündəliyinə sadiq qalmaqda davam edir", - təbrikdə deyilir.
4-07-2023, 11:12
Bakı yalnız bir mövzunu müzakirə edir - ArutyunyanAzərbaycan deyir ki, masaya oturmaq üçün ilk növbədə silahlı erməni dəstələri Qarabağdan çıxarılmalıdır. Bunu erməni separatçılarının başçısı Arayik Arutyunyan deyib. O, Bakının danışıqlar üçün bir sıra şərtlər irəli sürdüyünü söyləyib. “Bakı yalnız bir mövzunu müzakirə edir: inteqrasiya. İkinci mövzu müzakirə olunmur. Bəziləri bizə deyir, gedin, onları inandırın, müzakirə edin. Azərbaycan deyir ki, masa arxasına oturmaq üçün birinci “özünümüdafiə ordusu” buraxılmalıdır”,- Arayik deyib. Baş separatçı Azərbaycanın təkliflərini qəbul etməyərək, "müqavimət" göstərəcəklərini vurğulayıb. “Sonrakı ardıcıllıq belə olacaq: ordunu dağıdırıq, “dövlət idarəetmə” sistemini dağıdırıq, bələdiyyə seçkiləri mexanizmi yaradırıq, bundan sonra qaz, işıq verilir və Azərbaycan vətəndaşı kimi avtomobil yolu ilə gedə bilirik. Bizim edəcəyimiz iki iş var: özünümüdafiə və müqaviməti artırmaq”,- o qeyd edib.
4-07-2023, 11:04
Prezident amerikalı həmkarına təbrik məktubu yolladıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir. Enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk. Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk.
Hörmətli cənab Prezident, Bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Fürsətdən istifadə edərək bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim rifah diləyirəm".
4-07-2023, 10:36
Erməni seperatçılarının rəhbərindən Putinə məktubQarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb. Bu barədə “Hraparak” nəşri məlumat yayıb. Məktubun tam mətni ictimaiyyətə açıqlanmasa da, bəzi nüanslar diqqətə çatdırılıb. Belə ki, Arayik Putinə məktubunda Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə toxunub, belə bir missiyanın davam etdirilib-etdirilməyəcəyi sual olunub. Bildirilib ki, sülhməramlılar Qarabağda vəziyyəti nəzarətdə saxlamaq və Laçın-Xankəndi yolunu açmaq niyyətində deyillərsə, qondarma rejimə ətraflı məlumat verilməlidir. "Əldə etdiyimiz məlumata görə, məktub kifayət qədər sərt tonda yazılıb", - “Hraparak”ın xəbərində deyilir. Bundan başqa, Arayik Arutyunyan həddini aşaraq, “səbr kasaları”nın dolduğunu qeyd edib və yeni təxribatların anonsunu verib.
4-07-2023, 10:20
Azərbaycanlı deputat ATƏT PA-da Komitə sədri vəzifəsinə təyin olunduİyulun 3-də ATƏT PA-nın Kanadanın Vankuver şəhərində keçirilən 30-cu illik sessiyasında qurumun İqtisadi məsələlər, ətraf mühüt, elm və teknologiya Baş Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. Seçkilərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avstriya nümayəndə heyətinin və yaşıllar partiyasının üzvü David Stüqmüller iştirak edib. Gizli səsvermənin nəticəsində Azay Quliyev 50 səs, David Stüqmüller 23 səs toplayıb. Beləliklə, azərbaycanlı deputat böyük səs fərqi ilə avstriyalı deputatı məğlub edərək ATƏT PA-nın Komitə sədri və büro üzvü seçilib.